Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Kapital Bank"da qazanılan 281 milyonun 219 milyonu xərclənib

Bölmə :
Araşdırma
Yayım tarixi :
21/5/2016 [10:36]
Baxılıb :
938 dəfə
ASC-də baş tutmayan yığıncaq üç saat sonra keçirilməyə cəhd göstərildi
Ölkənin əsas banklarından birində “iclas provası” bədxərcliyi ortaya çıxartdı

(əvvəli ötən sayda)

"Kapital Bank" ASC-nin ümumi yığıncağında 99,87%-lə səhm-nəzarət paketi sahibi özü şəxsən və ya nümayəndəsi etibarnamə ilə təmsil edilmədiyi və yetərsay olmadığı səbəbindən iclas baş tutmadı. Səhmdar olaraq təklif etdim ki, yığıncaq Mülki Məcəlləyə (MM) uyğun 30, ya da 45 gün sonraya təyin olunsun. Onda ASC-nin İdarə Heyətinin sədrinin müavini Yaşar Məmmədov digər səhmdarların israrını qəbul edib böyük ortağın 62 milyonluq payı hesabına kiçik ortaqların dividendini artırmaq barədə təklifini paket sahibinə çatdırmağa razılaşdı. 15 dəqiqə sonra qayıdıb saat 3-ün yarısında yenə bankın iclas zalında görüş təyin edərək, "kiçik ortaqlara düşən vəsaiti artırmaq üçün majoritar səhmdarın qərarını gözləmək" adı ilə təkrar çıxdı. 

Pul istəməyə getdiyini deyib vəkalətnamə ilə qayıtdı

Hərə vaxtını bir cür "öldürüb" (misal üçün, bekarçılıqdan mən butikləri gəzdim), deyilən saatda orada idik. Səhmdarların bir hissəsi geri dönmədi. Y.Məmmədov sədarətdə təkbaşına yerini alıb qovluqdan A4 formatda kağız çıxararaq, majoritar səhmdarın özünü təmsil etmək səlahiyyətini etibarnamə ilə ona verdiyini söylədi (səhər etibarnamənin başqasına verildiyini demişdi-H.H.), cəmiyyətin ali orqanı olan baş tutmamış ümumi yığıncağını bu şəkildə "legitimləşdirməyə" çalışdı. Səhmdarlar şokda idilər, nüfuzlu bir bankın rəhbərliyinin onları bu şəkildə "oyuna gətirəcəyini" hesablamamışdılar. Soruşdular "qərarınız nədir", "həminkidir", cavabını eşitdilər. Beləliklə, bizim milyonçu ortağımız (bir anda 62 milyona sahib olmuşdu) kiçik ortaqların xeyrinə 80 min manatından keçmədi. Səhmdarlar illərdir heç bir hesabat dinləmir, nə qazanıldığı, necə xərcləndiyi ilə maraqlanmır, eşitdikləri ən son rəqəm olan xalis mənfəətə qane olurlar. Amma yanlışları da elə buradadır. Qısa səhmdarlıq təcrübəmdən bu nəticəyə gəlmişəm. Bir neçə ildir "Cənubtikintiservis" ASC-də kiçik payçılara minnətlə pul verilirdi. Ortaya hər səhm üzrə 2,5 manatlıq dividend məbləği qoyulur, sonra paket sahibi onlara bir "jest" edir - özünə çatacaq vəsaitdən əlavə 100 min manat ayırıb dividendi 5 manata çatdırırdı. Müəssisənin maliyyə fəaliyyətinin cəmi iki il ardıcıl təhlili ilə ortaya çıxartdım ki, əslində səhmdarlar heç minnət götürmədən ondan daha artıq vəsait ala bilərlər. Bu il dividendin həcmi iki dəfəyə yaxın artıb, həm də majoritar səhmdarların minnəti olmadan biz təmiz dividendimizi aldıq . Səhmdarlar hər yerdə qanunun tətbiqinə nəzarət etsələr, dividendlər öz-özlüyündən gələcək. Yəni kiçik səhmdarların nəzarətindən kənarda qalıb bədxərclik etməsələr, vəsaitləri lazımsız yerə sağa-sola səpələməsələr, dividendin həcmi avtomatik artar, kiməsə də xahiş etməli olmazlar. "Cənubtikintiservis"i hesabatlarına görə tənqid etsəm də bu gün türklərin idarəçiliyində olan bu "cırtdan" cəmiyyətdəki dəyişikliyi (təbii ki, tənqidlərimdən də nəticə çıxarırlar-H.H.) "Kapital Bank"a nümunə olaraq göstərirəm. 

İllik maliyyə hesabatı əvəzinə audit rəyi gətirmişdi

Zala qayıtmaqda məqsədim o idi ki, vəziyyətdən sui-istifadə etməsinlər. Səhmdar cəmiyyətlərdə saç ağartmış insanlar dedilər ki, biz qayıtmasaq, saxta protokol tərtib edib, iclasın baş tutduğunu yazacaqlar. Çünki belə hadisələr dəfələrlə başlarına gəlib. Şəxsən mənə görə qanunvericiliklə iclas saat 11-də kvorum olmadığı səbəbindən başlamadan bitmişdi. Mülki Məcəllədə "yığıncağa fasilə verin, gedin etibarnamə gətirin, süni şəkildə kvorum yaradın", deyə yazılmır. Bu "təqdimat"dan sonra Y.Məmmədov səhmdarlara verilməyən hesabatı səsə qoyaraq təsdiq etməyə çalışdı. Təsəvvür edin, kvorum olmadığı üçün yığıncağın baş tutmamasını bir tərəfə qoyuram, nə sədr seçilib, nə katib, nə say komissiyası, adam elan etmədiyi və barəsində heç bir təsəvvürümüz olmayan hesabatı təsdiq etməyimiz üçün səsə qoyur. Əslində bu, səhmdarlara verilən maliyyə hesabatı yox, audit hesabatı idi. Heç ordan da bir məlumat vermədi, söylədiyi rəqəm yalnız xalis mənfəətin məbləği idi ki, onu da səhm sayına düzgün bölmədiyi üçün 3 manatdan hesablamışdı. Soruşdum "niyə iclas keçirmirsiz, haqqında məlumatsız olduğumuz sənədi dərhal səsə qoyursuz", cavab verdi ki, "vaxtınızı almaq istəmirəm". Nə qədər də kübarcasına düşünüb. Məlum oldu ki, bankın illik yığıncaqları elə belə keçirilirmiş - Y.Məmmədov gəlib təmiz mənfəəti açıqlayır, pulu səhm sayına bölüb çatacaq dividendi hesablayıb gedirlər. Bu da olur ümumi yığıncaq. 

Yenə iclas baş tutmadığı səbəbindən 30, ya 45 gün sonraya təyin olunmasını təklif etdim. Y.Məmmədov dedi ki, "Kapital Bank"ın səhmdarının fikrincə (paket sahibi adından danışırdı) baş tutmuş sayılır. Ürəkli danışırdı, hesab edirdi ki, bankın möhürü ilə olan etibarnamə iclası legitimləşdirir. Mən bir tərəfdən yığıncağın qanunvericiliklə baş tutmadığını bilməklə bərabər, başqa tərəfdən adamın heç olmasa hesabat verməsini təmin etmək üçün "onda iclas keçirməyə çalışın, yalnız mən yığıncaqdan sonrakı bu görüşün bir hüquqi əsası olmadığı üçün legitim hesab etmirəm və səsvermədə iştirak etməyəcəm", deyə elan elədim. Səhmdarlar da naəlac "o zaman iclasınızı keçirin" dedilər. Səhmdar Alı Məhyəddinov "eybi yox, vaxt gələr dəmir qapının da taxta qapıya işi düşər, səhmdarlara hörmətlə davranmağı, onların qayğısına qalmağı öyrənərlər", dedi. Fikrini də belə əsaslandırdı ki, iclas başlayanda majoritar səhmdarın qanuna müvafiq sənədi olmayıb: "Biz onlara güzəştə getmişik, bu hörmətimizdən istifadə edərək, vaxt qazanıb gedib sənəd möhürlədib gətiriblər". Bu yerdə mən də irad bildirdim: "Siz "təzədən iclas keçirmək üçün qayıdacam", deyə getmədiniz, etibarnamə dalınca getdiyinizi desəydiniz, bu səhmdarlar geri qayıtmayacaqdılar, çünki iclas baş tutmayıb".     

"Sədr mənəm, hesabatı özüm oxuyacam, sənədi şəxsən imzalayacam"

Hafiz Babalı dividend məbləğini dəqiqləşdirmək istədi, bildirdi ki, bankın bu ilin yanvar ayına olan hesabatında xalis mənfəət 62 milyon yox, daha çox olub. Səhmdar Rasim Hüseynov ASC-nin saytında olan hesabatda bu ilin birinci kvartalında 303 milyon manatlıq bir kapitalla maraqlandı. Y.Məmmədov cavab verdi ki, o məcmu kapitaldır və orada səhmdar kapitalı da var, 2015-ci il və cari ilin bölüşdürülməmiş mənfəəti də. O, birinci rübdə mənfəətin 20 milyon manat olduğunu söylədi. Mən "iclas eləmədiniz, heç olmasa qazanılan pulun məbləğini və həmin vəsaitin xərc istiqamətlərini açıqlayın, formal da olsa hesabat verin", dedim. Yaşar müəllim yarızor, yarıxoş "yığıncaq oyunu"na qatıldı, dərhal da sədrliyə özünü təklif etdi. Özümü saxlaya bilmədim, "axı siz yığıncaq keçirməkdə təcrübəli deyilsiz, qoyun Alı müəllim aparsın", dedim, "axı hesabatı mən verəcəm", dedi. Ölkənin bir nömrəli bankının İdarə Heyəti sədrinin müavininə sıradan bir səhmdar olaraq izah elədim ki, iclası idarə etməklə, hesabat vermək fərqli vəzifələrdir. Amma o yenə "axı protokola qol çəkilməlidir", dedi. Heç cür əlindən buraxmaq niyyəti yox idi, illah da ki, bütün vəzifələr onda olacaqdı. Alı müəllim isə "eybi yox, 24 saat telefonum açıqdır, xəbər verərsiz gəlib protokola qol çəkərəm". Yaşar müəllim "əsas səhmdar adından mən özümü təklif etdim", deyə başqa namizəd qəbul etmədi. "Katibi" də özü "seçdi", Ələsgər müəllim adında bir nəfəri təklif edib dedi ki, sıravi səhmdardır. Bu arada etibarnamə dedikləri sənədə baxmaq istədim. Mənim bildiyim etibarnaməni notarius təsdiqləyir, amma bu, holdinqin möhürü və şirkət rəhbərinin imzasıyla olan bir icazə idi. "Yığıncağa" başlamadan müzakirələrə keçdilər. Səhmdar Hafiz Babalı "şəxsən mən hesab edirəm, kapitalımızı artırmağın vaxtı çatıb", dedi. Y.Məmmədov da cavab verdi ki, "bu məsələ müzakirə olunub, amma hələ ki, bilinmir". Sonra bəlkə də üçüncü, bəlkə də beşinci dəfə "indi də hesabatın təsdiqini səsə qoyuruq", dedi. Səhmdarların yadına düşdü ki, "bıy, say komissiyası əvvəlcə seçilməliydi". Sonradan da olsa onu da elədilər. Amma kimsənin nə saymaq həvəsi vardı, nə də sayılmaq. 

"Hesabatı saytda görərsiz", deyib səhmdarlara "sürpriz" etmək istədi

Əslində bu, bir iclas deyildi, iclasın provası idi, səhmdarlar hərə bir tərəfdən Yaşar müəllimə yığıncaq keçirməyin qaydalarını öyrədirdi. Heç kim də əlindən gələni əsirgəmirdi, qanunvericiliklə, Mülki Məcəllə, Vergi Məcəlləsi ilə hər şeyi dəqiq izah etməyə çalışırdıq, bazası sağlam olsun. Y.Məmmədov maliyyə hesabatını auditor şirkəti və audit komissiyasının təsdiq etdiyini və aktivlərin 2 mlrd. 17 milyon 266 min manat olduğunu üçüncü, bəlkə də dördüncü dəfə söylədi. Dedilər, "axı aktivin, ya da auditin nə dəxli var ki, siz bizə gəlir və xərcləri deyin". Axır özü də təkrarçılıqdan bezib mətləb üstünə gəldi. Məlum oldu ki, keçən il "Kapital Bank"ın 280 mln. 993 min manat gəliri olub, onun 219 069 000 manatını xərcləyiblər. Bu da o deməkdir ki, gəlirlərin dörddə üçündən çoxu, yəni 80%-ə yaxını xərclənib. Soruşdular "bu pula neynəmisiz"? Adam nə cavab versə yaxşıdır? Hesabat saytda yerləşdiriləndə görəcəksiniz. Səhmdarın kim olduğunu qəbul etməyən, ya da qəbul etmək qədər Mülki Məcəllənin səhmdar cəmiyyətlərə aid maddələrini bilməyən bank işçisi "iclasa" özünün sədrliyini israr etmişdi. Səhmdar A.Məhyəddinov dedi ki, "saytda hesabatı qoymaq sizi məsuliyyətdən azad etmir, siz bu gün səhmdar cəmiyyətinin səhmdarları qarşısında hesabat verirsiz və o hesabat məhz səhmdarlar təsdiq etdikdən sonra sayta yerləşdirilir". H.Babalı da "prosedur belədir ki, biz onu təsdiq edirik, sonra siz onu sayta qoyursuz. Yəni biz onu görəcəyik deyə bir şey yoxdur, sayta yerləşdirəndə onu bizdən başqa digərləri də görəcək", deyə əlavə etdi. Yəni ki, sayta qoyulan hesabat ASC-nin ictimaiyyət qarşısında hesabatlılığı üçündür, burada səhmdara verilən hesabat isə ortaqlaradır və məcburidir. 


əvvəli səh.12-də

Bankın əmlakını satıb, sonra onu icarəyə götürüblər

Cavabından bəlli olanda ki, xərcləri bir-bir sadalamaq istəmir, xırdaçılığa getmədən iri xərcləri açıqlamağı təklif olundu. Bir neçə rəqəmlə bankın xərcləmələri barədə ümumi mənzərə aydın oldu. Bildirdi ki, bank xərcləri 61 366 000 manat, ehtiyatlara yönəldilən vəsaitlər 39,2 milyon manatdır. İcarə xərci soruşuldu, Məmmədov dedi ki, bu xərc sənəddə ayrıca açıqlanmır, amma təxmini olaraq bank və onun filiallarının icarəsi 8-9 milyon manatdır. A.Məhyəddinov dedi ki, "maşallah, bankın istifadəsində olan bütün əmlakını qeyri-qanuni satdılar və sonra qanunsuz satdıqlarını da icarəyə götürdülər". H.Babalı isə "əmlakın satılmasının qanunsuz olduğunu düşünürsünüzsə, məhkəməyə müraciət edib bağlanan əqdin ləğvini tələb edə bilərsiz. Çünki söhbət ondan gedir ki, o əmlak 8-9 milyona satılıb və hər il həmin məbləğdə vəsaiti biz yenə icarə haqqı olaraq ödəyirik". Y.Məmmədov dedi ki, "bankın Bakı şəhərində 10-a yaxın əmlakı fiziki şəxslərdən icarəyə götürülüb. Deyirsiniz satdıq, götürdük, amma o əmlakların əksəriyyəti yararsız vəziyyətdədir". Replika atdım ki, "bankın baş ofisi olan bu bina da yararsız idi, bəs o niyə satılıb"? A.Məhyəddinov dedi ki, "özəlləşdiriləndə təmirdən təzə çıxmışdı". Y.Məmmədov isə bu çətin sualıma cavab vermək əvəzinə guya asan yol seçib mənə qarşılıqlı sual verdi ki, "xanım, siz iştirak etmirsinizsə, sual niyə verirsiz"? Cavabını da aldı: "mən burada olduğum üçün sual verə bilərəm, sadəcə səsvermədə iştirak etmirəm", dedim. Arqumentim qarşısında susdu. Əməkhaqqı fondunun məbləğini soruşduq. 2014-cü il üzrə əməkhaqqı xərcləri 46 mln. 150 min manat, 2013-cü ildə 26 mln. 325 min olub. Dedi ki, əməkhaqqı hesabatda ayrıca yazılmayıb (əslində auditor hesabatında xərclər aydın göstərilir), amma təsərrüfat, əməkhaqqı, dəyərsizləşmə və ehtiyatların xərci bir yerdə gedir, o da 100 milyon manat təşkil edib. Maşallah, qazancın üçdə birini bir maddə altında xərcləyiblər, gedib işinə. Bankda orta əməkhaqqı məbləği soruşuldu, belə bir statistikanın olmadığını dedi. Ən yüksək maaş məbləğini soruşdum, onu da bilmədiyini söylədi. Ümumilikdə bank üzrə 3000-ə yaxın adamın işlədiyini söylədi. Xatırladım ki, 2014-cü ildə bankın işçilərinin sayı 1994 olub. İki hesabat arasında işçi sayı hansısa ehtiyacdan 50% (1000 nəfər) artırılıb. R.Hüseynov "onda əməkhaqqı fondu təxminən 90 milyon təşkil edir", dedi. Məmmədov incidi: "Yox e, nə 90 milyon, elə onun 35 milyonu inzibati xərclərə, amortizasiyaya gedib". A.Məhyəddinov "amortizasiya xərclərinin nə dəxli var ki, bizim əmlakımız satılıb", ritorik sual verdi. O isə, "maşınlar var" dedi.  

15 il eyni auditorla "birlikdə"

H.Babalı sual elədi ki, "bu "Ernst & Young"la neçə ildir işləyirik", cavab aldı ki, 15 ildə banka bu şirkət kənar audit xidməti göstərib. Bankın qeydiyyat tarixi 2000-ci ildədir, belə çıxır ki, yarandığı gündən. Səhmdar da soruşdu ki, "bəs niyə biz onu dəyişmirik, kənar auditor hansı səbəbdən ümumi yığıncaqda təsdiq olunmur"? Y.Məmmədov bu məsələnin müşahidə şurasında təsdiq olunduğunu dedi. H.Babalı "biz təsdiq edək də, mən biləni qanunvericiliklə kənar auditorun seçilməsini ümumi yığıncaq həll edir", dedi. Məmmədovun söylədiyinə görə, haçansa ümumi yığıncaq bu səlahiyyəti MŞ-yə verib, amma kimsə bunu xatırlamadı. Dedilər, heç bir iclasın gündəliyində bu məsələ nəzərdə tutulmayıb və kənar auditoru seçmə səlahiyyəti MŞ-yə ümumi yığıncaqda verilməyib. Əslində, auditorun xidmət tarixinə baxılsa, belə bir qərar verilibsə də, bu, 15 il əvvəl olub və səhmdarlar orada iştirak etməyib. Hesabatı "səs"ə qoydular, sadəcə A.Məhyəddinov əleyhinə oldu, H.Babalı bitərəf qaldı, mən isə ümumiyyətlə qanunsuz hesab etdiyim prosesdə iştirak etmədim. Həqiqi iclas olsaydı, bu cür bədxərclik üzərində qurulmuş hesabatın təbii ki, əleyhinə səs verərdim. Dividendlərin bölüşdürülməsini də "səsvermə"yə qoyub "qəbul elədilər". Beləliklə, protokol tərtib etməyə hesablanmış komediya bitdi. 

H.Babalı soruşdu ki, "mümkün zərərlərə görə ehtiyat fondu yaratmışdıq, onun taleyi necə oldu? Bu ilin əvvəlində vəziyyətimizin yaxşı olduğunu görüb, o ehtiyatı mənfəətə yönəldə bilərdik". Y.Məmmədov "söhbət 39 milyon 240 min manatlıq bir vəsaitdən gedir. Bunu audit şirkəti qəbul etməz, bütün sistem avtomatlaşdırılıb, əllə müdaxilə mümkün olmur", dedi. H.Babalı MŞ-yə çatdırılması şərtilə təklif etdi ki, "biz stabil mənfəətlə çalışdığımıza görə dividendlərimizi 6 ayda bir elan edək. Məqsəd odur ki, səhmdarların qazancı bankda "yatıb" qalmasın. Bu, Beynəlxalq Bankın praktikasında da olub". Bunun üçün bankın əsasnaməsinə dəyişikliyin vacibliyi qeyd edildi. R.Hüseynov kreditlərin strukturu ilə maraqlandı, valyuta kreditlərinin az, istehlak kreditlərinin əsasən manatla olduğu cavabını aldı. O da təklif olundu ki, uzaqdan yığıncağa gələn səhmdarların ezamiyyə xərclərini bundan sonra bank qarşılasın. 

H.HƏMİDOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]