Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycanın Rusiya-Türkiyə münaqişəsində tutduğu mövqe təqdirəlayiqdir”

“Azərbaycanın Rusiya-Türkiyə münaqişəsində tutduğu mövqe təqdirəlayiqdir”
Bölmə :
KİVDF
Yayım tarixi :
14/5/2016 [00:27]
Baxılıb :
962 dəfə
Əfqan Vəliyev: “Moskvanın Bakı-Ankara münasibətlərini pozmağa gücü çatmaz. Bununla belə, Azərbaycan qonşu və Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərdən biri olan Rusiya ilə əlaqələrini pozmamaqla doğru addım atır”

Məlum olduğu kimi, ötən il noyabr ayının 24-də Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vuruldu. Bu hadisə 2 böyük dövlət arasındakı əlaqələrin kəsilməsi, hətta düşmənçilik bəyanatlarının verilməsinə səbəb oldu.

Rusiya prezidenti Vladimir Putin baş verənlərə aqressiv reaksiya verərək, bu hadisəni Rusiyaya arxadan vurulan zərbə kimi qiymətləndirib. Bildirib ki, bu hadisə Rusiya-Türkiyə əlaqələrində çox ağır nəticələr doğuracaq: "Bugünkü itkimiz terrorla əlbir olanların bizə arxadan vurduğu zərbədir. Mən bu hadisəyə bundan başqa cür qiymət verə bilmirəm".

Vurulan təyyarənin Türkiyəyə təhdid törətmədiyini deyən Rusiya prezidenti Türkiyənin ünvanına ittiham da səsləndirib. O, Türkiyənin Suriyadakı Əsəd rejiminə qarşı vuruşan silahlılardan (əsasən İŞİD-dən -red.) böyük miqdarda yanacaq aldığını iddia edib.

Rusiyadan fərqli olaraq Türkiyə tərəfi, özəlliklə prezident Ərdoğan məsələyə bir qədər soyuqqanlı münasibət sərgilədi. "Biz hadisələr başlayandan bəri çox çalışdıq ki, kimsə ölməsin. Rusiyanın açıqlamalarını kədərlə izləyirik. Rusiya bizim strateji tərəfdaşımızdır. Bölgədə yeni qarşıdurmaların baş verməsini istəmirik. Lakin sərhədlərimiz yenə pozulsa, eyni qarşılığı verərik", -deyə Ərdoğan vurğuladı.

İŞİD-dən yanacaq alınması iddiasına gəlincə, Türkiyə prezidenti belə cavab verib: "Yaxın Şərq başqaları üçün bataqlıq ola bilər. Lakin ora min illik parçamızdır. İŞİD-dən istifadə edərək, Yaxın Şərqin xəritəsini yenidən dizayn etmək istəyənlərin gerçək üzünü gördük. Türkiyədən başqa ciddi şəkildə İŞİD-lə mübarizə aparan ölkə yoxdur. İŞİD-dən ən çox zərər görən bizik. Türkiyə İŞİD-dən neft alır deyənlərə haram olsun. Türkiyənin neft-qazını aldığı yer bəllidir. İŞİD-in çıxardığı nefti Bəşər Əsəd satır. İŞİD-in ən böyük dəstəkçisi Əsəddir".

Və nəhayət, bu hadisələrdən narahatlığını ifadə edən Azərbaycan, ən yüksək səviyyədə vasitəçilik niyyətini ifadə edərək, qardaş Türkiyə ilə yaxın qonşu Rusiyanın gərginləşən münasibətlərinin bərpasına çalışdı. Hansısa səbəblərdən bu çağırış eşidilmədi. Amma istənilən halda rəsmi Bakı sülhsevər siyasətini və regionda konflikt istəmədiyini isbatlamış oldu.

Beləliklə, regionumuzda yaşanan bu həssas olay ətrafında "Bizim Yol"un bu dəfəki həmsöhbəti, Türkiyənin İstanbul şəhərində yaşayan həmyerlimiz, sosioloq, araşdırmaçı-yazar Əfqan Vəliyevdir.

- Əfqan bəy, regionun iki böyük dövləti - Rusiya və Türkiyə qarşı-qarşıya gəldi. Yüksələn münasibətlər qısa müddətdə sıfıra endi. Sizcə, bu proses nə zamanadək davam edəcək və sonunu necə dəyərləndirirsiniz?

- Rusiyanın tarix boyu Türkiyə ilə Qafqaz və Yaxın Şərq mövzusunda münaqişələri olub. Bu münaqişə bəzi dövrlərdə müharibə, bəzi zamanlarda isə iqtisadi və siyasi çəkişmə şəklində yaşanıb. İsti dənizlərə açılmaq üçün bu bölgələr hər zaman qaynar nöqtə olub, azadlıq və demokratiyadan uzaq düşüb.

Sovet İttifaqının dağılması ilə Rusiyanın Türkiyə ilə siyasi və iqtisadi münasibətləri inkişaf edib, şaxələnib və hətta dostluğa çevrilib. Fəqət Türkiyənin Qafqaz, Orta Asiya və Yaxın Şərqlə genişlənən əlaqələri zamanla siyasi və strateji müttəfiqliyinə çevrilincə, bu məsələ bölgəyə silah və enerji satan Rusiyanı narahat etməyə başlayıb. Türkiyənin də ağır hərbi texnika (tank, helikopter, top və sair silah növləri) istehsal etməsi və bu bölgələrdə Rusiyanın bazarına ortaq olması rusları daha da özündən çıxarıb və səbrinin daşdığı son damla olub. 

- Bir tərəfdə dost-qardaş Türkiyə, digər tərəfdə normal münasibətlərin olduğu və təhlükəli Rusiya. Yəni nə qardaşdan keçmək olur, nə də bircə səhv addım atmağını gözləyən qonşuya fürsət vermək. Bu cür durumda Azərbaycan necə davranmalıdır?

- Azərbaycan məsələsi də bu işin bir parçası idi. Çünki Türkiyə Rusiyanın öz təsir dairəsində hesab etdiyi, bazarı saydığı, müttəfiq kimi qələmə verdiyi Azərbaycanı, qismən də olsa, öz yanına almağa cəhdlər edib və müəyyən mənada istəyinə nail ola bilib. Bunun da ən önəmli səbəbi Azərbaycan və Türkiyənin bir millət - iki dövlət olmasıdır. Rusiyanın Ermənistana Qarabağ mövzusundakı dəstəyi də Azərbaycanı Rusiyadan soyudan səbəblərdən idi. Dünyanın əksər ölkələri və eyni zamanda qonşuları ilə münasibətləri pisləşən Putin Rusiyası bu gün aqressiv siyasət yürüdür. Putin bu saldırqan gedişləri nəticəsində, dünyada etibarını itirmiş ölkəsini siyasi və iqtisadi böhranla üz-üzə buraxıb. 

- Rəsmi Bakının Ankara-Moskva qarşıdurmasının ilk zamanlarında barışdırıcı təklifi, deyəsən tərəfləri qane etmədi. Halbuki, Azərbaycanın barışdırıcılıq missiyası, xoş niyyəti hər iki tərəf üçün məqbul variant olmalıdı. Çünki düşmənçilik kimsəyə fayda gətirmir. Niyə baş tutmadı bu vasitəçilik missiyası?

- Yaxın məsafə, keyfiyyət və türk mallarının Rusiya bazarındakı müsbət imici, etibarı baxımından Türkiyə Rusiya üçün əvəzolunmaz ölkədir. Türkiyənin bazardan çıxacağı halda, bu boşluğu başqa birinin doldurması mümkün deyil. Bir atalar sözü var: "Tülkünün gəzib-dolaşıb gələcəyi yer kürkçü dükanıdır". Türkiyənin də Rusiya ilə ticarətə marağı böyükdür. Turizm və iqtisadiyyatın digər sahələrində istehsaldan uzaq olan Rusiya Türkiyə üçün mühüm bazar sayılır. Rusiya da müəyyən dönəmlərdə aqressiya nümayiş etdirsə də, dönüb-dolaşıb gələcəyi yer Türkiyə olacaq. Zaman-zaman bu ölkələr maraqlarını diqqətə alaraq münasibətləri yoluna qoymağın variantlarını axtaracaq və buna da böyük ölçüdə nail olacaqlar.

Gələk sualın əsas hissəsinə. Azərbaycanın Türkiyə ilə olan yüksək münasibəti Moskvanı qıcıqlandırsa və qısqandırsa da, Rusiyanın bu gerçəyi dəyişdirməyə gücü yetməz. Bununla yanaşı, həm qonşu olduğu üçün, həm də Dağlıq Qarabağ məsələsinin həllində vasitəçilərdən biri olduğu üçün, Azərbaycanın Rusiya ilə münasibətlərini pozmamasında, əlaqələrini davam etdirməsində fayda var, nəinki əlaqələri pozmaqda. Mənfi münasibət Azərbaycanın siyasi və iqtisadi maraqlarına zərər verə bilər.

Əslində, təyyarə vurulması məsələsi bir səbəb deyil, bəhanə idi. Rusiya öz təyyarəsini qurban verərək Türkiyənin bölgədən ayağını çəkməyə çalışdı. Bu bəhanə ilə bölgəyə silah və əsgər göndərərək, orada güclənməyi qarşısına məqsəd qoymuşdu. Rusiya əlinə düşən bəhanəni fürsətə çevirməyə çalışaraq, barışmaqdan və vasitəçilərdən uzaq durmağa çalışdı. Burada məsələ Azərbaycanın sülh üçün vasitəçiliyinin keçərli olmaması deyildi, Rusiyanın barışmaq istəməməsi, öz məqsədlərinə çatanadək sülhə qol qoymaması idi. Yəni Moskva bu qədər plan qurursa, bunu kimsənin xoşniyyətli vasitəçilik təklifinə qurban verə bilməzdi. Bütün hallarda, bu mövzuda Azəbaycanın atdığı hər addım, sərgilədiyi siyasi xətt təqdirəlayiqdir.

- Qarabağ cəbhəsindəki son olaylarda Türkiyə Azərbaycanı dəstəklədi, Rusiya və İran isə qismən neytral qaldı. Savaş dərinləşərsə, region ölkələrinin seçimi necə ola bilər?

- Azərbaycan - Ermənistan müharibəsinin başlaması daha çox Ermənistan və Rusiyanın maraqlarına zərər verə bilər. Bir tərəfdə iqtisadi böhran məngənəsində boğulan, yeni nəsil vətəndaşlardan məhrum, qocalmış əhaliyə hökm edən, Rusiyanı işğal edib bəxşiş etdiyi Azərbaycan torpaqlarını güclü Azərbaycan ordusu qarşısında itirməkdən qorxan Ermənistan var. Digər tərəfdə isə Ukrayna, Suriya və Türkiyə məsələsində göstərdiyi aqressiv yanaşma, sərgilədiyi düşmənçilik mövqe ilə beynəlxalq aləmdə böyük etibar itirən siyasi və iqtisadi böhran yaşayan Rusiya. Bu səbəbdən ikisi də əldə olanlarını qorumaq və az itki ilə münaqişədən çıxmaq üçün müharibədən uzaq durmağa çalışacaq.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]