Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Dünya mədəniyyətini öz mədəniyyətimizə inteqrasiya etdirməliyik”

“Dünya mədəniyyətini öz mədəniyyətimizə inteqrasiya etdirməliyik”
Bölmə :
KİVDF
Yayım tarixi :
11/5/2016 [23:07]
Baxılıb :
822 dəfə
Qiymət Məhərrəmli: “Hər il yüzlərlə elm adamımız xarici dövlətlərdə beynəlxalq səviyyəli tədbirlərdə elmi məruzələrlə çıxış edərək, birbaşa Azərbaycan elminin nailiyyətlərinin təbliği ilə məşğuldur”
“Əksər inkişaf etmiş ölkələrdə keçirilən beynəlxalq forumlar, konfrans və simpoziumlara dəvətlər birbaşa bizim AMEA-nın elmi-tədqiqat institutlarının elektron ünvanlarına və saytlara göndərilir”

(Əvvəli ötən sayımızda)

Qeyd etdiyimiz kimi, müasir kommunikasiya texnologiyalarına əsaslanan qarşılıqlı mədəni təsir prosesləri ənənəvi təsəvvür və normativ qaydalardan gedə-gedə daha az asılılıqda olduğunu nümayiş etdirir. Yeni dünyada davranışın ümumi, birgəyaşayış qaydalarını müəyyənləşdirmək üçün, ilk növbədə, baş verənlər dərk olunmalı, yaşanılan indiki məqam gərgin seçimlər, gələcək isə sonsuz imkanlar məkanı kimi təsəvvür edilməlidir. Həyatın bütün sahələrinə nüfuz etsə də, dəyişikliklər, ilk növbədə, insana ünvanlanmış olur. Çünki bunu dərk edən də, ən həssas və ağrılı münasibəti hiss edən də insandır. Mədəniyyətin inkişafı və təkamülündə yeni sistemlərin yaranması, avtonomluğa və lokal sərhədlərdə mövcudluğa ehtiyac duyması meylləri kimi differensiasiyaya və əksinə, bir-birini tanıma, əməkdaşlıq və bağlılıq meyllərinin ifadə etdiyi inteqrasiya prosesləri tarixən bir-birini əvəzləmişdir.

Bu və digər mövzular ətrafında, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlinin "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:


- Müstəqillik qazandıqdan sonra dünyaya inteqrasiya yolunu tutmuş Azərbaycan, bu yolda bütün gücünü səfərbər etdi. Siyasi, iqtisadi, humanitar, elmi, mədəni, idman və digər sahələrdə dünyaya açılım xətti yeridildi. Milləti beynəlxalq arenada təmsil edən önəmli cəhətlərdən biri onun milli-mədəni dəyərləri, mentaliteti, folkloru, xalq yaradıcılığıdır. Bu mənada, hazırda folklorumuzu dünyada tanıtmaq üçün nə kimi tədbirlər görülür və gələcəkdə bununla bağlı hansı planlar nəzərdə tutulur? 

- Azərbaycan olduqca zəngin folklora malik bir ölkədir və bu mənəvi xəzinə əsrlərdən bəridir ki, bizə orijinallığımızı qoruyub-saxlamağa xidmət edir. Bu sahədə ilkin yerlərdən birini, yuxarıda qeyd etdiyimiz kimi, aşıqlıq sənəti tutur. Bu sahənin təbliği ən önəmli məsələdir, çünki aşıq-ozan sənəti sırf milli sənətimizdir. Ona sahiblənmək və dünya çapında şöhrətlənməsinə nail olmaq gərəkdir. Düzdür, bu yöndə dövlət səviyyəsində mühüm addımlar atılır, lakin həmin addımlar o halda yetərli sayıla bilər ki, aşıqlıq çayxana sənəti olmaqdan qurtulsun. Bu sənətin əzəlki şöhrətinin özünə qaytarılması üçün TV-lərin təbliğatının strukturu köklü surətdə dəyişməlidir. Saz sinədə özünü əsl sənət incisi kimi təcəssüm etdirməlidir, oyuncaq kimi yox! Sazla fonoqram "yapanlar"ın şouları efirlərdən yığışdırılmalıdır!

Mədəniyyətimizi, incəsənətimizi, folklorumuzu yaşatmaq, tədqiq və təbliğ etmək ümumxalq işinə çevrilməlidir. Hər kəs özlüyündə vətəndaş olaraq mədəniyyətimizin daşıyıcısına çevrilməlidir. Məsələnin mahiyyəti bunu tələb edir.

Sevindirici haldır ki, Azərbaycanın qədimdən-qədim və həmişəcavan dilbər guşəsi olan Şəki Türk Dünyasının mədəniyyət paytaxtı seçilib. Bu da səbəbsiz deyil, çünki qədim Türk məskəni olan bu gözəl şəhərin qədimliyi özündə yaşadan küçə və yolları, abidə və muzeyləri, saray və karvansaraları, dillərindən bal tökülən, danışıqları ilə hər kəsi ovsunlayan insanları görənlərin heyrətinə səbəb olur. Bu diyarın sakinlərinin əliylə ərsəyə gələn kəlağayı, şəbəkə, təkəlduz, paxlava, piti, misgərlik və toxuma nümunələri, küp qablar, sandıqlar və s. əsl sənət nümunələridir. 

- Qeyd etdiyiniz kimi, mədəniyyətimizin, incəsənətimizin, qeyri-maddi mədəni irsimizin dünyada təbliği çox mühümdür və hər birimizin borcudur. Bəs bu təbliğat ölkəmizə əcnəbilərin marağını nə dərəcədə artıra bilər?

- Xeyli dərəcədə. Əslində, bu gün dünya insanı səyahətə, görmədiyi yerləri görməyə, tanımadığı mədəniyyətləri tanımağa, bilgisiz olduğu sivilizasiyalar haqda öyrənməyə köklənib. Onun əsas istəklərindən biri budur. Ölkəmizin dünyaya açılan qapıları elə bütün varlığıyla sənət xəzinəsi sayılan dilbər guşələrinə turist axınının güclənməsinə, eləcə də həmin məşhur mədəniyyət mərkəzlərində folklorumuzla, digər mədəniyyət sahələri ilə bağlı beynəlxalq səviyyəli festival, konfrans və simpoziumların yüksək səviyyədə təşkil olunub keçirilməsi ilə birbaşa bağlıdır. Mən dəfələrlə qardaş Türkiyədə keçirilən folklor bayramlarında - festivallarda iştirak etmiş və həmin möhtəşəm tədbirlərdə geniş ictimaiyyətin bilavasitə iştirakının şahidi olmuşam. Belə tədbirlər olduqca canlı keçir və bizim təşkil etdiyimiz festivallardakı quruluqdan, cansıxıcılıqdan oralarda əsər-əlamət yoxdur. Çünki xalq öz mədəniyyətinə özü sahib çıxır, nəyə və nə cür qadir olduğuna özü şahidlik edir. Mədəniyyətə sahiblənməyin yolu da elə budur, məncə: hər şey xalqa xidmət etməli, bütün qapılar xalqın üzünə açıq olmalıdır!

- Dünya elmi vahidləşir, yəni elm bir məkanla kifayətlənməkdən qurtulur, uzaqlaşır. Bu proses də ayrı-ayrı ölkələrin elm adamlarını dünyaya açılmağa, öz potensialı, imkanları ilə beynəlxalq arenada tanınmağa və öz ölkəsini tanıtmağa çalışır. Müstəqil Azərbaycanın elm xadimləri nə kimi beynəlxalq əlaqələrə malikdirlər? 

- İndi internet əsridir və dünyanın istənilən nöqtəsində baş verən hadisələr, yaxud əldə olunan elmi nailiyyətlər birbaşa hər birimizin evinə ayaq açır, gözlərimiz önündə əks olunur. Əksər inkişaf etmiş ölkələrdə keçirilən beynəlxalq forumlar, konfrans və simpoziumlara dəvətlər birbaşa bizim AMEA-nın elmi-tədqiqat institutlarının elektron ünvanlarına və saytlara göndərilir. Təsadüfi deyildir ki, hər il yüzlərlə elm adamımız xarici dövlətlərdə beynəlxalq səviyyəli tədbirlərdə elmi məruzələrlə çıxış edərək, birbaşa Azərbaycan elminin nailiyyətlərinin təbliği ilə məşğuldurlar. Bunu da nəzərə almaq lazımdır ki, saysız-hesabsız elmi konfrans və simpozium dəvətlərini dəyərləndirmək üçün yenə dövlətin diqqət və qayğısı önəm daşıyan məsələyə çevrilir. Çünki bu cür konfransların gediş-gəliş, qonaqlama haqqının heç də hamısı dəvət göndərən, ev sahibliyi edən təşkilat tərəfindən ödənmir. Belə olduğu təqdirdə, elm adamı məcburiyyət qarşısında qalır ki, yalnız xərcləri qarşılanan səfərləri dəyərləndirərək, dəvəti qəbul etsin. Axı, istənilən dəvəti qəbul etmək onun maddi imkanı xaricindədir. O üzdən də, Azərbaycan alimi elmi potensialını istənilən şəkildə tam olaraq üzə çıxara bilmir. Deməli, yenə dövlətin diqqətinin bu sahəyə yönəlməsi məsələsi önə çıxır.

- Dünyada nəhəng qloballaşma dalğası gedir. Sərhədlər get-gedə aradan qalxır. Mədəniyyətlər, sivilizasiyalar qaynayıb-qarışır. Bəzi hallarda, beynəlxalq prosesin içərisində milli mədəniyyətlər əriyir, sıradan çıxır. Bu dalğa ilə ayaqlaşmaq, eyni zamanda mədəniyyətimizin, milli özünəməxsusluğumuzun aradan qalxmaması üçün nə etməliyik?

- Qloballaşma dünyanın super güc dövlətlərinin ortaya atdıqları gözəgörünməz siyasətin nəhəng dalğası kimi, istənilən zəif dövlət və xalqları öz ağuşuna alıb param-parça etmək xüsusiyyətinə malik bir ziddiyyətli prosesdir. Biz şərqliyik və Şərq mədəniyyəti Qərb mədəniyyətinə hər zaman ayaq vermiş, onun əsasını təşkil etmişdir. Belə demək mümkünsə, Qərbə mədəniyyət günəşi Şərqdən doğmuşdur. Bu halda, öz mədəniyyətimizi dünya mədəniyyətinə deyil, dünya mədəniyyətini Azərbaycan mədəniyyətinə inteqrasiya etdirmək lazımdır. Bax, onda özünəməxsusluğumuzu da qoruyub-saxlaya biləcəyik, dünya mədəniyyətinin ən yaxşı cəhətlərinə vaqif olmağı da bacaracağıq. 

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]