Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Meymun ağlı

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
28/5/2016 [11:15]
Baxılıb :
1185 dəfə

Səhər duran kimi adətən dəli kimi ora-bura qaçmağa başlayıram. Narahat adam olduğumdan deyil bu. Mən tələsməsəm və evdəkiləri "dillə qamçılayıb" tələsdirməsəm hamı işə, dərsə gecikər, töhmət alar, danlanar. Çayı da dəmləməliyəm, çörəyə yağ çəkib üstünə pendiri nazik-nazik qoymalıyam (yoxsa şor olur, yeyə bilmirlər), bir kolbasalı buterbrod düzəldib uşağın çantasına qoymalıyam. İmkan olsa, bir stakan su içirəm, xeyirdi. 

Elə bilməyin ki, hamını yola salandan sonra rahatlanmaq, fikir selini sakitləşdirmək mümkün olur. Min dənə işim var. "Redaksiyada məndən yazı gözləyirlər" fikri adama elə zərbə vurur ki, az qalırsan özünü xəstəliyə vurub yatağa düşəsən. "Nədən yazım?" əbədi sualı sabahısı günü və gündəmi yenə də gətirib tökür təzəlikcə silib süpürdüyüm fikir selinə. Kütləvi və təntənəli bayramlar ərəfəsində yazı yazmağı heç sevmirəm. Sosial şəbəkədə və küçələrdə olan tünlük tökülüşür üstümə, altında qalıram. Yəqin hamı patriotik sicilləmə gözləyən bir zamanda asta, sakit və intim bir mövzuda danışmaq ədəbsizlik kimi görünər. 

"Əgər siz sakitcə oturub özünüzü müşahidə eləsəz, nə qədər narahat şüur sahibi olduğunuzu hiss edəcəksiz. Sakitləşməyə çalışdıqca daha da pis olacaq. Amma az keçmiş sakitləşəcəksiz və incə məqamları duymağa başlayacaqsız. İntuisiya güclənəcək, duyum və qavrama aydınlaşacaq, siz özünüzü indi və elə burada, bu anda hiss edəcəksiz. Fikirləriniz yavaşıyacaq, qavrama genişlənəcək və siz həmişəkindən daha artıq görəcəksiz". Dünyaya "dişlənmiş alma" satan Stiv Cobs öz bioqrafı Uolter Ayzeksona meditasiyanın effekti barədə belə deyirdi. İT texnologiyaları sahəsində quru, dahi kreativ, dünyanı dəyişə bilənlərdən biri uzun illər meditasiya praktikası ilə məşğul olurdu. Mediasiya (edənlər bilər) stress çıxarmaq, zehni aydınlatmaq və kreativliyi artırmağın ən yaxşı yoludur. Psixoloqlar deyir ki, beyin də əzələ kimidir, məşq elətdirməsən sıradan çıxır. Amma heç kim, psixoloqların təklif etdiyi modellə yaşamaq istəmir. 

Stiv Cobsın ölümündən bir qədər əvvəl psixoloquna təklif elədiyi meditasiya növü dərk etmə mediasiyası sayılır və dzen-buddizm və daosizm fəlsəfəsindən bəhrələnir. Bu gün meditasiyanın beyinə müsbət təsirindən neyrobiologiya elmi ətraflı danışır. Google, General Mills, Target və Ford kimi nəhəng şirkətlər öz əməkdaşlarının iş qabiliyyəti və zehni sağlamlığı xətrinə bu meditasiya növünü ofisdə tətbiq etməyə imkan yaradır. Bu dərsləri bir neçə addımlıq hərəkət miqyasına qədər asanlaşdırıb hər kəs tətbiq edə bilər:

- Bardaş qurub sakit küncdə yastı döşəkçə üstündə oturun və dərindən nəfəs alın. Gözlərinizi bağlayıb daxili dialoqa (ya monoloqa), fikirlərin beyindəki "rəqsinə" diqqət verin - iş, ev, televizor... Bu sizin meymun kimi tullanıb ora-bura qaçan beyninizin çərənləməsidir. Onu saxlamağa çalışmağın heç bir mənası yoxdu, alınmayacaq. Sakitcə ağlınızın meymun kimi bu fikirdən o birinə tullanmasını müşahidə edin. Bu çalışmanı hər gün 5 dəqiqə ərzində təkrarlayın. Bir həftədən sonra  sakit və aramla hərəkət edən ağlın "öküz mahiyyəti" görünməyə başlayacaq. Öküz ətrafını gözdən keçirməyi sevir. O, qiymət vermir, məna axtarmır, sakitcə durub baxır və duyur.  İçindəki öküzlə hər kəs tanış deyil, hətta meymunun əlindən bezənlər də. Amma bizi ora-bura qovlayan, tələsdirən "meymun"un təsiri altında olanda da "öküz" təmkinli olmağa və işi sona çatdırmağa vadar edir. Öküz tədricən meymunun dəlisovluğunun qarşısını alacaq. Özünüzü çöldə sakitcə gəzişən öküz kimi hiss eləməyə başladıqca meymun da sakitləşəcək. Nəfəsiniz həmişəki kimi təngiməyəcək, stress gedəcək. Ola bilər gözünüzü açanda əşyalar həminki yerdə olsalar da, başqa cür görünəcək. Məsələn, pəncərə işıq dolu bir dördbucaq olacaq. Onu açmaq, başlamaq, təmir etmək - heç nə lazım deyil. Həmin vaxt sizə də heç nə lazım olmayacaq. Təcrübəli meditasiya ustaları deyir ki, bu yolla zamanın təsirindən qaçmaq mümkün olur, zamanı artıq hiss etmirsən. 

Həmin vaxt, nisbi sakitlik çökəndə, yəni meymun tullanıb atılmaqdan bezəndə ətrafındakı insanlar qara-qışqırıq salıb nədən istəsən, patriotizmdən, cəmiyyətdəki haqsızlıqlardan, cinayətkarlıqdan, lap istəsən qlobal istiləşmədən danışsın, fərq etməz. Öküz bütün bunları həmişəki kimi təmkinlə yola verəcək. Stiv Cobs Stenford Universitetinin məzunları qarşısında səsləndirdiyi 3 məsəlli məşhur məruzəsində ondan daha məşhur olan bir fikri bir daha səsləndirdi: "Təsəvvür eləsən ki, bu sənin sonuncu günündür və sabah olmayacaq, onda istəmədiyin işi görməyə, sənə lazım olmayan adamları razı salmağa, bir sözlə başqasının həyatını yaşamağa ehtiyac qalmır". Hər gününü sonuncu kimi yaşasan ola bilər nə vaxtsa haqlı olduğunu biləcək, təsdiq edəcəksən.

P.S. Köşə dünən oxuduğum 3 aqressiv məqaləyə reaksiya olaraq yarandı.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]