Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dövlət təşkilatlarında ştat, əməkhaqqı, mükafat hiyləsi

Dövlət təşkilatlarında ştat, əməkhaqqı, mükafat hiyləsi
Bölmə :
Araşdırma
Yayım tarixi :
25/5/2016 [00:57]
Baxılıb :
3203 dəfə
Təhsil qurumlarında olmayan sahə və kabinet “rəhbərləri”nə maaş yazılıb
İcra hakimiyyəti, elm, səhiyyə, təhsil, mədəniyyət, mənzil-kommunal xidmətində “bədxərclik” büdcəni “şişirdir”

Hesablama Palatasının 2015-ci il üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticəsində dövlət büdcəsinin xərcləri ilə bağlı müəyyən edilmiş “birinci qrup nöqsanlar” adı altında təsnifləndirilən pozuntulara əmək haqlarının düzgün hesablanılmaması, əsas fondların təmiri, tikintisi və bərpası, satınalmaların həyata keçirilməsi, mühasibat uçotunun aparılması, eləcə də, maliyyə hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanlar aiddir. Bu pozuntulara demək olar ki, bütün qurumlarda rast gəlinib. Təhlillər audit olunmuş büdcə təşkilatlarında vəsaitlərin təyinatının dəyişdirilidiyi və səmərəli istifadəsinin təmin olunmadığını göstərib. “Bizim Yol”un dünənki sayında satınalamalar üzrə auditin nəticələrindən yazmışdıq. Audit olunmuş mərkəzi icra hakimiyyəti orqanları, elm, səhiyyə, təhsil, mədəniyyət və digər sosial sahələr, mənzil-kommunal xidməti göstərən qurumlarda əmək haqqının ödənilməsi ilə bağlı müxtəlif xarakterli pozuntular üzə çıxıb.

Mərkəzi icra hakimiyyətlərində işçilərə “pul yağışı”

Mərkəzi icra hakimiyyəti orqanlarında aparılan nəzarət tədbirləri dövlət qulluğu ilə bağlı normativ-hüquqi aktların tələblərinə bir sıra hallarda tam riayət edilmədiyini, nəticədə əmək haqqı xərclərinin icrasında nöqsanlara yol verildiyini göstərir. Ümumilikdə, bu qurumlarda dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya mükafat verilməsi, dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə nəzərdə tutulmuş vəsaitdən onlara maddi yardım göstərilməsi həyata keçirilib. Görünür, dövlət qulluqçuları mükafatlandırılmalı bir iş görməyiblər ki, bu məqsədlə ayrılan pullar onlara maddi yardım kimi verilib. Bu aralar maddi yardım daha aktualdır. Bəlkə də sadəcə yazılıb, amma ünvanına çatmayıb. Həmçinin, struktur bölmələrin müəyyən edilmiş say normasından az ştat vahidi ilə fəaliyyət göstərməsi nəticəsində bir sıra artıq vəzifələr, o cümlədən şöbə müdiri, şöbə müdirinin müavini üzrə əmək haqqının ödənilməsi, həmçinin dövlət qulluğu hesab edilməyən alt-qurumlarda işlədikləri dövrün dövlət qulluğunda staj kimi nəzərə alınması, dövlət qulluqçusu olmayan işçilərə məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi, dövlət qulluqçusu olmayan müvəqqəti işçilərə dövlət qulluğunda qulluq stajına görə əmək haqqına əlavə ödənilməsi hallarına yol verilib. Dövlət qulluqçularına ixtisas dərəcələrinin vaxtından əvvəl verilməsi, şöbə müdiri vəzifəsi müvəqqəti icra edildiyi və dövlət qulluqçusu olmadığı dövrdə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə hesablanaraq ödənilməsi, inzibati vəzifələrə “Dövlət qulluğu haqqında” Qanuna uyğun müvafiq qaydada işə qəbul edilməli olduğu halda bir sıra inzibati vəzifələrə işçilərin Əmək Məcəlləsinə əsasən müvəqqəti olaraq işə qəbul edilməsi kimi nöqsanlara da rast gəlinib.

Mərkəzi icra hakimiyyəti orqanlarında əməyin ödənilməsi ilə bağlı digər nöqsanlara, həvalə edilmiş vəzifələr üzrə Əmək Məcəlləsinin tələbləri ilə müəyyən olunmuş müddətlərə riayət edilməyərək daha uzun müddət üçün əmək haqqı ödənilməsi, xidməti ezamiyyə və təhsil məzuniyyətində olduqları zaman nəzərdə tutulmuş qaydada orta aylıq əməkhaqqı əvəzinə əməkhaqqı hesablanaraq ödənilməsi, Vergi Məcəlləsinin tələbləri pozularaq müvafiq sənədlər təqdim edilmədiyi hallarda gəlir vergisindən azadolmalar tətbiq edilməsi, rəsmi səbəb göstərilmədən əmək məzuniyyəti verilməməsi və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi kimi pozuntular olub. 

Səhiyyə müəssisələrində vəzifə maaşı qanunsuz artırılıb

Sosial sahələrdə aparılmış audit tədbirləri səhiyyə müəssisələrində Nazirlər Kabinetinin 2004-cü il 09 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin tələblərinə düzgün əməl edilməməsi nəticəsində vakant vəzifələr üzrə yaranmış qənaət hesabına idarəetmə aparatı və təsərrüfat xidməti işçilərinə, xəstəxanada xəstələrin müayinələri və müalicələrinin əsasən ambulator qaydada aparıldığı, qismən gündüz stasionar xidməti göstərildiyi halda işçilərə gecə növbətçiliyinə görə əmək haqqı məbləğinin, eyni zamanda, xəstəxananın işçilərinə, ümumilikdə sağlamlıq üçün təhlükəli, ağır əmək şəraiti olan vərəm, narkoloji, reanimasiya şöbələrində işləyən həkimlərə, orta və kiçik tibb heyətinə bayram günlərində yerinə yetirilən işin hər saatına görə əlavə haqq hesablanarkən saatlıq tarif vəzifə maaşlarına 15% əlavə olunduqdan sonra vəzifə maaşlarının hesablanılması kimi nöqsanlara yol verilib.

AMEA-da işçilərə əlavə əməkhaqqı ödənib

AMEA-nın elmi-tədqiqat institutlarında əməyin ödənilməsi sahəsində, əsasən, Əmək Məcəlləsinin tələblərinə əməl olunmayaraq bəzi işçilərə 3 aydan artıq müddətə əvəz etdikləri eyni xarakterli olmayan boş vəzifələrin əmək funksiyasını yerinə yetirmələrinə görə boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının 50 faizi həcmində maaş, həmçinin, xərclər smetasının sair xərclər paraqrafından mülki-hüquqi müqavilədə nəzərdə tutulmadığı halda müvəqqəti işə qəbul olunmuş əməkdaşlara mükafat, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş müxtəlif tədbirlər proqramları üzrə AMEA tərəfindən təsdiq edilmiş xərclər smetalarında nəzərdə tutulmuş digər xərclər hesabına əlavə əmək haqqı ödənilməsinə də yol verilib.

Məktəblərdə olmayan sahə və kabinet “rəhbərləri”nə maaş 

Rayon təhsil şöbələrində aparılmış audit tədbirləri tədris-təcrübə sahələri olmadığı halda olmayan sahəyə rəhbərliyə, ümumtəhsil məktəblərində fənn kabinələri yaradılmadığı və tədris işlərini aparmaq üçün lazımi avadanlıq olmadığı halda “kabinet rəhbərliyi”nə, hərbi rəhbərlərə kabinə müdirliyinə, müəllimlərə kompüterlərə xidmət üçün əlavəyə, şagirdlərin sayı 10 nəfərdən az olan siniflərdə sinif rəhbərliyi və dəftəryoxlama haqqının tam ödənilməsi, siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi və az kontingentli ibtidai siniflərdə komplektləşdirmə aparılmaması nəticəsində artıq sinif komplektləri üçün əmək haqqı ödənilib. Təhsil şöbələrində müəllimlərin dərs yükünü tənzimləmək məqsədilə bir sıra ümumtəhsil məktəblərində ixtisaslarına uyğun olmayan fənlərin tədrisi, həmçinin siniflərin yarımqruplara bölünməsi nəticəsində formalaşmış artıq dərs yükü üzrə əmək haqqı ödənilib.

Əməyin ödənilməsi sahəsində təhsil müəssisələrinin yol verdiyi digər nöqsanlara texniki vəzifələrdə işləyən orta təhsilli işçilərə tarif dərəcələrinin yüksək götürülməsi, ümumtəhsil məktəblərində əvəzetmə aparılmadığı halda əvəz edildiyi göstərilmiş dərs saatlarına görə “əvəzedici müəllimlər”ə əmək haqqı ödənilməsi, “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları” haqqında Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarının tələblərinə əməl olunmayaraq artıq ştat vahidlərinin saxlanılmasını misal göstərmək olar. 

Zərərə çıxan mənzil-kommunal xidmətində artıq ştat, maddi yardım, mükafat

Əməyin ödənilməsi sahəsində daha fərqli nöqsanlara mənzil-kommunal xidməti göstərən qurumlarda rast gəlinir. Bu sahədə artıq ştatların saxlanılması və həmin ştatlar üzrə əmək haqqının ödənilməsi xüsusi çəkisi ilə seçilir. Qeyd edək ki, artıq ştatların saxlanılması bu qurumlar tərəfindən müvafiq qaydada təsdiq edilmiş normalara əməl edilməməsi və xidmət göstərilən ərazilərin sərhədlərinin dəqiq uçotunun aparılmaması səbəbindən bu sahələrin artıq qəbul olunması nəticəsində formalaşır. Mənzil-kommunal xidməti göstərən qurumlarda maliyyə-təsərrüfat fəaliyyəti zərərlə nəticələndiyi halda, işçilərə maddi yardım və mükafat ödənilməsi, aparat işçilərinin əmək haqqı və əmək haqqına üstəlik xərclərinin “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafından hesablanılıb verilməsi, vəsait nəzərdə tutulmadığı halda xərclər smetasında sair əmək haqqı xərcindən aparat işçilərinə mükafat ödənilməsi kimi nöqsanlara da rast gəlinib. Bu nöqsanlar vəsaitlərin Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş funksional təyinatının dəyişdirilməsi ilə nəticələnib, eyni zamanda mənzil fondunun zərərini artırmaqla dövlət büdcəsindən bu məqsədlə ayrılan subsidiya məbləğlərinin də şişməsinə səbəb olub. Audit tədbirləri bu qurumlarda xidmət sahəsi işçilərinin ixtisas dərəcələri və əmək haqlarının qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi və artıq ştatların saxlanılması səbəbindən büdcə vəsaitinə tələbatın artırıldığını göstərir. 

“Ştatdankənar işçilər”ə əmək müqaviləsi

Audit tədbirlərində “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafı üzrə nəzərdə tutulan vəsaitlər hesabına bəzi büdcə təşkilatlarında inzibati vəzifələrə uyğun statusla işçilərin işə cəlb edilməsi və inzibati vəzifənin maddi təminatlarının onlara da şamil edilməsi və ya onlarla xərcin iqtisadi mahiyyətinə uyğun gəlməyən müqavilələrin bağlanılması kimi hallara yol verildiyi ortaya çıxıb. Eyni zamanda, bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən birbaşa Əsasnamə ilə müəyyən edilmiş funksiyaların icrasına “ştatdankənar işçilər” cəlb edilərək həmin şəxslərlə əmək müqavilələri bağlanılmaqla “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafından xərcləri maliyyələşdirilib. Bunlarla yanaşı, bəzi büdcə təşkilatlarında ayrı-ayrı fiziki şəxslərlə müxtəlif xidmətləri yerinə yetirmək üçün mülki-hüquqi müqavilələr bağlanılmalı olduğu halda, bunun əvəzinə ştatdankənar işçi ilə qısa müddətli əmək müqaviləsi bağlanaraq “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafından həmin şəxslərə vəsaitlərin ödənildiyi də aşkarlanıb. 

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]