Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Azərsu" ASC işə adam götürür...

Bölmə :
Araşdırma
Yayım tarixi :
17/5/2016 [11:09]
Baxılıb :
2465 dəfə
Suya görə ödənişlərin kəssik artmasının gizli səbəbləri
Müstəqil ekspertlər isə ASC-nin qeyri-şəffaf idarə olunmasından doğan səbəbləri göstərdilər

Dünən Azərbaycan Tarif (qiymət) Şurasının qərarı ilə su təchizatı və tullantı sularının axıdılması tarifləri ilə bağlı yeni tariflər qüvvəyə mindi. Xatırladaq ki, "Azərsu" ASC-nin müraciəti əsasında bir kub metr su təchizatının tarifi əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilmişdir. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kub metr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub. Beləliklə, əhali qrupu üçün su və kanalizasiya haqları 1 kub metr üçün 50 qəpik olub.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "APA-Economics"ə bildirib ki, son vaxtlar su operatoru tərəfindən kifayət qədər böyük həcmdə işlər görülüb ki, bu da cəmiyyətin xərclərini artırıb: " Nazirlər Kabinetinin qərarı ilə SOCAR, Bakı şəhər İcra Hakimiyyəti, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, "Xəzər Dəniz Gəmiçiliyi" QSC və digər dövlət qurumlarının balansında olan anbar, nasosxanalar və kanalizasiya xətləri cəmiyyətimizin balansına verilib. Təkcə bu qurumlardan "Azərsu" ASC-nin balansına götürülən su və kanalizasiya xətlərinin ümumi uzunluğu 4 500 kilometrdən çoxdur. Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə 2013-cü ildə bütün çoxmənzilli yaşayış binalarının daxili su və kanalizasiya xətləri "Azərsu" ASC-nin balansına verilib. Bundan başqa, son 5 ildə "Azərsu" tərəfindən 505 120 kilometr su xətti, 2 120 kilometr kanalizasiya xətti, 4 ədəd müasir sutəmizləyici qurğu, 54 ədəd su və kanalizasiya nasos stansiyası tikilib istifadəyə verilib. Fasiləsiz su alanların xüsusi çəkisi nəticə etibarilə 2 dəfə artaraq ölkə üzrə 65%, Abşeron yarımadası üzrə 76%, Bakı şəhəri üzrə isə 79%-i üstələyib. Abonentlərin sayı eyni zamanda 350 mindən çox artaraq 1 milyon 390 minə çatıb. Ümumiyyətlə, görülən işlər cəmiyyətin xərclərini artırıb. Eyni zamanda əhalinin 24 saat fasiləsiz su ilə təminatı ilə bağlı görülən işlər elektrik enerjisi xərclərinin, işçilərin əmək haqlarının artmasına səbəb olub ki, bu da qiymət artımını şərtləndirib".

ASC rəsmisi qeyd edib ki, 2011-ci ilin fevral ayındakı tarif dəyişikliyindən sonra "Azərsu"da orta əmək haqqı 290 manatdan 435 manata qədər qalxıb: "Eyni zamanda, işçilərimizin sayı 3 min nəfərdən çox olub ki, bu da əmək haqqı fondunun 2 dəfədən çox artmasına, həmçinin büdcə öhdəliklərini 1,9 dəfə, Dövlət Sosial Müdafiə Fondu qarşısında olan öhdəlikləri 2,6 dəfə artırıb. Bundan başqa, elektrik enerjisinə çəkilən xərclərimiz 3 dəfədən çox artıb, mal-materialın, yanacaq-sürtgü materiallarının, maşın və xüsusi texnikanın, o cümlədən onların ehtiyat hissələrinin artması da "Azərsu" ASC-nin xərclərini çoxaldıb. Bu xərcləri qarşılamaq üçün "Azərsu" su və kanalizasiya tariflərinə yenidən baxılması üçün məsələni hökumət qarşında qaldırıb".

A.Cəbrayıllının sözlərinə görə, "Azərsu" ASC-nin apardığı araşdırmalar göstərir ki, 180 ölkə arasında su və kanalizasiya xidmətlərinin xərclərinə görə Azərbaycanda qiymətlər 24 ölkədəkindən baha, qalanlarından isə aşağıdır. "Bununla yanaşı, bu ölkələrin bəzilərində suyun maya dəyəri çox aşağıdır. Nəzərə almaq lazımdır ki, Bakı şəhərinə su 264 km uzaqda yerləşən Oğuz və Qəbələdən, 180 km uzaqlıqda olan Kür çayından gətirilir".

Bir neçə ildir ki, xüsusilə, Bakı-Oğuz-Qəbələ su kəmərinin çəkilişindən sonra tariflərin bahalaşacağı gözlənilirdi. "Azərsu" ASC -nin illərlə fəaliyyətindəki qeyri-şəffaflıq səhmdar cəmiyyəti borc bataqlığına sürükləyib. Baxmayaraq ki, prezidentin fərmanı ilə   əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixində Səhmdar Cəmiyyətinin 294,2 milyon manat məbləğində borcu silinib. Amma ötən müddət ərzində borclar yenidən şişməyə başlamışdı. 
"Azərsu"nun hesabatında göstərilir ki, qurum 2014-cü il üçün 886,032 milyon manat məbləğində zərərlə çıxıb. 2013-cü ildə isə bu zərər 1 milyard manatın üzərində olub. Hesabatdan məlum olur ki, zərərlərin və itkilərin azaldılması üçün Master Plan hazırlanıb: "Tarixən Qrupun (Azərsu və onun törəmə müəssisələri) əməliyyat zərərləri, mənfi pul vəsaitlərin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olub. Rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlayıb.

Hesabatın bu hissəsindən göründüyü kimi, hökumətin Master Planının hazırlanması əhalinin cibindən çıxacaq. Təbii ki, 1 milyardlıq  zərərin əsas səbəblərindən biri əhali və qeyri-əhali qrupunun debütor borcları, beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlər üzrə ödənişlərin aparılmasıdır. 
2015-ci ilin maliyyə hesabatı açıqlanmasa da, 2014-cü ilin sənədindən məlum olur ki, suyun satışından yığılan debütor borclar 70 milyon manat olub. Onun 2.1 milyonu vaxtı keçmiş borclardır. 2014-cü il tarixinə kredit borclarının isə 300 milyon manat təşkil etdiyi göstərilir. Halbuki, 2013-cü ildə bu rəqəm 206 milyon manat olub. Onun

- 90,2 milyon manatını beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən kreditlər;
- 201.7 milyon manatını Maliyyə Nazirliyi tərəfindən dövlət kreditləri
- 3.6 milyonunu isə yerli banklardan alınan kreditlər təşkil edir.

Maraqlıdır ki, beynəlxalq maliyyə təşkilatlarının verdiyi kreditlərin faiz dərəcələri 0.75-2.5 faiz arasında olduğu halda, yerli bank olan "Kapital Bank" 8 faizdən ayırıb. "Azərsu"nun su satışı və kanalizasiya xidmətlərindən əldə etdiyi gəliri isə 2014-cü il üçün 140.9 milyon manat olub. 
Audit rəyinə görə, 2015-ci ildə manatın devalvasiyası "Azərsu"nun gələcək nəticələri və maliyyə vəziyyətinə, o cümlədən  kredit porftelinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Çox güman ki, hazırki bahalaşma da məhz bu zərəri örtmək üçün atılan  addımdır. 

İqtisadçı-ekspert Natiq Cəfərli "Bizim Yol"a şərhində bildirdi ki, su və kanalizasiya tariflərinin bahalaşması bu sektorla əlaqəsi olan xidmətlərin bahalaşmasına təsir göstərəcək: "Əsas spirtli və spirtsiz içkilərin istehsalında sudan çox istifadə olunduğuna görə bahalaşma onların maya dəyərinin artmasına gətirib çıxaracaq. O cümlədən, maşın və xalça yuyulmalarında da bahalaşma müşahidə edilə bilər. Ümumiyyətlə, harada sudan çox istifadə edilirsə, orada qiymətlərin qalxması ehtimalı yüksəkdir".

Amma iqtisadçının fikrincə, tarif artımının digər sektorlara zəncirvari təsiri az olsa da, qarşıda daha ciddi problemlər durur: "Əslində, bu qiymət artımının iqtisadi əsaslandırılması olmalı idi. "Azərsu" ASC ictimaiyyətə məlumat verməlidir ki, qiymət artımının səbəbi nədir. Çünki dövlət nəzarətində olan bir qurumdur və bir çox hallarda dövlətdən vəsait alır. Onun istehlakçılara izah vermək borcu var. Çünki suyun qiymətinin artımı üçün heç bir iqtisadi səbəb yox idi. Belə ki, suyun istehsalında istifadə olunan komponentlərin heç birinin qiyməti qalxmayıb ki, maya dəyərinə təsir göstərsin. Su istehsalına ən çox enerjidən istifadə edilir. Əgər elektrik enerjisi bahalaşsaydı, o zaman buna hər hansı bir məntiq tapmaq olardı".

N.Cəfərlinin sözlərinə görə, bahalaşmanın yeganə səbəbi "Azərsu"nun kifayət qədər borc yükünün olmasıdır: "Həm daxili, həm də xarici borcu var. Çox güman ki, qiymət artımı ilə bu borc yükünün azaldılması nəzərdə tutulur. Borcun isə yaranmasının başlıca səbəbi sözügedən qurumun çox qeyri-şəffaf, qeyri-effektiv idarə olunmasıdır. Səbəb aradan qaldırılmasa, qiymət artımı ilə ciddi dönüş yaratmaq çətin olacaq".

Ekspertin fikrincə, "Azərsu"nun təbii inhisarçı simasından azad etmək lazımdır. Onun sözlərinə görə, müəyyən regionlardakı fəaliyyəti ya tamam, ya da qismən özəlləşdirilməyə verilməli, effektiv və çevik idarə etmə təşkil etmək lazımdır. 

İqtisadçı ekspert Qubad İbadoğlu isə qeyd edir ki, 11 may 2016-cı ildə prezident İlham Əliyevlə görüşən Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in bəzi üzvləri "SUEZ", "Sidem" və "İtron" şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti iki gün sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyətində görüş keçirdi: "Elə həmin gün Tarif Şurası qiymətləri bahalaşdırdı. Nəticədə 1 milyon 387 min 96 abunəçinin xərcləri artmağa başladı. 

Qiymət "Azərsu" ASC-nin müraciəti əsasında bahalaşdırıldığından bu qərarın korporativ maraqlar üzərində verildiyi şühbə doğurmur. Lakin indiki həsas sosial durumda "Azərsu" ASC-nin bütün məsuliyyəti öz üzərinə götürüb müstəqil qərar verməsi də inandırıcı görsənmir".

İqtisadçının fikrincə, bu qərarla böyük özəlləşdirmə arasında əlaqə də axtarmaq mümkündür: "Çünki hazırkı qiymət səviyyəsi ilə Azərbaycanın su, enerji və digər kommunal xidmətlər bazarına xaricdən investisiyanın cəlb edilməsi çox skeptik görsənir. Odur ki, bu yanaşma ilə hökumət suyun və digər kommunal xidmətlərin qiymətlərini mərhələli şəkildə artıra və sonra isə həmin obyektləri özəlləşdirməyə çıxara bilər. Düşünürəm ki, belə olan halda Tarif Şurasından yalnız suyun deyil, digər xidmətlərin və məhsulların bahalaşmasını gözləmək olar. Hesab edirəm ki, milli iqtisadiyyatın kiçildiyi, işləyənlərin gəlirlərinin dəyərsizləşdiyi, işsizliyin kütləvi surətdə çoxaldığı indiki durumda Tarif Şurasının bu tip əsaslandırılmamış qərarları sosial durumu daha da gərginləşdirə bilər. Nəzərə alsaq ki, suyun artması manatın devalvasiyasından sonra ən çox bahalaşmış qablaşdırılmış suların qiymətində yeni bahalaşma dalğası yaradacaq. Keyfiyyətində ciddi dəyişiklik müşahidə olunmayan suyun mövcud qiymətindəki artım bir müddət ötdükdən sonra ailə büdcəsində daha əhəmiyyətli yer tutacaq. Beləliklə də qiymət bahalaşmasından sonra ödənişləri tam həcmdə və vaxtında təmin edə bilməyən "Azərsu" ASC-nin qara günləri başlaya bilər".

Digər iqtisadçı-ekspert Nazim Məmmədov qeyd edir ki, təbii inhisarçı olaraq "Azərsu" SC-nin tariflərini artırması onun istehsalçılarına da və istehlakçılarına da təsir edəcək: "Vətəndaşların xərclərini artıracaq, müəssisələrin istehsal etdikləri malların maya dəyərini artıracaq. Qiymət artımı həmişə ancaq qiymət artıran tərəfə sərf edir, digər tərəflər ancaq ziyan çəkir. "Azərsu" SC-nin son illər ərzində büdcədən aldığı subsidiyaları, investisiya layihələrinə sərf olunan ictimai vəsaitləri, həmçinin istehlakçılardan toplanan xidmət haqlarının astronomik olmasına baxmayaraq, göstərdikləri xidmət hələ də əhalini qane etmir".

İqtisadçı bildirir ki, Bakının və regionların içməli su təminatı tam yerinə yetirilmir: "Ona görə də heç şübhə yoxdur ki, bu qiymət artımı keyfiyyət dəyişikliyinə deyil, izafi idarəetmə xərclərini qarşılamaq üçün həyata keçirilib. İri vergi ödəyiciləri hesab olunan, ancaq büdcə qarşısında xroniki borclu qalan, 100 milyon-milyardlarla büdcə investisiya vəsaitlərini müxtəlif tenderlərdə səmərəsiz istifadə edən bu tipli qurumların menecerləri üzərində ictimai nəzarətin həyata keçirilməsi üçün müşahidə şuraları yaradılmalı, baş menecerin təkbaşına qərar verməsinə son qoyulmalıdır. Müxtəlif jurnalist araşdırmaları ilə sübut olunub ki, baş menecerlərin qohum-əqrəbasının şirkətlərinə bu qurumlar vasitəsi ilə həyata keçirilən layihələr hətta tendersiz verilir və ya tender "Dövlət satınalmaları haqqında" qanunu kobud pozaraq verilmişdir. Qiymətlərin ədalətli və optimal olması üçün kommunal xidmət göstərən təbii inhisarçıların təklif etdikləri tariflərin maya dəyərinə nə qədər uyğun olub-olmaması müstəqil audit şirkətləri tərəfindən cəmiyyətə açıqlanmalıdır. Xərclər və gəlirlər ictimai nəzarətdə saxlanılmayana qədər belə əsassız qiymət artımı ilə hər zaman qarşılaşmaq ehtimalımız var".

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]