Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycana 345 milyon zərər vuran şirkətlə bağlı şok faktlar

Azərbaycana 345 milyon zərər vuran şirkətlə bağlı şok faktlar
Bölmə :
Araşdırma
Yayım tarixi :
10/5/2016 [23:31]
Baxılıb :
1736 dəfə
Adı korrupsiya qalmaqallarında hallanan, dəfələrlə məhkəməyə verilən «AMEC Services Limited” Bakıda rahat fəaliyyət göstərir
NHMT bu kompaniyanın fəaliyyətinin yoxlanılmasını vacib sayır

Ötən saylarımızda Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın "AMEC Services Limited" şirkətinin ölkə büdcəsinə 345 milyon dollar zərər vurması haqda yazmışdıq. Qeyd edək ki, bu şirkət Azərbaycanda Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində neft müqavilələrində işləyən şirkətdir. Hətta Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin TEKFEN şirkəti ilə birgə ATA (Azfen-Tekfen-AMEC) Konsorsium təsis edilib, birgə iri-neft qaz layihələrinin icrasında iştirak edirlər. 
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) "AMEC" şirkətinin dünyada işgüzar nüfuzunun müəyyənləşdirilməsi istiqamətində xarici kütləvi informasiya vasitələrinin monitorinqini keçirib. Əldə olunan məlumatlardan aydın olur ki, ingilis şirkəti korrupsiyaya bulaşmış bir şirkətdir və dünyanın bir çox ölkəsində dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub.  
Təşkilat faktlardan biri kimi  ABŞ-da qeydiyyata alınan "AMEC" şirkətinin dələduzluq əməliyyatlarını qeyd edir: "1994-1995-ci illərdə "AMEC" şirkəti GSA ilə (ABŞ-ın Ümumi Təyinat Xidmətlərinin İdarəsi ilə) dörd federal tikinti müqaviləsi bağlayıb. Bu federal tikinti müqavilələri Missuri ştatının Sent-Luis şəhərində, Kaliforniya ştatının San-Fransisko və Sakramento şəhərlərində federal məhkəmə binalarının tikinti məsələlərini tənzimləyirdilər. 

Daha sonra Baş Müfəttiş İdarəsinin istintaq şöbəsi "AMEC" şirkətinin Kanzas-Sitidə yerləşən baş gərargahında yoxlamanı apararaq, tikinti zəmanəti üzrə hesabların ödənilməsi ilə bağlı "AMEC" şirkətinin dələduzluq əməliyyatlarını, saxtalaşdırılmış sənədləşməni və saxta maliyyə cədvəllərini aşkar etmişdi. Bundan başqa, yoxlama əsnasında müəyyən olunub ki, "AMEC" şirkəti onun maraqlarını qoruyan vasitəçi agentdən komissiya haqları üzrə qeyri-rəsmi ödənişləri alırdı. 
2007-ci ildə yuxarıda qeyd olunan məsələ ilə bağlı aparılan məhkəmə çəkişməsi nəticəsində məhkəmənin çıxardığı hökmə əsasən, ingilis şirkətinə qarşı cəzalandırılıb və şirkətindən 10 milyon 560 min 139,88 ABŞ dolları məbləğində vəsait müsadirə olunub".  

Daha bir fakt isə "AMEC" şirkətinin Mərkəzi Amerikanın Beliz ölkəsində  ətraf mühitə vurduğu ziyanla bağlı məlumatları saxtalaşdırması olub: "Kanadanın Beynəlxalq İnkişaf Agentliyinin (CİDA) sifarişinə əsasən, "AMEC" şirkəti Belizdə Çalilo çayı üzərində tikilməsi ehtimal olunan su bəndi layihəsi çərçivəsində "Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi" işini yerinə yetirib. 500 min Kanada dolları məbləğində əsas müqavilə vəsaitindən başqa CİDA "AMEC" şirkətinə ətraf mühit haqqında hesabatın saxtalaşdırılması müqabilində xəlvətcə əlavə 250 min  Kanada dollarını ödəyib.  
Bununla bağlı, Beliz ekoloqları ölkənin Ali Məhkəməsində iddia qaldırıb Böyük Britaniya şirkətinin qiymətləndirmə hesabatını saxtalaşdırılmış sənəd kimi tanınmasını  və Çalilo çayı üzərində su bəndinin tikilməsinin dayandırılmasını tələb edirdilər. Ali Məhkəmə ekoloqların qaldırdığı iddianı təmin edib və 2009-cu ildə Beliz höküməti ölkənin faunasına və tarixi dəyərlərinə vurulmuş ziyanı əsas gətirərək layihənin bağlanılması haqqında qərar çıxarıb. Bu cür qalmaqalın yaranmasının əsas müqəssiri "AMEC" şirkəti idi. Şirkətin səhlənkarlığı, səriştəsizliyi və qeyri-qanuni əməlləri nəticəsində nəinki sifarişçi maliyyə itkilərinə məruz qalıb, ümumiyyətlə, ölkənin rifahı təhlükə altında qalıb".

NHMT-nin ekspertlərinə görə, sözügedən şirkətin  Cənubi Koreyada da korrupsiya fəaliyyətləri aşkar olunub. Belə ki, şirkət dövlət-özəl tərəfdaşlığı çərçivəsində Cənubi Koreyanın Tikinti Nazirliyi ilə Sondo və İnçxon şəhərlərini birləşdirən Könqiman boğazı üzərində körpünün tikilməsi ilə bağlı saziş bağlayıb. 2009-cu ildə məhkəmə çəkişməsinin nəticəsində İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi "AMEC" şirkətindən 9 milyon ABŞ dolları (5.5 milyon funt sterlinq) məbləğində vəsaitin cərimə şəklində alınması ilə bağlı məhkəmə əmrini alıb. "AMEC" şirkətinin sifarişçiyə saxtalaşdırılmış hesab-fakturaların göndərilməsi və 2005-2007-ci illərdə "AMEC Plc" şirkətinin Baş Ofisi tərəfindən qeyri-qanuni ödənişlərin alınması faktları ifşa olunub. Məhkəmə hökmünə əsasən, "AMEC" şirkəti 5 milyon funt sterlinq məbləğində cəriməni, habelə məhkəmə çəkişməsinin xərclərini ödəməyə məcbur edilib və ümumiyyətlə, 5.5 milyon funt sterlinq məbləğində vəsaiti ödəyib.  

"AMEC" şirkətinin həyata keçirtdiyi fırıldaqlarının aşkar olunması nəticəsində İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi şirkəti etik və qanun normalarına riayət etmə dərəcəsini və mühasibat uçotunun standartlarını qaldırmağa məcbur edib.  

NHMT "AMEC" şirkətinin dünyada etimadsız işgüzar nüfuzunu və tədqiqat zamanı aşkar edilən maliyyə fırıldaqları və ölkəmizə dəymiş zərəri nəzərə alaraq, bu kompaniyanın fəaliyyətinin dövlətin müvafiq orqanları tərəfindən yoxlanılmasını vacib sayır.

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]