Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Milyonların 78 faizi bir mənbədən satın almaya yönəldilib - ARAŞDIRMA

Milyonların 78 faizi bir mənbədən satın almaya yönəldilib - ARAŞDIRMA
Bölmə :
Araşdırma
Yayım tarixi :
24/5/2016 [10:16]
Baxılıb :
1049 dəfə
Hesablama Palatası büdcə vəsaitlərinə divan tutulduğunu təsdiqləyir
Tender komissiyası pulu təyinatından yayındıraraq maaş kimi götürüb

Hesablama Palatasının müxtəlif dövlət qurumlarında apardığı auditin satınalmalar sahəsində ortaya çıxartdığı nöqsanlar keçirilən tenderlərdə "Bizim Yol" qəzetinin aşkarladığı pozuntularla üst-üstə düşür. Məlumatların təhlili göstərir ki, audit edilən qurumlar tərəfindən malların, işlərin və xidmətlərin satın alınması zamanı əksər vaxtlarda qanunvericiliyin tələblərinə əməl olunmayıb. Əslində dövlət satınalmalarının rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi bir tərəfdən keyfiyyətli xidmətlərin əldə olunması və vəsaitlərə qənaət edilməsinə, digər tərəfdən, bazarın hər bir iştirakçısına bərabər şərtlərin yaradılması və gəlirlərin daha ədalətli şəkildə yenidən paylanmasına xidmət edir. Bu sahəni tənzimləyən normativ-hüquqi aktların tələblərinə riayət edilməsi isə mümkün korrupsiya risklərinin qarşısının alınmasına hesablanıb.

Dövlətin pulları ciddi səbəb olmadan eyni adamlara verilib

Lakin audit olunan qurumlarda satınalınmanın müxtəlif metodlarının tətbiqində çeşidli və hər il təkrarlanan nöqsanlar müəyyən edilib. Məlum olub ki, malların satın alınması zamanı tenderlərin 14%-i açıq keçirilib, 1%-i kotirovka, 3%-i təkliflər sorğusu, 77,8%-i bir mənbədən satınalma yolu ilə baş tutub. 4.2%-i isə ümumiyyətlə, satınalma metodu tətbiq edilmədən keçirilib. Açıq tender və kotirovka sorğusu metodlarının tətbiqi, təkliflər sorğusu və birbaşa müqavilələrin bağlanılması üzrə təhlil bir sıra qurumlarda satınalmanın birbaşa müqavilələrin bağlanılması və təkliflər sorğusu tətbiq etməklə həyata keçirilməsinə üstünlük verildiyini göstərib. Kotirovka sorğusunun tətbiqi zamanı 3-dən az olmamaq şərti ilə potensial imkanı olan podratçıların siyahısının tərtib edilməməsi, kotirovka sorğusu şərtlərində malların qiyməti və digər zəruri məlumatların təqdim olunması ilə bağlı qeydlərin aparılmaması, təklif zərflərinin açılmasında da bir sıra nöqsanlara yol verilib. Beynəlxalq maliyyə təşkilatlarından alınmış kreditlər hesabına reallaşdırılan layihələr üzrə aparılmış nəzarət tədbirlərində isə məlum olub ki, vəsaitlərin xərclənməsi satınalma prosesini tənzimləyən beynəlxalq sənədlərə uyğun icra edilib və beynəlxalq müsabiqəli açıq tender metoduna üstünlük verilib. 

Bir mənbədən satınalma proseduru "Dövlət satınalmaları haqqında" Qanunda müəyyən edilmiş tələblər, o cümlədən satın alınan malların yalnız hər hansı konkret podratçıda və ya hər hansı malgöndərənin konkret həmin mallar üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olduğu halda tətbiq edilməsi ilə bağlı tələblər gözlənilmədən, həmçinin, malların və işlərin ehtimal olunan qiyməti müəyyən olunmadan reallaşdırılıb. Tender keçirilməsi üçün kifayət qədər vaxt olmasına baxmayaraq ilin əvvəlində bir mənbədən satınalma keçirilməsi üçün müvafiq razılıq alınması, satınalmanın isə ilin sonunda aparılması kimi hallara rast gəlinib. Bir mənbədən satınalma metodu tətbiq edilməklə imzalanan birbaşa müqavilələrin əsasən tikinti ilə bağlı fəaliyyəti əhatə etdiyi bəlli olub. Bu isə cəmi məbləğin 94,5%-ni təşkil edib. 

Bir mənbədən satınalma alternativ olmadıqda baş tuta bilər

"Dövlət satınalmaları haqqında" Qanunun 21-ci, "Bir mənbədən satınalma metodundan istifadə şərtləri"nə görə satın alınan mallar yalnız hər hansı konkret podratçıda və ya hər hansı konkret malgöndərən həmin mallar üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; mallara təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; fövqəladə hallarla əlaqədar həmin mallara təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; sifarişçi təşkilat hər hansı podratçıdan mallar, avadanlıqlar, texnologiya və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin podratçıdan satın alınması qənaətinə gəldikdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bir mənbədən satınalma üsulundan istifadə edə bilər. Podratçı tərəfindən təklif edilən işlərin qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə satınalan təşkilat Qanunun 27-ci maddəsinə uyğun olaraq onların ehtimal olunan qiymətini hesablayır. Amma Palatanın audit nəticələrindən belə görünür ki, audit olunan təşkilatlarda iş və xidmətlərin 80%-ə yaxını bir mənbədən satın alınıb. Araşdırmalarımızdan da məlum olub ki, büdcədən maliyyələşən təşkilatlar milyonlarla dəyəri olan iş və xidmətləri ciddi səbəb olmadan əsasən bir şəxs və ya təşkilatdan alırlar və əksər hallarda da tenderlər rəqabətsiz keçirilir.  
 
Qiymətlər "havadan" alınıb

Nəzarət tədbirləri zamanı satınalmaların keçirildiyi hər bir təşkilatda qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarına bu və ya digər dərəcədə riayət edilmədiyi müəyyən edilib. Məlumatların təhlili qurumlarda tender komissiyalarının tərkibinin düzgün formalaşdırılmadığını, tenderin əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, qiymətləndirilməsi və müqayisəsi üçün ekspertlərin cəlb edilmədiyini, tender prosedurlarının başlanmasından əvvəl satın alınan mal və xidmətlərin ehtimal olunan qiymətinin müvafiq qaydada müəyyən edilmədiyini, peşəkar qiymətləndiricilərin dəvət olunmadığını göstərib. Bir çox hallarda tender elanlarının məzmununda, həmçinin şərtlər toplusunda göndəriləcək malların adı, miqdarı, çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, göstəriləcək xidmətlərin təsviri, malların yollanması və işlərin başa çatdırılmasının tələb olunan müddətləri və xidmətlərin göstərilməsinin qrafiki qeyd olunmayıb. 

Podratçıların iddiaları imkanlarını aşır

Tender komissiyalarının fəaliyyətinin təşkilində də bir sıra nöqsanlara yol verilib. Bəzi satınalma prosedurları ilə əlaqədar tender komissiyası tərəfindən iclas protokolları və satınalma prosedurlarının keçirilməsi ilə bağlı daxil olan sənədlərin qeydiyyatı üçün qeydiyyat kitabı tərtib olunmur, tender təklifləri və ya ofertaların təqdim edilməsindən əvvəl podratçıların ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurları keçirilmir, satınalmada iştirak üçün podratçıların ixtisas göstəriciləri, o cümlədən müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə məlumatların alınması təmin edilmir, iş və xidmətlərə dair hər hansı özünəməxsus xüsusiyyətlər, planlar, cizgilər, eskizlər, tələblər və ya təsvirlər satınalınan mal və xidmətlərin obyektiv texniki və keyfiyyət göstəriciləri əsaslandırılmır.

Audit olunan qurumlarda tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumatın 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilmədiyi və rəsmi internet saytında yerləşdirilmədiyi, keçirilmiş satınalma prosedurları haqqında məlumat cədvəli hazırlanmadığı, qalib elan edilmiş malgöndərənlər tərəfindən müqavilənin yerinə yetirilməsinin təminatı olaraq bank zəmanətinin alınmaması hallarının da mövcud olduğu müəyyən edilib. 

Texniki və kadr potensialı olmayan podratçılar işi sübmüqaviləçiyə ötürüb 

Satınalma prosesinin yekunu olaraq müqavilələrin bağlanılması zamanı "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi"nin tələblərinə əməl olunmaması, satın alınan mal və xidmətlərin mənşəyinin göstərilməməsi, uyğunluq sertifikatları və avans ödənişlərinin təminatının alınmaması, zəruri prosedurlara əməl olunmadan iş və xidmətlərin hər vahidinin qiyməti və meyarını dəyişdirməmək şərti ilə bağlanmış satınalma müqavilələrinin həcminin artırılması bu sahədə tez-tez rast gəlinən nöqsanlardandır. Müqavilələrin tərtibində müqavilə şərtlərinə əməl edilmədiyi halda çox zaman cərimələrin nəzərdə tutulmadığı müəyyən edilib. Bu cərimələrin nəzərdə tutulduğu hallarda onların tətbiq olunmadığı da ortaya çıxıb. Yol verilən digər nöqsan müqavilələrin mövcud qanunvericiliklə müəyyən edilmiş həddi aşmaqla ayrı-ayrı submüqavilələrə bölünərək icra olunmasıdır. Daha əvvəl də dəfələrlə qeyd etmişdik ki, texniki və kadr potensialı olmayan podratçılar çox vaxt aldıqları işi sübmüqaviləçiyə ötürür, bu isə işin qiymətini süni şəkildə artırmaqla bərabər keyfiyyətə də təsir edir. 

Quzunu qurda tapşırmağın nəticəsi

Satın alınacaq malların siyahısında dəyişikliklərin edilməsi məqsədilə müvafiq qaydada razılıq əldə edildikdən sonra razılaşdırılan malın deyil, digər malların alınması hallarına da rast gəlinib. Həmçinin, audit olunan qurumlarda mal və xidmətlərin satınalınması zamanı keçirilmiş tenderlərdə iştirak haqlarının toplanmaması, bir sıra hallarda isə toplanmış vəsaitin təyinatının dəyişdirilərək bu vəsait hesabına tender komissiyası üzvlərinə əmək haqqı ödənilməsi və digər tədbirlərə yönəldilməsinə rast gəlinir. İşə nəzarət etməli olan tender komissiyasının vəsaitin təyinatından yayındırılması hesabına özlərinə maaş almaları satınalma proseslərinin əmin əllərdə olmadığını bir daha göstərir. 

Dövlət vəsaitlərinə qənaət edilməyib, satınalma keçirilməyib

Satınalma prosesinin nəticələri barədə müvafiq qaydada məlumatların təqdim edilməsi ilə bağlı xeyli prosedur nöqsanları da müəyyən edilib. Nəzarət tədbirləri bir sıra hallarda müqavilələrlə bağlı zəruri məlumatların həmin dövrdə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanının satınalmalar üzrə məlumat reyestrində əks etdirilmədiyini, reyestrə daxil olunmayan müqavilələr üzrə məlumatların audit olunan qurumlar tərəfindən müvafiq qaydada təqdim edilmədiyi, bəzi hallarda isə məlumatların təqdim edilməsinə baxmayaraq aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən reyestrə daxil olunmadığını göstərir. Audit olunan qurumlar tərəfindən eyni təşkilatlarla uzun dövr ərzində müxtəlif profilli işlərin yerinə yetirilməsi məqsədilə müqavilələrin bağlanıldığı, yalnız bir ünvanda qeydiyyatda olan və ya bir təsisçiyə məxsus olan iddiaçılara dəvət göndərildiyi, həmçinin bir mənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması halları aşkarlanıb. Dəfələrlə yazmışıq ki, tenderlər bir qrup adamın monopoliyasındadır və eyni şirkətlər pulun xatirinə, kadr potensialı oldu-olmadı, ən müxtəlif işlərin qulpundan yapışır.  

Satınalma metodlarının, hətta təkliflər sorğusu kimi əməktutumlu metodun tətbiqi zamanı satınalmaların cəmi 5-6 günə yekunlaşdırılması, şərtlər toplusunda və eləcə də iddiaçıların təkliflərində alınacaq mallar haqqında çox məhdud məlumatların verilməsi, ehtiyac olmadığı halda tələbat həcminin artırılması kimi nöqsanlar da müəyyən edilib. Vəsaitin bir sıra hallarda "Dövlət satınalmaları haqqında" Qanunun 17.2. və 20.1-ci maddələrinin tələblərinə riayət edilməyərək icra olunduğu, məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodunun dəyişdirilməsi və satınalma metodu tətbiq edilmədən həyata keçirilməsi hallarına yol verildiyi aşkarlanıb.

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]