Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Restoranlarda, kafelərdə əhaliyə zəhər yedizdirilir

Restoranlarda, kafelərdə əhaliyə zəhər yedizdirilir
Bölmə :
Araşdırma
Yayım tarixi :
20/5/2016 [10:44]
Baxılıb :
1767 dəfə
Yoxlamaların dayandırılması bəzi işbazlara meydan açıb,insanların sağlamlığına ciddi təhlükə yaranıb
İaşə obyektlərində antisanitariya hökm sürür, müştərilərə nə gəldi satırlar

Son günlərdə rayonlardan Bakıya leş ətlərin gətirilməsi və şadlıq evlərinə, dönərxanalara verilməsi medianın gündəmindədir. Ancaq həmin restoranların, şadlıq evlərinin aşkara çıxarılması, yoxlanması ilə bağlı rəsmi məlumatlar yoxdur. Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi bəyan edir ki, belə iaşə obyektlərinin adları onlara məlum deyil. Amma Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov adıçəkilən qurumun əməkdaşlarını əhalini zəhərləyən leş əti satanlarla əlaqədə ittiham edib. 
Beləliklə, Bakıda istehlakçıların sağlamlığının daim təhlükədə olması anlaşılır. Yay aylarının başladığı bu günlərdə toyların, şənliklərin artdığını nəzərə alsaq, insanların sağlamlığı ilə bağlı problemlərin də yaranması qaçılmaz olacaq. Bəs istehlakçıların sağlamlıqlarına ziyan dəyməməsi üçün hansı tədbirlər görülür? Restoranlar, şadlıq evləri necə yoxlanılır? Bununla bağlı hansı addımlar atılır? 

Şəhər sakininin şahidi olduğu restoranda gördükləri...

Bakı şəhər sakini Lalə Mehdiyeva əməkdaşımıza bildirib ki, bir müddət öncə şəhərin tanınmış restoranlarının birində ofisiant kimi çalışıb. O, restoranda təklif olunan yeməklərin nə şəraitdə hazırlandığı haqqında bunları dedi: "Təsəvvür edin, istifadə olunan göyərtilər yuyulmurdu. Çirkli, torpaqlı necə gəldi yeməklərə, salatlara əlavə olunurdu. Yemək hazırlanan qazanlara doğranan kartof  və ya yer kökü yerə düşdükdə onu atmırdılar. Heç nə olmamış kimi elə yeməyin içinə atırdılar. "Niyə belə eləyirsiz" deyəndə də deyirdilər ki, işimiz çoxdu, yeməyin nazı ilə oynayası halımız yoxdu. Şirniyyatların hazırlanmasını demirəm heç. Bəzən yumurtanın qabıqlarını da atırdılar. Gigiyenik qaydaların heç birinə əməl olunmurdu. İnsanlar da bəh-bəhlə yeməkləri yeyirdilər. Bir-iki dəfə yeməkdən nəsə çıxdı deyə şikayət olmuşdu. Bu zaman ilk dəfə olurmuş kimi reaksiya verdilər. Belə baxanda şəhərin mərkəzində yerləşən ən tanınmış yerlərdən biridir. Heç kim deməz ki, orada yeməklər bu şəraitdə hazırlanır. Bir müddət sonra həmin işdən çıxdım. İndi bilmirəm yenə də o haldadır, yoxsa az da olsa düzəlib. Ancaq bir şeyi bilirəm ki, ondan sonra heç bir restoranda ürək edib yemək, ya da şirniyyat yeyə bilmirəm".

Digər bir şəhər sakini isə əməkdaşımıza deyib ki, bir müddət əvvəl günorta yeməyi üçün əyləşdiyi məkanlardan birində sifariş etdiyi yeməyin içərisindən tük çıxıb. Şəbnəm xanım deyir ki, yeməkdən iyrənib: ""Sezar" salatı sifariş etmişdim. Özü də yorğun və ac idim. Sifarişim gəldikdə gözümə inana bilmədim. Bir az yedikdən sonra yeməyin içərisində gözümə yad bir şey dəydi. Diqqətlə baxdıqda tük olduğunu gördüm. Dərhal ofisiantı çağırdım. Üzrxahlıq edib, yeməyi dəyişdirəcəklərini bildirdilər. Ancaq təbii ki, istəmədim. Əvəzinə sifarişin pulunu məndən almadılar. Bəlkə də başqası üçün bu normal haldır. Ancaq mən hər şeydən tez iyrənənəm. Ondan sonra istəsəm də, yemək yeyə bilməzdim". 

Restoranlardakı zəhərlənmələr...

Keçən ilin yay aylarında Mingəçevir şəhərində toyda 10 nəfər qidadan zəhərlənmişdi. Hadisə şəhər ərazisində yerləşən "Altun" restoranında keçirilən toy mərasimində baş vermişdi. Belə ki, toyda müxtəlif qidalar qəbul edən 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. 
Elə həmin aylarda Bakı şəhərində də Binəqədi rayonu ərazisində yerləşən restoranların birində 77  nəfər zəhərlənmə diaqnozu ilə xsətəxanaya müraciət etmişdi. Onlar toydakı qidalardan zəhərlənmişdi. 

Qanuna görə...

2015-ci il oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilmişdi. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Eyni zamanda, prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub.

İmran Abdullayev: "Demək olar ki, artıq heç bir müəssisə yoxlanılmır"

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev virtualaz.orga açıqlamasında bildirib ki, Sahibkarların yoxlanılması 2 il müddətinə dayandırılıb: "Yalnız qanunla nəzərdə tutulan hallarda, məsələn, sahibkardan konkret sübutlara əsaslanan şikayət edilərsə və ya kütləvi informasiya vasitələrindən müraciət daxil olarsa, yoxlama aparıla bilər. Lakin əvvəlcə İqtisadiyyat Nazirliyindən razılıq alınmalı, vahid məlumat reyestrində qeydiyyat aparılmalıdır. Buna görə də son vaxtlar yoxlamaların sayı azalıb. Demək olar ki, artıq heç bir müəssisə yoxlanılmır. Amma şikayətlər olduğu halda mütləq araşdırılır və cavab verilir. Dövlət sahibkarlara yaşıl işıq yandırdı. Sahibkarların yerli-yersiz yoxlanılmasının qarşısını almaq üçün reyestr xidməti, risk qiymətləndirmə sistemi yaradıldı. Ancaq sahibkar da gərək yaradılan şəraitdən öz mənafeyinə görə istifadə etməsin. Bu baxımdan şadlıq evləri də bizim ağrılı yerimizdir. Digər iaşə müəssisələrindən fəqli olaraq, şadlıq evlərində qida qəbulu bir vaxta düşür. Toy başlayandan sonra heç kim gedib orada yoxlama apara bilmir. Dəfələrlə ucuz ət alaraq digər ətə qarışdırılmasının şahidi olmuşuq. Spirtli və ya sərinləşdirici içkilər də qarışdırılır. Yəni məqsəd ucuz qiymətə alınan məhsulları toy sahibinə satmaqla pul qazanmaqdır. Ucuz məhsul isə təbii ki, qeyri-qanuni hazırlanır, ya da tərkibinə lazım olan bütün qatqılar qarışdırılmır".

Eyyub Hüseynov: "Gözlənilir ki, ciddi epidemiyalar yayılacaq"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, restoranlarda, kafelərdə, şadlıq evlərindəki natəmizliyin qarşısını almaq üçün növbəti istehlakçı siyasəti formalaşmalıdır: "Dövlət tərəfindən biznes qurumları üçün 2 il rahat, yaradılan toxunulmazlıq şəraiti elan olunub. Bundan sui-istifadə olunaraq insanların hüququ pozulur. Mən hər gün dövlət orqanlarına istehlakçı hüquqlarının pozulması ilə bağlı göndərdiyim məktublara cavab alıram ki, "gedin, məhkəməyə müraciət edin, bizim ixtiyarımız yoxdur". Dövlət üzünü istehlakçılara doğru çevirməlidir. Biznes qurumlarının sahibkarları bu vəziyyətdən sui-istifadə etməyə son qoymalıdır. Siz KİV olaraq, mən də  ictimai təşkilat olaraq bütün günü çığırıb, bağırırıq. Lakin bütün dünyada insan çətinliyə düşəndə ona dövləti kömək edir. Bu sahədə biznes qurumlarının toxunulmazlığı şəraitində dövlət bizə kömək etmir. Ona görə apteklər insanlarla doludur. Xəstəliklər baş alıb gedir. Gözlənilir ki, ciddi epidemiyalar yayılacaq. Mətbuat öz vəzifəsini yerinə yetirib müəyyən yerləri ifşa edir. Gərək dövlət orqanları da həmin informasiyanı götürüb, hərəkətə keçsinlər. Niyə etmirlər? Çünki əlləri-qolları bağlıdır".

Natiq Cəfərli: "Qızıl ortanı tapmaq lazımdır"

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, əslində yoxlamaların dayandırılması, müəyyən müddətdə təxirə salınması pozitiv addım idi: "Çünki Azərbaycanda yoxlamalar obyektlərin normal işləməsi, vətəndaşın hüquqlarını, istehlakçıların hüquqlarını qorumaq üçün deyil, korrupsiya mənbəyinə çevrilmişdi. Bu da heç kimə sirr deyildi. Təbii ki, yoxlamaların xeyli dərəcədə səngiməsi pozitiv məsələdir. Ancaq bu həm də insanların, vətəndaşların təhlükəsizliyi hesabına baş verməməlidir. Yoxlamalar əgər qanunun nəzərdə tutduğu qaydada aparılacaqsa və onun məqsədi vətəndaşların hüquqlarının, istehlakçıların sağlamlığının qorunması, onların aldadılmasının qarşısının alınması, dövlət büdcəsinə dəyən ziyanın qarşısının alınması üçün aparılırsa - bunun heç bir ziyanı yoxdur. Sadəcə dediyim kimi Azərbaycan reallığında bu yoxlamalar başqa məqsədlərə xidmət etdiyi üçün dayandırıldı".

N.Cəfərli deyir ki, yoxlamaların dayandırılması özü ilə birgə digər fəsadlara da yol açıb. O cümlədən, vətəndaşların ərzaq təhlükəsizliyi, sağlamlıqlarına vurulacaq zərər nöqteyi-nəzərindən boşluq yaranıb: "Bu boşluqdan da təbii ki, istifadə etmək istəyənlər olacaq, var və yəqin ki, bundan sonra da belə faktlarla biz qarşılaşacağıq. Sadəcə Azərbaycanda yoxlamaların normal, prosedurlara uyğun qaydada aparılması məsələsi birdəfəlik həllini tapmalıdır. Həm vətəndaş alıcı, istehlakçı kimi, həm dövlət büdcəsi, həm də iş adamları bundan ziyan görməsin. Yoxlamalardan istifadə edərək, obrazlı desək "soyulmasın". Bu qızıl ortanı tapmaq lazımdır. Bunun üçün isə sistemin oyun qaydalarında, yoxlamaların ümumi fəlsəfəsində dəyişiklik olunmasına ehtiyac var ki, ümumiyyətlə bu yoxlamaların məqsədi tamam fərqli olsun. Buna nail olmaq mümkündürmü? Mən şübhə ilə yanaşıram. Çünki yenidən bu yoxlamalar bərpa olunsa, iş adamlarına növbəti təzyiqlər başlayacaq. Yox, bərpa olunmasa, bir az boşluq yaransa, istehlakçıların hüququ tapdalanacaq. Yəni hal-hazırda çox qəribə yanaşma mövcuddur. Bu qızıl ortanı tapmaq üçün həm sahibkarlar, həm hökumət, həm də yoxlama qurumları birgə komissiya qurmalı və birgə işləməlidir. Bu problemi həll etmək lazımdır ki, vətəndaşların sağlamlıqlarına ziyan dəyməsin".

Aysel İsgəndərli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]