Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Cari il “Əmək yarmarkaları”nda 107 nəfər işlə təmin olunub

Cari il “Əmək yarmarkaları”nda 107 nəfər işlə təmin olunub
Bölmə :
KİVDF
Yayım tarixi :
6/3/2013 [13:04]
Baxılıb :
1547 dəfə
Yasamal rayonunda təşkil olunan “Səyyar əmək birjası”nda 3 müəssisədən 44 vakant iş yeri təqdim edilib

Bakı şəhərinin müxtəlif ərazilərində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti tərəfindən “Səyyar əmək birjası” tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb. Belə tədbirlərdən biri də Yasamal rayon Əmək və Məşğulluq Mərkəzi tərəfindən  keçirilir.
 
14 fevral 2013-cü il tarixində Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində, yerli icra hakimiyyəti ilə razılaşdırılmaqla, rayon Məşğulluq Mərkəzi tərəfindən “Səyyar əmək birjası” keçirilib. Orada rayon Məşğulluq Mərkəzinin məsləhətçiləri işaxtaran vətəndaşlara əmək bazarında daha çox tələb olunan iş yerləri haqqında, iş rejimi və digər şərtlər, eləcə də peşə kursları haqqında məlumatlar veriblər. Bu tədbirdə Mərkəz tərəfindən 50 nəfərə qədər qeyri-məşğul əhali iştirak edib.

Tədbirə 3 müəssisədən 44 boş (vakant) iş yeri təqdim olunub, 3 nəfər vətəndaş peşə kurslarına yazılıb. Yasamal Məşğulluq Mərkəzi tərəfindən bu tədbir qeyri-məşğul əhalinin işə düzəlməsi üçün mövcud imkanlardan  səmərəli istifadə etmək, vətəndaşların peşə, bacarıq və ixtisaslarına  uyğun iş axtarmalarına köməklik göstərilməsi məqsədi ilə təşkil  olunub.

Bu barədə “Bizim Yol”a Yasamal rayon Əmək və Məşğulluq Mərkəzindən məlumat verilib. Mərkəzin inzibati binası Əsəd Əhmədov 26 ünvanında yerləşir. Binanın dəhlizində qanunvercilik sənədləri əks olunub. İş yerlərinin təklif olunduğu lövhə və məktubların salındığı qutu boş idi. Buna baxmayaraq iş üçün edilən müraciətlər var və vətəndaşlar qəbul edilir. Belə ki, məqsəd irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, işə başlamağa hazır olan və işaxtaran bütün şəxslər üçün səmərəli iş yerinin, seçim azadlığının və bərabər imkanların təmin edilməsidir.

Mərkəzdən bildirildi ki, yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bu gün əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Məşğulluq xidməti orqanlarının fəaliyyətində ən aktiv tədbirlər, əmək potensialından daha dolğun istifadə etməklə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması, qısamüddətli peşəhazırlığı kurslarının təşkilidir. Məşğulluğun təmin edilməsində işəgötürənlərin fəal iştirakı, onlar tərəfindən boş (vakant) iş yerləri haqqında tam və düzgün məlumatların vaxtında Əmək və Əhalinin Ssosial Müdafiə Nazirliyinin Məşğulluq Xidməti orqanlarına təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir.

“Əmək yarmarkaları” davam edir

Mərkəzdən bildirildi ki, Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidməti rəhbərliklərinin tapşırıqlarına əsasən, Bakı şəhərinin rayonlarında işaxtaran vətəndaşların işəgötürən firma və təşkilatlarla ünsiyyətini gücləndirmək, onların işə düzəlməsini asanlaşdırmaq məqsədilə ixtisaslaşdırılmış “Əmək yarmarkaları”nın keçirilməsi tədbirləri də davam etdirilir. Son dövrlərdə lokal və ixtisaslaşdırılmış fəal məşğulluq tədbirləri şəhər vətəndaşları tərəfindən maraqla qarşılanır. Bu istiqamətdə baş tutmuş tədbirlərin təhlili göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnirlər və işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı əldə edirlər.

Belə ki, 2013-cü ilin yanvar ayı ərzində işaxtaran vətəndaşlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirməklə, onların əmək bazarına inteqrasiyasının asanlaşdırılması istiqamətində Yasamal rayonu ilə yanaşı, digər rayonlarda - Suraxanı,  Nərimanov, Xəzər, Nəsimi, Səbail, Xətai, Binəqədi, Sabunçu, Qaradağ, Nizami rayon məşğulluq mərkəzləri tərəfindən ixtisaslaşdırılmış “Əmək yarmarkalar” təşkil olunub. Bu tədbirlərdə işəgötürən müəssisələr iştrak edib və ümumilikdə, işaxtaran vətəndaşların ixtiyarına boş iş yerləri haqqında vakansiyalar təqdim edilib.

Rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri və işəgötürən təşkilatların nümayəndələri işaxtaran vətəndaşlara tədbirə çıxarılmış vakant iş yerləri haqqında geniş məlumat verərək, işaxtarma prosesində onlara zəruri məsləhətləri ilə yaxından köməklik göstəriblər. Bu tədbirlərdə təqdim olunan vakansiyalar üzrə 200 nəfərə müxtəlif ixtisaslar üzrə müvafiq göndərişlər verilib, 25 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları ilə bağlı qeydiyyata alınıb və artıq ilkin nəticələrə görə 107 nəfər münasib işlə təmin olunub.

Azərbaycan vətəndaşı deyilsinizsə,..
 
Yasamal rayon Məşğulluq Mərkəzindən o bildirildi ki, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər ölkənin ərazisində mövcud qanunvericiliyə uyğun olaraq işlə təmin oluna bilərlər. Bununla əlaqədar daha geniş məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinə müraciət edilməlidir.

Peşə hazırlığı və ixtisasartırma kurslarına isə rayon (şəhər) Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar aşağıdakı hallarda cəlb olunurlar:

- İşaxtaranın lazımi peşə və ya ixtisası olmadığına görə, onun üçün münasib iş seçmək mümkün olmadıqda;

- İşaxtaranın peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün, onun öz peşəsini (ixtisasını) dəyişdirməsi zəruri olduqda;

- İşaxtaran əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə.

Qeyd edək ki, işaxtaranların peşə hazırlığı, yenidən hazırlığı, ixtisaslarının artırılması Məşğulluq Xidməti orqanlarının tədris mərkəzlərində və ya Təhsil Nazirliyinin tabeçiliyində olan tədris müəssisələrində, eləcə də özəl tədris müəssisələrində həyata keçirilir.

İşsizlik müavinətinin məbləği necə hesablanır?

İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (Məşğulluq Xidməti orqanlarında işaxtaran kimi qeydiyyata alındığı gündən etibarən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az haqqı ödənilən işə malik olduqda isə, işsizlik müavinəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müavinətin minumum məbləğində (55 manat) müəyyən edilir. Bütün hallarda, müavinətin məbləği respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqından çox və təsdiq olunmuş müavinətin minimum məbləğindən (55 manat) az olmamalıdır.

İşi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon (şəhər) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış, qeydiyyata alındıqdan 11 gün ərzində münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir. Bunun üçün tələb olunur:

- Şəhər, rayon Əhalinin Sosial Müdafiə Mərkəzlərindən pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla) almaması haqqında arayış;

- Yaşadığı ərazi üzrə vergi orqanından fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması haqqnda arayış;

- Yerli İcra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;

- Himayəsində olan 18 yaşıına çatmamış uşaqlarının şəhadətnamələrinin surəti;

- Qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış.

İşsizlərə dövlətin verdiyi təminatlar

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq dövlət işaxtaran və işsiz vətəndaşlara aşağıdakı təminatları verir:

- Məşğulluq Xidməti orqanlarının vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə;

- Məşğulluq Xidməti orqanlarının göndərişi ilə pulsuz peşəyönümünə, peşə hazırlığına, yenidən hazırlığına və ixtisasının artırılması, peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə təqaüdün ödənilməsinə;

- Vətəndaşın yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilən haqqı ödənilən ictimai işlərə cəlb olunmasına;

- İşsiz statusu alanlara işsizlik müavinətinin ödənilməsinə;

- Özünüməşğulluğa köməklik göstərilməsinə;

- Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən digər aktiv tədbirlərdə (əmək yarmarkaları, əmək birjaları, yeni iş yerləri və s.) iştirakına köməklik göstərilməsinə;

- Məşğulluq Xidməti orqanlarının təklifi ilə bir yaşayış məntəqəsindən digərinə işə (peşə kurslarına) göndərilməklə əlaqədar vətəndaşların çəkdiyi xərclərin mövcud qanunvericiliyə müvafiq olaraq kompensasiya edilməsinə;

- Məşğulluq Xidməti orqanlarının göndərişi ilə işə qəbul olunarkən və təhsil almağa göndərilərkən dövlət tibb müəssisələrində pulsuz tibbi müayinədən keçməsinə.


RAMİD


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]