Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Avropa Şurası ekstremistləri siyasi məhbus saymır»

«Avropa Şurası ekstremistləri siyasi məhbus saymır»
Bölmə :
Müsahibə
Yayım tarixi :
12/7/2012 [11:21]
Baxılıb :
1362 dəfə
Eldar Zeynalov: “Azərbaycanla bağlı hesabatların əksər hissəsi ictimaiyyətdən gizlədilir”
“Heç soruşmur ki, niyə Hacı Məmmədov hələ də MTN-nin təcridxanasında saxlanılır?”

Hüquq müdafiəçisi Eldar Zeynalov «Bizim Yol» qəzetinə müsahibəsində dövlət başçısı İlham Əliyevin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi barədə fərmanını şərh edib. O, qaununu zəruri edən səbəblər, bunun perspektivdə hansı dəyişikliklərə səbəb olacağı barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edrik.

- Eldar müəllim, dövlət başçısı “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi barədə fərmanı imzaladı. Bu fərman haqqında nə deyə bilərsiniz?

- Prinsipcə, prezident qanunun tətbiq edilməsi haqqında qanunu imzaladığından bu, Milli Məclisin fəaliyyətinin nəticəsidir. Hələ bu qanun parlamentdə müzakirə olunarkən sənədin əsas hissələri Ədliyyə Nazirliyi, DİN və hüquq müdafiəçiləri ilə müzakirə edilmişdi. Yəni sənədin hazır olması uzun müddətin işinin nəticəsi idi. Ona görə biz artıq 2008-ci ildə qanun qəbul ediləcəyini bilirdik. Sadəcə, qanunun qüvvəyə minməsi uzun çəkdi, güman ki, bu, bir sıra güc strukturlarının lobbiçiliyinin təsirindən idi. Çünki onlar hüquq və azadlıqların genişlənməsini istəmirdilər. Məsələ ondadır ki, güclü olmasa da, qanun məhbusların hüquqlarını genişləndirir. Ümumi götürdükdə, bu qanun cinayət kodekslərinə və həbsxanalardakı duruma da təsir edir. Bəzi məqamlar var ki, məhbusların hüquq və azadlıqları saxlanma zamanı pozulur. Yəni vətəndaş həbs olunarkən ona rəsmi ittiham sürülsə belə, onun hüquq və azadlıqları təmin edilməlidir. Bu məqam isə polis orqanlarında 20 ildir müzakirə obyektinə çevrilib. Çünki bəziləri deyir ki, rəsmi ittiham olunan vətəndaşın hüquq və azadlıqları vəkili onunla görüşəndə təmin olunur. Buna qarşı isə bildirilirdi ki, vətəndaş özünü günahkar bilib ittihamı etiraf edirdisə, burada hansı hüquq və azadlıqlardan söhbət gedə bilər. Bax, bu məqamdakı bəzi ziddiyyətlər suallar yaradırdı. Sual ondan ibarət idi ki, vəkilin iştirakı olmadan ittiham elan olunurdusa, bu, hüquq və azadlıqların pozulması deyilmi?

- Ümumiyyətlə, Avropa Şurası başda olmaqla digər beynəlxalq təşkilatların tələbləri nə dərəcədə yerinə yetirilib?

- Bu məsələ bütövlükdə əməkdaşlıq etdiyimiz İşgəncələrə Qarşı Avropa Komitəsinin sənədlərində qoyulub və bunlar elə Qərb dəyərlərinə cavab verir. Amma şikayətlər və senzura ilə bağlı bəzi məqamlar var ki, mübahisələndirmək olar. Maraqlı məqam vətəndaşın azad olunması və saxlandığı haubvaxtın da sənədə salınmasıdır. Yəni bununla hərbi hissələrdəki cəzaçəkmə yerləri ictimai nəzarət altına salınır. Bundan sonra haubvaxtdakı əsgər telefondan istifadə edə biləcək və müvafiq qurumlara şikayət etmək hüququ əldə edəcək. Qanunun imzalanması ilə hərbçilərin nə qədər hüquq və azadlıqlardan məhrum edildiyini bir daha təsdiqlədi. Düzdür, Konstitusiyada onların hüquqları olsa da, praktikada əksinəydi. Demək istəyirəm ki, bu qanun DİN və hərbi hissələrin haubbaxtlarında saxlanılan vətəndaşlara hüquq və azadlıqlar verirsə, artıq irəliyə doğru addımın atılmasından danışmaq olar. Hesab edirəm ki, bundan sonra ictimaiyyət hərbi hissələrdəki vəziyyətə daha yaxşı nəzarət edəcək. Çünki bu sahənin qapalılığı nəticəsində hətta kütləvi ölüm hadisələri belə baş verib. Və bütün bunların qarşısında bizə deyirdilər ki, orda dövlətin strateji və sirr hesab olunan obyekti olduğundan ora daxil olmaq qadağandır. İndi isə ictimai qurumlar haubvaxtda monitorinq apara biləcəklər və işgəncə hallarını araşdırmaq imkanı əldə ediblər. Problem ondaydı ki, güc strukturları özləri vəziyyəti araşdırırdılar və ictimai qurumları yaxın buraxmırdılar. Bunu qanunun tələbi ilə etdiklərini də əsaslandırırdılar. Yaxud başqa bir məqam, hökmdən 10 gündən sonra cinayətkar Cəzaçəkmə Müəssisinə aparılmalıdır, amma heç soruşmur ki, niyə neçə illərdir Hacı Məmmədov MTN-nin təcridxanasında saxlanılır? Artıq qanun qəbul olunubsa, onun MTN təcridxanasında saxlanılması qanunsuzdur.

- AŞ PA-da Azərbaycan üzrə həmməruzəçi Ştrasserin hesabatı qəbul olundu və ardınca məmurlara qarşı sanksiyalar gündəmə gəldi. Sizə elə gəlmir ki, fərmanın imzalanmasında məqsəd həm də beynəlxalq aləmin münasibətini yumşaltmaq olub?

- Xeyr, mən belə düşünmürəm. Bu qanunun qəbulu Beynəlxalq İşgəncələrə Qarşı Komitənin Azərbaycan hökumətinə təzyiqləri ilə bağlıdır. Bu komitənin nümayəndələri 5 dəfə Azərbaycanda olublar və hesabat hazırlayırlar. Bu hesabların 2-i hökumət razılıqla qarşılamışdı. Məsələ ondadır ki, hökumət əleyhinədirsə, hesabatlar dərc olunmur. Qəribəlik ondadır ki, Ermənistan və Gürcüstanla bağlı da 5 hesabat qəbul olunub. Amma onların hesabatı dərc olunub. Azərbaycanla bağlı hesabatların əksər hissəsi ictimaiyyətə təqdim olunmur, gizlədilir. Səbəb məlumdur, çünki həbsxanalardakı durum Avropa Konvensiyasının bir sıra bəndlərinin tələblərinə cavab vermir. Söhbət işgəncələrdən gedir. Bu məsələ hələ Azərbaycan Avropa Şurasına üzv olandan bəri müzakirə obyektidir, düzdür bir sıra islahatlar da aparılıb. Qanunun qəbulu isə məncə, vəziyyətin dəyişməsinə təsir edəcək. Və bu sənədin imzalanması daha çox Avropa Məhkəməsinə edilən şikayətlərdən sonra gündəmə gəldi. Situasiya dəyişməyəcəkdisə, şikayətlər daha da artacaq və hökumət məhkəmənin qərarlarını yerinə yetirməyə məcburdur. Bu, təkcə cərimələrin ödənməsi demək deyil, həm də sistemin dəyişməsini vacib edir.

- Bəs bundan sonra hesabatların dərc olunması mümkündürmü?

- Bəli, çünki qanun imzalandı. 

- Sizcə, hansı səbəblərdən həbsxanalar insan sağlamlığına zərərli olan məkanlarda inşa olunur, məsələn, daş karxanaları olan ərazilərdə?

- Hazırda daha pis yer 14 saylı Cəzaçəkmə Müəssisəsinin yerləşdiyi ərazidir. Ümumiyyətlə, 8, 12 və 13 saylı cəzaçəkmə müəssisələrinin yerləşdiyi Qaradağ rayonunun əraziləri sağlam yer hesab oluna bilməz. Başqa bir fakt, Novruzəli Məmmədovun öldüyü 15 saylı cəzaçəkmə müəssisəsinin ərazisində heç mənim kimi sağlam adam da qala bilməz. Çünki həmin məkanda hava dəhşətlidir, nəfəs almaq olmur. Və həmin müəssisəyə ürək xəstəsi olan adamı göndərdilər və o, öldü. Necə olur ki, Novruzəli Məmmədov MTN-nin təcridxanasında 2 il saxlanıldı, amma heç nə olmadı, amma 15 saylı müəssisədə öldü? Ümumi yanaşdıqda, havanın ağırlığı 14 və 15 saylı müəssisələrdə açıq şəkildə hiss olunur. Ürək-damar xəstəliklərinin yayılması üçün bu yerlər həssas sayılmalıdır. Ona görə bu ərazilərdən müəssisələri köçürtmək lazımdır. Əvvəllər bu barədə danışılanda, deyirdilər ki, məhbuslar daş karxanalarında işlədiklərindən, köçürmə mümkün olmur. Yəni daş karxanaları müəssisələrə yaxın olduğu üçün. Bu gün isə daş karxanaları işləmədiyindən köçürmə məsələsini gündəmə gətirmək vacibdir.  


- Son vaxtlar siyasi məhbus siyahısı yenidən gündəmə gəlib və Ştrasserin siyahısı da təsdiqləndi. Amma mübahisəli məqamlar qalmaqdadır, bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, vəziyyəti bu istiqamətə yönəlməsi siyasi repressiyaların yeni dalğasının başlanması ilə əlaqədardır. Beləliklə, siyahı məsələsi gündəmin əsas müzakirəsindən hələ də çıxmır. Təsəvvür edin ki, bir ildə siyasi məhbusların sayı 2 dəfə artdı. Halbuki, ötən il yeni siyasi məhbusların əksəriyyəti vicdan məhbusu kimi tanınmışdı. Bu o deməkdir ki, onlar qeyd-şərtsiz azad olunmalıdır. Çünki vicdan məhbusları Avropa Konvensiyasında və Konstitusiyada təsbit olunan azadlıqları tələb etdikləri üçün həbs olunmuşdular. Siyahıya gələk, müzakirələr daha çox cinayət edənlərin üzərindədir, bu məsələdə Avropa Şurası ilə Beynəlxalq Amnistiya Təşkilatının baxışları da toqquşur. Beynəlxalq Amnistiya Təşkilatı hesab edir ki, həbsində siyasi element olan hər bir məhbusu siyasi məhbus hesab edir. Yəni vətəndaş siyasi terror törədibsə, hətta Əl-Kaidə üzvü belə olsa da, onu siyasi məhbus sayırlar. Amma bu məsələdə ədalətli məhkəmə prosesi əsas götürülür və vicdan məhbuslarından fərqli olaraq onlara yenidən məhkəmə keçirilməsi tələb olunur. Avropa Şurası isə ekstremistləri siyasi məhbus hesab etmir. Buna əsasları var və onlar Avropa Konvensiyasının 16 və 17-ci bəndlərinə istinad edirlər. Belə olanda siyahılarda da fərqlər yaranır. Çünki hüquq müdafiəçilərinin bəziləri siyasi məhbus anlayışında Beynəlxalq Amnistiya Təşkilatının, başqaları isə Avropa Şurasının meyarlarına söykənirlər.

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]