Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Çoxdandı “ağır qız”lar silaha sarılmır

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
1/6/2016 [23:30]
Baxılıb :
1358 dəfə

Atalar deyib: "Yaxşı qızı çətinliklə alarsan, asanlıqla saxlarsan. Pis qızı asan alarsan, amma saxlaya bilməzsən". Bu müdrik kəlamda sırf bizim milli mentalitet baxışlarımız deyil, insan münasibətləri ümumdünya miqyasında verilir. Fərq bircə ondadır ki, müasir kişiyə bunu bir qədər fərqli tərtibatda çatdırmaq lazım gəlir. Xalqımız "Ağır gəzib batman gələn" qızların tam təsnifatını çoxdan verib dəyərləndirərək bu informasiyanı gələcək nəsillərə çatdırmağa çalışır. Amma başqa dillərdə "ağır" qız "ağır xasiyyətli qız" kimi qavranır. Bununla belə artıq "ağır qız"lara evlənməyin daha sərfəli olduğunu deyən yazılara rast gəlmək olur. 

Hələ evlənməmiş "subay sultan"lar, "Yenə də!" çığırıb isterik şəkildə saçyolduya, ya da kütləvi şəkildə özünü Xəzər dənizinə atmazdan əvvəl bir qulaq verin. Bunu demək üçün ömür yandıranlar var. Əlbəttə, "o, kim olacaq?" yaxud "əslində necə olmalıdı?" düşünməmişdən əvvəl hər kəs qüsursuz adam axtarır. Yaxud qüsurların dözəcək kateqoriyasında olmağını istəyir. Həyatını axarına buraxıb hər gününə sevinən qadınla yaşamağın necə də gözəl olduğunu deməsək, oxucu yazının səmimiyyətinə inanmaz. Bəli, o, qıcıqlanmır, kişini "bizləmir" və ən vacibi tənqid etmir. Həmişə gülümsədiyindən onunla çox rahatdı. Gözəgəlimli, xoş və xeyirxahdır. O, seçdiyi adama istədiyi bütün addımları atmağa müqavimət göstərmir. Onda sual yaranır: "Bu qadın nəyə lazımdı ki?". Cavab verməyə tələsməyək.

"Ağır qız"larla çətin olur. O, malik olduğu hər şeyə sevinmir, o, layiq olduğuna malik olmaq istəyir. O, bunu kişidən də tələb edəcək. Ola bilər, bu mövzuda danışanda bir qədər mübahisəyə başı qarışdı. Nə olsun, bunu sevgilisinin xətrinə edir. Həm də bir qədər ehtiraslı və qayğıkeşdir. Emosiyanın çoxluğundan hələ ölən olmayıb, dözmək olar. İradəsiz kişilər həmişə birinci variantı seçir, çünki ev-eşikdə söz-söhbət istəmir. Bu tip izdivacın sonunda ailədə hər ikisi zaman keçmiş solur və məişət adlı əjdahaya qurban gedir. Bəhanələr də çox tanışdır: "Uşaqların xətrinə", "Varidatı bölmək müşkül məsələdir", ya da klassik variant "Artıq öyrəşmişik". Bir tək əsl kişilər bilir ki, "ağır qız"lar evlənməkçün ideal variantdı. Onunla yaşamaq çətin ola bilər, amma o, həmişə daha yaxşısına, daha layiqlisinə can atacaq. Bu tərz həyat eşqi münasibətləri də öləziləməyə qoymur. İrəlidə ən azı 10 illik planlar cızılıb. Kimsə mütləq ingilis dilini öyrənməyi planlaşdırır ki, xarici səfərlərə gedəndə tərcüməçi lazım olmasın. Kimsə fərdi sərgisini (dükanını, firmasını) açmağı planlaşdırıb, özü də üzümüzə gələn payızda. O, yanındakı "əhliləşmiş pələngi" formadan düşməyə də qoymayacaq. 
O, kişini də öz arzularına qarşı addım atmağa məcbur edəcək. Əgər bu arzular dərin sandıqda gizlənib və açarı artıq itirilibsə də, fərq eləməz. Sevən qadın öz arzuları ilə seçdiyi kişinin arzusu arasında fərq qoymaz. Ola bilər arabir bəzi ideyalar və inanclar bir qədər korrektə edildi. Asan olmasa da, amma heç vaxt darıxmayacaqsız. Sadəlövh qadının ağlı da sadədildir. O, həmişə razılaşacaq və zamanla bütün bunlar çox maraqsız görünəcək.  

Bəs necə biləsən ki, "bu O-dur?!". Əgər o, sizə gözləmədiyiniz fikirləri deyir və onun haqlı olduğu təsdiqlənirsə, onu əldən buraxmaq olmaz. Özünə hörmət tələb edən qadın ən qiymətlilərindəndir. Bəzi məqamlar, məsələn, səyahətdən, maraqlarından danışanda gözləri parlayan bir qız yanında olsa, sənə öz istedadını öldürməyə qoymaz. Hər gün daha yaxşı olmağa vadar edən və uğrunda çalışıb mübarizə etdiyin qadın həm də ən layiqlisi olur. Onun daha istedadlı olmağından qorxmaq əsl kişiyə yaraşmaz. Ola bilər, təzə tanış olan məqamlarda gənc oğlan onu xoşbəxt edə bilməyəcəyini düşünə bilər. Həyat göstərir ki, zaman keçdikcə, həmin "ağır qız"lar bir az da ağıllanıb ideal həyat yoldaşına çevrilir. Məişət adlı döyüş meydanında arxanda söykənəcək bir adamın olmasa uduzarsan.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]