Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin təkrarolunmaz bir hissəsidir”

“Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin təkrarolunmaz bir hissəsidir”
Bölmə :
KİVDF
Yayım tarixi :
10/5/2016 [23:40]
Baxılıb :
940 dəfə
Qiymət Məhərrəmli: “Görkəmli alimlərimizin beynəlxalq səviyyədə qazandıqları uğurlara, kəşf və icadlarına görə patent almalarına şərait yaradılmalıdır”
“YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış elə sərvətlərimiz, adət-ənənələrimiz var ki, dünyanı heyrətdə saxlamaqda davam edir”

Hər bir dövlətin xarici dövlətlər və beynəlxalq təşkilatlarla diplomatik əlaqələr sistemində mədəni əlaqələr əsas şərtlərdən biridir. Azərbaycanın tarixində, xüsusilə müstəqil dövlətçilik şəraitində tam sərbəst və tələb olunan demokratik prinsiplər əsasında mədəni siyasət irəli sürülməyə başladı. Bu tələbdən doğan prinsiplər Azərbaycan Respublikası Konstitusiyası, Mədəniyyət haqqında Qanun, Azərbaycan Respublikasının xarici siyasəti və digər hüquqi, normativ aktlarında öz əksini tapdı.
Müstəqil Azərbaycan Respublikasında beynəlxalq mədəni əlaqələrin təşkili sistemində dövlət və hökumət qurumlarından əlavə, beynəlxalq təşkilat, ictimai-sosial institutlar və ayrı-ayrı insanların şəxsi fəaliyyəti mühüm yer tutur. Dövlət və hökumət xəttilə beynəlxalq mədəni əlaqələr Prezident Aparatının müvafiq şöbələri, səfirlik və konsulluqlar, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməkdədir. Beynəlxalq təşkilatlar xəttilə bu sahədə əsas iş YUNESKO, Avropa Şurası, İSESKO, Türksoy, MDB-nin Mədəni Əməkdaşlıq Şurası, GUAM və digər qurumlarla mədəni əlaqələrdə öz təzahürünü tapır. 

Beynəlxalq mədəni əlaqələrin təşkilində ayrı-ayrı insanların fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi, tarixin ilk vaxtlarından başlayaraq beynəlxalq mədəni əlaqələrin inkişaf dinamikasında aparıcı istiqamət kimi təzahür edən fərdi fəaliyyət bu sahədə hazırda sonuncu pilləni təşkil edir ki, bu da tarixi inkişaf prosesinin məntiqinə tam uyğundur. Azərbaycan Respublikası tək-tək beynəlxalq mədəni tədbirlər və qastrollardan başqa uzunmüddətli birgə layihələrə geniş yer ayıran mədəni əməkdaşlıq istiqamətinə üstünlük verir.

Dünyada yeni mədəniyyət məkanının formalaşması fonunda, insanların fərdi özünü ifadəsi, yaradıcılığın fərdi istiqamətlənmiş, onun diqqətini cəlb etməyə yönəlmiş xarakteri, sosial mədəni institutların eləcə də dövlətin məqsədyönlü təsirindən yayıla bilir. Müasir kommunikasiya texnologiyalarına əsaslanan qarşılıqlı mədəni təsir prosesləri ənənəvi təsəvvür və normativ qaydalardan gedə-gedə daha az asılılıqda olduğunu nümayiş etdirir. Mədəni məkan insanın bütün imkanlarının və şəxsi keyfiyyətlərinin istifadə olunmasını, səfərbər edilməsinin maksimal səviyyəsini tələb edən dinamik bir sistemə çevrilir. Belə şəraitdə mədəniyyət elminin, ümumilikdə, ictimai elmin tədqiqatlarının səmərəliliyi, onların yalnız nəzəri-ideoloji mövqeyinin düzgünlüyü ilə deyil, həm də hər şeydən əvvəl, cəmiyyət qarşısında duran praktiki problemlərin həllinə göstərdiyi köməklə müəyyən olunur.

Beləliklə, "Bizim Yol" əməkdaşı bu və digər mövzular ətrafında,  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli ilə həmsöhbət olub.

- Qiymət xanım, elm və mədəniyyət dünya xalqlarını birləşdirə biləcək, bəlkə də yeganə sərvətdir. Tarixən, bütün sivilizasiyalar elm və mədəniyyət üzərində qurulub. Hər zaman mədəniyyətin tənəzzülə uğradığı, elmin tükəndiyi cəmiyyətlər məhvə məhkum olub. Biz öz mədəniyyətimizlə nə dərəcədə vahid dünyanın bir parçası ola bilmişik?

- Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin elə əsas və təkrarolunmaz bir hissəsidir ki, bir xalq olaraq biz öz nadir mədəniyyətimizin var oluşu ilə ancaq öyünə bilərik. Məsələn, artıq YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış Azərbaycan sazının tarixi çox qədimdir, daha doğrusu, bu milli musiqi alətimizin yaşı minilliklərlə ölçülür. Dünyanın heç bir ölkəsində aşıq-ozan sənətinin incəliklərinə tay olan bir sənət növü yoxdur. Bu sənət özündə üç əsas prinsipi əks etdirir: aşıq sazı çalır, oxuyur və ritmə uyğun rəqs edir. Demək, aşıqlıq sinkretik sənətdir və ifaçıdan aktyorluq, müğənnilik, dastançılıq, rəqqaslıq və sair kimi bir çox xarakterik xüsusiyyətlərə malik olmağı tələb edir.  

Digər bir maddi mədəniyyət nümunəmiz kəlağayıdır ki, bu qədim baş örpəyi ulu nənələrimizdən bizə miras qalmış və minillikləri aşıb gəlməsinə baxmayaraq, bütün dövrlər üçün öz müasirliyini qoruyub saxlamış milli koloritə malik sərvətimizdir.

Bizim xalçaçılıq sənətimizin ən nadir nümunələri dünya muzeylərinin bəzəyidir. Misgərlik sənəti nümunələrimiz, qədim Çövkan oyunu, muğamımız, tarımız və sair maddi-mədəniyyət nümunələrimiz dünya mədəni irsinin tərkib hissəsinə çevrilmişdir. Şəki Xan Sarayının, Atəşgah məbədinin və digər tarixi maddi-mədəniyyət abidələrinin varlığı dünyanı heyrətdə saxlamaqdadır. 
Siyahını istənilən qədər uzatmaq olar, lakin buna lüzum yoxdur, çünki təkcə YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış bu sərvətlərimizdən əlavə, saysız-hesabsız bizi millət kimi var eləyən adət-ənənələrimiz var. Azərbaycanda kodlaşmış, möhürlənmiş ailə ənənəsi var ki, dünyanın heç bir ölkəsində bu ənənəyə bərabər ola biləcək ailə modeli tapmaq qeyri-mümkündür. 

Azərbaycanın mətbəx mədəniyyəti, qonaq qarşılama mədəniyyəti, bayram və mərasimləri və digər ənənəyə varislik nümunələri istənilən xalqlarla rəqabətdə üstün mövqeyimizdən xəbər verən müsbət keyfiyyətlərimizdəndir. 

Beləliklə, deyərdim ki, bizim qeyri-maddi mədəni irs nümunələrimiz YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınandan sonra biz dünya mədəniyyətinin nəinki bir parçasına çevrilmişik, əksinə bu mədəniyyətin mühüm tərkib hissəsi missiyasına sahiblənmişik.  

- Uzun əsrlər boyu yadelli işğalçılarla mübarizə aparmağa məhkum olan, şücaətinə, rəşadətinə baxmayaraq, bəzi hallarda qeyri-bərabər savaşların nəticəsində özgürlüyünü itirən Azərbaycan, 20-ci əsrin böyük bir dövrünü də əsarətdə keçirməli oldu. Lakin əsrin sonlarında azadlığına və suverenliyinə qovuşdu. Böyük mənada baxdıqda, Azərbaycan elmi nə zamandan dünyada tanınmağa başlayıb və ölkəmizi daha çox hansı elm sahələri ilə bağlı tanıyırlar? 

- Azərbaycan Nəsrəddin Tusidən bu yana dəqiq elmlərlə bütün dünyada birinci yeri tutur. Dünya elminə öz töhfələrini vermiş görkəmli alimlərimizdən Yusif Məmmədəliyev, Lütfi Zadə, Kərim Kərimov, Rafiq Əliyev və başqaları ilə haqlı olaraq fəxr edirik. Astrologiya, kimya, qeyri-səlis məntiq nəzəriyyəsi və digər elm sahələrinin adı çəkiləndə Azərbaycanın bu məşhur simaları gəlir göz önünə. Azərbaycan elmi potensialının dünya miqyasında daha böyük uğurlara imza atması üçün elmi sahəyə dövlətin diqqət və qayğısının artırılmasına böyük ehtiyac vardır. Çünki elm elə bir strateji sahədir ki, bütün super güc dövlətləri hər zaman elmi potensialı özününküləşdirmək üçün istənilən şəkildə müxtəlif yollarla həmin potensialı öz tabeliyində cəmləməyə çalışırlar. Biz də öz növbəmizdə çalışmalıyıq ki, Azərbaycan elminin nailiyyətləri öz ölkəmizə və xalqımıza fayda gətirsin, ağıllı beyinlərimiz öz ideyalarını Vətənimizə xidmətə yönəltsinlər. Görkəmli alimlərimizin beynəlxalq səviyyədə qazandıqları uğurlara, kəşf və icadlarına görə patent almalarına şərait yaradılmalıdır.

- Müstəqillik qazandıqdan sonra dünyaya inteqrasiya yolunu tutmuş Azərbaycan, bu yolda bütün gücünü səfərbər etdi. Siyasi, iqtisadi, humanitar, elmi, mədəni, idman və digər sahələrdə dünyaya açılım xətti yeridildi. Milləti beynəlxalq arenada təmsil edən önəmli cəhətlərdən biri onun milli-mədəni dəyərləri, mentaliteti, folkloru, xalq yaradıcılığıdır. Bu mənada, hazırda folklorumuzu dünyada tanıtmaq üçün nə kimi tədbirlər görülür və gələcəkdə bununla bağlı hansı planlar nəzərdə tutulur? 

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]