Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Azəryol” Avroliqadan imtina etdi

“Azəryol” Avroliqadan imtina etdi
Bölmə :
Araşdırma
Yayım tarixi :
17/5/2016 [10:32]
Baxılıb :
517 dəfə
Klubun direktoru Yusif Atakişiyev federasiya rəhbərliyinə bu qərarı ilə bağlı məktub göndərib
Qərarda “Azəravtoyol” ASC-nin rəhbəri Saleh Məmmədovun da israr etdiyi bildirilir

Nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verən məlum olaylar onun birbaşa və ya dolayısıyla səlahiyyətində olan ayrı-ayrı qurumlarda zaman-zaman problemlər yaşanmasına səbəb olur. Bu siyahıda Voleybol Federasiyasına daxil klublarda baş verən mübahisələr vaxtaşırı mətbuatın diqqətində olub. 

Məsələn, "Azərreyl" komandası ilə komandanın prezidenti, direktoru, oyunçular və işçilər arasında uzun sürən mübahisə sonradan ortaq məxrəcə gəlməklə tənzimlənmişdir. Bütün bu gərginliyin əsas səbəblərindən biri federasiya rəhbərlərinin idarəçilikdə ciddi boşluqlar yaranmasına yol verməsidir. Eyni zamanda Azərbaycan voleybolunun siması sayılan, federasiyanın vitse-prezidenti Faiq Qarayev də artıq nüfuzdan düşmüş təsir bağışlayır. Belə ki, maliyyəsi ayrı-ayrı nazirlik və komitə rəhbərlərinə həvalə olunan klublara və maliyyəçilərə təsir eləmək imkanları mümkünsüzləşib. Federasiyadakı mənbənin məlumatına görə, vitse-prezidentin "Lokomotiv" klubunun legionerin oyunçularının müqavilə ilə ödənilməsi nəzərdə tutulan pulu ödətdirmək cəhdləri də baş tutmayıb. Bu səbəbdən məsələ hazırda məhkəmə müstəvisində həllini tapmaqdadır. Təbii ki, Azərbaycanın və yerli klubun xeyrinə deyil, legioner oyunçuların xeyrinə. Xatırladaq ki, "Lokomotiv"dən öncə eyni problem "Azerreyl"də də yaşanmışdı. Sadəcə klubun rəhbərliyi sənədlər məhkəməyə gedənə qədər vəziyyəti tənzimləyə, maaşları həm əməkdaşlara, həm də oyunçulara ödəyə bilmişdilər. Bu gün Voleybol Federasiyasında daha bir utanc verici hadisə baş verir. Belə ki, 2017-ci ildə Azərbaycanın voleybol üzrə Avropa Çempionatına ev sahibliyi etməsi istiqamətində hazırlıq getdiyi məqamda Azərbaycan Voleybol Federasiyasına daxil "Azəryol" komandası qarşıdan gələn Avrokubok oyunlarında Azərbaycanı təmsil etməkdən imtina edib. İmtina haqda məktubu federasiyaya klubun direktoru Yusif Atakişiyev göndərib. Qeyd edək ki, Avrokubok oyunlarında iştirak etmək üçün müxtəlif ölkələr illərlə mübarizə aparır, maliyyə xərcləyir, hətta oyunlara düşmək üçün də ayrıca rəsmi ödənişlər edirlər. "Azəryol" komandası isə bu oyunlarda iştirak etmək üçün indiyə qədər gəldiyi yolun sonuna çata bilməyəcək. Dolayısıyla indiyə qədər dövlətin bu istiqamətdə xərclədiyi pullar, necə deyərlər, göyə sovrulmuş sayılır. Bundan başqa voleybol çempionatı üçün respublika dördüncüsü olan "Azəryol"a belə münasibət gələn il Azərbaycanda keçiriləcək Voleybol üzrə Avropa Çempionatı öncəsi böyük hay-küyə və biabırçılığa da imkan yaradacaq. Yəni bu həm də o deməkdir ki, özünə aid bir komandanın təmsil olunmasına maliyyə ayıra bilməyən dövlətə böyük yarışlara ev sahibliyini həvalə etmək olmaz. Qeyd edək ki, adıgedən klubun prezidenti Cəmil Rüstəmxanlı olsa da o, demək olar ki, klubun işləri ilə maraqlanmır. Ancaq imtina sənədinə münasibət bildirərkən Rüstəmxanlı bunun doğru qərar olduğunu söyləyib. Rəhbərliyin komandaya, idmana və bir az da geniş götürülsə Azərbaycana olan belə saymazyana münasibətinə yəqin ki, daha yuxarı instansiyalarda münasibət bildiriləcək. Hələliksə komandanın maliyyə məsələləri üzrə də vəziyyətə nəzarət edən rəhbəri postunda olan Yusif Atakişiyevlə əməkdaşlar arasında ciddi qarşıdurma yaranıb. Belə ki, direktor iki aya yaxındır ki, "Azəryol"un əsas heyətinin, dörd aydır ki, klubun gənclər komandasının maaşlarını vermir. Səbəb kimi kluba maliyyəni ayıran qurumun, "Azəravtoyol" ASC-nin və onun rəhbəri Saleh Məmmədovun adı hallanır. Qeyd edək ki, klub əməkdaşları ilə direktor arasında bu məsələ üstündə dəfələrlə ciddi mübahisələr yaşanıb. Əməkdaşlar Saleh Məmmədovun öz işçilərinə belə məsuliyyətsiz davrandıqlarına inanmasalar da, Yusif Atakişiyev onlara ayrılan pulun adıgedən qurum rəhbərliyi tərəfindən ödənilmədiyində israr edir. Eyni zamanda əməkdaşların Saleh Məmmədovla görüşmək istəklərini də onun Çingiz adlı köməkçisi vasitəsilə əngəlləyir. Məlumatda həmçinin qeyd olunur ki, klub əməkdaşları ilə bir illik əmək müqaviləsi imzalanmasına baxmayaraq onlara yenə də Saleh Məmmədovun adından yay fəslində, yəni üç ay ərzində müqavilə ilə nəzərdə tutulan əməkhaqlarının ödənilməyəcəyi bildirilib. Artıq klub rəhbərliyi ilə mübarizəsinin əhəmiyyətsiz olduğunu anlayan əməkdaşlar isə bu günlərdə Azərbaycan voleyboluna sırf maliyyə bəhanəsi və fırıldaqları ucbatından vurulan bu zərbələrdən ölkə başçısı İlham Əliyevə, Milli Olimpiya Komitəsinə, Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə müraciət hazırlayıblar. Müraciətdə klub direktoru ilə digər rəhbər şəxsləri dollar-manat maxenasiyaları, şəxsi maraqları üçün dövlətin ayırdığı vəsait hesabına mənzillər kirayələməsi, ikili mühasibat, əməkdaşların həmçinin legioner oyunçulara maaşların verilməməsi hallarına dair ətraflı məlumat yer alıb. Yeri gəlmişkən qeyd edək ki, nəzərdə tutulan müraciətlərə səs və video görüntülü təsdiqlənmiş məlumatların da əlavə olunacağı istisna edilmir. 

Teymur
Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]