Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Neftə aludə olub pambıqçılığı 30 dəfə ixtisar etmişik

Neftə aludə olub pambıqçılığı 30 dəfə ixtisar etmişik
Bölmə :
Araşdırma
Yayım tarixi :
7/5/2016 [10:44]
Baxılıb :
dəfə
Azərbaycan 1 milyon ton məhsuldan 35 minə düşməyi necə “bacarıb»?

"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransında Prezident İlham Əliyev pambığın alış qiymətinin artırılmalı olduğunu bildirib: "Mənə verilən məlumata görə, indi bir kiloqram pambıq üçün insanlara 42 qəpik ödənilir. Hesab edirəm ki, bu, çox azdır. İstehsal əhəmiyyətli dərəcədə qaldırılmalı, pambıqçılıq sürətlə inkişaf etməlidir. Sovet dövründə 1 milyon ton pambıq yığılırdı. Biz həmçinin çay, tütün sahələrini canlandırmalı, pambıqçılıqla da ciddi məşğul olmalıyıq. Bu, həm də məşğulluğu təmin edəcək, pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaq. Eyni zamanda, pambıq valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm də ki, onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik". Dövlət başçısı pambıqçılığın Sovet dövrünün səviyyəsinə qaldırılacağını deyib. Nazirlər Kabinetinin iclasında da cənab Əliyev bu il üçün 50 min hektar sahədə pambıq əkilməsini hədəf kimi müəyyənləşdirib.

100%-lik inflyasiya qarşılığında 8 qəpiklik artım

Hökumət də pambıqçılığı inkişaf etdirmək niyyətini ortaya qoyub. Bu ilin fevralında iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədovun pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin rəhbərləri ilə görüşündə xam pambığın satınalma qiymətinin əhəmiyyətli dərəcədə artırılması qərara alınıb. Müəssisələr birinci növ pambığın bir tonunun 410 manatdan 500 manata (kq-ı 50 qəpik), ikinci növünün 390 manatdan 470 manata (kq-ı 47 qəpik), üçüncü növünün 370 manatdan 440 manata (kq-ı 44 qəpik), dördüncü növünün 350 manatdan 400 manata (kq-ı 40 qəpik) qaldırılaraq qəbul ediləcəyini bildiriblər. Bu da iki devalvasiyadan sonra 20 faiz civarında bir artım deməkdir. Pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri pambıqçılığı təşviq etmək üçün yüksək məhsula görə stimullaşdırıcı tədbirlərlə yanaşı, daşıma xərclərinin qarşılanacağını və istehsal xərclərinin 90 faizinin emalçılar tərəfindən avans olaraq veriləcəyini vurğulayıblar. Görüşdə ötən illə müqayisədə 80 faiz çox, yəni 30 min hektar sahədə pambıq əkilməsi planlaşdırılıb. Bunun əvvəlki ildən 2 dəfə çox pambıq tədarükünə imkan yaradacağı proqnozlaşdırılır.

210 min hektardan 18 min hektara gəlib çıxmağın xronologiyası

Statistik məlumatlara nəzər salsaq görərik ki, 1997-ci ildə 211.8 min ha sahədə pambıq əkildiyi halda, sonrakı ildən əkin sahələri sürətlə azalmağa başlayıb. Daha doğrusu sahələrin əkilməsi ilbəil azalıb. Statistika Komitəsinin hesabatına görə 1995-ci ildə ölkədə pambığın əkin sahəsi (bütün təsərrüfat kateqoriyaları üzrə) 210.4 min ha, 1996-cı ildə 213.4 min ha, 1997-ci ildə 211.8 min ha olub. 1998-ci ildən əkin sahələri əhəmiyyətli şəkildə azalmağa başlayıb - 155.5 min ha. 1999-cu ildə daha 61.1 min ha azalaraq 94.4 min ha təşkil edib. 2000-ci ildə bir qədər yüksəliş qeydə alınıb, belə ki, 101.2 min ha sahədə məhsul əkilib. Lakin bu artım dayanıqlı olmayıb, müvəqqəti xarakter daşıyıb. 2001-ci ildə 83.3 min ha, 2002-ci ildə 61 min ha, 2003-cü ildə 66.8 min ha, 2004-cü ildə 78.2 min ha olaraq azalma tempi ilə aşağı düşüb. 2005 və 2006-cı illərdə yenə müvəqqəti artım müşahidə edilib - uyğun olaraq 112.4 min və 102.8 min ha. Lakin sonrakı illərdə əkilən sahələr çox sürətlə azalıb. Belə ki, 2007-ci ildə 75.6 min, 2008-ci ildə 48.5 min, 2009-cu ildə 21.1 min, 2010-cu ildə 30.2 min, 2011-ci ildə 42.8 min, 2012-ci ildə 29.2 min, 2013-cü ildə 23.5 min, 2014-cü ildə 22.9 min ha təşkil edib. Pambıq əkini üzrə az qala bir əsrdə ən pessimist göstərici 2015-ci ildə qeydə alınıb. Ötən il 18,8 min ha sahədə pambıq əkilib. Əvvəlki illə müqayisədə pambıq plantasiyaları 18% azalıb. Mütəxəssislər də deyirlər ki, 1990-cı ildə indikindən 14 dəfə çox ərazidə - 264 min hektar sahədə pambıq əkini ilə məşğul olunduğu halda, sonrakı illərdə ciddi səbəb olmadan əkin sahələri sürətlə azalmağa başlayıb. Qeyd edək ki, təkcə pambığın deyil, üzümün də əkin sahələri ilbəil kəskin şəkildə aşağı düşüb - 20 ildə 97.7 min ha-dan 15.9 min ha-ya enib. 

İstehsalı 30 dəfədən çox azaltmağa belə "nail olduq"

Əkin sahələrinin ciddi azalması istehsalın da kəskin aşağı düşməsinə səbəb olub. Pambıq istehsalı vaxtilə 1 milyon ton, 1990-cı ildə 542.9 min ton olduğu halda beş il sonra bu göstərici 2 dəfə, sonrakı illərdə istehsal daha çox azalan istiqamətdə davam edib. Yenə Statistika Komitəsinin arxiv məlumatlarına görə, pambığın ümumi yığımı (bütün təsərrüfat kateqoriyaları üzrə) 1995-ci ildə 274.1 min, 1996-cı ildə 274.4 min ton təşkil edib. 1997-ci ildən yığım 2.2 dəfə aşağı düşüb - 124.6 min ton. Növbəti ildə azalma davam edərək istehsal 112.9 min ton təşkil edib. Enmə sonrakı illərdə də davam edib. Belə ki, 1999-cu ildə 96.8 min, 2000-ci ildə 91.5 min, 2001-ci ildə 83.6 min, 2002-ci ildə 80.4 min, 2003-cü ildə 99.6 min ton olub. 2004-cü ildə yığım birdən-birə artıb - 135.7 min tona çatıb. Növbəti üç ildə də yığım 100 min tonun üzərində olub, hətta 200 min tona yaxınlaşıb - 2005-ci ildə 196.6 min tona qədər artaraq son illərin pik həddinə çatıb. 2006-cı ildə yığımda geriləmə olsa da, 130.1 min ton təşkil edib. 2007-ci ildə pambıq yığımı 100.1 min ton olub. Daha sonra istehsal iki dəfə aşağı düşüb və azalma sonrakı illərdə də bu civarda davam edib və 2008-ci ildə 55.4 min ton təşkil edib. 2009-cu ildə qeydə alınan 31.9 min ton yığım son 100 ilin ən pessimist göstəricisi sayılır. 2010-cu ildə 38.2 min, 2011-ci ildə 66.4 min, 2012-ci ildə 57 min, 2013-cü ildə 45.2 min ton məhsul yığılıb. 2014-cü ildə Azərbaycanda 41 min ton pambıq toplanıb. Bu, 2013-cü ildəkindən 9,3% azdır. Keçən il pambıq istehsalında antirekordun yenilənəcəyi gözlənilsə də, cüzi artımla 35 min ton məhsul əldə edilib. 

Əkin sahələri azaldıqca məhsula çəkilən xərc də artıb

Məhsuldarlıqda da bəzi illər kəskin sıçrayışlar, bəzən də aşağı göstəricilər qeydə alınıb. 1995-ci ildə bir ha əkin sahəsindən 13 sentner məhsul alınırdısa, sonrakı illər məhsuldarlıq azalan templə hətta 6.1 sentnerə qədər düşüb. 2012-2013-cü illərdə bu, uyğun olaraq 19.5 və 19.3 sentner təşkil edib. 2014-cü ildə hər ha-dan 17.9, keçən il isə ümumi həcmə baxılsa, orta hesabla 18.7 sentner məhsul götürülüb. Mütəxəsislərə görə rentabelliyin azalması xam pambığın alış qiymətinin son illərdə aşağı salınması və əkin sahələrinin məhdudlaşması ilə əlaqəlidir. Qeyd edək ki, keçən il pambığın satınlama qiyməti 10 faiz aşağı salınmışdı. Əkin sahələri azaldığından bir sentner məhsulun yetişdirilməsinə çəkilən xərc də artıb. Yenə Komitənin məlumatına görə, 2000-ci ildə ölkədə xam pambığın bir sentnerinin maya dəyəri 26.14, 2005-ci ildə 21.64, 2008-ci ildə 31.37, 2009-cu ildə 34.70, 2010-cu ildə 36.51, 2011-ci ildə 45.31, 2012-ci ildə 36.47, 2013-cü ildə 51.51, 2014-cü ildə 69.05 manat olub. Aprelin 30-na dünya birjasında pambığın 1 kq.-nın qiyməti 1,527 dollar. Yəni tonu 1 527 dollar təşkil edib ki, bu da 2 306 manat deməkdir. 

Camaat irəli gedir, biz geri 

İxracda da azalma eyni şəkildə müşahidə olunub. Komitənin digər hesabatında 1995-ci ildə ölkədən 116 834.2 min dollarlıq pambıq ixrac olunub. 1996-cı ildə ixrac birdən-birə iki dəfə düşüb - 58 745.4 min dollar. 1997-ci ildə yenidən iki dəfədən çox artaraq 123 292 min dollar olub. 1998-ci ildən etibarən pambığın ixracında sürətlə azalma baş verib. Belə ki, həmin il 49 334.8 min dollarlıq məhsul ixrac edilib. İxracın həcmi 1999-cu ildə 21 742 min, 2000-ci ildə 36 541.7 min, 2001-ci ildə 15 189.5 min, 2002-ci ildə 22 911.2 min, 2003-cü ildə 35 300 min, 2004-cü ildə 38 842.6 min, 2005-ci ildə 44 008.2 min, 2006-cı ildə 43 114 min, 2007-ci ildə 39 897.5 min, 2008-ci ildə 24 889.4 min, 2009-cu ildə 28 262.4 min, 2010-cu ildə 15 892.1 min dollar təşkil edib. 2011-ci ildən bəri də xüsusi yüksəliş qeydə alınmayıb, əksinə azalma tempi davam edib. Həmin il 20 732.8 min, 2012-ci ildə 23 364.5 min, 2013-cü ildə 31 817.5 min, 2014-cü ildə 14 498.8 min, 2015-ci ildə 19 504.9 min dollarlıq pambıq ixrac olunub. Göründüyü kimi ixracda 1995-ci ildən bəri 6 dəfə azalma var. 

Payçısı olduqları müəssisədən 19 ildə 19 qəpiyə sahib deyillər   

Bizə ölkədə olan 20 pambıq müəssisəsinin adı məlumdur və hamısı dövlətsizləşdirilib. Üç oliqarxın adının baş hərfini əks etdirdiyi deyilən "MKT İstehsalat Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalı ümumilikdə 28 343 036 manat təşkil edən 14 zavodu özündə cəmləşdirib. "Ağcabədi Pambıq" ASC nominal qiyməti 2 manat olan 992 159 səhmdən ibarətdir, nizamnamə kapitalı 1 984 318 manat təşkil edir. "Bərdə Pambıq" ASC 505 540 səhmlə 1 011 080 manat nizamnamə kapitalına malikdir. "Biləsuvar Pambıq" ASC-nin 1 238 762 səhmi və 2 477 524 manatlıq nizamnamə kapitalı var. "Göyçay Pambıq" ASC 27 628 səhm, 55 256 manat nizamnamə kapitalı, "İmişli Pambıq" ASC 861 497 səhm, 1 722 994 manat kapital, "Muğan Pambıq" ASC 473 920 səhm və 947 840 manat kapital, "Neftçala Pambıq" ASC 1 763 915 səhm, 3 527 830 manat kapital, "Saatlı Pambıq" ASC 1 733 164 səhm, 3 466 328 manat kapital, "Sabirabad Pambıq" ASC 999 265 səhm, 1 998 530 manat kapital, "Salyan Pambıq" ASC 1 066 518 səhm, 2 133 036 manat kapital, "Tərtər Pambıq" ASC 565 716 səhm, 1 131 432 manat kapital, "Qarabağ Pambıq" ASC 1 541 349 səhm, 3 082 698 manat kapital, "Yevlax Pambıq" ASC 1 502 004 səhm, 3 004 008 manat kapital, "Ucar Pambıq" ASC 900 081 səhm və 1 800 162 manat nizamnamə kapitalına sahib müəssisələrdir. 

"Ağdaş Pambıq" ASC (1 074 640 səhm, 2 149 280 manat nizamnamə kapitalı), "Zərdab Pambıq" ASC (nominalı 1 manat olan 2 108 718 səhm və həmin məbləğdə nizamnamə kapitalı), "Goran-Pambıq" ASC-nin (604 129 səhm, nizamnamə kapitalı 1 208 258 manat) səhm-nəzarət paketi bir əcnəbiyə məxsusdur və nizamnamə kapitalı ümumilikdə 5 466 256 manat təşkil edən bu üç müəssisənin idarəçiliyi də ondadır. Daha az nizamnamə kapitalına malik olan "Kürdəmir Pambıq" ASC (158 061 səhm, nizamnamə kapitalı 316 122 manat), "Beyləqan Pambıq" ASC (420 345 səhm, nizamnamə kapitalı 840 690 manat), "Ağdam Pambıq" ASC (31 727 səhm, nizamnamə kapitalı 63 454 manat) fiziki şəxslərə məxsusdur. Məlumatlara görə, sonuncunun səhmləri sahibinin əlindən alınıb. 20 müəssisənin nizamnamə kapitalı 35 029 558 manat təşkil edir, amma ötən il bütövlükdə cəmi 19.5 milyon manatlıq məhsul ixrac edilib. Bu müəssisələr 19 il bundan əvvəl özəlləşdirilməyə başlayıb, bununla belə səhmdarları deyirlər ki, bu illər ərzində heç 19 qəpiyə də sahib deyillər. Özəlləşdirildikdən sonra həmin müəssisələr işləsələr də qazandıqlarından digər ortaqlarına pay verməyiblər. Yalnız bir dəfə "Goran-Pambıq"dan "yüngülvari" dividend alınıb, bir səfər də "Zərdab Pambıq"da xırda-xuruş dividend olub. Bunun da səbəbini müəssisənin səhm-nəzarət paketi sahibinin əcnəbi olması ilə izah edirlər. Sonradan o da bizimkilərdən dividend verməməyi "öyrənib", ya da "öyrədiblər"...

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]