Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Rusiya Azərbaycanın regional oyunçuya çevirilməsini istəmir”

“Rusiya Azərbaycanın regional oyunçuya çevirilməsini istəmir”
Bölmə :
KİVDF
Yayım tarixi :
17/5/2016 [10:55]
Baxılıb :
1180 dəfə
Eldar Qaradağlı: “Azərbaycan, özünün milli maraqlarını güdərək Türkiyə və türkdilli ölkələrlə müttəfiqliyini gücləndirməli, eyni zamanda bütün qonşuları ilə siyasi-iqtisadi münasibətlərini davam etdirməlidir”

Uzun illərdir siyasi və iqtisadi sferalar başda olmaqla, bir çox sahədə sıx əməkdaşlıq edən Türkiyə və Rusiya arasında son zamanlar gərginləşən münasibətlər hal-hazırda dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən Rusiya hərbi təyyarəsinin vurulması, bununla da iki ölkə arasındakı əlaqələrin fərqli müstəviyə qədəm qoyması bəzi xarici ölkələrin və siyasi dairələrin məmnunluğuna səbəb olsa da, Azərbaycan baş vermiş insidenti dərin narahatlıq və təəssüf hissi ilə qarşıladı. Çünki Azərbaycan hər iki ölkə ilə qədim tarixi əlaqələrə və dostluq münasibətlərinə malikdir.

Hər iki ölkə ilə yüksək siyasi və iqtisadi əlaqələrə sahib olan Azərbaycanın Rusiya-Türkiyə gərginliyində tərəfə çevrilməsi bu ölkələrin hər hansı biri ilə münasibətlərimizdə arzuolunmaz situasiyaların yaranmasına gətirib çıxara bilərdi. Baxmayaraq ki, söz və ifadə azadlığının mövcud olduğu digər dövlətlər kimi, Azərbaycanda da Türkiyə ilə Rusiya arasında yaşanan insdentlə bağlı fikirlər birmənalı deyil. Türkiyənin və yaxud Rusiyanın haqlı olması, beynəlxalq hüquq normalarının hansı dövlət tərəfindən pozulması Azərbaycan cəmiyyətində geniş şəkildə müzakirə olunur.
Hadisələrin bu istiqamətdə gedişatı tərəflərə yaxşı heç nə vəd etmir, bölgədə lokal toqquşmaların genişmiqyaslı xarakter ala biləcəyi təhlükəsi var. Bu isə digər bölgə ölkələri üçün də təhlükəli vəziyyət yaradır. Demək bu gedişata kimsə "dur" deməlidir. Günün ən aktual məsələsi Rusiya ilə Türkiyə arasında dialoqun başlanmasıdır. Ankara dialoq tərəfdarıdır, Moskva isə "üzr istənilsin və təzminat ödənilsin" strategiyasından geri addım atmır. Ankara isə bu strategiyanı məqbul saymır. Deməli, kimsə birinci Moskvanı anlatmalıdır ki, əvvəlcə dialoq olmalıdır ki, bütün məsələlər müzakirədə saf-çürük edilsin.

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya gəldi və Azərbaycan Prezidenti İlham Əliyev iki dövlət arasında vasitəçi ola biləcəyini açıqladı. Hər iki tərəf Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək qiymətləndirdi, ancaq təəssüf ki, proses tərpənmədi.

Təbii ki, Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsini əsla istəməz. Bu ölkələrdən biri ən böyük qonşumuzdur və burada milyonlarla soydaşımız yaşayır. Digəri isə soyu soyumuzdan olan qardaşımızdır. Bəzi istisnaları nəzərə almasaq, hər zaman yanımızda olmuş, çətin durumda dəstək vermişdir. Bu baxımdan, zənnimizcə, kifayət qədər həssas olan bu mövzuda Azərbaycan son dərəcə diqqətli davranmalı və balanslaşdırılmış siyasət yeritməlidir. Tərəflər arasında vəziyyətin yenidən normallaşdırılması üçün ən maraqlı tərəf olduğunu təzahür etdirməli, Rusiya ilə qonşuluq, Türkiyə ilə qardaşlıq münasibətlərinə xələl gəlməməsi üçün son dərəcə düşünülmüş addımlar atmalıdır. Kiçik bir yanlışlıq prosesdən ciddi itki ilə çıxmağımızla nəticələ bilər.

Beləliklə, "Bizim Yol"un bu və digər mövzular ətrafındakı suallarını, əslən Cənubi Azərbaycandan olan və hazırda Avropada yaşayan soydaşımız, ictimai fəal Eldar Qaradağlı cavablandırıb.

- Eldar bəy, məlum SU-24 olayından sonra regionun iki böyük ölkəsi arasında, demək olar ki, 80 faiz əlaqələr kəsildi. İqtisadi layihələrdən tutmuş, ticari əməkdaşlıqlara və hərbi-siyasi əlaqələrədək əksər işbirliklərinə son qoyuldu. Beləliklə, hazırda Rusiya ilə Türkiyə arasında gərgin münasibətlər yaşanır. Rusiya ilə strateji tərəfdaş, Türkiyə ilə isə strateji müttəfiq olan Azərbaycan bu durumda necə davranmalıdır?

- Türkiyə və Rusiya iki böyük dövlət olaraq keçmişdə olduğu kimi hər zaman eniş-yoxuşlu ilişki içində olacaqlar. Bu iki dövlətin bir-birinə qarşı olan ağır yüklü və geniş alanlı, daban-dabana zidd strategiyaları vardır. Bu iki bir-birinə zidd siyasi kurs və strateji planlar Azərbaycanın durumunu çətinləşdirir.  Bu iki zidd stratejinin arasında uğur qazanacaq gücdə deyil. 

Bununla belə, Azərbaycan öz dost, qardaş və strateji müttəfiqi olan Türkiyə ilə uzlaşdırılmış siyasət yürüdə bilər. Bu yolda, ilk və son addımı Azərbaycan Prezidenti ata bilər. Azərbaycan, özünün milli çıxarlarını güdərək Türkiyə və türkdilli ölkələrlə milli-siyasi ittifaqını gücləndirməlidir. Azərbaycanın bütün qonşularıyla da siyasi və ekonomi tərəfdaşlığı olmalıdır. Bu əməkdaşlıq təkcə Rusiyayla deyil, fitrətində anti-türklük və anti-Azərbaycançılıq olan İran adlı farsçı dövlət ilə də sürməlidir. 

- Azərbaycan Moskva-Ankara qarşıdurmasının ilk dövrlərindən iki tərəf arasındakı münasibətlərin bərpası üçün vasitəçilik edə biləcəyini elan etdi. Ölkə rəhbərliyi səviyyəsində barışdırıcı missiyanın üstlənilə biləcəyinin siqnalları verildi. Sizcə, bu xoş niyyət niyə qəbul olunmadı?

- Rusiya özünü bölgənin ən güclü dövləti və hətta ağası hesab etdiyi halda, Azərbaycanı özünün bərabərhüquqlu tərəfdaşı kimi görmür. Rusiya üçün Azərbaycanın Moskvaya tam tabe olması gərəkən yerdə, vasitəçi rol istəməsi təhqir sayılır. Bu üzdən də Bakının diplomatik təşəbbüsünü görməzlikdən gəldi Moskva. Başqa yanda isə, Moskva-Türkiyə siyasətində Azərbaycanın rol oynamasını istəmir. Ən azı ona görə ki, Türkiyəni müttəfiqsiz göstərməyə çalışır. Onsuz da Rusiyanın Azərbaycan-Türkiyə qardaşlığını görən gözü yoxdur. Bunun isə səbəbləri ortadadır.  Rusiya üçün Azərbaycan nə qədər beynəlxalq diplomatik rola sahib olmasa, bir o qədər Moskvaya bağlı olacaqdır. Buna misal olaraq Rusiyanın Azərbaycana qarşı yürütdüyü Qarabağ siyasətini göstərmək olar. Yaxın günlərdə baş verən dördgünlük Qarabağ savaşının gedişatı ilə bağlı Rusiya diplomatiyası gecə-gündüz Bakının hücumlarına qarşı meydan qəhrəmanlığı göstərməyə qalxışdı. Yəni Moskva Bakının regional oyunçuya çevrilməsini istəmir və bunu gözü götürmür.

- Səbəb?

- Rusiyanın qorxusu nədən ibarətdir? Ruslar güclü, müstəqil, inkişaf etmiş və Türkiyə ilə ittifaq içində olan bir Azərbaycan görmək istəmirlər. Moskva Azərbaycanın qəhrəman ordusunun irəliləməsinin qarşısını almaq üçün bütün gücünü səfərbər etdi. Çünki savaş iki-üç gün də davam etsəydi, ən azından iki irimiqyaslı şəhərimizin azad olunması qaçırılmaz olacaq idi. Bu isə Azərbaycanı dünya çapında güclü, özünə inamlı və Rusiyanın təsirində olmayan dövlət kimi göstərəcəkdi. 

Həmin Rusiya və Azərbaycanın güclənməsinə əngəl olmağa çalışan qüvvələr, işğal illərini uzatmaqla Qarabağı bir erməni dövləti, torpağı etməyə, bunun üçün vaxt qazanıb, zəmin hazırlamağa çalışırlar. Bu müddət bir il də çəkə bilər, beş il də, on beş il də! Məncə, danışıqların vətənimiz üçün deyil, düşmənimiz üçün zəmin yaratmaması üçün səfərbər olunmalı və bu yoldakı əngəlləri aradan qaldırmağa çalışmalıyıq.

- Qarabağ cəbhəsində yaşanan son atəşkəs pozuntusu və Ermənistanın təxribatı üzündən baş verən toqquşmalarda ölkəmiz xaricdən ciddi dəstək gördü. Hətta Rusiya belə, strateji müttəfiqi olan Ermənistanın tərəfini saxlamadı. Necə düşünürsünüz, artıq böyük dövlətlər, beynəlxalq təşkilatlar, ümumilikdə dünya birliyi Azərbaycanın haqlı davasını qəbul edirmi?

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]