Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Klinton jurnalistlərə qarşı təzyiqləri gülüşlə qarşılayıb?

Klinton jurnalistlərə qarşı təzyiqləri gülüşlə qarşılayıb?
Bölmə :
Gündəm
Yayım tarixi :
18/6/2012 [23:02]
Baxılıb :
910 dəfə
Novruz Məmmədov ABŞ dövlət katibi ilə görüşdə yaşananlar barədə şok açıqlamalar verdi
ABŞ səfirliyi dövlət rəsmisinin dediklərini təkzib etdi

«ABŞ Dövlət katibi Hillari Klintonla görüşdə jurnalistlərlə bağlı danışıqlar olmadı. Amma özünü jurnalist adlandıran biriylə bağlı epizod oldu. O da bir az gülüş doğurdu. İdrak Abbasov adlı biri haqda danışıldı». Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS televiziyasına müsahibəsində belə deyib. O, bunu jurnalistin «Hillari Klintonun xüsusi münasibət bildirmək istədiyi məqam oldumu» sualına cavab olaraq deyir. «Mən səmimi deyirəm ki, belə məqam olmadı. Ümumi danışıqların ruhu bundan ibarət idi ki, ABŞ bu gün Azərbaycanda gedən daxili və xarici siyasətlə bağlı prosesləri dəstəkləyir. Və bu inkişafdan razıdır. Hətta sizin dediyinizin əksini deyə bilərəm. Bir epizodda belə bir cümlə işlədildi ki, Azərbaycan hökumətinin bu yaxınlarda «Azadlıq Radiosu»nun, ya qəzetinin əməkdaşı ilə bağlı hadisədə tutduğu mövqedən razı qalıblar. Bunu alqışladılar».
Daha sonra Novruz Məmmədov jurnalistlərlə bağlı müzakirələr olmadığını söyləsə də, İdrak Abbasovun məsələsinin qaldırıldığını dilə gətirir: «Amma özünü jurnalist adlandıran biriylə bağlı epizod oldu. O bu danışıqların lap sonunda bir az da gülüş doğurdu. İdrak Abbasov adlı biri haqda danışıldı. Onunla bağlı məsələ Azərbaycan prezidentinə aid olmadığı üçün Neft Şirkətinin vitse-prezidenti bildirdi ki, bütün ölkələrdə, bütün hökumətlərdə qeyri-qanuni tikililərlə bağlı qərarlar olur və Azərbaycan hökumətinin ona kompensasiya verməsinə baxmayaraq o bu hadisəni siyasiləşdirərək təqdim etmək istəyib. Bununla bağlı da gülüş doğuran bir söhbət oldu».
«Mən düşünmürəm ki, ABŞ hökumətinin ən yüksək postlarından birində duran insan jurnalistin təzyiqə məruz qalmasını gülüşlə qarşılasın». Jurnalist İdrak Abbasovun Novruz Məmmədovun dediklərinə münasibəti belə olub. Onun qənaətincə, Dövlət Neft Şirkətinin açıqlaması ABŞ rəsmisində gülüş doğurub.
Jurnalist Novruz Məmmədovu məhkəməyə verəcəyini deyir:
«Onlar həmişə dövlət məmurunun işgüzar imicinə vurulan ziyandan danışırlar. Mənim də işgüzar nüfuzum var, mənim jurnalist olmadığımı deməklə məhsulumu almamağa çağırış edir. Məhkəməyə verəcəm və simvolik olaraq 1 dollar təzminat tələb edəcəm». İdrak Abbasov onu da deyir ki, Novruz Məmmədovdan iş otağında dəfələrlə müsahibə götürüb: «Yəqin yadına düşər. Sonra Prezident yanında KİV-ə Dəstək Fondu adlanan qurum özü mənə ötən il mükafat verib. Orda Əli Həsənov və başqa rəsmilər vardı».
ABŞ-ın Azərbaycandakı səfirliyindən «Azadlıq Radiosu»na bildiriblər ki, ABŞ-ın Dövlət katibi xanım Klintonun prezident və başqa rəsmilərlə görüşündə insan haqları və hüquqları, o cümlədən İdrak Abbasovun məsələsi qaldırılıb. «ABŞ tərəfi bildirib ki, insan haqları ciddi məsələdir». O ki qaldı, İdrak Abbasovla bağlı məsələnin gülüş doğurmasına, səfirlikdən bildiriblər ki, bunu Azərbaycan tərəfi deyib, sualı da onlara verin. Görüşdə Xədicə İsmayılova haqda deyilənlərin doğruluğuna gəlincə, səfirliyin mətbuat xidmətindən belə cavab verilib: «Biz «Azadlıq Radiosu»nun əməkdaşı Xədicə İsmayılovanı şantaj etmək cəhdlərinin dövlət tərəfindən pislənməsini alqışlayırıq. Bu məsələ təcili, ciddi araşdırmalar tələb edir».

Xəbər Xidməti

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]