Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan: geosiyasi maraqların birləşdiyi nöqtə

Azərbaycan: geosiyasi maraqların birləşdiyi nöqtə
Bölmə :
KİVDF
Yayım tarixi :
4/5/2016 [00:33]
Baxılıb :
649 dəfə
Ölkəmizin dini və milli mənsubiyyətindən asılı olmayaraq, dünya dövlətləri ilə yüksək səviyyəli əlaqələr yaratması Qarabağ cəbhəsindəki son olaylarda öz bəhrəsini verdi

Cari il aprelin əvvəllərində Qarabağ cəbhəsində yaşanan və "dördgünlük müharibə" kimi tarixə düşən olaylarda Azərbaycan ciddi beynəlxalq dəstək qazandı. Dost ölkələr bir yana, indiyədək ermənipərəst mövqe sərgiləyən, yaxud neytral qalan bəzi ölkələr də Azərbaycanın ərazi bütövlüyündən yana çıxış etdi və ordumuzun uğurlarını müsbət dəyərləndirdi. Məhz bu amil Azərbaycan xarici siyasətinin, diplomatiyasının uğuru kimi tarixə düşdü.

Türkiyə və Pakistan kimi dost ölkələr dərhal Azərbaycana öz dəstəyini nümayiş etdirərək, hər an yanımızda olduqlarını bildirdi. Bundan əlavə, xeyli sayda dövlət və beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini bəyan etdi. Bunların arasında xristian ölkələr və təşkilatlar da az deyildi.

"Azərbaycan xalqını dəstəkləyirik"

Dünya miqyasında sözü mötəbər olan İsraildən də ciddi dəstək aldıq. "İsrail Dağlıq Qarabağdakı situasiyada Bakıya diplomatik dəstək nümayiş etdirməlidir", -deyə İsrailin müdafiə nazirinin keçmiş müavini Efraim Snenin "Al-monitor.com" saytında dərc olunan məqaləsində vurğuladı. Onun sözlərinə görə, İsraillə Azərbaycan strateji müttəfiqdirlər: "Bakı İsrailin neft ehtiyacının 40%-ni qarşılayır. Bu konfliktin davam etdirilməsi yalnız Ermənistanı müdafiə edən Rusiyaya maraqlıdır".
İsrailin keçmiş baş naziri, "Bizim ev-İsrail" partiyasının lideri Aviqdor Liberman da hadisəyə münasibətini bildirdi: "Azərbaycan ümumi qəbul edilmiş normalar çərçivəsində özünü olduqca məsuliyyətli aparır və buna görə də xəritəyə baxan, regionun tarixini bilən hər kəs Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin nə qədər tam haqlı olduğunu, tarixin, coğrafiyanın və demoqrafiyanın müvafiq faktlarına uyğun olduğunu başa düşür. Çox ümid edirəm ki, ilk növbədə beynəlxalq ictimaiyyət, indiki halda ATƏT-in Minsk Qrupunun bütün iştirakçıları obyektiv olacaqlar və hansısa dar, birtərəfli və siyasi mənfəətlərdən deyil, faktlardan çıxış edəcəklər. Biz, şübhəsiz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyi özünü təmkinli aparır, amma təəssüf ki, digərləri özünü belə aparmır".

"Beynəlxalq səviyyədə tanınmış sərhədlər bərpa edilməlidir"

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən son sammitində də Azərbaycanın haqlı davası gündəmə gətirildi və məsələ ilə bağlı İƏT xüsusi kommunike qəbul etdi. "İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qəti mövqeyini bir daha təkrarlayır. Ərazilərin güc yolu ilə əldə edilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğunu təsdiqləyir" -deyə sənəddə bildirilir.

Təşkilatın yekun bəyanatında BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinin həyata keçirilməsi istənilir. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması vacib sayılır. Həmçinin, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinin vacibliyi də qeyd edilir: "Konfrans təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılmasından narahatlıq ifadə edir. Qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki dəyişdirilməsinə yönəlmiş fəaliyyətləri qəbul etmir".

Sənəddə həmçinin, Ermənistana siyasi, iqtisadi və digər vasitələrlə təzyiqin davam etdirilməsinin vacib olduğu vurğulanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sənədi yüksək qiymətləndirib.

"Həmsədrlərin vahid mövqeyi olsaydı..."

Politoloq Rauf Mirqədirov mövzunu "Bizim Yol"a şərh edərkən bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən hazırda münaqişəyə kifayət qədər diqqət yetirilir: "Ən azından Rusiya xarici işlər naziri Sergey Lavrov regiona səfər etdi, danışıqlar apardı. Digər tərəfdən cəbhədə gərginlik yarananda ABŞ dövlət katibi Con Kerri tərəflərə müraciət etdi, telefon danışıqları apardı. Yəni diqqət var. Amma düşünürəm ki, söhbət diqqətin olub-olmamasından yox, həmin diqqətin real nəticəsinin olub-olmamasından getməlidir"

Onun fikrincə, bu, münaqişə tərəflərindən çox, regionda maraqları olan qlobal oyunçular arasındakı ziddiyyətlərlə bağlıdır: "Qlobal oyunçular arasındakı ziddiyyətlər həll olunmayınca Qarabağ münaqişəsinin dinc yolla həllində uğurların əldə olunacağına inanmıram. Minsk qrupu həmsədrlərinin "hər şey münaqişə tərəflərindən asılıdır sözlərinə" ancaq sadəlövh adamlar inana bilər. Əgər həmsədrlərin vahid mövqeyi olsaydı, onların regionda maraqları toqquşmasaydı, Azərbaycan və Ermənistanı hansısa bir sülh sazişinə razılaşdırmaları o qədər də çətin olmazdı. Həmsədrlərin münaqişənin həlli üçün təsir imkanları və məcbur etmə mexanizmləri var. Ən azından BMT Təhlükəsizlik Şurasının qərarları ilə tərəfləri hansısa sülh sazişinə təhrik etmək olar. Onları razılaşdırmaq olar. Yəni ki, bu varinatların dəfələrlə digər münaqişə regionlarında həyata keçirildiyini görmüşük. Təbii ki, əgər qlobal oyunçular bu barədə öz aralarında razılığa gələ bilərlərsə, bu, mümkün ola bilər".

Onun sözlərinə görə, söhbət təkcə Azərbaycan və Ermənistandan yox, qlobal oyunçuların maraqlarının toqquşmasından gedir: "Bu, vahid mövqe nümayiş etdirməyə imkan vermir. Bunun nəticəsində sözsüz ki, ilk növbədə Ermənistan situasiya ilə manipulyasiya etmək imkanları əldə edir. Bu gün Ermənistanın bu manipulyasiyasının göstəricisi - həmsədr dövlətlərin çağırışına etinasız yanaşmasıdır".

"Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşməyəcəyini düşünür"

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan ötən həftə "Bloomberg" agentliyinə müsahibəsində deyib ki, təhlükəsizliyə təminat olmadan Azərbaycanla danışıqlara girməyin heç bir mənası yoxdur. Ermənistan prezidenti müsahibəsində ilk dəfə olaraq açıq şəkildə danışıqlardan imtina etdiyini və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmadığını bildirib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə istənilən an başlaya bilər. Danışıqların perspektivi isə çox azdır.

R. Mirqədirovun fikrincə, Ermənistan mövcud "status-kvo"nun daha da dondurulmasına gətirib çıxaracaq addımların atılmasını tələb edir: "Bu halda Ermənistana qarşı hər hansı bir təzyiq göstərilməməsi isə həmsədrlərin gücsüzlüyünün və maraqlarının toqquşmasının nəticəsidir. Ermənistan əmindir ki, ona qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiq tədbirlərinə əl atılmayacaq. Müharibə istənilən an başlaya bilər və münaqişəni həll etmək üçün danışıqların perspektivi çox azdır". 

Siyasi şərhçinin sözlərinə görə isə, bu bəyanat Ermənistan prezidentinin sülh prosesinə qeyri-ciddi yanaşdığını göstərir: "Ermənistanın sülh danışıqlarına yanaşması 1994-cü ildə bağlanmış atəşkəs rejimi haqqındakı müqavilə ilə bağlıdır. Ermənistan bu müqaviləni əbədi bir müqavilə kimi qəbul edir və onun pozulmasının danışıqlara zərbə olduğunu elan edir. Əslində, bu bir oyundur. Çünki hər-hansı bir atəşkəs rejimi haqqında bir müqavilə yalnız münaqişənin siyasi həlli və danışıqlar üçün bir vasitədir. Bu müqavilə əbədi ola bilməz. Ermənistan prezidentinin bu bəyanatı da onun sülh prosesinə qeyri-ciddi yanaşmasının göstəricisidir".

Politoloq hesab edir ki, bundan sonra bir çox məsələlər vasitəçilərdən asılıdır: "Əgər onlar yenə də bütün səylərini atəşkəs rejiminin gücləndirilməsi üzərində cəmləşdirəcəklərsə, biz yaxın zamanlarda növbəti genişmiqyaslı hərbi əməliyyatların şahidi ola bilərik. Təəssüflər olsun ki, bu əməliyyatlar böyük müharibəyə də çevrilə bilər".

Xatırladaq ki, Sarkisyan sözügedən müsahibəsində ilk dəfə döyüşlər zamanı cəbhənin şimal və cənub istiqamətlərində bəzi mövqeləri itirdiklərini təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan qoşunları təmas xəttinin şimalında və cənubunda ərazilərin bir hissəsini nəzarət altına alıb.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]