Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycan müəssisəsində türklər ağadırlar

Azərbaycan müəssisəsində türklər ağadırlar
Bölmə :
Araşdırma
Yayım tarixi :
19/5/2016 [10:39]
Baxılıb :
865 dəfə
“Tekfen”çilər“ Cənubtikintiservis”i idarə, əmlakını da icarə edir
(əvvəli 17 may sayımızda)

"Cənubtikintiservis" ASC-nin ümumi yığıncağında verilən hesabatdan sonra səhmdar Fəxrəddin Allahverdiyev irad tutdu ki, "yaxşı olar, oxuduğunuz hesabatın surətini çıxarıb bura gələn səhmdarlara da tanış olmaları üçün paylayasınız. Adam var ki, deyilənləri yaxşı eşitmir". Mülki Məcəllənin 107-1.5. maddəsinə görə də səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə cəmiyyətin adı, olduğu yer, yığıncağın keçirilmə tarixi, vaxtı və ünvanı, yığıncağın gündəliyi, gündəlik üzrə materiallarla tanış olunma qaydası göstərilməlidir. Mülki Məcəllənin Kommentariyasında həmin maddə (233-cü səhifə) belə şərh edilir: "bildiriş səhmdara ümumi yığıncaqda maneəsiz iştirak etmək və onun materialları ilə qabaqcadan tanış olmaq imkanı yaratmalıdır". Rəqəmləri elə yığıncaqdaca eşidib adekvat davranmaq mümkün olmur. Hər suala başqalarının əvəzinə cavab verməyə çalışan, amma əksər vaxtlarda düzgün cavab verə bilməyən mühasibə müddəanı xatırlatdım, həmişəki kimi hər şeydən xəbərsiz Piyalə Mahmudova qanunvericilikdə belə maddə olmadığını dedi və yaxınlarda balans hesabatının dərc ediləcəyini söylədi. Paket sahibləri savadartırma problemi yaşayan işçilərinin ucbatından ya bunu həqiqətən bilmirlər, ya da bilərəkdən illərdir qanunvericiliyi pozurlar. Vəziyyətdən yararlanıb rəqəmləri birnəfəsə söyləyirlər ki, səhmdarlar onların pullarına necə divan tutulduğunu anlaya bilməsinlər. 

Səhmdar: "Majoritarlar "başqa formada" pul alırlar"  

F.Allahverdiyev qazanılan pulun tamamilə dividend kimi bölüşdürüldüyünü və səhm üzrə məbləği ikinci dəfə dəqiqləşdirəndə təəccübləndi: "Vallah, mən elə bildim, dividend 20 manatdan-zaddan çıxacaq. Özünüz də bilirsiniz ki, pul 100 faiz inflyasiya olub. Yerdən bəziləri danışan bir-iki adama qıcıqlanır, amma bura yas deyil və mən də plov yeməyə yox, pul almağa gəlmişəm. Bura da olmasa onsuz da başqa yolla, məhkəməylə pulumu alıram. Sizin gördüyünüz iş həcmi başqalarınınkından çoxdur, o qədər gəlir müqabilində bu dividend olduqca azdır. Nəyə görə biz minoritar səhmdarlar dividendin artmasını istəyirik, ancaq majoritar səhmdarlar bunda maraqlı deyillər? Halbuki sizdən fərqli mənə qəpik-quruş düşür. Mənə elə gəlir ki, böyük səhmdarlar bir başqa formada dividend alırlar, ona görə də artmasında maraqlı deyillər. Başqa müəssisələrdə paket sahibi öz payından pul ayırır ki, minoritar səhmdara misal üçün, 2 manat yox 12 manatdan düşsün. Mən narahat oluram, bəs 46%-in sahibi niyə narahat olmur, siz səsinizi çıxartmırsız", deyə səsini üstünə qaldırdı. 
Bu yerdə 51%-in sahibi "Tekfen İnternational Finance & İnvestments S.A." şirkətini vəkalətnamə ilə təmsil edən Turqay Çabalar qışqırmaması üçün səhmdara təpindi: "46% sahibinin əvəzinə mən cavab verməli deyiləm, 51% sahibi olaraq burdayam. Arkadaşlar, 9.39 manat ya, insaf ya". Bu yerdə müdaxilə etdim ki, o devalvasiyadan yaranan puldur, ortada əlavə qazanc göstərilmir. Bir az əvvəl özü də pulun "kəndi-kəndiliyinə artığı"nı söyləmişdi. Ağzımdan vurdu ki, "mən sizdən bəhs etmirəm". T.Çabalar: "Əsgidən bir səhmə iki manat dividend idi. Baxın, balansımız haradan hara gəlib. Hər səhmə 1 manat olmayan balansımız indi 7-8 manat səviyyəsindədir. Bizim "Cənub Körpüsü"ndəki ərazimiz əvvəlkinə bənzəmir, liman kimi olub, Bakının ən yaxşı ərazisidir. Onun altında tam 30 milyonluq əmlak var. O üzdən bu gün bizim balansımız göründüyündən daha güclüdür. "CTS" əsgisi kimi deyil, sizin dediyiniz "başqa formada" para xərcləmirik. Dövlətə vergini normal qaydada, hətta öncədən  ödəyirik. Vergi idarəsi bizdən 1-2 milyon ödəməyi rica edir. Bu o deməkdir ki, cəmiyyətimizin bankında həmin məbləğ mövcuddur. Haqsız və gərəksiz yerə "Caspian Ship"i niyə müdafiə etmək zorunda qalım, ondan mənə nə? Adam paranı basıb yatırım edib. Sizə dividend ödədiyimiz kimi ona da ödəyirik, başqa şansımız yox ki. Bugünkü rəqəm ödəmənin ən böyük və rəsmi qeydidir (bu, vaxtilə qeyri-rəsmi nəyinsə olduğuna bir işarədir?-H.H.)". 

Qərar məni qane edir, sizi etməsə də olar

Yenə söhbəti sosial fondun üzərinə gətirdi: "Böyük ortaq olaraq madəm 51 hissəyə sahibəm, mən də deyirəm ki, o sosial fonda pul ayırıb kiçik ortaqlara 2,5 manatdan verirəm, bunun mənfəət vergisi zatən ödənib (məndən vergi çıxırdılar-H.H.) "CTS" bir quruş haram, ziyan olmadan yürüdülür". Mənmi yanlış anladım, yoxsa türkcələri iddia etdikləri qədər dərin olmayan səhmdarlar onun fikrini tuta bilmədilər, adam 2,5 manatı fonda yönəldərək kiçik ortaqlarına verməyə hazır görünürdü. Amma kiçik ortaqlar buna reaksiya vermədilər, odur ki, dividend də olduğu kimi qaldı. Hesabatı səsə qoymaq istədilər, buna qarşı çıxdım, çünki hesabatla bağlı qaranlıq məqamlar xeyli idi. 
Hesabatı yarı-yarımçıq anlamış, tələsik qeydlər apardığını deyən X.Məmmədov qazanca görə təşəkkür etdi, "9 manat gələn il 19 manat olsun", dedi. O, "Cənub Körpüsü"ndə aylıq 197 500 dollarlıq müqaviləyə səhmdarların iştirakilə yenidən baxılmasının mümkünlüyünü soruşdu. Çabalar məbləğin onu qane etdiyini dedi. Yəni ki, "qərarı vermişəm, sizə ehtiyac yoxdur". Səhmdar isə "qanunvericiliyə görə milli pul devalvasiya olunarsa, bağlanan müqavilələrə bizim yenidən baxmaq səlahiyyətimiz var, təklifim odur ki, icarə məbləğini bir qədər artırıb səhmdarların dividendini çoxaldaq", dedi. Çabalar anlaşmanın dollarla olduğunu, əvvəlki kirayə məbləğinin 101 min manat olduğunu söylədi. Devalvasiya bizi "vursa" da, ona xeyli "güc" verib, dollarla qazandığımız pulları manata çevirərək bizi təsəlli edir.  

"Dividend vergisi ödəməyəcəyimiz"ə baş mühasibdən yanlış cavab

Yerdən Prezidentin səhmdarları üç il müddətinə dividend vergisindən azad etdiyi deyildi. Mühasib 195 vergi xidmətindən azadetmənin dividendə aid olmadığını söylədiklərini bildirdi. Və yanıldı. Həmin xidmətdən vergi əməkdaşı İlqar Göyüşov dedi ki, bu qərar müəssisələrdən alınan dividendlərə də aiddir. Maddə bu ilin fevral ayının 1-dən sonra qəbul edilən qərarlara tətbiq olunur. Biz də qərarı may ayının 12-də qəbul etmişik. Vergi Məcəlləsinə edilən dəyişikliyə görə (102.1.22-ci maddə) 2016-cı ilin fevral ayının 1-dən etibarən 3 il müddətində fiziki şəxslər divdendə görə vergi ödəməkdən azaddırlar.    

Səhmdar Vidadi Məmmədov "Azfen"lə bağlanan müqavilənin müddətini, hazırda kampda qalan kirayənişinlərin sayını və "CTS"-də əməkhaqqı fondunun həcmini soruşdu. Çabalar özünün ifadə etdiyi kimi "1 nömrəli sual"a belə cavab verdi: ""Azfen"lə bağlanan kontrakt orada qurulan iki platforma ilə bağlıdır. Kirayə sözləşməmiz işlər bitənə qədər hər il təzələnəcək. Burada yatan adamların sayına gəlincə, onlar bu il üçün 500 civarında olacaq. Bu, 450 də ola bilər, 600 də. Hazırda 637 adam qalır (bu da 4 586 400 dollar edir, yəni 7 108 920 manat). Biz ortalama illik büdcəmizi tərtib edirik və hazırda büdcəmizin üstündə gedirik". Biz hər dəfə kirayəçilərin sayını soruşanda 600-dən yuxarı olur. Hətta keçən ilin avqust ayında da soruşmuşduq, 765 nəfər idi. Dedilər guya 7-ci aydan say azalır, amma göründüyü kimi, yayın cırhacırında da kirayənişindən boluq. Biz 4 ha torpaqdan daha çox pul qazanırıq, nəinki 11 ha-dan. Çabalar "3 nömrəli sual"ı qulaqardına vurub, cavablamadı. Bunu ona xatırlatdım, sualıma cavab vermək zorunda olmadığını dedi. 
F.Allahverdiyevin səhmdarları müəssisənin hesabına istirahətə göndərmək təklifi qeyri-adi qarşılandı. Amma onun "dediyiniz sosial müdafiə fondundan travma alan işçilərə də Novruz və Qurban bayramlarında yardım edin", təklifinə Çabalar belə cavab verdi: "Bu, yığıncaq tərəfindən alınmalı qərardır. İstərsəniz hissəsi 1000-nin altında olan səhmdarlara bayramlarda yardım edilsin, istəmirlərsə qərar alarıq, sosial fonda para yatırıb, oradan dirək ödəmə edərik. Mən sarıdan bir sıxıntı yoxdur. Burada da səs verək, qərar olub bitsin". Səhmdarlar yarım türkcələri ilə onu anlamadılar. 1000 səhmin üzərində Çabalar bir özüdür, bir də A.Əliyev. Deməli, qərar qəbul olunsaydı, xərclənən pullardan biz də faydalanacaqdıq. Təəssüf ki, dil yetərsizliyindən məsələ söz olaraq qaldı. 

Yoldaşı ölən səhmdara kömək olmursa ASC-də "yardımlar" hara gedir?

Ağbirçək səhmdar xanım noyabr ayında cəmiyyətə gəlib, yoldaşının rəhmətə getdiyi səbəbindən kömək istədiyini söylədi: "Almas Dəmirova dedi ki, "bizim idarədə elə bir şey yoxdur". İndi mən başa düşdüm ki, sizdə sosial var, müraciət edəndə ordan əl tuta bilərsiz". Paket təmsilçisi bunu belə şərh elədi: "Hər birimizin ehtiyacları var - birinin az, birinin çox. Səs verək, mən 51 faiz səslə "tamam" deyim, amma kim olduğunu bilmirəm, tanımıram ki. Qərarları fərdi olaraq yox, ümumi almağımız lazımdır, sosial fondu doğru istifadə etməliyik. Hər müraciəti dəyərləndirsək, sosial fondun anlamı qalmaz, o zaman siz məndən hesab soruşacaqsız". Sanki elədiklərinin hesabını verir. 236 min manatı sağa-sola xərcləyib, bizə ümumiləşdirilmiş bir rəqəm söyləyir. Mən burada Dəmirovanın qadına söylədiyinə inanıram, Çabaların hesabatına yox. Səhmdarlar az qala yalvardılar ki, yoldaşı rəhmətə gedən qadına maddi yardım olunsun. Mühasib ölüm kağızı istədi. 
İclasın sədri "dividendləri tam ödəyək, yoxsa bir hissəsini cəmiyyətə sərmayə şəklində yatırıb inkişaf etdirək", deyə sual elədi. Təklif dərhal səsə qoyuldu, hər kəs ödəmənin tam aparılmasını istədi, mən əleyhinə əl qaldırdım. Səhmlərin dəyərini artırmaqla nizamnamə kapitalının çoxaldılmasının tərəfdarı olduğumu dedim. Yenə tək mənim səsim bir şey həll etmədi. Sonradan bir səhmdar səhmlərin emissiya yolu ilə artırılmasını, kiçik payçılara daha çox səhm düşməyini təklif etdi, pul almaq tərəfdarları əleyhinə oldular. Səhmdarlar müəssisənin istifadəsində olan torpaq sahəsini soruşdular. Cavab verildi ki, "Cənub Körpüsü"ndə 11 ha sahəmiz var, "CTS"-nin kapmı isə 4 ha təşkil edir. Sonda hesabat səsə qoyuldu, yenə hər kəs lehinə, mən həmişəki kimi verilən hesabatda şişirtmələr olduğu səbəbindən əleyhinə səs verdim.  

6 ildir müşahidə şurasındadırlar, getmək fikirləri də yoxdur

Çabalar Mehmet Ali Beleri müşahidə şurasının üzvlüyündən çıxartmadan yerinə "Tekfen İnşaat və Təsisat A.Ş."-nin yeni direktoru Bülent Karacanı gətirdi. Özü üzv kimi, Levent Kafkaslı da sədr olaraq qaldı. Görünür bizim icarəçimiz müşahidə şurasında olmaq məcburiyyətindədir. Mülki Məcəllənin 107-7.4. maddəsinə görə, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri ümumi yığıncaqda üç ildən artıq olmayan müddətə Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada seçilirlər. Amma əlimdə olan iclas protokollarına əsasən L.Kafkaslı 2011-ci ildən bəri müşahidə şurasının sədri, T.Çabalar da 2012-ci ildən bu yana üzvüdür. Səlahiyyət müddətini çoxdan aşıblar. Maliyyə-təftiş komissiyasının üzvləri də 3 illik seçilir, amma onlar da yerlərində qalırlar. 107-9.1. maddəyə görə səhmdar cəmiyyətinin direktorlar şurasının sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. L.Kafkaslını Bakıda görən varsa, bizə də xəbər eləsin. Adam cəmi 1 dəfə - 2011-ci ildə ümumi yığıncaq keçirib. Onun adından gələn məktublar da elektron imza ilədir. Mən bu və nə iş gördüyündən xəbərsiz olduğum sədri Alper Mola, üzvlər Zəfər Ağayev və Nazim Vəliyevdən ibarət tərkibdə maliyyə-təftiş komissiyasının əleyhinə səs verdim.   

Çabalar gələcək planlardan danışıb dedi ki, cəmiyyət artıq istehsala keçir, müəssisədə yaradılan atelyedə polad, boya istehsalı ilə məşğul olunacaq və bu da əlavə gəlir gətirəcək. Bununla yanaşı, ASC artıq BP-nin kontarkorlar siyahısındadır, cəmiyyətin təkcə Azərbaycanda deyil, fəaliyyət göstərdiyi bütün ölkələrdən iş almaq imkanı yaranır... 

H.HƏMİDOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]