Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Müharibə əlillərinin övladları təhsil haqlarından azad edilərsə...”

“Müharibə əlillərinin övladları təhsil haqlarından azad edilərsə...”
Bölmə :
KİVDF
Yayım tarixi :
7/3/2013 [16:32]
Baxılıb :
4859 dəfə
Növrəstə Yusifova: “Tanıdığım ailələr var ki, ödənişli ixtisasa qəbul olmuş övladları təhsildən imtina ediblər”
“Qanunvericiliyə görə, bütün idarə və müəssisələr, hüququ formasından asılı olmayaraq əlilərin işlə təmin edilməsinə məcburdur”

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin dünən keçirlən iclasında Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsini təklif edib. İclasda çıxışı zamanı Q.Paşayeva dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqlarının ödənilməsi zamanı üzləşdiyi problemlərə toxunub: “Nəzərə almalıyıq ki, Qarabağ müharibəsi əlilləri öz sağlamlıqlarını itirmiş şəxslərdir və onların bir çoxu övladlarının təhsil haqlarının ödənilməsində ciddi çətinliklər çəkirlər. Ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş Qarabağ müharibəsi əlillərinin övladları təhsil haqqından azad edilməlidir və bu, ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslərə dövlətin diqqət və qayğısının növbəti bir addımı olardı”.
Ölkəmizin buna imkanlarının olduğunu vurğulayan millət vəkili dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan Qarabağ müharibəsi veteranlarının övladlarına bu imtiyazların verilməsi imkanlarının araşdırılmasını təklif edib.

Dövlət hansı işləri görüb?

Millət vəkilinin bu çıxışından sonra Qarabağ əlillərinin məsələsi, əlillərin hüquqlarının qorunması, həyat şəraitlərinin və yaşayış səviyyələrinin yüksəldilməsi gündəmə gəldi. Hökumət nümayəndləri çıxışlarında  bildirirlər ki, Azərbaycan regionda siyasi və iqtisadi cəhətdən inkişaf edən öncül dövlətə çevrilib, iqtisadi artım templərinə görə lider mövqelərə çıxıb. Bu inkişafın məntiqi nəticəsi olaraq, dövlət ərazi bütövlüyümüz uğrunda şəhid olanların ailələrinə və Qarabağ əlillərinə diqqət və qayğını daha da artırmalıdır.
Əlilər üçün yaradılan şərait, onların yaşayış səviyyəsinin yüksəldilməsi üçün görülən işlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2012-ci ilin yekunları barədə verdiyi hesabata  baxış keçirdik. Hesabtda yazılır ki, nazirliyin 14 regional bərpa-müalicə müəssisəsində ötən il 10 min nəfərdən artıq əlilə bərpa-müalicə xidməti göstərilib, il ərzində əlillərə 1839 ədəd texniki reabilitasiya vasitəsi, o cümlədən əlil arabaları, eşitmə aparatı və s. Verilib: “Ümumilikdə, 2003-cü ildən bəri 7 849 əlil arabası əlilliyi olan şəxslərə verilib.
2012-ci il ərzində 83 nəfər əlilin Ukrayna və Bolqarıstanda, 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin ölkənin müxtəlif bölgələrində yerləşən istirahət zonalarında istirahəti təşkil edilib. 145 nəfər istedadlı əlilin VIII Respublika yaradıcılıq sərgi-müsabiqəsində iştirakı və onlardan 30 nəfərin mükafatlandırılması, Səhiyyə Nazirliyindəki müvafiq Komissiyanın qərarı əsasında 53 nəfərin ölkə daxilində, 25 nəfərin xarici ölkələrdə müalicəsinə maddi köməklik göstərilməsi təmin edilib”.
Hesabatda bildirilir ki, 2012-ci il ərzində Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları, ümumilikdə 411 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib: “1997-ci ildən 2012-ci ilin sonuna qədər 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb. Belə ki, 1997-ci il ərzində 81 mənzil inşa olunduğu halda, 2010-cu ildə bu rəqəm 715 olub. 2012-ci ildə 325 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə verilib. İndiyədək 3525 nəfər bu təbəqələrdən olan vətəndaş dövlət hesabına minik avtomobili ilə təmin edilib. Müasir dövlət quruculuğunun geniş vüsət aldığı Azərbaycanda sosial müdafiə əhəmiyyətli yeni obyektlərin yaradılması da prioritetlərdən birinə çevrilib. Belə ki, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzinin və Sosial Sığınacağın inşası işləri aparılır”.

“Yalnız alqışa layiqdir”

Müharibə əlillərinin durumu ilə əlaqədar Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova ilə də söhbət etdik.  Həmsöhbətimiz Qarabağ əlillərinin, onların özlərinin və ailələrinin yaxşı yaşamaları, asudə vaxtlarını səmərəli keçirmələri, təhsil almaları, müalicə keçmələri üçün Azərbaycanın müxtəlif bölgələrində reabilitasiya, təhsil, sağlamlıq və əyləncə mərkəzləri istirahət etmələri ilə bağlı məsələlərə münasibət bildirdi.
Öncə Növrəstə Yusifova haqqında qısa məlumat verək. 1952-ci ildə Bakı şəhərində anadan olub. Qarabağ mühairbəsi iştirakçısı, Azərbaycanın ilk snayperçi qadınıdır. Bakı Maliyyə Kredit Texnikumunu bitirib. Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çenpionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub. 1992-1994 -cü illərdə Qarabağ müharibəsində snayperçi olub. 1998-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edir.
Həmsöhbətimiz deyir ki, Qarabağ əlillərinin övladlarının  təhsil haqlarından azad edilməsi təklifi yalnız alqışa layiqdir: “Qarabağ döyüşçüləri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü  uğrunda sağlamlığını itirmiş şəxslərdir, onların övladları təhsil haqqından azad edilməlidir. Bəli, bu, ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslərə dövlətin diqqət və qayğısının növbəti bir addımı olardı.
Millət vəkilinin sözügedən çıxışı alqışlanası haldır. Bu məsələni dövlət məmurları da qaldıra bilərdi. Qarabağ müharibəsindən illər keçib, ancaq əlil ailələrin bu problemi var. Bu  təbəqədən olan ailələr təhsil almaq üçün imtahanlar verirlər, ali məktəbin ödənişli təhsilli ixtisasına qəbul olurlar. Tanıdığım ailələrin övladları var ki, ailə büdcəsi imkan verməyib ödənişli təhsil alsın. Ona görə təhsildən imtina ediblər. Ancaq əlilin övladı illərdir çalışıb, təhsil almaq istəyirdi, arzulayırdı, ancaq”¦
Qarabağ müharibəsindən illər keçdi, heç olmazsa, indi bu məsələ gündəmə gəldi. Ölkəmizin imkanları var ki, Qarabağ əlillərinə güzəşt edilsin”.

“Qanun tələb edir ki...”

Növrəstə Yusifova deyir ki, 2008-ci ildə Qarabağ  əlillərinin ailə üzvlərinin təhsil haqqından azad edilməsi ilə bağlı Milli Məclisə müraciət edib. Ancaq müraciət nəticəsiz qalıb: “Müraciətdə yazmışdıq ki, əlillərin istirahət yerləri məsələsi gündəmə gətirilsin. Müraciətə heç bir cavab verilməyib”.

N.Yusifova sözlərinə görə əlillərin çoxu işsizdir: “İş yerlərində əlilləri işə cəlb etmirlər. İşverənlər adətən sağlam, gənc qadın və kişi işçiləri tələb edirlər. Əlillərin işlə təmin olunmasının kvotası haqda qanun mövcuddur. Həmin kvotaya görə, bütün idarə və müəssisələr hüququ formasından asılı olmayaraq əlilərin işlə təmin edilməsinə məcburdurlar. Qanun onların üzərinə bir zərurəti qoyur. Əks halda, əməkhaqıqnın 3 misli qədər cərimə olunur. Amma biz bu gözəl qanunun icrasına təəssüflər olsun ki nail ola bilməmişik”.

“9 nəfər əlili işlə təmin etdik”

Növrəstə xanım bildirir ki, əlillərə dövlətin ayırdığı məvacib onların tələbatını ödəmir: “Əlillər var ki, bu gün də evlənməyib, subaydırlar. Əlillərə ümumilikdə verilən məvacib yetərli deyil. Onlar işləməyə cəhd edirlər. İş axtarırlar. Ancaq iş verən yoxdur onlara. Əlillər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Məşğullluq Xidmətinə müraciət edirlər ki, əlillik sənədinə “işə qabiliyyətlidir” yazılsın. Əks halda müraciət qəbul olunmur. Əlillərin ailəsi, onların yaşamaq haqqı var. Bunun üçün onların ailə büdcəsi bazar tələblərinə uyğun olmalıdır. Ya əlillərə iş verilməli, ya da məvacibləri artırılmalıdır”.

Həmsöhbətimiz deyir ki, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti olaraq 9 nəfər əlili işlə təmin ediblər: “Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dsətəyi Fonduna layihə vermişdik. Layihəmiz qəbul edildikdən sonra bu sayda əlillərə işləmək üçün imkanlar yaratdıq, işlədilər. Arabaya təhkim olunmuş əlillərdən birinə mənzil gec verildi deyə özünü öldürdü, çünki onlar çətin vəziyyətə dözə bilmirdilər. Durumları ağır idi”.

“Əlillər pulsuz müalicə edilməlidir”

Növrəstə Yusifovanın dediyinə görə, əlillər istirahət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerlərdəki təşkilatına müraciət etməlidirlər: “İldə bir, ya da iki dəfə müraciət edilməlidir. İstirahət yerləri əlillər üçün pulsuz xidmət göstərməlidir. Onlar ezamiyyətə göndərilməlidirlər. İranda əlilləri istirahət yerlərinə aparırlar, onlara hədiyyələr gətirirlər. Əlillərin istirahət yerləri Nabranda və İsmayılılıda yandırılan “Çıraq” hoteli idi. Əlillərin Bərpa Mərkəzində əlillərə dəyər, xüsusi sayğı göstərilir, navaziş görürlər. İstər şəkər xəstəsi olsun, istər iş qabiliyyətini itirənlərin, istərsə də Qarabağ əlilləri olsun - hər kəsə dəyər verilir”.

O, əlavə edir ki, əlil insanların yaşayış şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edilməlidir: “Əlil insanların və onların ailə üzvlərinin işlə təmin olunmalarına kömək göstərilməli, onlara təmənnasız olaraq sənət öyrədilməsinin və ya peşə yönümünün dəyişdirilməsinin təşkil edilməsinə kömək göstərilməli, Azərbaycan dövlətçiliyi və onun ərazi bütövlüyünün qorunmasında şəhid olmuş insanların xatirəsinin ədədiləşdirilməsi üçün müxtəlif ictimai-mədəni tədbirlər həyata keçirilməlidir. Eləcə də, əlil insanların problemlərinin həlli ilə əlaqədar müxtəlif proqram və layihələrin hazırlanıb həyata keçirilməsi lazımdır. Mütəmadi olaraq kütləvi informasiya vasitələrində əlillərin problemləri və onların həlli yolları barədə məsələlərin işıqlandırılması gərəkdir”.

Həmsöhbətimiz bildirir ki, hazırda Qarabağ Əlilləri və Veteranları Cəmiyyətində 1828 nəfər Qarabağ əlili və verteranları var: “Bu təkcə bizim təşkilatın üzvləridir. Bir insan iki yerdə üzv olmasın deyə, onları üzvümüz hesab etmirik. Eləcə də, vəfat edənləri üzvülükdən çıxardırıq”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]