Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Dünyaya açılımın giriş qapısı

Dünyaya açılımın giriş qapısı
Bölmə :
KİVDF
Yayım tarixi :
3/6/2016 [00:46]
Baxılıb :
668 dəfə
Beynəlxalq əməkdaşlığın güclənməsində gömrük sisteminin misilsiz rolu var

Azərbaycan dövlətinin xarici iqtisadi əlaqələrinin, xarici ticarətinin artmasında, iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidməti önəmli mövqeyə malikdir. Eyni zamanda, beynəlxalq aləmə inteqrasiya, xarici dövlətlərlə əlaqələrin güclənməsi və dünyaya açılımın sərhədlərdən başladığını nəzərə alsaq, bu sahədə gömrük xidmətinin rolu danılmazdır. Bəs ötən illər ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) nə kimi beynəlxalq əlaqələr qura bilib, hansı beynəlxalq əməkdaşlıqlar yaradıb? Bu və digər suallara DGK-nın mətbuat xidmətindən cavab almağa qərar verdik.


"Problemlərlə mübarizəyə qalxaq"

Komitənin 2008-2010-cu illərə dair hesabatında bildirilir ki, 2008-ci fevralın 3-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Problemlərlə mübarizəyə qalxaq" mövzusunda Saxtakarlıq və Piratçılığa qarşı Mübarizə üzrə 4-cü Ümumdünya Forumu keçirilib: "Ümumdünya Gömrük Təşkilatı və Dubay Limanlar Gömrük İdarəsinin təşkilatçılığı, həmçinin İnterpol, Ümumdünya  Əqli Mülkiyyət Təşkilatı, Beynəlxalq Ticarət Palatası, Saxtakarlıq və Piratçılığa qarşı Mübarizə üzrə Biznes Birliyi, Beynəlxalq Ticarət Nişanları Assosiasiyası və Beynəlxalq Təhlükəsizlik İdarəetməsi Assosiasiyasının dəstəyi ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev iştirak edib. Fevralın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qətər dövlətinin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tanini qəbul edib. 
Həmin il fevralın 28-29 tarixlərində İrlandiyanın paytaxtı Dublin şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti  iştirak edib. Fevralın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qətər dövlətinin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tanini qəbul edib".

"XXI əsrdə gömrük"

DGK-nın mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, 2008-ci il martın 18-də Ukraynanın paytaxtı Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin İclası keçirilib: "Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edib. Həmçinin martın 27-28 tarixlərində Belçika Krallığının Brüssel şəhərində "XXI əsrdə gömrük" mövzusuna həsr edilmiş Qlobal Forum keçirilib. ÜGT-nin təşkilatçılığı ilə keçirilən forumda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.

Aprelin 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı, dünya ölkələri üzrə biznes mühitinin qiymətləndirilməsini aparan "Doing business" hesabatının müəllifi Simeon Dyankovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Aprelin 23-də isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının  ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Dr. Karolin Braunu qəbul edib".

İkitərəfli münasibətlər 

Sözügedən ildə gömrük sahəsində başqa dövlətlərlə ikitərəfli münasibətlər də uğurla inkişaf edib. Belə ki: "Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq bütün sferalarda yüksələn xətlə inkişaf edir. İyunun 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini qəbul edib.
İyunun 4-dən 6-dək isə, Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 47-ci iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edib. 

Həmin il iyunun 12-də Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev Çin Xalq Respublikası Gömrük Baş Administrasiyasının Beynəlxalq Əməkdaşlıq Departamentinin Baş direktor müavini Vanq Donqhonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

İyunun 26-dan 28-dək Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 111/112-ci sessiyası keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. İyunun 27-də isə "Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanıb. Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişafdadır. İki ölkənin uğurlu əməkdaşlıq trayektoriyası gömrük sferasını da hərtərəfli əhatə edir.

İyulun 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov arasında keçirilən görüşdə də Azərbaycan Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası ətraflı müzakirə edilib.
Azərbaycan ilə Türkiyə gömrük xidmətləri arasında sıx əlaqələr mövcuddur. Avqustun 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıcı qəbul edib.

Oktyabrın 9-10-da Avstriya Respublikasının Vyana şəhərində Avstriya Gömrük İdarəsi və Avropa Komissiyası tərəfindən birgə təşkil edilmiş Gömrük 2013 Proqramı çərçivəsində Avropa İttifaqının Şərq Sərhədlərində Gömrük Əməkdaşlığına dair Yüksək Səviyyəli Forum keçirilib. Forumda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.

Təhlükəsiz ticarət yolları

DGK-dan bildirilib ki, Noyabrın 19-21 tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 48-ci iclası və sözügedən Şuranın yaranmasının 15 illiyinə həsr edilmiş yubiley tədbirləri keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.

Dekabrın 4-5 tarixlərində Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının baş qərargahında "Təhlükəsiz ticarət yollarının idarə edilməsi və asanlaşdırmanın gələcəyi" mövzusunda Ümumdünya Gömrük Forumu-2008 keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti də iştirak edib.

Nəhayət, fevralın 17-dən 19-dək Çin Xalq Respublikasının Quançjou şəhərində "Birgə Gömrük Nəzarəti", fevralın 20-21 tarixlərində isə "Tədris Tələbatlarının Qiymətləndirilməsi" mövzularında seminarlar keçirilib. Çin Xalq Respublikası Baş Cömrük İdarəsi və Asiya İnkişaf Bankının maliyyə dəstəyilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunan hər iki seminarda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Fevralın 25-də isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qətər dövlətinin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tanini qəbul edib".

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]