Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycanın geostrateji seçimi böyük bir coğrafi əraziyə həlledici təsir göstərəcək”

“Azərbaycanın geostrateji seçimi böyük bir coğrafi əraziyə həlledici təsir göstərəcək”
Bölmə :
KİVDF
Yayım tarixi :
6/5/2016 [00:45]
Baxılıb :
828 dəfə
Əli Orucov: “Ölkəmiz beynəlxalq aləmin ayrılmaz subyektlərindən biri kimi nəhəng inteqrasiya prosesindən kənarda qala bilməz”
“Hazırda Azərbaycanın seçim və manevr imkanlarını yaxşılaşdırmaqla yanaşı, mövqelərini möhkəmləndirmək, şərtlərini diqtə etmək üçün əlverişli beynəlxalq şərait yaranıb”

(Əvvəli ötən sayımızda)

Qeyd etdiyimiz kimi, cari ilin 2-5 aprel tarixlərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurma və ordumuzun düşmən təxribatına layiqli cavab verərək, böyük uğurlara imza atması zamanı Azərbaycan xaricdən, gözlənildiyinin əksinə olaraq ciddi dəstək gəldi. Dost ölkələr bir yana, indiyədək ermənipərəst mövqe sərgiləyən, yaxud neytral qalan bəzi ölkələr də Azərbaycanın ərazi bütövlüyündən yana çıxış etdi və ordumuzun uğurlarını müsbət dəyərləndirdi. Məhz bu amil Azərbaycan xarici siyasətinin, diplomatiyasının uğuru kimi tarixə düşdü.
Həm yerli, həm də əksər xarici siyasi müşahidəçilər bu mövzuda yanıldı desək, səhv etmiş olmarıq. Çünki Azərbaycanın haqlı davasının dəstəklənməsini istəmək və gözləmək haqqımız olsa da, uzun illər ərzində bu gözləntilərimiz özünü doğrultmurdu. Beynəlxalq güclər hər vəchlə işğalçı dövlətin tərəfini saxlayır, yaxud neytral qalırdı. Lakin bu dəfə vəziyyət tamam fərqli oldu. Həm islam, həm də xristian dünyasının aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış etdi.
Azərbaycanın xarici siyasət vektorları, Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi-diplomatik fəaliyyətlər, beynəlxalq təşkilatla və xarici dövlətlərlə əməkdaşlıq, həmçinin dünya birliyinə inteqrasiya məsələləri ətrafında, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucovun "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:

- Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməməsinə baxmayaraq, Azərbaycan sülh prosesindən rəsmən imtina etməyib. Təkcə ona görə yox ki, biz sühlsevərliyi, qonşularımızla dinc və qonşuluq münasibətlərində yaşamağı üstün tuturuq. Həm də ona görə ki, biz müharibənin əsl tərəfinin kim olduğunu, hansı təhlükələrə yol aça biləcəyini yaxşı anlayırıq. 

Ermənistan və erməni faktoru sadəcə bu münaqişədə maşa və alət rolunu oynayır. Həm təmas xəttində cəbhədə, həm diplomatiyada, siyasətdə, həm təbliğatda, həm silah-sursatla təchizatda, bir sözlə, bütün cəbhələrdə Azərbaycanla müharibə aparan Rusiyadır. Bu gerçəyi hamı bilir. Problem təkcə bununla bitmir. Dini amil də, "xristian qardaşlığı və həmrəyliyi" də öz sözünü deyir. Azərbaycanın haqq işi, işğala məruz qalmasının dünya birliyi tərəfindən sükutla qarşılanmasının, bəzi hallarda isə təcavüzkara açıq dəstək verilməsinin kökündə həm də Azərbaycanın bir İslam ölkəsi olması və xristian təəssübkeşliyidir. 

- O zaman siyasi dəngələr dəyişib, ya da dəyişəcək... 

- Mən hesab etmirəm ki, Ermənistandan yana davranış sərgiləyən dövlətlər və beynəlxalq təşkilatlar, bu dəfə ya haqlı mövqeyimizi dəstəklədi, ya da ən azından susqunluq nümayiş etdirdi və dünya artıq Azərbaycanın ədalətli mübarizəsini qəbul etməyə başlayıb. Dünya da həmin dünyadır, münasibətlər də həmindir. Dəyişən maraqlar və regiona yanaşmalardakı baxışlardır. Daha doğrusu, Qərb-Rusiya qarşıdurması və bunun etkisidir. Bu gün dünyanın yenidən bölüşdürülməsi və enerji resursları hövzələrini, strateji bölgələrin, nüfuz və təsir dairələri uğrunda super güclər arasında gedən rəqabətin şiddətlənməsi, açıq müstəviyə keçməsidir.  Dünya sanki kiçilib və cəbhə xəttinə dönüb. 
Əvvəllər Azərbaycan kimi strateji, geopolitik mövqedə yerləşən və enerji hövzələrində olan dövlətlər manevr etmək və balanslı xarici siyasət yürütmək imkanlarına malik idilərsə, artıq konkretlik tələb olunur. Bizim iradəmizdən və istəyimizdən asılı olmadan hansısa çəkişmə tərəfində olmaq məcburiyyəti ilə üzləşməli olursan. Cənubi Qafqazda Gürcüstanla Ermənistan artıq öz seçimlərini ediblər. Tiflis Qərb, İrəvan isə Rusiya cəbhəsindədir. Lakin regionda həlledici söz sahibi olan və ciddi təsir mexanizmlərinə malik Azərbaycan uğrunda savaş başlanıb desək, yanılmarıq.  Bakının seçimi təkcə Cənubi Qafqazda deyil, Qafqaz, Xəzər hövzəsi, İran, hətta Orta Asiya da daxil, böyük bir coğrafi əraziyə də həlledici təsir  göstərəcək və onların da  seçimi olacaq. 
Ona görə də Ermənistanla birlikdə Azərbaycana qarşı müharibə aparan Rusiya açıq şəkildə İrəvanın tərəfini tuta bilmədi. Beynəlxalq münasibətlər Azərbaycanın seçim və manevr imkanlarını yaxşılaşdırmaqla yanaşı, mövqelərini möhkəmləndirmək, şərtlərini diqtə etmək üçün və münaqişənin ədalətli həllinə əlverişli şərait də yaradıb. Azərbaycan hökuməti bu cür tarixi fürsətdən istifadə etməlidir.

- Qeyd etdiyimiz kimi, dünyanın aparıcı ölkələrinin əvvəlki qədər Ermənistandan yana mövqe sərgiləməməsi, Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti ilə nə dərəcədə əlaqəlidir? 

- Bu sualınızı yuxarıda qismən də olsa, cavablandırdım. Lakin onu da əlavə etmək istərdim ki, Ermənistanın təklənməsi indiyədək bütün hakimiyyətlərin özünütəcrid siyasəti və könüllü olaraq Moskvanın vassalına çevrilməsinin nəticəsidir. Ən başlıcası isə işğalçı və terrorçu siyasət yürütməsidir. Bəlkə də tək-tək siyasi rejimlərdəndir ki, terror və separatizm bu dövlətdə rəsmi siyasət kimi həyata keçirilir. Bu gün ABŞ və Qərb Putin Rusiyasını özü üçün ən başlıca və real təhlükə sayır. Rusiyanın ən yaxın müttəfiqi, Cənubi Qafqazdakı qalası və maşası olan Ermənistanı təbii ki, artıq özlərinə dost, yaxın hesab edə bilməzlər. 

Ermənistanın həm daxili, həm də beynəlxalq vəziyyəti olduqca böhranlı durumdadır. Daxildəki bütün sahələrdəki böhran, acınacaqlı durum, beynəlxalq aləmdə gözdən düşməsi, olan-qalan mövqelərini də itirməsi erməni cəmiyyətində dərin ruh düşgünlüyü yaradıb. Görün vəziyyət nə həddədir ki, hətta erməni diasporu kimi güclü sayılan, əfsanəyə çevrilən beynəlxalq bir qurum Ermənistana kömək edə bilmir, onu düşdüyü uğursuzluq zolağından və ağır böhrandan çıxarmaqda çox acizdir. Ermənistanı və erməniləri indiki ölü nöqtədən və ölüm ayağından çıxara biləcək yeganə güc Azərbaycandır, azərbaycanlılardır. Münaqişə başlayanadək ermənilər Azərbaycanda qeyri-rəsmi xüsusi statusa malik olublar. Elə bir sahə yox idi ki, ermənilər və onlarla bağlılığı olanlar üstün mövqedə, postda olmasınlar. Onlar üçün hər cür şərait yaradılmışdı. O zamankı Dağlıq Qarabağ Muxtar Vilayəti keçmiş SSRİ-də ən yüksək yaşayış səviyyəsinə çatdırılan bölgə idi. Ötən əsrin əvvəllərində də Bakı neftindən ən çox gəlir götürən də ermənilər deyildimi? Yaxud Ermənistanda yaşamış 200 mindən çox soydaşımızın 99 faizi kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində çalışaraq erməniləri bəsləyirdi. Əgər Sovet imperiyasının süqutu ərəfəsində Azərbaycana qarşı sərsəm və tamahkar iddialara düşməsəydilər, ermənilər bölgədə ən yüksək nüfuza, hörmətə və mövqeyə malik idilər və ən yaxşı həyat səviyyəsi də onlarda idi. Lakin ağılsızlıqları və xəstə təxəyyülləri ucbatından bütün bunların tamam əksi halında sürünürlər. Lakin ölməmək, məhv olmamaq üçün imkanlar hələ qalır. Bunun üçün işğal olunmuş ərazilərimizi boşaltmalı, dövlət suverenliyimizə hörmət etməli, xalqımızdan üzr istəməli və vurduğu ziyanın təzminatını ödəməlidir. Əks təqdirdə Ermənistan məhvə məhkumdur.

- Dünya birliyinə inteqrasiya etmək Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Müstəqillikdən bu yana bu istiqamətdə nə qədər məsafə qət edə bilmişik? 

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]