Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Əlilliyin səviyyəsi 6 ildə 2 dəfə azalıb

Əlilliyin səviyyəsi 6 ildə 2 dəfə azalıb
Bölmə :
KİVDF
Yayım tarixi :
5/3/2013 [14:23]
Baxılıb :
1116 dəfə
İmtiyazlı qruplara daxil olan ambulator xəstələr üçün 141 adda dərman preparatlarının siyahısı təsdiq olunub

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik hansı tədbirlər həyata keçirilib? Dövlət bu və digər təbəqədən olan vətəndaşlarının yaşamaq, təhsil və sağlamlıq hüququnu, əmək və məşğulluq, fərdi hərəkət etmək şəraitini, mədəni və ictimai-siyai həyatda iştirak imkanlarını nə dərəcədə təmin edə bilib? Bu məqsədlə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BMT-nin icrasına dair Azərbaycan Respublikasının ilk hesabatını əldə etdik. Beləliklə, 2011-ci ilin yanvarında tərtib olunmuş hesabatdan bəzi hissələri təqdim edirik:
Maddə 25. Sağlamlıq

Bu maddə əlilliyi olan şəxsin ən yüksək səviyyədə mövcud olan səhiyyə xidmətlərindən istifadə hüququnu təsbit etməklə bu cür şəxslərin icmaları daxilində və heç bir əlavə xərc olmadan səhiyyə xidmətlərinə, o cümlədən, sağlamlıq ilə bağlı reabilitasiya xidmətlərinə çıxış imkanını təmin edir (gender baxımından həssas olmaqla).
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumat təqdim etməlidirlər:
”¢ Diskriminasiya hallarından müdafiə edən və əlilliyi olan şəxslərin seksual və reproduktiv sağlamlıq sahələri də daxil olmaqla bütün növ yüksək keyfiyyətli tibbi xidmətlərə çıxış imkanına malik olmasını təmin edən hüquqi və digər tədbirlər
”¢ Əlilliyi olan şəxslərin azad şəkildə və əlavə xərc olmadan icma daxilində mövcud olan əlilliklə bağlı reabilitasiya xidmətlərinə çıxış imkanını təmin edən tədbirlər
”¢ Tibbi xidmətlər, erkən aşkarlanma və müdaxilə proqramları, müvafiq olduğu təqdirdə ikinci dərəcəli əlillik hallarının yaranmasının mümkün qədər qarşısının alınması, xüsusilə kənd yerlərində uşaqlara, qadınlara və yaşlılara diqqətin yetirilməsi
”¢ Əlilliyi olan şəxslərin ictimai səhiyyə xidmətlərinə çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi və digər tədbirlər
”¢ Xüsusilə kənd yerlərində həkimlərin və digər tibb işçilərinin əlilliyi olan şəxslərin hüquqlarına dair təlimlər keçməsi
”¢ Hər hansı bir tibbi xidmətin əlilliyi olan şəxsə onun razılığı ilə və azad şəkildə göstərilməsinin təmin edilməsi üçün görülən hüquqi və digər tədbirlər
”¢ Qanunvericiliklə tələb olunduğu təqdirdə tibbi və digər sığorta formalarına çıxış baxımından ayrı-seçkilik hallarının qarşısının alınması istiqamətində həyata keçirilən hüquqi və digər tədbirlər
”¢ Sanitar qurğuların təkcə mövcud olmasını deyil, eyni zamanda onlara asan çıxış imkanının təmin edilməsi istiqamətində görülən işlər
”¢ İİÇV/QİÇS və malyariyanın qarşısının alınması üçün məlumatlılığın artırılması və informasiyanın müxtəlif formalarda (o cümlədən Breyl) çatdırılmasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər

Azərbaycan Respublikasında əlillər BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında və bu qanunlardan irəli gələn qanunvericilik aktlarında qeyd olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.

Əlil olan vətəndaşların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq və sanator-kurort müalicəsi ilə təmin olunmaq hüququ vardır. Son illər ərzində dövlət rəhbərinin təşəbbüsü və bilavasitə dəstəyi ilə səhiyyənin prioritet sahələri üzrə qəbul edilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 7 Dövlət Proqramının həyata keçirilməsində əhaliyə göstərilən tibbi yardım çərçivəsində seksual və reproduktiv sağlamlıq sahələri də daxil olmaqla əlilliyi olan şəxslər bu səhiyyə xidmətlərindən istifadə etmək hüququna malikdirlər:

- “Şəkərli diabet üzrə Dövlət Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2005-ci il tarixli 101 nömrəli Qərarı);
- “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 2006-cı il tarixli 211 nömrəli Qərarı);
- “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2006-cı il tarixli 61 nömrəli Qərarı);
- “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il tarixli 15 nömrəli Qərarı);
- “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli 179 nömrəli Qərarı);
- “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli, 177 nömrəli Qərarı);
- “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli 178 nömrəli Qərarı).
Səhiyyə Nazirliyinin 15.01.2008-ci il tarixli 3 saylı əmrinə uyğun olaraq, Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə və o cümlədən də əlilliyi olan şəxslərə pulsuz tibbi xidmət göstərilir. Əhaliyə göstərilən zəmanətli tibbi yardımın növləri, həcmi və stasionar müalicədə olan xəstələr üçün 115 adda ən vacib dərman preparatları və eləcə də imtiyazlı qruplara daxil olan ambulator xəstələr üçün 141 adda dərman preparatlarının siyahısı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2005-ci il tarixli 37 və 38 N-li qərarlarına əsasən imtiyazlı qrupa daxil olan vətəndaşlara dövlət tibb müəssisələri tərəfindən tam pulsuz tibbi və dərman yardımı göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən 2003-cü ildə ilkin əlilliyə çıxanların sayı 36861 nəfər olduğu halda, 2009-cu ildə bu rəqəm 18514-ə bərabər olmuşdur. Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası sahəsində dövlət siyasətinə uyğun olaraq əhalinin sağlamlığının mühafizəsi, xəstəliklərin profilaktikası, onların erkən aşkarlanması və əlilliyin baş verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınması Dövlət Proqramları ilə həyata keçirilir. Uşaqlarda əqli inkişafın gizli qüsurlarını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək məqsədilə səhiyyə müəssisələri bir yaşa qədər bütün uşaqların ixtisaslaşdırılmış uşaq diaqnostika mərkəzlərində və uşaq poliklinikalarında müayinə olunmasını və dispanser müşahidəyə götürülməsini təmin edirlər.

Respublikada Səhiyyə Nazirliyinin tabeliyində olan 4 körpələr evi fəaliyyət göstərir. Onlardan ikisi Bakı şəhərində, biri Gəncə şəhərində, biri isə Naxçıvan MR-dadır. Bu körpələr evlərindən üçü sağlam uşaqlar, biri isə psixonevroloji xəstəliyi olan (Bakı şəhəri) uşaqlar üçündür. Körpələr evi erkən yaşlarından valideyn himayəsindən mərhum olmuş, yetim, həmçinin sosial vəziyyətləri ağır olan tək anaların uşaqlarını saxlamaq, tərbiyə etmək, tibbi yardım göstərmək üçün nəzərdə tutulmuş səhiyyə ocağıdır. Körpələr evində olan uşaqlar bütün mütəxəssislər tərəfindən müayinədən keçirilirlər, helmintoza yoxlanılırlar, onlara mantu sınağı olunur və profilaktik vaksinasiya aparılır. Uşaqlar xəstələndikdə onlar üçün ayrılmış izolyatorda, orta və ağır xəstə olanlar isə uşaq xəstəxanasında müalicə olunurlar. Səhhətində, fiziki, yaxud əqli inkişafında hər hansı pozulma olan uşaqlara dövlət tərəfindən lazımi tibbi, pedaqoji, psixoloji, defektoloji və digər kömək göstərilir. Bu cür köməyin metodları, forması, həcmi və müddəti fərdi reabilitasiya proqramı ilə müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2005-ci il tarixli 38 nömrəli Qərarı ilə 20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, sağlamlıq imkanları məhdud uşaqların və digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində əlil olmuş şəxslərin və sağlamlıq imkanları məhdud olmuş uşaqların, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların dərman preparatları ilə pulsuz təmin edilməsi qaydası müəyyənləşdirilmişdir.
HİV-infeksiyasının yayılmasının qarşısının alınması üçün ən vacib tədbirlərdən biri əhalinin, xüsusən də risk qruplarına aid olan insanların maarifləndirilməsidir ki, bu istiqamətdə də Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən bir sıra təşkilatlarla əməkdaşlıq etməklə fəal işlər aparılmışdır. Əhali arasında HİV-infeksiyasına yoluxma yolları və bu xəstəlikdən qorunma üsullarına, HİV-infeksiyasının profilaktikasına dair geniş maarifləndirmə tədbirləri aparılmış, QİÇS problemləri ilə bağlı metodiki vəsaitlər nəşr edilmiş və yayılmışdır. Mərkəzin əməkdaşları HİV/AİDS və narkomaniyaya qarşı gənclər arasında maarifləndirmə işlərini aparmış, orta və ali məktəblərdə şagird və tələbələr üçün HİV-infeksiyasının və narkomaniyanın profilaktikasına həsr olunmuş məruzə, seminar, təlim və tamaşalar təşkil etmişlər.

Qazanılmış nailiyyətləri saxlamaq və gələcəkdə malyariyanın ləğv edilməsi məqsədilə “2008-2013-cü illər üçün Azərbaycan respublikasında malyariyanın eliminasiyası üzrə Milli Strategiya”ya və “Milli Fəaliyyət Planı”na uyğun olaraq profilaktik tədbirlər həyata keçirilmişdir. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yardım məqsədilə “Davamiyyətli malyariya nəzarəti və profilaktikası uğrunda yeni təşəbbüslər” layihəsi çərçivəsində 1700 nəfər ilkin səhiyyə və parazitoloji xidmət mütəxəssisləri malyariyanın laborator diaqnostikası, müalicəsi, mübarizə və profilaktikası üzrə treninqlərə cəlb olunmuşdur. Eyni zamanda, kifayət qədər malyariya əleyhinə profilaktik və müalicə preparatları, avadanlıqlar və reaktivlər və s. alınmış və respublikanın şəhər və rayonlarına göndərilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]