Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bakının tarixi yer üzündən silinir

Bakının tarixi yer üzündən silinir
Bölmə :
Araşdırma
Yayım tarixi :
25/5/2016 [01:06]
Baxılıb :
2766 dəfə
İçərişəhər və Qış bulvarından sonra «Sovetski»də yerləşən abidələr yerlə yeksan olunur
Nazirlər Kabineti qorumalı olduğu binaları, abidələri siyahıdan çıxarıb məmurların cənginə verir

Son günlər sosial şəbəkələrdə "Sovetski"də yerləşən tarixi abidələrin söküntüsü ictimaiyyətin narazılığına səbəb olub. Belə ki, tarixi abidələr sırasına daxil olan, bir zamanlar Abbas Mirzə Şərifzadənin yaşadığı bina ötən həftə sökülüb. Binanın söküntüdən əvvəlki şəkilləri istifadəçilər tərəfindən sosial şəbəkədə paylaşılıb və söküntü qərarı ictimai qınaq hədəfinə çevrilib. 
"Sovetski" kimi tanınan ərazidə onlarla tarixi bina var. Eyni zamanda burada yerləşən 9 binada Azərbaycanın görkəmli şəxsiyyətləri yaşayıb. Binalardan ən qədimi 1890-cı il, ən yenisi isə 1916-cı ildə inşa olunub.  Mirzağa Əliyev küçəsi 115-də yerləşən bina Azərbaycan SSRİ Əməkdar və Xalq Artisti adını alan tarixi şəxsiyyətlərdən olan Abbaş Mirzə Şərifzadənin adı ilə tanınırdı.
Bakı şəhərinin Baş Planına əsasən "Sovetski"də yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısında yer almış 21 yaşayış evi və 2 abidə söküləcək. Bizimyol.info bildirir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, söküləcək yaşayış evləri və mədəniyyət abidələri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılıb. Sökülməsinə qərar verilmiş abidələrindən biri M. Muxtarov küçəsi, 83 ünvanında yerləşən, 1888-ci ildə tikilmiş hamamdır. Həmin hamamın binasında Dövlət Yuğ Teatrı yerləşib. Digər abidə isə Bakının Nərimanov rayonunda S.Rəhimov və A.Şaiq küçələrinin tinində yerləşən, XIX əsrin sonunda tikilmiş Şollar su kəmərinin su yayma qülləsidir.

Söküləcək tarixi yaşayış evləri isə Yasamal rayonunun ərazisindədir. Bu evlər 1885-1916-cı illərdə tikilib.

Memar Aytəkin İmranova Bizimyol.info-ya açıqlamasında bildirib ki, həmin tarixi abidələri qorumaq lazımdır. Nə qədər ki, hamısı sökülməyib, ən axırıncısı qalıb, onun da mühafizə olunmasına ehtiyac var: "Bunun üçün mütəxəssis olmaq lazım deyil. "Sovetski"nin söküntüsü nə zaman başlayıb? İndi siyahı çıxanda bunu demək lazım deyildi, ictimaiyyət məsələni daim nəzarətdə saxlamalı idi. Ona görə ki, Qış bulvarından, İçərişəhərdən sonra burada söküntü gözlənilən idi. Biz çalışdıq, bir-iki küçələr söküləndə siyahılar hazırladıq. Ancaq indiki dövrdə bu mümkün deyil. Çünki QHT-ləri hər şeydən - layihələrdən, qrantlardan məhrum ediblər. "Sovetski" çox böyük ərazidir. Guya, qoruq zonası elan edəndə İçəri Şəhəri saxlamaq mümkün oldu? Gedin ora baxın, görün siyahıdakı abidələrdən neçəsi qalıb? Qış parkından sonra şikayətlər, müraciətlər oldu. Onda dedilər, tarixi abidələr sökülməyəcək. Abidələrin bir qismi yarısökük haldadır".

A.İmranova deyir ki, Qış parkının söküntüsü zamanı Bəşir Səfəroğlu, Mirzağa Əliyev, Şəmsi Bədəlbəyli, Füzuli küçələrində daha qədim naxışlarla, ornamentlərlə, xalça nümunələrini xatırladan çoxlu abidələr vardı. Hansı ki, mütəxəssis üçün onlar çox şey ifadə edirdi: "Müzakirə edirlər ki, bu abidədir, yoxsa deyil? Nazirlər Kabineti həmin binaları abidə kimi siyahıya götürüb. Bu isə böyük prosesdən keçir. Sovet vaxtı  bütün bu abidələr 60-cı, 70-ci, 80-ci illərdə siyahıya alınıb. İndiki ilə müqayisədə o vaxtı çox böyük iş görülüb. Akademiklər, institutlar rəy verib. İndi isə Nazirlər Kabineti qorumalı olduğu abidələri siyahıdan çıxarır. Birincisi, hansı əsasla? İkincisi, axı qanunla yazılır ki, siyahıya daxil olan abidə ordan çıxarıla bilməz". 

A.İmranovanın sözlərinə görə, mədəni cəmiyyətlərdə özünə hörmət edən millət, dövlət öz tarixi-mədəniyyətinin hansı formada olmasından asılı olmayaraq ona qəsd etməz: "Siyahıda Şollar su kəmərinin yayma qülləsi də var. Bu artıq sənaye abidəsidir. "Sovetski"nin özünə məxsus folkloru, dəyəri var. Orada bir qoruq zonası edə bilərdilər. Orada filmlər çəkib, maraqlı sərgilər keçirmək olardı. Deyirlər ki, turistləri cəlb edək. Nə ilə cəlb edəcəklər? Dubaydan gətirilən hansısa binaların nüsxələri ilə? Ya da hansısa ölkədən gətirilən, burada bitməyən palmalarla? Hər bir turist getdiyi ölkədə onun tarixi kökü ilə maraqlanır. Başqasından nə ilə fərqlənir bu millət?". 

"Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq" İctimai Birliyi də daşınmaz tarixi-memarlıq abidələrinin sökülməsindən narahatdır. İctimai birlikdən "Turan"a daxil olan məlumatda deyilir ki, Yasamal rayonu "Sovetski" adlanan ərazilə bağlı Azərbaycan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı var. Belə ki, dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrinin monitorinqi aparılıb və Nazirlər Kabineti tərəfindən bəzilərinin saxlanılması qərara alınıb.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının "söküntü komissiyası" saxlanılması qərara alınan daşınmaz tarixi-memarlıq abidələrinin çoxunun heç bir hüquq müəyyənedici sənəd olmadan sökülməsinə qərar verib. Məlumatda deyilir ki, dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrində yaşayan sakinlər öz mənzillərindən köçürüldükdən sonra abidə bərbad hala salınaraq fotoşəkili çəkilir və aidiyyati qurumlarla razılaşdırılmadan, heç bir hüquqmüəyyənedici sənəd olmadan bir günün içərisində Yasamal RİH-nin "söküntü komissiyası" və "Azəravtoyol" ASC tərəfindən ağır texnika ilə məhv edilir. 

"Artıq iş o yerə çatıb ki, Yasamal rayonu, M.Sübhi küçəsi 63 ünvanında yerləşən, 1908-ci ildə inşa olunmuş 3607 inventar nömrə ilə dövlət mühafizəsində olan məscidin sökülməsi prosesinə Yasamal RİH-nin söküntü komissiyası tərəfindən heç bir hüquq müəyyənedici sənəd olmadan hazırlıq işləri aparılır". 

Hazırda Hollandiyada yaşayan soydaşımız, turizm şirkətinin rəhbəri olmuş Vüqar Abbasov "Bizim Yol"a açıqlamasında deyib ki, şəhərimizdə yeni binaların tikilməsi sevindirici haldır. "Ancaq əgər bu binalar şəhər mərkəzindən kənarda tikilsə, daha məqsədəuyğun olardı. Belə olduğu halda şəhərimiz də böyümüş olardı. İndiki halda şəhərin mərkəzindəki tikililəri sökürlər  ki, hesab edirəm, bu, düzgün qərar deyil. Əvvala baxmaq lazımdır  ki, bütün bunlar  Bakının baş planına uyğundurmu, yoxsa yox. "Sovetski" adlanan ərazidə sökülənlər arasında tarixi binalar da var. Hansısa sənədə dəyişiklik edib həmən binaları "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxartmaq olar, ancaq onların bizim tariximizin  bir parçası olduğu danılmazdır.  Biz tariximizə  və digər olanlarımıza sahib çıxmasaq, onlara mütləq biri sahiblənmək istəyəcək. İllərdir bunların şahidi olmuşuq və bu heç vaxt dəyişməyəcək həqiqətdir. Açıq etiraf etmək lazımdır ki, bizdə tariximizə qarşı bir etinasızlıq var, bu, özünü həm orta məktəblərdə tariximizin tədrisindən tutmuş tarixi abidələrə olan münasibətə qədər  hər yerdə büruzə verir. Xarici dövlətlərdə, elə özümüzü hər zaman müqayisə etdiyimiz Avropada tarixlərinə, tarixi abidələrinə böyük önəm verirlər. Mənim yaşadığım Niderland da bu sıradan geri qalmır. Burda minlərlə tarixi abidələr var və onların necə qorunduğunun  şahidiyəm. Mənim yaşadığım şəhərdə, Zierikzeedə (Zirikze - deyə tələffüz olunur) 568 tarixi abidə var ki, bunların içərisində on dördüncü əsrdən qalanlar belə var.  Mən şahidiyəm ki, burda tarixi abidələrə  aid bir kərpici belə qoruyur, binalara vaxtaşırı baxış keçirirlər.  Bu binalarda təbii ki, insanlar yaşayır, bəzilərində idarələr, kilsələr yerləşir, bəziləri isə muzey kimi istifadə olunurlar. Bəzi binalarda içəridən dəyişiklik etməyə icazə verilir. Bayır tərəfdən isə binaya heç bir dəyişiklik edə bilməzsən, hətta binalardan ayrı-ayrı şəxslərə mənsub olanı olsa belə. Məsələyə tarixi dəyərlər tərəfindən baxsaq, fərqi  qısa olaraq belə təsvir edərdim. Gəlin bir də buna turizm tərəfdən baxaq. Mənim yaşadığım şəhərin tarixi abidələrlə zəngin olduğunu qeyd etdim.  Məhz bu səbəbdən də  hər il  yüz minlərlə insan bu şəhərə turist kimi gəlir. Bu rəqəmin  nə demək olduğunu izah etməyə ehtiyac yoxdur, otellərə, restoranlara və.s. xərclənə biləcək pulları  təsəvvür etsəniz yetərincə aydın mənzərə yaranmış olar.   Azərbaycanın və təbii ki, Bakının da belə imkanları yox deyil. Bilirsiniz, tarixi binaları söküb yerində hündür binalar tikməklə özünü Dubaya bənzətməklə deyil. Dubay kimi bir yer görmək istəyənlər elə ora gedərlər, daha qiymətlərdə heç də Dubaydan geri qalmayan Dubayın "oxşarı" Bakıya nə üçün gəlsinlər? Bizim kimi ölkələrə üz tutanların əksəriyyəti məhz yerli tarixi abidələri, adət ənənələri və s. görmək üçün gələnlərdir. Hesab edirəm ki, həm tariximizə, həm adət-ənənələrimizə, bir  sözlə özümüzə sahib çıxsaq və özümüz kimi olsaq, inanın ki, bundan daha qazanclı çıxarıq, sözün bütün mənalarında" - deyə V.Abbasov bildirdi.

Aysel İsgəndərli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]