Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

26 nəfərə bir kompüter...

26 nəfərə bir kompüter...
Bölmə :
Müsahibə
Yayım tarixi :
17/5/2016 [14:32]
Baxılıb :
1036 dəfə
“Təhsil haqqında” qanun problemləri həll etmir"

Bu yaxınlarda Bakı şəhərinin məktəblərində keçirilən sosioloji sorğunun nəticələrinə əsasən əksər valideynlərdə tədrisin keyfiyyəti, müəllimlərin şagirdlərə laqeyd münasibəti və məktəblilərin keyfiyyətli təhsil almamaları kimi hallar narazılıq doğurur. Təhsil üzrə ekspert Kamran Əsədovla söhbətimizdə həm valideynləri, həm də müəllimləri narahat edən məsələlərə toxunduq. 


-Kamran müəllim, hazırda Azərbaycanın təhsil sistemində hansı çətinliklər var?

-Bir neçə çətinlik var:yeni tədris planlarına uyğun olan təzə kitabların çatışmamazlığı, kompüter təchizatında və proqram təminatında ehtiyac, internetdən istifadə qiymətlərinin yüksək olması, tədris proqramlarının dəyişilməsi və uyğunlaşdırılması ilə bağlı ümumi siyasətin olmaması (yəni təhsilin nəzarətini və təkmilləşdirilməsini təmin edən real mexanizm yoxdur), müəllim və professorların hazırlıq və ixtisasının artırılması sisteminin zəif inkişafı, təbii-elmi ixtisaslara marağın azalması, humanitar ixtisaslara daxil olan abituriyentlərin sayının artması, həmçinin  müəllimlərin əmək haqqının aşağı səviyyədə olması.

Bu hal təhsil sistemində yaranan korrupsiya probleminin əsas səbəbidir. Respublikanın ali məktəblərinin çoxu kompüterlə təmin olunsa da, onların sayı məhduddur və əsasən mətnləri yığmaq məqsədi ilə istifadə olunur. Ölkədə informasiya-kommunikasiya texnologiyaların əhəmiyyətinin tədricən artması müşahidə olunur.2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində ixtisasın artırılması və yenidən hazırlıq üçün distansiyon fakültə yaradılıb.Hazırda burada 50 tələbə təhsil alır. Bu günə olan məlumata əsasən ölkə məktəblərinin 26,5 faizdə kompüter sinifləri var. Bu da hər 14 şagirdə 1 kompüter deməkdir.  Universitetlərdə vəziyyət bir az fərqlidir.  Ölkənin 90 faiz universitetlərində kompüter sinifləri var, bir kompüterə isə 12 tələbə düşür.Ümumiyyətlə 31 məktəb və 15 universitet internetə qoşulmaq imkanına malikdir.Beləliklə, təhsilin keyfiyyətinin artması, Azərbaycanın gələcək inkişafını müəyyən edir.İlk növbədə müəllim və şagirdlərin (tələbələrə) dərs vəsaitlərini əldə etmək üçün imkan yaratmaq, xarici dildə olan dərs vəsaitlərinin azərbaycan dilinə savadla tərcümə etmək və lazımi tirajda nəşr etmək lazımdır.Məlumdur ki, bakalavrların magistraturaya qəbul proqramı tamamilə beynəlxalq normalara uyğun deyil, müəyyən proqramlar, aydın meyarlar, tələblər və magistratura səviyyəsində olan məcburi maarifləndirmə proqramlar yoxdur.Hər bir müəllim istədiyi şəkildə leksiyalar oxuyur və bir çox hallarda bakalavr səviyyəsində oxunan eyni leksiyalar təkrar olunur.Bakalavr və magistr diplomların arasında olan fərqi müəyyən etmək üçün müvafiq izahedici məlumatlar yoxdur. Buna görə gənclərin magistratura haqqında anlayışı tam ali təhsili almaq anlayışındadır. Milli Məclisin 2008-ci ilin son iclasında “Təhsil haqqında” qanun qəbul olunub.Lakin bu qanun təhsil sistemində problemləri aradan qaldırmağa kifayət etmir.


-Çox vaxtı şikayət edirlər ki, Sovet dövründə təhsil yüksək səviyyədə, müəllim-şagird münasibəti indiki dövrdən qat-qat yaxşı  vəmüəllimlərin bilik səviyyəsi çox yüksək idi. Müəllim cəmiyyətdə daim öz nüfuz və statusunu qoruyub saxlamağa çalışırdı. Bəs nə oldu ki, vəziyyət dəyişdi?


-Müəllim tədricən öz nüfuzunu itirməyə başladı. Məktəbdə müəllim-şagird münasibəti dəyişməyə başladı.Cəmiyyət yeni yola, bazar iqtisadiyyatına qədəm qoydu. Etiraf edək ki, bazar iqtisadiyyatının fəaliyyəti dövründə aşağı səviyyəli əmək haqqı alan müəllim öz maddi vəziyyətini düzəltmək üçün əyri yola əl atdı. Təhsilin bəlası o vaxtdan başladı. Şagirddən hədiyyə, pay, aylıq və sair, nə adlandırırsan-adlandır, alan müəllim şagirdin gözünə dik baxa bilmir, mənəvi cəhətdən özünü saf hesab etmir. İş o yerə çatdı ki, cəmiyyətdə bu geniş yayılmağa başladı və gündəlik məişət hadisəsinə çevrildi.Hətta, ictimaiyyətdə rəy sorğusu aparılan zamanı korrupsiyanın səviyyəsinə görə müəllim yol polisi işçilərindən sonra ikinci yeri tutdu.Təhsilin aqoniyası burda başladı. Özü də burda fərqləndirmək lazım deyil ki, ay bu orta məktəbdi, bu peşə məktəbi və yaxud da ali məktəb. Gündən- günə bu vəziyyət daha da ağırlaşır.İndi vəziyyət elə hal alıb ki, öz işinə məsulıyyətli münasıbət bəsləyən, şagirdlərlə gözəl münasibət quran, heç bir rüşvətə yaxın düşməyən müəllimi fanat və ya müasir dövrlə ayaqlaşmayan şəxs adlandırırlar.

-Bəs bu vəziyyətin aradan qaldırılmağın yolları varmı? 

-Əslində müəllimlərin əksəriyyəti rüşvətxor deyil, onlar halal zəhmətlə yaşamaq istəyirlər.Bu kimi arzuolunmaz halların olmaması üçün müəllimi dolandıra biləcək, onun minimum tələblərini ödəyə bilən əmək haqqı vermək lazımdı. Bir dəfə məndən soruşdular: “Əgər bütün müəllimlərə 500 manat əmək haqqı versək təhsildə bir şey dəyişərmi?” Cavab verdim: “Yox”. Əmək haqqının ödənilməsində bərabərçılik prinsipindən əl çəkmək lazımdır.Onu təhsilə işləyən mexanizmə çevirmək gərəkdir. Müəllim hiss etməlidir ki, əgər bir ay işinə səhlənkar münasibət bəsləsə,bu əmək haqqında öz əksini tapacaq. 

-Bu necə edilməlidir? 

-Mən deyə bilmərəm. Yəqin ki, bu iqtisadçıların işidir.Əgər əmək haqqının ödənilməsində bu mexanizm təşkil edilsə, təhsildə rüşvətxorluğun qarşısı qismən alınar.Təhsilin digər problemlərindən biri müəllimlərin peşə səviyyəsinin aşağı olmasıdır.Əgər burda müəllimlərlə kifayətlənsəydik yenə dərd yarı idi.Təhsilə rəhbərlik edən şəxslərin də bir çoxu bu haldadır.Bəzən yeni metodlarla dərsi tədris etməyimə və dəfələrlə onlara bu barədə xəbərdarlıq etməyimə baxmayaraq, hələ də məktəbdə arzuolunmayan şəxsəm. Müəllimlərin fəal təlim metodları ilə tanış olmasını istəməyimə baxmayaraq, bunu nüfuzumun artırılması qayğısına qalmağım kimi başa düşülür. Eyni zamanda mən başqaları kimi ola bilmirəm, onlar kimi “işgüzar” deyiləm. Onları təhsil çox az maraqlandırır. Özü də belələrinin sayı gündən-günə artır.Bu problemin qarşısını almaq üçün müəllimlər arasında attestasiya keçirəlməlidir.Bu, peşə təhsili sahəsində daha vacibdir. Qəbul imtahanlarında az bal yığan tələbələr Pedoqoji İnstitutlara daxil olduğu kimi müəllimlərin də ən bacarıqsızları peşə məktəblərinə axışıb. Məsləhətdir ki, atestasiya təhsilin müxtəlif sahələrində müxtəlif vaxtlarda keçirilsin.Təklif olunur ki, əvvəl bu Texniki Peşə Məktəblərində (TPM) keçirilsin. Onda TPM-lər bacarıqsız və lazımsız kadrlardan azad ola bilər. Dövlət həm artıq vəsait əldə edə bilər, həm də TPM-lər ixtisaslı kadrlarla təmin oluna bilər.Bu həm siravi müəllimlərə, həm də TPM-lərin rəhbərliyinə aiddir.Digər bir tərəfdən gələcəkdə TPM müəllimləri arasında təlimlər keçiriləndə qoy onlara 3 dərəcəli sertifikat verilsin.Bu təlimlərin fəal keçməsinə imkan verər, yəni təlimlərin aktiv keçməsi mexanizmi rolunu oynayar, həm də ilkin səviyyədə müəllimlər arasında seçim etməyə şərait yaradar.


-Söhbətimizin əvvəlində bildirdiniz ki, təhsil sahəsində problemlərdən biri müəllimlərin təhsildə yeniliyə, fəal təlim metodlarına münasibətidir”¦

-Mənə elə gəlir ki, indi də, gələcəkdə də ən böyük problem bu sahədə olacaq. Bir şeyi də qeyd edim ki, ləğv olunan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşr etdiyi və institutlara qəbul onlar üzrə keçirilən testlər də şagirdləri əzbərçiliyə yönəldir və bu birbaşa Kurrikulum tələblərinin əleyhinədir.Hər halda müasir dövrdə təhsildə bir çox belə əksliklər var və onlar gələcəkdə də olacaq.Müasir dövrün müəllimi yeniliyə meylli deyidir. O, düşüncə tərzini, iş üsulunu dəyişmək fikrində deyildir. Yeni fənn kurikulumları sahəsində onunla bir həftəlik təlim aparırsan, hamısı olmasa da bir hıssəsı ondan nə tələb edildiyini başa düşmür. Onlar şəxsi iş metodlarının tənqidini onların incidilməsi kimi qəbul edir, belə hesab edirlər ki, onların illərlə əldə etdikləri bilik və bacarıq heç kəsə lazım olmayacaq və onların peşə səriştəliliyi sual altında qalacaq. 
Belə hesab edirlər ki, işə və şagirdə yeni münasibət, intensiv işləmək tələb edən fəal təlim onların iş prosesində yaranmış nüfuzuna böyük zərbədir. Çox qəribədir ki, bütün bunları bilən müəllim yenidən öyrənməyə, oxumağa meylli deyil, ixtisası artırmağa sərf edilən vaxtı itirilmiş vaxt hesab edir.

-Təhsil sahəsində innovasiyaları qəbul etməyən müəllimi dəyişdirməyin yolları varmı? 

-Təbii ki, bütün vəziyyətlərdən çıxış yolu olduğu kimi bu vəziyyətdən də çıxış yolu vardır.Artıq işini yeni təlim üsulları üzərində quran, fəal təlimi daimi iş üslubuna çevirən, bu sahədə dərsliklər yazan, metodiki vəsaitlər nəşr edən bir çox müəllim və metodistlər vardır. Onları pedoqoji ictimaiyyət arasında təbliğ etmək, mükafatlandırmaq, onların işini yaymaq lazımdır.Belələrinə daha çox diqqət yetirmək, mətbuatda və televiziya verilişlərində onlara yer ayırmaq lazımdır.Qoy onlar öz işlərini bacardıqca daha çox təbliğ etsinlər.Digər bir yol isə məcburiyyət yoludur.Dövlət tədricən təhsildə islahat keçirir.İbtidai siniflərdə yeni fənn kurikulumları üzrə təlim başa çatmaq üzrədir. Qeyri-rəsmi də olsa dövlət məktəblərin yeni iş üsuluna keçməsini tələb etməli və bu üsula keçmiş məktəblər isə fərqləndirilməlidir.

-Orta məktəblərin ən böyük problemlərindən biri də müəllim-şagird münasibəti problemidir”¦

-Bəli, təhsil müəssisəsində demək olar ki, vaxtın çoxusu bu problemin həllinə sərf olunur. Neçə illik təcrübə bunu göstərir ki, uşaq psixologiyasına bələd olmayan, adicə psixoloji temperamentlərdən bixəbər, uşaq pedoqogikasının xüsusiyyətlərini bilməyən müəllim adi bir hərəkət, adi bir söz üstündə elə bir problem yaradır ki, sonra bu problemin həllinə həftələr, aylarsərf olunur. Nəticədə təlim - tərbiyə prosesi pozulur.Müəllim dərk edə bilmir ki, problem uşaqda deyil, onun özündədir.Bəzən yaranmış bu problemin həllinə təhsilə rəhbərlik edən təşkilatlar da cəlb olunur.Bu heç də kiçik problem deyil.Lakin həlli mümkün olan problemdir. Həm ali məktəblərdə, həm orta məktəb müəllimlərinə pedoqogika və psixologiyadan kurslar təşkil olunmalıdır. Bu kurslardan keçmək onlar üçün məcburi olmalıdır.Qoy onlar məcburi də olsa bu kurslardan keçsinlər, pedoqogika və psixologiyanın ən vacib qaydalarına bələd olsunlar.Düzdür, heç demək olmaz ki, bu kurslardan keçən kimi onların hamısı bu sahədə ustalaşacaqlar.Hər halda müəyyən bir hissəsinin də olsa, bu sahədən xəbəri olacaq.Bizim söhbətimiz heç də təhsildə olan problemlərin hamısının təsviri deyil.Demək olar ki, onun çox cüzi bir hissəsidir.Amma bu problemlər müasir dövrdə təhsilin mənə elə gəlir ki, ən əsas və kardinal problemləridir.Onların həllindən çox şey asılıdır.

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]