Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Aqrolizinq”in əcnəbi podratçıları offşor şirkətlərdir

“Aqrolizinq”in əcnəbi podratçıları offşor şirkətlərdir
Bölmə :
Araşdırma
Yayım tarixi :
13/5/2016 [22:58]
Baxılıb :
926 dəfə
Səhmdar cəmiyyətinin xarici heyvanlara “sevgisi” on milyonlara başa gəlir
Azərbaycana gübrə dəyərindən iki dəfə baha qiymətə gətirilib

2014-cü ildə "Aqrolizinq" ASC üzrə 19 tenderdə üst-üstə 33 306 603 manat xərclənib. Həmin il cəmiyyət "Coveton Trade" LTD-dən 14 245 000, "Suez Distribution" LTD-dən isə 5 559 316 manatlıq iri buynuzlu, "Rimls" LTD-dən 3 897 644 manatlıq xırda buynuzlu damazlıq heyvanlar alıb. Say göstərilmir. Bir ildə üst-üstə xaricdən 23 701 960 manatlıq iri və xırdabuynuzlu heyvan satın alıblar. Əvvəlki illərdəki qiymətlərlə götürsək, bu, təxminən 7000 civarında heyvan deməkdir. Gömrük statistikasına görə, 2010-cu ildə ölkəyə 4 mln. 119 min, 2011-ci ildə 13 mln. 789 min, 2012-ci ildə 27 mln. 884 min, 2013-cü ildə 41 mln. 214 min, 2014-cü ildə 52 mln. 367 min, 2015-ci ildə 51 mln. 669 min, bu ilin birinci rübündə 3 mln. 771 min manatlıq diri heyvan gətirilib. Keçən ilin eyni dövründə bu, 18 mln. 335 min olub. "CNN Caucasia" LLC cəmiyyətə 527 116 manata kotan, "Green Point İnc" 3 741 111 manata mineral gübrə, "Neo Com Sales" LTD 3 150 219 manata traktora qoşulan texnika satıb. Qurum cins damazlıq heyvanlar və kənd təsərrüfatı texnikalarını "Beynəlxalq Sığorta Şirkəti" ASC-də 1 733 695 manata sığortalayıb. Heyvanların bir hissəsini də "Alfa Sığorta" ASC 190 240 manata sığorta edib. Əvvəlki illərdən fərqli bu dəfə sığorta 2 milyon manata yaxın vəsait tutub. 


Gübrə dəyərindən iki dəfə baha qiymətə gətirilib

2015-ci ilin bir neçə ayı üçün bazada cəmi 8 tender haqqında məlumat var. Bunun da dəyəri bütövlükdə 23 768 558 manatdır. Vəsaitin 23 514 876 manatı təkcə bir tenderdə xərclənib. Həmin pula "Solo Trade Corporation" LTD-dən 60 000 ton mineral gübrə satın alınıb - tonu 392 manatdan. Yerli mətbuat Rusiya saytlarına istinadən ordakı qiymətlər, daşınma, rüsumları hesablanmaqla gübrənin tonunun 200 manat civarında - yəni təqdim olunandan iki dəfə ucuz başa gəldiyini hesablayıb. Əslində bu qədər gübrə gerçəkdən alınıbmı, söyləmək çətindir. Çünki internet resurslarında 24 milyon manat vəsaiti alana dair heç bir məlumatın tapılmamağı bir kənara, "Solo Trade Corporation" LTD adında şirkət mövcud deyil. O dövrdə yenə mətbuat yazıb ki, tenderi məlumat bazasında haqqında bilgi olmayan naməlum offşor şirkət qazanıb. Həmin vaxt ilkin olaraq 92 min ton müxtəlif gübrələr almaq planlaşdırılıb. Dövlət büdcəsindən maliyyələşmə gecikdiyi üçün tender iki hissəyə bölünüb. İkinci hissə üzrə həmin şirkətlə 17 milyon 535,5 min dollar məbləğində müqavilə bağlanılıb. Qeyd edək ki, hökumət fermerlərə verilən mineral gübrənin qiymətinin 70%-ni dövlət büdcəsindən ödəyir. Bir neçə özəl şirkətin xətti ilə də gübrə alınır. Gömrük Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycana 20 mln. 045 min, 2011-ci ildə 39 mln. 121 min, 2012-ci ildə 48 mln. 132 min, 2013-cü ildə 51 mln. 078 min, 2014-cü ildə 74 mln. 948 min, 2015-ci ildə 69 mln. 309 min dollar dəyərində gübrələr gətirilib.

43 milyon manatı alan podratçının cəmi bir işçisi var

ASC-nin offşor şirkət siyahısı bununla məhdudlaşmır. Cəmiyyət "Bioline Consulting LTD"-dən 2011-ci ildə 16 827 129 manatlıq, 2012-ci ildə 12 913 567 manat, 2013-cü ildə 13 184 640 manat, üç ildə ümumilikdə 42 925 336 manat dəyərində gübrə satın alıb. 2014-cü ildə də "Green Point İnc"-dən 3 741 111 manata mineral gübrə əldə edildiyi bildirilir. "Bioline Consulting LTD" adında şirkəti də tapa bilmədiyimizi desək, yəqin inanarsınız. "Bioline Consulting İnc." adında bir şirkət mövcuddur, amma 2009-cu ildə Vaşinqtonda təsis edilən bu müəssisə biznes məsləhət xidməti göstərir, illik gəliri 78 min dəyərləndirilir. Bu, bir ildə təkcə "Aqrolizinq"dən alınan vəsaitin 0,6%-dir. Hansı şirkət bu qədər mənfəətə mövcud olar? Amma cəmi 1 işçisi varsa, ola bilər. Necə ki, bu sənəd üzərində mövcud olan şirkətin yalnız rəhbəri var. Eynilə "Greenpoint Technologies, İnc" adında ABŞ-da bir şirkət var, amma o da kompüter proqramları ilə bağlıdır, orada "Aqrolizinq"lik bir xidmət yoxdur. Bu adda daha bir şirkət isə əmlak agentliyidir. Cəmiyyətin gübrə müəmması bununla bitmir. 2010-cu ildə "Solola Group LTD"-dən də 12 008 916 manatlıq mineral gübrə və pessesidlər, 2 524 320 manatlıq avadanlıq alıb. Bu şirkət növbəti illərdə də cəmiyyətdən milyonluq tenderlər "udub". Şirkətin kredit hesabatı haqqında cəmi bir səhifədə cızma-qara var, o da axırıncı dəfə 2013-cü ilin əvvəlində yenilənib. Bəlli ki, sifariş olandan-olana fəaliyyət göstərir, odur ki, firmanı aktiv saxlayırlar.  

"Aqrolizinq" ASC-nin bahalı tenderlərini ələ keçirən digər əcnəbi şirkətlərin tərkibinə baxaq. "Lexus İnvestment Group limited", "South Trading", "Dafoltetec Partnes" LTD, "Baktac" LTD, "Adegar Alliance" LLP, "Proline Technology" LTD, "Rimls" LTD, "Streamford Worldwide Limited", "Murova Sistems", "Distant Complex Limited", "Swisspoint Merchants" LTD, "Halkin Commercial Group", "Mittelmeer Techno Inc", "Wekkert Inc", "Rimls" LTD, "Rista Systems Limited", "Neo Com Sales" LTD, "Water Solutions" LTD, "Krista Group" LTD, "Ninox Alliance LTD", "Emil Dış ticarət limited", "Gran Electric A.S.", "Milton Keynes Group" LTD, "İnnuendo S.A.", "Keyinvest Build" LLP, "Red Trade" LTD, "Nordland Development" LLP, "Ventmile Export" LLP, "Ondlen Trade" LTD, "Bermtech" LTD, "İmport Finance S.A.", "Buttler Sales",  "Landbeal Limited" LLP, "Coveton Trade" LTD, "Suez Distribution" LTD, "CNN Caucasia" LLC, "Green Poin İnc", "Solo Trade Corporation" LTD.  
Offşorların ilk və son işi 
"Aqrolizinq"lə olub

Yenə 2010-cu ildə "Lexus İnvestment Group limited" adında bir şirkətdən 5 milyon manat dəyərində soyuducu kamera və avadanlıq alınıb. Tam olaraq belə bir adda da şirkət mövcud deyil. Axtarışlarda yalnız üç saytda "Lexus İnvestment Group İnc" (2008-ci il, Kaliforniya, şirkətin illik gəliri 160 min güman edilir, ştatda cəmi iki işçisi var) və "Lexus İnvestment Group LLC" (2010-cu il, Texas, illik gəliri 120 min güman edilir, ştatda cəmi iki işçisi var) ortaya çıxır. Əgər həqiqətən də xaricdə yeni yaradılan bir şirkətə milyonlar həvalə edilibsə, bu, "Satınalmalar haqqında" Qanuna da tamamilə ziddir. Şirkətin fəaliyyət dairəsi barədə xüsusi bir bilgi verilmir. Heç birinin web-saytı yoxdur. 
2010-cu ildə 4 268 942 manat dəyərində avadanlıq alınan "Proline Technology" LTD-nin 2008-ci ilin iyulunda Londonda yaradıldığı, statusunda 2012-ci ilin fevralında buraxıldığı qeyd olunur. Bu şirkətin milyonluq anlaşmadan sonra həqiqətən də növbəti illərdə ASC ilə hər hansı ticarəti olmayıb. Sərmayəsi cəmi 1000 funt sterlinq göstərilir. Son daxilolma 2010-cu ilin iyulun 22-nə qədər edilib. Bəlli ki, ilk və son işi də "Aqrolizinq"lə olub. "Swisspoint Merchants" LTD-dən 2010-2011-ci illərdə 8 milyon manatlıq mal-qara və avadanlıq alınıb. Web-resurslarda bu şirkətin 2009-cu ilin dekabrında Yeni Zelandiyada yaradıldığı qeyd olunur, direktoru İnta Bilder adlı biri olub. 2011-ci ilin oktyabrın 27-də qeydiyyat sistemindən çıxarıldığı yazılır. İlkin qeydiyyat adresi 23/17 Georgia Terrace, Albany, Auckland NZ göstərilib. Azərbaycanla iki əməliyyatdan sonra sistemdən çıxarılıb. Şirkətin hansı növ fəaliyyət göstərdiyi heç yerdə qeyd edilməyib. Ümumiyyətlə, "Aqrolizinq"in podratçı seçdiyi əcnəbi şirkətlərin heç birinin kənd təsərrüfatı sahəsində fəaliyyəti vurğulanmır. Adıçəkilən müəssisənin də həmçinin cins və ya qeyri-cins mal-qara satdığına dair hər hansı ipucu yoxdur. 

Xəyali podratçılar milyonlarla dəyəri olan işləri necə qazanıb? 

Yenə 2010-2011-ci illərdə ASC-dən 7 mln. 248 min manatlıq tender qazanan "Distant Complex Limited" ilə bağlı axtarış verdik. Bu şirkət də 2010-cu ilin martın 17-də Yeni Zelandiyada İnta Bilder tərəfindən yaralıb. Qeydiyyat ofisi 23/17 Georgia Terrace, Albany, Auckland NZ-dir. Statusunda 2011-ci ilin oktyabrın 27-dən "tətil etdiyi" bildirilir. Offşor şirkət kimi müvəqqəti yaradıldıqları gün kimi aydındır. İzi itirmək üçün də təsis olunduqları kimi eyni gündə bağlanıblar. Nə möcüzədirsə heç birinin satdığı və aldığı bəlli deyil. Hər biri haqqında uzaqbaşı 3-4 saytda qeydiyyatı barədə məlumatlardan başqa heç nə tapa biməzsiz. Halbuki, ciddi işlə məşğul olan şirkətlər üzrə axtarışlarda saysız-hesabsız mənbələr ortaya çıxır. Fəaliyyətsiz, yalnızca quru adı olan hüquqi şəxslərdə isə vəziyyət eynidir. Mal-qaranın bol olduğu ölkələrdə bir sürü şirkət açıblar. Qeyd edək ki, Yeni Zelandiya həm də offşor şirkətlərin "vətənidir". "Mittelmeer Techno İnc"in axtarışda cəmi iki yerdə adı çıxdı: biri tender.gov.az saytında Kənd Təsərrüfatı Nazirliyindən 2013-cü ilin avqustunda 4 441 218 manat qazandığını göstərən müsabiqə reyestrində, o biri də Britaniyada veterinar avadanlıq təchiz edən bir təşkilat kimi. ASC isə 2011-ci ildə bu şirkətdən 3 629 442 manat qarşılığında suvarma sistemi, istixana və quşçuluq avadanlığı alıb. 

2010-2013-cü illərdə "Adegar Alliance LLP"-dən 2 957 712 manatlıq avadanlıq alınıb. Bu şirkət də 2009-cu il martın 18-də Britaniyada yaradılıb. Qeydiyyat adresi Cornwall Buildings 45-51 Newhall Street, Office 330, Birmingham göstərilib. İki direktorundan başqa əlavə işçi görünmür. Fəaliyyəti daşınma xidmətidir. Bank hesabında hazırda cəmi 72,09 funt sterlinq olduğu yazılıb. Daha detallı məlumat yoxdur. Bu yazılanlar bir sıra resurslarda əksini tapıb, lakin bundan artıq bilgi yoxdur. Hazırda aktiv görünür. 2011-2013-cü illərdə ASC-dən 3 627 330 manat dəyərində tender alan "Wekkert Inc"-in adı Agentliyin bazası və Azərbaycan mətbuatından başqa heç yerdə çəkilmir. Yerli mətbuatda bu şirkətin adı müəmmalı podratçılar sırasında hallanır və gerçəkliyi şübhəyə alınır. "Rimls" LTD 2010-2014-cü illərdə cəmiyyətdən üst-üstə 15 378 598 manatlıq kənd təsərrüfatı texnikası, damazlıq heyvan sifarişi alıb, amma informasiya bazasında barəsində bir kəlmə də yoxdur.

Cəmi iki dəfəyə 20 milyonu "udan" müəssisələrə dair məlumat sayı sıfırdır

"Milton Keynes Group" LTD-dən 2012-2013-cü illərdə 5 735 682 manatlıq avadanlıq alınıb. Bu adda yalnız İngiltərədə bir təhlükəsizlik şirkəti var ki, onun da avadanlıq satmaqla məşğul olan bu hüquqi şəxslə heç əlaqəsi yoxdur. 2011-2014-cü illərdə 7 752 021 manatlıq sifariş alan "Neo Com Sales" LTD adında bir şirkət də axtarışlarda mövcud deyil. 2012-2013-cü illərdə "İnnuendo S.A." cəmiyyətdən 13 624 660 manatlıq sifariş qəbul edib. Səhifəsi, haqqında məlumat olsaydı, təəccübləndirərdi. Amma təəccübləndirə bilmədi, çünki belə bilgilər yoxdur. 2014-cü ildə cəmiyyət "Coveton Trade" LTD-dən 14 245 000, "Suez Distribution" LTD-dən isə 5 559 316 manatlıq iri buynuzlu heyvan alıb. Yenə internet resurslarında cəmi iki tenderdə 20 milyon vəsaiti "udan" şirkətlər haqqında məlumat sayı sıfırdır. ASC-dən milyonlar qarşılığında sifariş alan digər əcnəbi şirkətlər də onun kimi, fəaliyyətləri barədə xüsusi bilgilərə rast gəlinmir.  

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]