Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təhsil ekspertlərindən maraqlı araşdırma

Təhsil ekspertlərindən maraqlı araşdırma
Bölmə :
Araşdırma
Yayım tarixi :
3/5/2016 [00:42]
Baxılıb :
dəfə
Akademiklərin yazdıqları dərsliklər budursa ”¦

"1984-cü ilin yazı idi. Mehdi müəllimdən məktub aldım. Sevindim. Oxuyub mütəəssir oldum: Əzizim Miriş müəllim! "Azərbaycan xalq təhsilinin sürətli inkişafı" adlı əsərimə rəy yazmağınızı xahiş edirəm".

Əməkdar müəllim  Miriş Hüseynov

Testin əleyhinə olanlar bu üsulu öyrənənlərin nitq və yazı qabiliyyətinə əngəllər törətməsindən danışırlar. Əgər nitq və yazı barədə düşünürüksə, gərək unutmayaq ki, kamal attestatı alan hər kəs bəlli səviyyədə bu keyfiyyətlərə yiyələnməlidir. Sual olunur ki, niyə bunu edə bilmirik? Bu bacarıqlar kamal attestatının tələbi olmalıdır, məktəbdə öyrədilməlidir. Əlbəttə ki, burada dərsliklərin və müəllimlərin rolu əvəzsizdir. Xüsusilə də "Azərbaycan dili" və "Ədəbiyyat" dərsliklərinin. Dərsliklərdəki qüsurlar barədə dövrü mətbuatda minlərlə yazılar dərc olunub. Ancaq bu işdə irəliyə doğru hərəkət yoxdur. Bir tərəfdən inhisarçılıq, digər tərəfdən isə elmi adların və yüksək titulların sahibləri bu işdə "söz sahibi" kimi qalırlar. Dərsliklərlə bağlı bir layihə üzərində işləyərkən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının monitorinq sənədi ilə tanış oldum. Respublikanın ümumtəhsil məktəblərinin 10-11-ci sinifləri üçün "Azərbaycan dilı" və 10-11-ci sinifləri üçün "Ədəbiyyat" dərsliklərinin monitorinqi diqqətimi çəkdi.

Dərsliklərin monitorinqi TQDK-ya həvalə olunmasa idi, bu dərsliklərin heç birindən kiminsə qüsur axtarmağa cürəti çatmazdı. Bu dərsliklərin müəllifləri böyük elmi titullara sahib olmaqla yanaşı,həm də yeri gələndə "ağa" "qara" deməyi də bacarırlar. Əslində dərslik müəllifləri ideal dərslik yazmağı prinsip kimi qəbul etməlidirlər. Bu məsələ həm də ictimai məsuliyyət tələb edir. Görəsən, nə vaxta qədər ideal dərsliklərdə gözümüz qalacaq? Bunu təhsilin bütün subyektləri tələb edir.
Qardaş Türkiyədə olduğu kimi bizdə də dərsliklərin qiymətləndirilməsi və monitorinqi məzmun, dil və üslub, dizayn, məzmuna uyğun tapşırıqların verilməsi meyarları üzrə aparılır.

Nəzərə almalıyıq ki, dərsliklərin ilkin çapı mövcud şagird kontingentinin 105%-i həcmində, 2 ildən sonra isə 45% əlavə çap olunur. Deməli, aşkar olunan qüsurların aradan qaldırılması (?) 45%-də öz əksini tapmalıdır.

Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün "Azərbaycan dili" dərsliyinə (2012-ci il nəşri) verilən yekun rəydən: (müəlliflər: Tofiq Hacıyev, Nizami Cəfərov)
Məzmunun işlənməsi baxımından - 24 qüsur
Dil və yazı üslubu baxımından - 10 qüsur
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün "Azərbaycan dili" dərsliyinə (2014-ci il nəşri) verilən yekun rəydən:
Məzmunun işlənməsi baxımından - 22 qüsur
Dil və yazı üslubu baxımından - 7 qüsur
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün "Ədəbiyyat" dərsliyinə (2012-ci il nəşri) verilən yekun rəydən: (müəlliflər: Nizami Cəfərov, Teymur Kərimli)
Məzmunun işlənməsi baxımından - 36 qüsur
Dil və yazı üslubu baxımından - 24 qüsur
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün "Ədəbiyyat" dərsliyinə (2014-ci il nəşri) verilən yekun rəydən:
Məzmunun işlənməsi baxımından - 17qüsur
Dil və yazı üslubu baxımından - 14 qüsur
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün "Azərbaycan dili" dərsliyinə (2012-ci il nəşri) verilən yekun rəydən: (müəlliflər Tofiq Hacıyev, Nizami Cəfərov)
Məzmunun işlənməsi baxımından - 31 qüsur
Dil və yazı üslubu baxımından - 17 qüsur
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün "Azərbaycan dili" dərsliyinə (2014-cü il nəşri) verilən yekun rəydən:
Məzmunun işlənməsi baxımından - 17 qüsur
Dil və yazı üslubu baxımından - 6 qüsur
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qüsurlarla bağlı qeydi: aparılmış elmi-metodiki monitorinq nəticəsində hazırlanmış yekun rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə (2014-cü ilin nəşri nəzərdə tutulur) nəzərə alınsa da, bəzi qüsurlar qalmış, əlavə və dəyişikliklər zamanı yeni qüsurlara yol verilmişdir.
Qüsurların nəzərə alınması etiraf əlamətidir. Əlavə və dəyişikliklər zamanı yeni qüsurlara yol verilməsi isə anlaşılan deyil.
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün "Ədəbiyyat" dərsliyinə (2012-ci il nəşri) verilən yekun rəydən: (müəlliflər: Nizami Cəfərov, İsa Həbibbəyli və başqaları)
Məzmunun işlənməsi baxımından - 15 qüsur
Üslub və qrammatik baxımından - 44 qüsur
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün "Ədəbiyyat" dərsliyinə (2014-cü il nəşri) verilən yekun rəydən:
Məzmunun işlənməsi baxımından - 12 qüsur
Üslub və qrammatika baxımından - 11 qüsur

Bu dərsliyə verilən rəyin nəticə hissəsi maraqlıdır: Dərslikdə lüğətin verilməsi təklif edilir. Təqdim olunan bəzi şeir parçalarında ərəb-fars sözlərinin izah olunması vacibdir.

Bir çox mövzuların izahı zamanı cümlələrin şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olaraq redaktə edilməsi məqsədəuyğundur.

Bu onu göstərir ki, müəlliflər dərsliklər üzərində yaradıcı çalışmayıblar.

İndi diqqət edin: belə dərsliklərlə şagirdlərimizin yazı və nitq qabiliyyəti inkişaf edə bilərmi? Yaxud belə qüsurlu dərsliklərdən necə test tapşırıqları tərtib etmək olar?

Akademik Mehdi Mehdizadə adi kənd müəllimindən kitabına rəy yazmasını xahiş edir. Bu, onun sadəliyi ilə yanaşı, müəllimini yaxşı tanımasından, onun qələminə və savadına bələd olmasından irəli gəlirdi. Akademik yazdıqları haqqında əyalət müəlliminin də fikirlərini bilmək istəyirdi.
Zəmanə dəyişib: Tələbə müəllimi ilə birləşib fürsəti əldən vermədən məktəblilərimiz üçün ən qüsurlu dərsliklər yazmaqla məşğul olublar. Yaxud dərslik müəllifi Təhsil Nazirliyinin nəzdində Dərslikləri Qiymətləndirmə Şurasının üzvü olmaqla dərsliyini keçirməyə nail olur.

Akdemiyanın müxbir üzvləri və akademiklərin imza atdıqları dərsliklər ideal olmalıdır. Onlar ya ideal dərsliklər yazmağı öyrənməli, ya da dərsliklərdən əl çəkməlidirlər. Elə dərsliklər yazılmalıdır ki, müəllim, valideyn, yaxud şagird onlardan "vergül" səhvi də tapa bilməsinlər. Saysız - hesabsız səhvlərdən ibarət olan və üstəlik verilən mətnlərin məzmunu başa düşülməyən dərsliklər gözdən düşür və kənara atılır.

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Təhsil ekspertlərindən maraqlı araşdırma
Təhsil ekspertlərindən maraqlı araşdırma
Təhsil ekspertlərindən maraqlı araşdırma
Təhsil ekspertlərindən maraqlı araşdırma
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]