Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qara dəniz regionunda yeni imkanlar

Qara dəniz regionunda yeni imkanlar
Bölmə :
KİVDF
Yayım tarixi :
26/5/2016 [10:34]
Baxılıb :
757 dəfə
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərində xüsusi yer tutur

(Əvvəli ötən sayımızda)

Azərbaycanın iqtisadi və aqrar sahədə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır (QDİƏT). Bu qurum 1992-ci il iyunun 25-də İstanbulda 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılıb. Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynanın dövlət rəsmiləri İstanbul Zirvə görüşünün Bəyannaməsini və Bosfor Bəyannaməsini imzalamaqla QDİƏT-in əsasını qoyublar. 

QDİƏT çoxtərəfli iqtisadi əməkdaşlıq modeli kimi ortaya gəlməklə siyasi problemləri həll etməyi, bölgəyə sülh və əmin-amanlıq gətirməyi qarşısına məqsəd qoymuşdu. QDİƏT-nin strukturlaşması prosesini təmin etmək üçün üzv dövlətlər 1994-cü ilin martında İstanbulda təşkilatın Daimi Beynəlxalq Katibliyinin yaradılması haqda razılığa gəliblər. Katiblik İstanbul şəhərində yerləşir. Prosesin davamı olaraq 1997-ci il yanvarın 24-də üzv dövlətlər Qara Dəniz Ticarət və Əməkdaşlıq Bankının yaradılması haqda bəyannamə imzalayıblar. Təşkilatın ali orqanı - Xarici İşlər Nazirləri Şurasıdır. Hər üzv ölkə 6 ay müddətində təşkilata sədrlik edir və sədrlik müddətinin sonunda öz ölkəsinin ərazisində XİNŞ-in iclasını keçirir.

Yeni inkişaf perspektivlərini müəyyənləşdirən Moskva Bəyannaməsi

"Azərbaycan QDİƏT-in bünövrəsini qoyan üzv ölkələrdən biri olsa da, Ermənistanla Azərbaycan arasında gedən müharibə səbəbindən Azərbaycan bu təşkilatın işində tam şəkildə iştirak edə bilmirdi. Hərbi əməliyyatlar 1994-cü ildə dayandırılsa da, müharibədən sonra Azərbaycanda hökm sürən iqtisadi-siyasi vəziyyət ölkəyə hərtərəfli diplomatik əlaqələr qurmağa və beynəlxalq təşkilatlarla münasibətlərini inkişaf etdirməyə imkan vermirdi. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin QDİƏT-in işində ilk dəfə iştirakının 1996-cı il oktyabrın 25-nə təsadüf etməsi də əslində, Azərbaycanın bu təşkilata inteqrasiyasının müharibə ucbatından ləngidiyinin göstəricisidir. 

QDİƏT dövlət başçılarının işinə ilk dəfə olaraq qatılan Heydər Əliyev nitq söyləyərək təşkilatın perspektivlərindən və regionda oynaya biləcəyi roldan danışıb. Zirvə görüşü çərçivəsində Heydər Əliyev həmçinin Ermənistan prezidenti Levon Ter-Petrosyanla, Türkiyə prezidenti Süleyman Dəmirəllə, Bolqarıstan prezidenti Jelyü Jeleylə və Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdinlə görüşüb. Zirvə görüşünün nəticəsi olaraq QDİƏT-in yeni inkişaf perspektivlərini müəyyənləşdirən Moskva Bəyannaməsi imzalanıb", - deyə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) redaksiyamıza məlumat verildi.

Zirvə görüşünün nəticəsi

Prezident Heydər Əliyevin QDİƏT-in işində növbəti iştirakı 1997-ci il aprelin 28-nə təsadüf edib. Bu təşkilatın üzvü olan ölkələrin İstanbulda "Qara dəniz regionunda yeni imkanlar" mövzusunda keçirilən biznes konfransında Heydər Əliyev nitq söyləyib. Biznes konfrans çərçivəsində Heydər Əliyev Ukraynanın, Türkiyənin, Ermənistanın, Rumıniyanın, Moldovanın və Gürcüstanın dövlət başçıları il görüşərək müzakirələr aparıb.

Azərbaycan Prezidenti QDİƏT-ə üzv olan ölkələrin dövlət başçılarının 1998-ci il 4-5 iyun tarixlərində Yaltada keçirilən növbəti görüşünə də qatılıb. İyunun 5-də Heydər Əliyev dövlət və hökumət başçılarının 4-cü zirvə toplantısında nitq söyləyib. Öz nitqində Heydər Əliyev QDİƏT-in perspektivlərindən və mövcud əməkdaşlıq əlaqələrindən danışıb, mümkün əməkdaşlıq sahələrini qeyd edib. Heydər Əliyev həmçinin QDİƏT-ə üzv olan ölkələrin dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak edib. Zirvə görüşünün nəticəsi olaraq Yalta Bəyannaməsi imzalanıb.
1999-cu il noyabrın 17-də isə Heydər Əliyev QDİƏT-in tarixə düşmüş İstanbul görüşündə iştirak edib. Həmin görüşlərin nəticəsi olaraq QDİƏT-in əməkdaşlıq layihələri, təşkilatlanma, regional proseslər və üzv ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə predmeti olub.

Prezident Heydər Əliyevin QDİƏT-ə üzv olan ölkələrin dövlət başçılarının zirvə görüşündə sonuncu iştirakı 2002-ci il iyunun 24-28-nə təsadüf edib. QDİƏT-in 10 illik yubileyi ilə əlaqədar Türkiyədə keçirilən görüşlərə qatılan Heydər Əliyev Gürcüstan, Türkiyə, Rumıniya və Ukrayna prezidentləri ilə görüşlər keçirib. Zirvə görüşləri çərçivəsində Heydər Əliyev QDİƏT daxilində Azərbaycanın digər ölkələrlə ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə edib. Dövlət başçısı Heydər Əliyevin QDİƏT-in zirvə görüşlərində iştirakı ilə yanaşı, Azərbaycanın müxtəlif səviyyəli dövlət məmurları və xarici işlər naziri təşkilatın görüşlərində iştirak ediblər.

İlham ƏliyevQDİƏT-lə əlaqələri necə gücləndirdi?

QDİƏT çərçivəsində ikitərəfli münasibətlərin qurulması və təşkilata daha sıx inteqrasiya prosesini Prezident İlham Əliyev də uğurla davam etdirib. 2003-cü il noyabrın 7-də Prezident İlham Əliyev QDİƏT-in baş katibi Valeri Çeçelaşvilini qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev enerji sektoru ilə yanaşı, nəqliyyat və turizm sahəsində də ölkəmizin regional əməkdaşlıq istiqamətində yüksək nəticələr əldə etməsindən məmnunluğunu bildirib. O, regionda mövcud olan böyük potensialdan hələ tamamilə istifadə edilmədiyini, qarşıdakı illər ərzində təşkilata üzv olan ölkələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bu sahədə böyük işlər görüləcəyini söyləyib.

2004-cü il aprelin 16-da İlham Əliyev QDİƏT üzvü olan ölkələrin təhsil nazirlərini qəbul edib. Prezident İlham Əliyev QDİƏT ölkələri təhsil nazirlərinin Bakı görüşünün uğurla keçməsindən məmnunluğunu bildirib, təhsilin inkişafına dair müxtəlif məsələlərin müzakirə olunmasını müsbət addım kimi səciyyələndirib. Dövlət başçısı İlham Əliyevin fəal siyasəti nəticəsində Azərbaycanla QDİƏT arasındakı münasibətlərin inkişaf tempi sürətlənib. Misal üçün, 2004-cü il aprelin 30-da İlham Əliyev Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasına toplaşmış nümayəndə heyətləri başçılarını qəbul edib. Görüş zamanı İlham Əliyev QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizin bilavasitə iştirakı ilə regionda çox mühüm, dünya üçün böyük əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini bildirib.

2004-cü ilin sonunda, dekabrın 27-də Prezident İlham Əliyev QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin baş katibi Tedo Caparidzeni qəbul edib. QDİƏT ilə əlaqələrin daha da genişləndirilməsinə Azərbaycanın böyük əhəmiyyət verdiyini bildirən Prezident İlham Əliyev ölkəmizin bu təşkilat çərçivəsində həyata keçirilən iqtisadi layihələrin gerçəkləşməsində fəal rol oynadığını vurğulayıb. İlham Əliyev eyni zamanda, bu təşkilatın fəallığının artırılması məqsədi ilə yeni maliyyə mexanizmləri yaradılmasının vacibliyini nəzərə çarpdırıb.

Prezident İlham Əliyev 2006-cı il fevralın 14-də QDİƏT-in baş katibi Tedo Caparidzeni növbəti dəfə qəbul edib. Görüşdə Azərbaycan ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

2006-cı il iyunun 12-də isə Prezident İlham Əliyev QDİƏT-in yeni baş katibi Leonidas Xrizantopulosu qəbul edib. Görüş zamanı İlham Əliyev Azərbaycanın müxtəlif beynəlxalq və regional təşkilatlarla, o cümlədən QDİƏT-lə əməkdaşlığının daim genişləndiyini bildirib, iqtisadiyyatın sürətli inkişafı istiqamətində görülən işlərdən danışıb.

2007-ci il iyunun 25-də Prezident İlham Əliyev İstanbulda QDİƏT-ə üzv olan ölkələrin dövlət və hökumət başçılarının qurumun 15 illiyinə həsr edilmiş zirvə görüşündə iştirak edib. Görüş zamanı nitq söyləyən İlham Əliyev Azərbaycanda iqtisadi və neft sektorunda görülən işlərlə bağlı məlumat verməklə yanaşı, Ermənistanın Azərbaycana qarşı işğalı haqda da danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin QDİƏT çərçivəsində effektiv əməkdaşlığa və bölgədə sülhün bərqərar olmasına maneçilik törətdiyini vurğulayıb.


(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]