Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

At oğruları camaata qənim kəsilib

At oğruları camaata qənim kəsilib
Bölmə :
Araşdırma
Yayım tarixi :
19/5/2016 [10:45]
Baxılıb :
dəfə
Paytaxta daşınan leş ətlərinin təhvil verildiyi məkanlar məlumdur, amma”¦

Eyyub Hüseynov: «Əgər dövlət qurumu hansı obyektlərə leş ətlərin gətirildiyini demirsə, demək həmin yerlərlə əlaqələri var»

Adil Qeybulla: «Təəssüflər olsun ki, bu məsələ başlı-başına buraxılıb»

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Ağdaş rayonunda keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakinləri - Cavanşir Əliyev, Rövşən Hüseynov və Orxan Hüseynov 945 kiloqram mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar əldə etdikləri xəstə, ölü atların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyiblər.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli  modern.az-a deyib ki, iş hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarətində, prokurordadır: "Saxlanan şəxslər bizə ətraflı məlumat vermir. Onlar bildirir ki, leşləri paytaxta guya satış məqsədilə gətirirmişlər. Həmçinin, deyirlər ki, sağlamlıq üçün zərərli olan həmin ətlər bəzi şadlıq evlərinə, dönərxanalara satılması üçün sifariş edilib. Amma təəssüf ki, konkret adlar bizə bəlli deyil. Hər halda hüquq-mühafizə orqanlarının müvafiq araşdırmalarından sonra müəyyən suallara aydınlıq gələcək. Bunlar gizlin formada gətirilən məhsullardır. Biz müvafiq olaraq müayinələr aparırıq. Nəticələrə uyğun olaraq qərar qəbul edilir".

Qurum rəsmisi yararsız at leşlərinin kolbasa və sosiska emalında istifadəsini istisna etməyib: "Həmin məhsulların kolbasa və sosiska istehsalı ilə məşğul olan sexlərə verilməsi də istisna edilmir. Təsadüfi deyil ki, kolbasa-sosiska istehsalı ilə məşğul olan iki sexdə neqativ hal aşkarlamışıq. Bunlardan biri Abşeron rayonu, Qurtuluş massivi ərazisində yerləşən sex idi. Digəri isə Qaraçuxur qəsəbəsində yerləşən "Zirvə" kolbasa  və sosiska məmulatları sexidir. Həmin reydlərdə də 1 tona yaxın mənşəyi bəlli olmayan, zərərli at və toyuq ətləri, digər iribuynuzlu heyvanların ətləri aşkar olundu. Laborator müayinələrdən sonra zərərsizləşdirildi".

Y.Xanvəli 2015-ci il ərzində insan qidası üçün təhlükəli olan 55 tondan çox belə ətin Dövlət Baytarlıq İdarəsi tərəfindən zərərsizləşdirildiyini bildirib: "Cari ilin 4 ayı ərzində isə 14 tondan yuxarı belə məhsullar aşkarlanıb və laboratoriyada müayinələr aparılıb. Nəticələrə uyğun olaraq məhsullar zərərsizləşdirilib".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, leş ətlərin Bakıya daşınmasında bir nömrəli günahkar və cavabdeh baytarlıq idarələridir. İnsanların baytarlara inamları olsa idi, əhali küçədə kəsilən heyvanlara üstünlük verməzdi: "Gedib marketlərdən alardılar ətləri. İkincisi, baytarlıq qurumu dövlət qurumudur. Nəyə görə leş ətlərin hansı şadlıq evlərinə, dönərxanalara gətirildiyini demir? Əgər yerlər deyilsə, həmin şadlıq evləri maksimum 1 həftə içərisində  ifşa olunar və insanlar oranı boykot edər, ora heç kim getməz. Əgər dövlət qurumu hansı obyektlərə leş ətlərin gətirildiyini demirsə, demək həmin yerlərlə əlaqələri var. Leş ətlərin gətirilməsinin qarşısını almaq üçün ciddi ictimai nəzarət olmalıdır. İctimai nəzarət mexanizmi birinci istehlakçı hüquqlarından başlamalıdır. Azad İstehlakçılar Birliyindən başqa onlarla istehlakçı hüquqlarını qoruyan təşkilat lazımdır Azərbaycana".

E.Hüseynov deyir ki, ölən insanlardan da pul alırıq: "Bu yaxınlarda eşitmişəm ki, Sumqayıtda ölmüş vətəndaşa qəbir yeri vermək üçün bələdiyyə  1500 manat rüşvət istəyib. Bu səbəbdən də istehlakçı hüquqlarını qoruyan effektli ictimai nəzarət mexanizmi və  yüzlərlə ictimai təşkilat olmalıdır. İkinci, ictimai qınaq olmalıdır. İctimaiyyət bununla mübarizə aparmalıdır. Sovet dönəmində bir adam murdar ət satardısa, onun yeddinci nəslinə qədər başına vururdular ki, sənin baban murdar ət satmışdı. Bu gün bu hallar bələdiyyələrin, sahə müvəkkillərinin, icra hakimiyyətlərinin, o cümlədən Azad İstehlakçılar Birliyinin rayon nümayəndələrinin gözü qarşısında baş verir. Lakin bunlara reaksiya sıfır vəziyyətindədir. Üçüncüsü, ola bilsin ki, ölkənin dini lideri camaata müraciət edərək bunun günah olduğunu, murdar ət satmağın pis əməl olduğunu insanlara başa sala bilər. Belə mexanizmlər işləməlidir".

E.Hüseynovun sözlərinə görə, çox yaxşı haldır ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi artıq bu sahədə cərimələrlə keçinmir, həmçinin həbslər aparır: "Həddindən artıq yaxşı haldır. Biz bunu alqışlayırıq. Bütün ictimaiyyət də Daxili İşlər Nazirliyinin bu qurumuna dəstək olmalıdır. Onlar düzgün iş aparır. Mən məəttəl qalıram ki, nəyə görə Bakıdan gedən adı çəkilən qurumun əməkdaşları Ağdaşda, Bərdədə ifşa edir, ancaq yerli polislər buna biganə qalır. Bunlar hamısı sual doğuran məsələlərdir".

Həkim Adil Qeybulla mövzu ilə bağlı bildirdi ki, istər Azərbaycana idxal olunması, istərsə də ölkənin özündə istehsal olunan və sonra istehlak olunan bütün ət məhsulları ilə bağlı ciddi problemlər yaşanır: "Çoxdandır ki, yarışlarda ölmüş, müxtəlif mənşəli heyvan ətlərinin ölkəyə idxalı və bunların da xüsusi ilə şadlıq evlərində reallaşdırılması müzakirə mövzusudur. Təəssüflər olsun ki, çox vaxt  Dövlət Baytarlıq İdarəsi ətin üzərinə möhürü vurur, ancaq heç bir yoxlama aparmır. Camaat arasında brüselyoza, müxtəlif xəstəliklərə yoluxma halları baş verir. Ölkədə istehsal olunan ət məhsullarının keyfiyyəti yüksək deyil. Təəssüflər olsun ki, bu məsələ başlı-başına buraxılıb. Yəqin ki, burada güclü əllər işləyir, korporativ maraqlar var. Bu da insanların sağlamlığı və təhlükəsizliyinin pozulması bahasına başa gəlir. Ona görə hesab edirəm ki, bu məsələ ərzaq təhlükəsizliyi konsepsiyası çərçivəsində həll olunmalıdır. Buna ciddi şəkildə nəzarət olmalıdır. Ölkə ərazisinə idxal olunan ət məhsullarının keyfiyyəti dəqiq yoxlanılmalıdır. Həmçinin bunun üzərində ictimai nəzarətin təmin olunması çox effektiv olardı". 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyir ki, murdar və ya xəstə heyvan ətini satanlara, əti toplayanlar, daşıyanlar və alanlar bir şəbəkədə birləşiblər. O virtualaz.org-a açıqlamasında bildirib ki, burada artıq inzibati xətadan deyil, cinayət əməlindən söhbət gedir: "Yəqin xatırlayırsınız, Xaçmazda çoxlu sayda at baş-ayağı tapılmışdı. Bu kəsilən atların əksəriyyəti oğurluqdur. Yəni at oğruları da bu şəbəkəyə daxildirlər. Yoxsa heç kim kəsim üçün bu qədər at saxlamaz. Bu şəbəkənin əməllərinə bölgələrdə hüquq-mühafizə orqanları laqeyd yanaşıblar. Yararsız ətlərin iaşə mərkəzlərinə, dönər sahələrinə, kolbasa müəssisələrinə gətirildiyi ehtimal olunur. Buna görə də, istintaq aparılmalı, bu ətlərin hara satıldığı aşkarlanmalıdır. Alıcı olmadan əti Bakıya gətirmək istəməzlər. Bu yaxınlarda kolbasa sexlərinin birində yararsız ətdən istifadə edildiyi aşkarlanmışdı. Heyvan öləndən 2 saat sonra onun ətindən istifadə etmək olmaz. Çünki heyvanın orqanizmində olan toksiki maddələrin hamısı ətə keçir. Bu isə ciddi fəsadlara səbəb ola bilər. Eləcə də, xəstə heyvan ətindən istifadə etmək olmaz. Bundan əlavə, ət kəsimi zamanı kənardan mikroorqanizmlər düşə bilər. Kolbasa müəssisələri və ya dönərxanalar ölmüş və ya xəstə heyvanın ətindən istifadə edərsə, təhlükəli vəziyyət yaranar. Xüsusilə, dönər hazırlanarkən ət tam bişmir. Belə ətin tərkibində toksin olarsa, bişirilsə belə, zəhərlənmə baş verə bilər". 

Aysel İsgəndərli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]