Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Vətənə şəxsiyyət lazımdırmı? - Gülnarə Rəfiq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
12/7/2012 [11:10]
Baxılıb :
2496 dəfə
Şəxsiyyətin vəsiqə alması isə çox lazımdır

Balalarınızdan görəsiz, mənim oğlum şəxsiyyət vəsiqəsi almaq həddinə çatdı. Şəxsiyyət vəsiqəsi alıb vətəndaş olacaq və az keçmiş ölkənin bütün siyasi, ictimai proseslərində bərabərhüquqlu üzvü kimi iştirak etmək hüququ qazanacaq. Amma bu bir parça kağızı əlimizə almaq üçün biz də uzun və keşməkeşli prosedurlardan keçdik. 

Direktorun kefi belə istəyirdi

Uşağın 16 yaşı hələ fevral ayında tamam olsa da biz hələ ki, gedib polisin pasport şöbəsinə çıxa bilmirdik. Birinci maneə məktəbdən oldu. Oğlan uşaqları üçün şəxsiyyət vəsiqəsi alınma şərtlərində, lazım olan sənədlər içində hərbi komissarlıqdan təhkim kağızının olması vacibdir. Həmin bu təhkim kağızını almaq üçün hərbi komissarlığın həkim müayinəsi keçilməli və məktəbdən arayış və xasiyyətnamə təqdim edilməlidir. Oğlum artıq həkim müayinəsini keçmişdi, amma xasiyyətnamə gətirmədiyindən ona təhkim kağızını vermirdilər. Biz düz 4 ay məktəbdən xasiyyətnamə ala bilmirdik. Sadəcə, məktəb direktorunun kaprizi tutmuşdu, ona görə. Ya da kefi belə istəyirdi. Oğlum yaxşı oxuyur və davranışı da nümunəvidir. Üstəlik olimpiadalarda iştirak edir, ingilis dilindən yaxşı nəticələri var və bu il voleybol üzrə məktəblərarası çempionatda kapitanı olduğu komanda şəhər birinciliyinə çıxdı. Soruşarsız ki, belə bir uşağa xasiyyətnamə verməzlərmi? Bu bir parça kağız üçün gedib gəldiyimiz 4 ay ərzində bu mövzuda çox düşünmüşəm. Bəlkə bizdən umacağı vardı, imanımı yandıra bilmərəm. İstədiyini açıq -aydın demirdi. Desəydi də nə fayda, o kağıza olduğunu yazacaqdı, olmadığını yox. Oğlumun yaxşı nəticələrinə görə məktəb direktoruna minnətdar olmaq, üstəlik buna görə bir ətək pul vermək fikrim də yox idi. Bir az tez, bir az gec, verəcəkdi onsuz da. Yəqin ki, direktor da dövlətin işini əngəllədiyindən xəbəri vardı. «Yaxşı xasiyyətnamə verməyəcəm» deyib 4 ay tərslik eləsə də sonunda məktəb kompüterinin yaddaşında saxlanan şablonu doldurub altında amza atıb möhür vurmalı oldu. Amma prosesin bizə də ziyanı dəydi. Oğlum bu ilki sınaq imtahanlarına şəxsiyyət vəsiqəsi olmadığı üçün gedə bilmədi. Biz hazırlığa getdiyi zaman ərzində onun bilik səviyyəsinin nə qədər artdığını bilmirik. Yaxşı oxuyan uşaqların işini belə üsullarla əngəlləyirlər.

Rüsumu ölçüyə görə verirlər?

Sonra lazım olan sənədləri toplayıb pasport şöbəsinə yaxınlaşdıq. Sənəd toplayarkən elə bil ki, uşağı davaya hazırlayırdıq. «Bax, belə desələr kobud cavab vermə ya», ya da «Artıq pul istəsələr de ki, yoxumdu, rüsumu vermişəm də» və s. formada olan hazırlıqların mənasız olduğunu da anlayırdıq. Məni o idarədə o qədər incidiblər ki, uşağı da əjdahanın ağzına tək buraxa bilməzdim. Orda yığılan dəhşətli növbələr, məmurların rəftarı artıq psixikamda yetərli qədər dərin izlər salmışdı. Uşağımın da bu əzablı yollardan keçməyini istəmirdim. Qəbul saatlarını öyrənib səhər tezdən polis idarəsinin pasport şöbəsinə yollandıq.

İş saatı 9-dan başlayırdı. Qəribə idi, otaqlar qarşısında növbələr yox idi. Bizim sənədlərimizə baxıb həkim müayinəsinə və kassaya yolladılar. Şəxsiyyət vəsiqəsini almaq, dəyişdirmək, bərpa etmək istəyənlərin hamının yolu bu 2 kabinetdən keçir. Amma onlar idarədən kənarda və 1 kvartal aşağıda yerləşirdi. 1 manatlıq dövlət rüsumu üçün 1 manat 50 qəpik ödədik. Bu 50 qəpiyin kimə çatacağı da məlumdur. Nə biz, nə də bizdən sonra gələnlər həmin bu 50 qəpiklik əlavəyə deyinib danışmadılar. Cəmi 1 nəfər dava saldı, o da şəxsiyyət vəsiqəsini sənədlərin içində inspektorun yanında qoyub gəldiyindən vəsiqəsiz qəbz vermirdilər deyən. Yaşlı qadın naməlum istiqamətdə söyə-söyə həmin bu kvartalı üzüyuxarı çıxıb ləhləyə-ləhləyə vəsiqəsi ilə geri qayıtdı və pulu kassaya ödədi. Mən yazmağa material axtardığımdan onun iradlarınnı ünvanı ila maraqlanırdım. «Camaatı dolayıblar», ya da «Kimin kefi nə istəyir onu da edir» kimi qeyri müəyyən iradlar yazıya duz-istiot qata bilməzdi. Bir nəfər də yekəpər kişi narazı idi. Ondan 18 manatlıq qəbz istəmişdilər. Dedi ki, «Müharibə əlili olmağıma baxan yoxdu deyəsən. Mənə dedilər ki, gör nə boydasan, deməli çox verməlisən də”¦ Bəyəm rüsumu ölçüyə görə verirlər?». Bu yerində rüsumun 16 manat olduğunu deyib ocağa yağ tökmək fikrim də yox idi. Hələ ki, susurduq, çünki bu idarədən keçəcəyimiz vardı. Biz elə oradaca həkimin gəlməyini gözləyirdik. Bizim bir qədər düşünməyə vaxtımız da vardı. Axı niyə bu lazımi 2 kabinet idarənin içində deyil, 200 metr aşağıda ayrıca otaqlarda idi? Görəsən artıq alacaqları 50 qəpiyə görə?

Kassa və həkim kabineti ilə yanaşı fotoqraf və sürətçıxarma aparatı da vardı. Hamı bizim kimi tədbirli olmur, hansısa kağızın surətini çıxarıb gətirmir deyən bu xidmət növü də çox lazımlı sayıla bilər. Amma orda da qiymətlər başqa yerlərdən 2 dəfə artıq idi. Məsələn, biz 9 şəklə 2 manat verib çəkdirmişdiksə burda 4 şəkil 4 manata idi. İdarə də elə qəliz yerdədir ki, bir az kənara gedib orda surət çıxarmaq, ya da şəkil çəkdirmək üçün marşruta minib getməli olursan. Ona görə də sənədlərini hazırlamamısansa ordakı xidmətlərdən istifadə etməli olursan. Məntiqlə bütün bu kabinetlər idarənin yanında, yaxşısı isə içində olmalıdır ki, camaat inciməsin, get-gəldən yorulmasın.

Yaxşı ki, qan qrupu dəyişmir

Gözlədiyimiz həkimin iş vaxtı üçün deyinməyə əsasımız yoxdu. Çünki onun saat 10-dan işlədiyi yazılıb divara vurulmuşdu. İdarənin işi 9-da başladığı halda həkim niyə 10-dan işləyir sualını verməyə kimsə tapılmadı. Həmin bu iş rejimi kassa üçün də 10-dan başlayırdı. Amma o, artıq 9-dan iş başında idi. Yəqin həmin bu 50 qəpiyin qüdrəti məsələsidir”¦ Həkimin qiyməti deyim ki, onunkundan az deyildi. Boyun ölçülməsi, qan qrupunun təyini və gözün rəngini müəyyənləşdirib kağıza yazmaq üçün bizdən 5 manat alacaqdı. Həmin qiymət yazılıb saralmış kafelin üstünə vurulmuşdu. Həkim gələnəcən içimdə təlatüm vardı, görəsən uşağın barmağını steril iynə ilə deşəcək, ya yox? Başının üstünü kəsdirib baxmaq, lazım gəlsə dirəşmək fikrim də vardı. Aləm hepatit və yoluxucu qan xəstəlikləriylə doludu axı. Qaydalara riayət etməsəydi «Bəs, bu 5 manatı nəyə görə alınsız» deyib soruşacaqdım da. Amma soruşmaq lazım gəlmədi. Şəkər xəstələri üçün nəzərdə tutulmuş birdəfəlik iynələrin təzəsini qabdan çıxarıb başını gözümüzün qarşısında ayırdı və sonra onları işldəndən sonra zibil yeşiyinə deyil, başqa bir qaba qoydu. Yəqin bunlar, 5 manatı verməkdən imtina edənlər üçün nəzərdə tutulmuşdu. Qan qrupunu təyin etməkçün işlətdiyi şüşə parçasını da istifadədən sonra içində iyrənc maye olan bankaya tulladı. Heç kim qarantiya verə bilməz ki, sonra onları yaxşı-yaxşı yuyurlar. Çünki bu kabinetdə heç əlüzyuyan da yox idi. Elə həmin səbəbdən də «Probkada idim, bağışlayın» deyib tələsik iş başına keçən həkim heç əllərini sabunlamadı. Verdiyimiz bu 5 manatın nə qədəri üzününküdür, nə qədərini haqq verir, ya da nə qədərinin xərcini dövlət çəkir kimi suallara cavab tapmaq qeyri-mümkün idi. Soruşası olsaydıq o, yəqin ki, «İndikatorları, yodu, spirti, iynələri özümüz alırıq» deyib özünü təmizə çıxaracaqdı. Xoşbəxtlikdən bu xidmət adama yalnız bir dəfə lazım olur. Çünki sonradan nə qan qrupu, nə gözünün rəngi, nə də boyu dəyişir. Boy demişkən, taxtaya vurulmuş mühəndis xətkeşinin dəqiqliyinə şübhəm yoxdu, amma orda rəqəmlər artıq silinib oxunmaz olmuşdu. Boyu ölçən professional qurğunu əvəz edən əldəqayırma dirəkdəki xətkeşi dəyişmək istəsəydi həkimin cəmi 1-2 manat xərci çıxardı. İnşaat materialları dükanında yumşaq metaldan hazırlanmış, buraxanda içinə özü dolaşan metrənin qiyməti belədir, məncə.

Siyirtmədən başlanan sürüşgən yollar

Bütün sənədlərimizi qovluqda cəm eləib yenə də idarəyə yollandıq. Növbəmizi soraqlaşdıq, adam balası kimi kimdən sonra olduğumuzu öyrəndik. Amma mənası yox idi. Camaat sən şüşədənsənmiş kimi davranıb, istidən qapısını açıq qoymuş inspektorun otağına növbəsiz doluşur, içəri keçəndə sənə bir dümsük də ilişdirib heç üzr istəmirlər. Əlbəttə, bu məqamlara görə nə dövlət, nə polis idarəsi, nə də pasport bölməsi məsuliyyət daşımır. Amma bu tip insanların yetişdirilməsi işində idarələrin xüsusi yolu var. Əlbəttə, yetkinlik yaşına çatmış oğluma özünə dirsəklərlə yol açmağın ilk dərsini keçmək istəmirdim. Ona səbrli olub yol verməyi öyrətməyin daha vacib olduğunu düşünürdüm. Nəhayət, növbə bizə çatdı, daha doğrusu qapı qarşısında yolu daraldıb bir nəfərlik edəndən sonra arxadan gələnlərə tərs-tərs baxıb özümüzə yol açdım. Sənədlərimizi ayaqüstü verdik. İnspektor ya gərginlikdən, ya da narahat xasiyyətindən bizi tələsdirə-tələsdirə ayaq üstəcə lazımi xanalara imza atdırdı. Oturmağa yer yox idi. Çünki 2 nəfər, deyəsən tapşırılmış xanımlar otaqda olan 2 stulu altına çəkib televizora baxır, yəqin ki, vəsiqələrinin təcili verilicəyini otaqdaca gözləyirdilər. Qalanları ayaq üstə durmağa məcbur idi. Prosedurun son akkordları olduğunu başa düşərək bizdən istənilən 10 manatı da lap sevinə-sevinə verdik. Qanundan kənar 10 manat masanın siyirməsinə atıldı. Səhər tezdən olsa da ora artıq dolu idi. Bu pulun da ciblərə gedəcəyi dəqiq idi.

Qürurunu kəsdirmiş xalq

Şəxsiyyət vəsiqəsinin alınma tarixini dəqiqləşdirib tələsik otaqdan çıxdıq. Hər ikimiz eyni vaxtda «Şükür Allaha, yaxşı qurtardıq» dedik. Sonra özümüzə təəccübləndik. Biz dövlət rüsumu cəmi 1 manat olan bir işə 16 manat 50 qəpik xərcləyib üstəlik şükür də edirdik. Bu yerində vətəndaşına şəxsiyyət vəsiqəsini həqiqi qiymətindən 15 dəfə artıq satan dövlətə görə pərt oldum. Həmin bu şəxsiyyət vəsiqələri ki, sərhədlərimizdən o yana tanınmır, dünya standartlarına uyğun gəlmir. Bu kağız parçasının laminasiya olunmuş halda qiyməti həqiqətən də 1 manatdan artıq deyil. Yerdə qalanı ciblərə gedir. Bəlkə dövlətin vətəndaşın həyatı, yaşamı ilə marağı, qayğısı elə bizim halda olduğu kimi 15-də bir nisbətindədir? 

İllər uzun lazımi idarələrə yolum düşdükcə, necə deyərlər əjdahanın gözünün düz içinə baxmağı öyrəndikcə müti, qərar verməyi bacarmayan, robot kimi asanlıqla idarə olunan insan kütləsini müşahidə etdikcə artıq onların yaranmasında MİS, polis şöbələri, natariuslar, məhkəmələr və s. dövləti təmsil edən idarələrin xüsusi rolu barədə düşünməyə bilmirsən. Sanki xalqın müqavimətini, qürurunu idarə edən orqanını kəsib atıblar. İndi ona şikəst, yazıq, bacarıqsız olduğunu təlqin edirlər. «Sənin tarixin saxtadır, sənin kimliyin bilinmir, sənin qürur keçirməyə haqqın çatmır» kimi müxtəlif səviyyələrdən yeridilən ifadələr yəqin ki, öz işinin 80 faizini görüb. Xalq fəxr eləmir, qürur duymur, artıq haqqını da istəmir. Nəinki yadlardan, heç özününkündən də. Amma ayağı amputasiya edilmişlərin vaxtaşırı olmayan ayaqları ağrayır. Bəzən qaşınır, bəzən dözülməz dərəcədə sızıldayır. Xalqın olmayan vicdanı da eləcə, kəsilmiş orqan kimi həmişəlik yoxa çıxmır. Bədən olmayan orqanı barədə məlumatları yadında saxladığı kimi xalqın yaddaşı da 1-2 nəsil sonra rüşvətlə yaşamaq istəməyən, kasıbın çörəyini əlindən almağı bacarmayan, məğrur, tarixiylə fəxr edən nəsil ortaya çıxacaq. 15-də bir nisbətində sözü keçən dövlət bu prosesin qarşısında acizdir”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]