Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dövlət tikintilərindən 400 milyon «uyğunsuz» xərc

Dövlət tikintilərindən 400 milyon «uyğunsuz» xərc
Bölmə :
Araşdırma
Yayım tarixi :
26/5/2016 [10:02]
Baxılıb :
dəfə
Hökumətin apardığı tikintilərdə ciddi maliyyə pozuntuları aşkarlanıb
Hesablama Palatası dövlət qurumlarında çeşidli nöqsanları ortaya çıxartdı

Hesablama Palatası dövlət qurumlarında əsas fondların təmiri, tikintisi və bərpası prosesində maliyyə pozuntuları aşkarlayıb. Məlum olur ki, əsaslı vəsait qoyuluşuna yönəldilən pulun ayrılması zamanı prezidentin 2010-cu il 17 mart tarixli 239 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə əməl edilməyib. Belə ki, layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən texniki-iqtisadi əsaslandırma sənədlərinin bir sıra obyekt və tikililər üzrə hazırlanması, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun yaşayış məntəqələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması, tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından tikintiyə dair Texniki-İqtisadi Hesablamalar, Texniki-İqtisadi Əsaslandırmalar, tender sənədləri və bəzi hallarda layihələrin müvafiq qaydada dövlət ekspertizasından keçirilməsi təmin edilməyib.

Sifarişçilər tərəfindən obyektlərin layihə-smeta sənədlərinin hazırlanması, bu sənədlərin ekspertizadan keçirilməsi və obyektlərin ehtimal olunan dəyərinin müəyyən edilməsi üzrə nəzərdə tutulan vəsait podratçılarla tikinti-quraşdırma işlərinin aparılması üçün bağlanılmış satınalma müqavilələrinə daxil edilib, cari qiymətlərə nəzərdə tutulmayan əlavələr olunub, bəzi hallarda ekspertizadan keçirilən layihələrə verilən rəydə qeyd edilən iradlar aradan qaldırılmadan, layihə smeta sənədlərinin bu istiqamətdə fəaliyyət göstərməsi üzrə xüsusi lisenziyaya malik olmayan qurumlar və yaxud podratçı təşkilatlar tərəfindən hazırlanmış layihə sənədləri əsasında obyektlərin tikintisi aparılıb.

Bəzi məktəblərdə siniflər istifadəsiz qalıb,digərlərində sinif çatışmır 

Məktəblərin tikintisi üzrə layihələrin hazırlanmasında çeşidli nöqsanlara yol verilib. Sifarişçilər tərəfindən Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin təmiri və tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin tələblərinə əməl edilmədən tərtib olunan layihə tapşırıqları əsasında hazırlanmış layihə-smeta sənədlərinə uyğun inşa edilən məktəblərdə şagirdlərin sayı ilə faktiki şagirdlərin sayı arasında fərqlərin olması, bəzi məktəblərdə sinif otaqlarının istifadəsiz qalması, digərlərində isə yeni sinif otaqlarının tikintisinə ehtiyacın yaranması ilə nəticələnir ki, bu da büdcədən əlavə vəsaitin ayrılmasını şərtləndirib.

Bununla yanaşı, tikinti prosesində tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş vahidlərinin dəyərindən fərqli qiymətlərin tətbiq olunması, obyektlərin layihə-smeta sənədlərinin müvafiq bölməsinin "müvəqqəti bina və qurğular" və "nəzərdə tutulmayan işlər və xərclər" bəndlərində nəzərdə tutulan vəsaitlər üzrə yerinə yetirilən işlərin həcmi və alınan avadanlıqların siyahısı sifarişçi, podratçı və layihəçi ilə birgə tərtib və təsdiq edilmədən vəsait xərclənib, smeta və qiymət cədvəlində nəzərdə tutulsa da, işlərin yerinə yetirilməsi və avadanlıqların quraşdırılmasının təmin edilməməsi halları mövcud olub. Həmçinin tikinti sahəsində fəaliyyət göstərməsinə xüsusi lisenziyaya malik olmayan təcrübəsiz podratçılarla müqavilələrin bağlanılması, obyektlərin texnoloji, tikinti-memarlıq və digər texniki həllərinin layihələrə uyğunluğunu təmin etmək, həmçinin, tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə obyektlərin tikintisinə müəllif nəzarətinin aparılmaması, sonradan üstü örtülən işlərin və məsul konstruksiyaların qəbulu, quraşdırılmış avadanlığın, texnoloji boru kəmərlərinin, drenaj quyularının, elektrik, radio, telefon, televiziya qurğuları və xətlərinin, partlayış, yanğın və ildırımdan mühafizə vasitələrinin sınaqlarının keçirilməməsi hallarına rast gəlinib.

Bir sıra hallarda Nazirlər Kabinetinin dövlət büdcəsindən nəzərdə tutulmuş vəsaitlərin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsünə dair müvafiq sərəncamlarında sifarişçilər üçün müəyyən edilən "əsaslı vəsait qoyuluşundan istifadəni yalnız bu məqsəd üçün ayrılmış vəsait daxilində həyata keçirsinlər və əlavə maliyyə sərfinə yol verməsinlər" tapşırığına əməl edilməyərək əlavə işlərin yerinə yetirilməsi hallarına rast gəlinib ki, bu da nəticədə əlavə pulların xərclənməsinə gətirib çıxarıb. 

Tikintidə 397 420,8 min manatlıq "uyğunsuzluq"

Həyata keçirilmiş nəzarət tədbirləri zamanı audit olunan qurumların hamısında mühasibat uçotunun təşkili və aparılması ilə bağlı müxtəlif xarakterli nöqsanlar aşkar olunub. Hesablama Palatasının ötən illər üzrə hesabatlarında da qeyd edildiyi kimi, hər bir nəzarət obyektində "Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat"ın tələblərinə tam riayət edilməyib, həmçinin, 2012-ci ildən məcburi hesab olunan Milli Mühasibat Uçotu Standartları bir sıra təşkilatlarda tətbiq edilməyib, həmin standartlar bəzi təşkilatlarda müəyyən olunmuş qaydada aparılmayıb.

Mühasibat uçotunun təşkili və aparılması ilə bağlı audit olunan qurumlarda müxtəlif istiqamətlərdə müəyyən edilmiş nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar. Hesabat ilində 3626,8 min manat məbləğində amortizasiya (köhnəlmə) haqqının artıq hesablanıldığı, 238,7 min manat məbləğində fiziki cəhətdən tam köhnəlməmiş (aşınmamış) əsas vəsaitlərin və digər aktivlərin qalıq dəyərinin balansdan silindiyi, 94551,1 min manat məbləğində maddi və qeyri-maddi aktivlərin əsas vəsait kimi müvafiq hesablarda uçota alınmadan birbaşa xərcə silindiyi, 37790,7 min manat məbləğində kapital qoyuluşu üzrə xərclərin balans hesabatlarında, podratçı təşkilatlara köçürülmüş 681013,9 min manat məbləğində vəsaitin isə maliyyə hesabatlarında əks etdirilmədiyi, 2457,6 min manat məbləğində xəzinədarlıq orqanları tərəfindən öhdəliyə götürülməyən kreditor borcun yaradıldığı, 454055,0 min manat məbləğində aktivlər və öhdəliklərin balansa mədaxil edilmədiyi, tikintisi başa çatdırılmış obyektlər üzrə 144901,2 min manat məbləğində məsrəflərin uçota alınmadığı müəyyən edilib. Nəzarət tədbirləri zamanı qurumlar tərəfindən tərtib edilmiş "Maliyyə vəziyyəti haqqında hesabat" və Dövlət Statistika Komitəsinin müvafiq məlumatları arasında istifadəyə verilmiş əsas fondların və tamamlanmamış tikinti işlərinin dəyəri üzrə 397420,8 min manat məbləğində uyğunsuzluq aşkar olunub. 

Vəsaitlərin təyinatı səbəb olmadan dəyişdirilib

Audit olunmuş qurumlarda nizamnamə kapitalının artırılmış dəyərinin müvafiq uçot sənədlərində nəzərə alınmaması, əsaslı kapitala yönəldilmiş vəsaitin məbləğinin müvafiq hesabatlarda fərqli əks etdirilməsinə yol verilib. Hesablama Palatasının ötən illər üzrə hesabatlarında da qeyd edildiyi kimi, audit olunan qurumların böyük əksəriyyətində müəyyən edilən pozuntulardan biri də vəsaitin təyinatının dəyişdirilməklə icra olunmasıdır. Nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların təhlili vəsaitlərin Vahid Büdcə Təsnifatı ilə müəyyən olunmuş iqtisadi və funksional təsnifat kodunun dəyişdirilməsi hallarına yol verildiyini göstərir. Audit olunan qurumlarda ümumilikdə 3 115,8 min manat və 415,9 min avro məbləğində vəsait Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodu dəyişdirilməklə icra olunub. Qeyd olunmuş nöqsanlarla icra edilmiş vəsaitin 66,5%-i mənzil-kommunal təsərrüfatı, 23,1%-i isə sosial siyasətin həyata keçirilməsi sahəsində fəaliyyətin payına düşür.

Məlumatların təhlili, əsasən sair xərclərin, malların, iş və xidmətlərin satın alınması ilə bağlı xərclərin digər istiqamətlərə yönəldildiyini, həmçinin, təsərrüfat hesablı gəlirlər hesabına maliyyələşdirilməli xərclərin (mənzil-kommunal təsərrüfatı üzrə) dövlət büdcəsinin vəsaiti hesabına icra edildiyini göstərir. Daha dəqiq desək, təyinatı dəyişdirilməklə icra edilmiş vəsaitin 36,7%-i sair xərclərin, 24,7%-i malların, iş və xidmətlərin satın alınması xərclərinin, 23,1%-i isə təsərrüfat hesablı gəlirlərdən maliyyələşdirilməli xərclərin payına düşür. 

Tələbatdan çox mal alınıb, eyni işlərə dəfələrlə pul xərclənib, dəyəri şişirdilib

Dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin edilmədiyi də ortaya çıxıb. Həyata keçirilmiş nəzarət tədbirləri ilə audit olunan qurumlar tərəfindən bağlanılmış müqavilələrin icra müddətinin başa çatmasına baxmayaraq bank təminatı alınmadan qabaqcadan ödəniş edilərək vəsaitin podratçının istifadəsində qalması, bir sıra tədbirlərin keçirilməsində büdcə vəsaitindən məqsədyönlü və səmərəli istifadə olunmayaraq eyni adlı və eyni növlü avadanlıqların dəfələrlə icarəsinə vəsait xərclənməsi, bəzi hallarda təhtəlhesab şəxslərə xəzinədən ödənilmiş vəsaitdən təhtəlhesab şəxs üzrə istifadə olunmayan avans məbləğlərin qalığının uzun müddət şəxsi istifadələrində saxlanıldıqdan sonra xəzinəyə təhvil verilməsi, tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, elektron formada tərtib edilməsi ilə yanaşı böyük həcmdə çap işlərinin həyata keçirilməsi, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edildiyi aşkarlanıb. Büdcə xərcləmələrini araşdırdığımız zaman ehtiyacdan artıq avadanlıqların alındığı, eyni işlərin təkrar-təkrar görüldüyü, iş və xidmətlərin dəyərinin şişirdilməsi kimi pozuntulara bütün dövlət təşkilatlarında rast gəlirik və Palatanın yoxlamaları da bizim ortaya qoyduğumuz neqativ faktları rəsmi səviyyədə təsdiqləyir.    

30 milyona yaxın vəsait səmərəsiz istifadə olunub

Həmçinin yeni yaşayış məhəllə və qəsəbələrinin tikintisi üzrə layihənin hazırlanması ərəfəsində mühəndis-axtarış işləri aparılarkən ərazinin düzgün seçilməməsi, ərazi hissələrinin müfəssəl planlarının hazırlanmaması, tikintiyə dair Texniki-İqtisadi Hesablamalar və Texniki-İqtisadi Əsaslandırmaların tələb olunan qaydada hazırlanıb ekspertizadan keçirilməməsi, ərazinin geoloji durumunun mürəkkəb olduğunun nəzərə alınmaması səbəbindən əlavə işlərin görülməsi zərurətinin yaranması və nəticədə əlavə vəsait sərfinə yol verilməsi, layihə-smeta sənədlərinin hazırlanmasına vəsait ödənilsə də, tikinti işlərinə başlanılmaması, tikinti normalarına və yolların istismar şərtlərinə riayət edilməməsi halları da aşkar edilib. Qeyd olunanlar nəticəsində, ümumilikdə, 23 892,4 min manat, 1 374,0 min dollar və 3 734,0 min avro məbləğində vəsait səmərəli istifadə olunmayıb. 
Palatanın hesabatında "nöqsan" adlandırıb yumşaltmağa çalışdığı satınalmalar, əməkhaqqı ödənişi, təmir-tikinti işləri üzrə pozuntuların bir hissəsi audit olunan qurumların hamısında, digər bir qismi isə əksəriyyətində müəyyən edilib. Yəni üç gündür sadalayıb bitirə bilmədiyimiz maliyyə pozuntuları dövlət qurumlarının demək olar ki, hamısında təkrarlanır. 

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]