Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Dünyaya açılımda mühüm halqa: aqrar sahədə əməkdaşlıq

Dünyaya açılımda mühüm halqa: aqrar sahədə əməkdaşlıq
Bölmə :
KİVDF
Yayım tarixi :
24/5/2016 [10:13]
Baxılıb :
627 dəfə
Azərbaycan bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də xarici ölkələrlə, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir

Azərbaycan və Macarıstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, investisiya mühiti və həyata keçiriləcək layihələr müzakirə ediləcək. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən "Bizim Yol"a verilən məlumata görə, mayın 25-dək kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edəcək.

Səfər çərçivəsində nümayəndə heyəti Macarıstan-Azərbaycan kənd təsərrüfatı üzrə biznes görüşdə iştirak edəcək, Macarıstanın kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən atçılıq, quşçuluq, toxumçuluq, kənd təsərrüfatı texnikası, süd, şərab, yem istehsalı üzrə ixtisaslaşmış şirkətlərin təcrübəsi ilə tanış olacaq, bu ölkənin fermerlərinin istehsal etdiyi məhsullara baxış keçirəcəklər. İki ölkənin iş adamları arasında işgüzar görüşlər təşkil olunacaq.

Kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq

Ümumiyyətlə, Azərbaycan Respublikası bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də xarici ölkələrlə, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Nazirliyin mətbuat xidmətindən əməkdaşımıza bildirilib ki, Azərbaycan KTN xarici ölkələrin aqrar siyasət sahəsindəki mütərəqqi təcrübəsinin öyrənilməsi və təhlil edilməsi, xarici ölkələrlə müqavilə-hüquq bazasının yaradılması və genişləndirilməsi, eləcə də ölkəmizdə aqrar sahənin prioritetlərinə uyğun olaraq beynəlxalq layihələrin hazırlanması və icrası məqsədilə bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən kənd təsərrüfatı sahəsində aparıcı dövlətlərlə sıx əməkdaşlıq edir: "Nazirlik xarici ölkələrlə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyaların, beynəlxalq və regional təşkilatların iclaslarında, eləcə də aqrar sahənin aktual problemlərinə həsr olunmuş beynəlxalq tədbirlərdə, təlim kurslarında və sərgilərdə  mütəmadi təmsil olunur".

Verilən məlumata görə, ölkəmizdə 2006-cı ildən başlayaraq hər il  kənd təsərrüfatı təyinatlı məhsul və qida istehsalçılarının iri regional forumu olan "Caspian Agro" - beynəlxalq kənd təsərrüfatı sərgisi təşkil olunur. Keçirildiyi illər ərzində sərgi mütəxəssislər arasında görüşlərin keçirilməsi, kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqların, habelə məhsul və xidmətlərin nümayişi baxımından səmərəli platforma rolunu oynayır: "2015-ci ilin 25 may tarixində Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında imzalanmış Sazişə əsasən Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi yaradılmışdır. Qeyd olunmalıdır ki, sözügedən ofis hazırda dünyanın 5 ölkəsində - ABŞ, İsveçrə, Belçika və Yaponiya, o cümlədən Azərbaycanda fəaliyyət göstərir. Eyni zamanda, FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın 2015-ci ildə ölkəmizə səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kənd təsərrüfatı, xüsusilə də ekologiya sahəsindəki xidmətlərinə görə FAO-nun xoşməramlı səfiri təyin edilmişdir. Leyla Əliyevanın FAO-nun sülhməramlı səfiri təyin edilməsi iqlim dəyişikliyinin milyonlarla insanın həyatına və onların ərzaq təhlükəsizliyinə təsiri, KİV-lərin regionda FAO-nun işinə cəlb edilməsi və aclığa qarşı mübarizə barədə məlumatlılığın artırılması baxımından böyük əhəmiyyət kəsb edir".

Azərbaycan və FAO

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agricultural Organization of the United Nations, FAO) - 1945-ci ildə yaradılıb və əsas vəzifəsi kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə yardım etməkdir. Təşkilatın baş qərargahı İtaliya Respublikasının paytaxtı Roma şəhərində yerləşir.

KTN-dən verilən məlumata görə, Azərbaycan Respublikası 20 oktyabr 1995-ci il tarixindən FAO təşkilatının üzvüdür: "Təşkilatın üzvü olduğu müddətdə FAO tərəfindən kənd təsərrüfatında məhsuldarlığın artırılması, aqrar islahatların həyata keçirilməsi və intensivləşdirilməsi, ərzaq təhlükəsizliyi ilə bağlı bir sıra problemlərin həllinə yönəlmiş müxtəlif inkişaf və fövqəladə layihələr həyata keçirilmişdir. FAO-nun Azərbaycanda Nümayəndəlik Ofisi 2007-ci ildə yaradılıb. FAO-nun Avropa üzrə 28-ci Regional Konfransı və  Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyası 17-20 aprel 2012-ci il tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində keçirilib. Tədbirdə FAO-nun Avropa regionuna daxil olan 46 ölkədən nümayəndə heyətləri, o cümlədən 11 nazir, 13 nazir müavini, dövlət katibləri və səfirlər, eyni zamanda Avropa İttifaqı, BMT və digər beynəlxalq və regional təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak ediblər".

Qeyd olunub ki, Bakıda keçirilən regional konfransın əsas məqsədi 2012-2013-cü illər üçün FAO-nun region üzrə iş proqramının və büdcəsinin təsdiq olunması, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirmək olub: "Konfrans çərçivəsində nazirlərin "dəyirmi masa"sında müasir dövrdə dünyanı narahat edən problemlərdən olan ərzaq təhlükəsizliyi məsələsi müzakirə olunub və üzv ölkələrə regional və qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş xüsusi qisa və uzunmüddətli tövsiyələrin hazırlanması, siyasi fəaliyyətlər və institusional islahatlar ətrafında müzakirələrin aparılmasına imkan yaradılıb. 1995-ci ildən 2012-ci ilə qədər FAO tərəfindən ümumi büdcəsi 10 milyon ABŞ dolları məbləğində olan 13 layihə həyata keçirilib. Hal-hazırda FAO tərəfindən 2 milli və 9 regional layihələr həyata keçirilir. Layihələr əsasən toxumçuluq, balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyi sahəsində informasiya sisteminin gücləndirilməsi, heyvan genetik ehtiyatlarından istifadənin gücləndirilməsi, resursmühafizedici kənd təsərrüfatı, bitki mühafizəsi, pestisid ehtiyatlarının ləğvi, onların yaranmasının qarşısının alınması və digər sahələrin inkişaf etdirilməsinə yardım edir".

 Avropa İttifaqı ilə aqrar sahədə əlaqələr

Azərbaycan aqrar sahədə Avropa İttifaqı ilə də səmərəli əməkdaşlıq edir. Nazirliyin mətbuat xidmətindən o da bildirilib ki, Azərbaycanla Avropa İttifaqı arasında aqrar sahədə əməkdaşlığın təməlinin qoyulması Azərbaycanda aqrar islahatların başladığı dövrə təsadüf edir və təqdirəlayiq haldır ki, həmin dövrdən etibarən Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində texniki və maliyyə dəstəyi göstərib: "Avropa İttifaqının TACİS (Technical Assistance to Commonwealth of Independent States) proqramı çərçivəsində həyata keçirilmiş "Kənd Təsərrüfatı Nazirliyinə təsis yardımı" layihəsinin əsas məqsədi 1994-1996-cı illərdə kənd təsərrüfatının planlaşdırılması və yenidən qurulması üzrə Kənd Təsərrüfatı Nazirliyinin imkanlarının gücləndirilməsi, "Ailə və kommersiya fermerlərinə köməklik" layihəsinin məqsədi isə seçilmiş pilot ərazidə özəl fermer qruplarının yaradılmasının, onların özünütəminat və satış məqsədilə ərzaq məhsullarının istehsalına yardım göstərmək olub".

Avropa İttifaqının TACİS proqramı çərçivəsində 1994-1996-cı illərdə həyata keçirilmiş "Azərbaycanda ərzaq məhsullarının bölgüsü sektorunun özəlləşdirilməsi" layihəsinin məqsədi seçilmiş regionlarda ərzaq məhsullarının keyfiyyəti və təminatının yüksəldilməsi, ərzaq məhsullarının bölgüsündə özəl bölmənin dəstəklənməsi olub: "TACİS-in "Regional kənd təsərrüfatı islahatı layihəsi (RARP-1)" çərçivəsində 1996-1999-cı illərdə yerli məhsul istehsalı və emalı sahələrinin inkişafı məqsədilə ailə kəndli təsərrüfatlarına və emal müəssisələrinə kreditlər verilmiş və 6 kredit birliyi yaradılıb. TACİS-in "Aqrar sahədə bank fəaliyyətinə yardım və kənd kredit qurumlarının təşkili" layihəsinə əsasən 1999-2000-ci illərdə kredit birlikləri yaradılmış, kredit birliklərinin mühasibləri üçün tədris seminarları təşkil edilib. TACİS-in "Regional pilot aqrobiznesə yardım birlikləri" (1999-2000-ci illər) layihəsinin dəstəyi ilə Sabirabad, İsmayıllı, Quba rayonlarında, Bakı və Gəncə şəhərlərində "Aqrobiznes konsaltinq" mərkəzləri yaradılmışdır. Layihə çərçivəsində müxtəlif iş adamları və sahibkarlar üçün 150 ədəd maliyyə planları hazırlanmış, fermerlər üçün kənd təsərrüfatının müxtəlif sahələri üzrə 14 ədəd buklet və yaddaş kitabçaları çap etdirilərək onlara paylanılıb. Avropa İttifaqının yardım mexanizmi olan Tvinninq aləti çərçivəsində benefisiarı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti olan "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin institusional gücləndirilməsi çərçivəsində heyvanların identifikasiyası və qeydiyyatına dəstək" layihəsi həyata keçirilmiş, bu sahədə bəzi normativ-hüquqi sənədlər hazırlanıb".

(Davamı gələn sayımızda)
ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]