Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

200-ə yaxın gözdən əlil şagirdə musiqi təhsili verilir

200-ə yaxın gözdən əlil şagirdə musiqi təhsili verilir
Bölmə :
KİVDF
Yayım tarixi :
2/3/2013 [10:14]
Baxılıb :
1889 dəfə
Sağlamlıq durumu məhdud olan 7750 uşaq evdə təhsilə cəlb edilib

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik hansı tədbirlər həyata keçirilib? Dövlət bu və digər təbəqədən olan vətəndaşlarının yaşamaq, təhsil və sağlamlıq hüququnu, əmək və məşğulluq, fərdi hərəkət etmək şəraitini, mədəni və ictimai-siyai həyatda iştirak imkanlarını nə dərəcədə təmin edə bilib? Bu məqsədlə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BMT-nin icrasına dair Azərbaycan Respublikasının ilk hesabatını əldə etdik. Beləliklə, 2011-ci ilin yanvarında tərtib olunmuş hesabatdan bəzi hissələri təqdim edirik:

Maddə 24. Təhsil

Bu maddə əlilliyi olan şəxslərin bərabər imkanlar şəraitində təhsil almaq hüququnu, bütün səviyyələrdə birgə təhsil sistemini və həyat-boyu təhsil sisteminə çıxış imkanının dəstəklənməsini təsbit edir.
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumat təqdim etməlidirlər:
”¢ Əlilliyi olan bütün uşaqların məktəbəqədər, eləcə də, icbari ibtidai, orta və ali təhsilə çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Məktəbəqədər təhsil sistemində olan əlil oğlan və qızların sayına dair məlumat
”¢ Təhsilin müxtəlif pillələrində oğlan və qızların təhsili arasında mövcud olan əhəmiyyətli fərqlərə və bu fərqlərin aradan qaldırılması istiqamətində siyasətlərin mövcud olub-olmadığına dair məlumat
”¢ Səmərəli və birgə təhsilin təmin edilməsi üçün məktəblərə və dərs vəsaitlərinə çıxış imkanının təmin edilməsi və tələb olunduğu təqdirdə əlilliyi olan şəxslər üçün müvafiq uyğunlaşdırılmış məkanın təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi və digər tədbirlər
”¢ Tələb olunduğu təqdirdə uşaqlar, böyüklər və müəllimlər üçün əl işarələri, Breyl, yüksəldici və alternativ kommunikasiya, hərəkət və digər sahələrdə xüsusi bilik-təlim xidmətlərinin mövcudluğu;
”¢ Eşitmə qabiliyyəti olmayan şəxslər üçün dilçilik istiqamətinin təşviq edilməsi üçün həyata keçirilən tədbirlər
”¢ Təhsilin ən münasib dildə, üsulda, kommunikasiya vasitəsilə və mühitdə təşkilinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Təhsil sistemində çalışan mütəxəssislərin əlillik üzrə müvafiq təlim keçməsinin təmin edilməsi və əlilliyi olan şəxslərin təhsil qrupuna daxil edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Ali təhsil pilləsində olan əlil tələbələrin sayı və nisbəti
”¢ Gender və ixtisas üzrə əlil tələbələrin sayı və nisbəti
”¢ Həyat-boyu təhsilə çıxış imkanının təmin edilməsi üçün müvafiq şərait və bu istiqamətdə görülən işlər
”¢ Əlilliyi olan şəxslərin və onların təhsil ehtiyaclarının erkən müəyyən edilməsi istiqamətində üzv ölkə tərəfindən həyata keçirilən tədbirlər

Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əsasən dövlət onların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir. 19 iyun 2009-cu il tarixdə qəbul olunmuş “Təhsil haqqında” Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir. 

Qeyd edilməlidir ki, 5 iyun 2001-ci il tarixdə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanun qəbul edilmişdir. Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən, özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.

Bununla yanaşı, 3 fevral 2005-ci il tarixdə Nazirlər Kabineti “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005 - 2009-cu illər)”nı təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2002-ci il tarixli Qərarına əsasən “Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbul Qaydaları” müəyyən edilmişdir. Burada sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsil müəssisələrinə qəbul qaydaları, yaş hədləri, təqdim etməli olduqları sənədlərin siyahısı göstərilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2004-cü il tarixli Qərarına əsasən “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə” tərtib edilmişdir. Məktəbəqədər xüsusi təhsil müəssisələrində xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin hərtərəfli inkişafını və tərbiyəsini, məktəbə hazırlığını, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların cəmiyyətə uyğunlaşdırılmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, sağlamlığının bərpasına şərait yaratmağı təmin etməkdən ibarətdir.

Müvafiq şəhər (rayon) icra hakimiyyəti orqanları və Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını təmin edirlər. Bu şəxslərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən, evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir. 

Ümumtəhsil məktəblərində oxumaq imkanı olmayan sağlamlıq imkanları məhdud uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev şəraitində təşkil edilir. Evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinə, yaxud onu əvəz edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə maddi təminat və güzəştlər verilir. Belə uşağa qulluq vaxtı əmək stajına daxil edilir. Sağlamlıq imkanları məhdud uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, onlarda ictimai fəallıq oyatmaq, onları əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək məqsədilə təhsil orqanları, digər dövlət orqanları sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar tərbiyəsi üçün lazımi şəraiti təmin etməlidirlər.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali təhsili ümumi tipli tədris müəssisələrində, zərurət olduqda isə xüsusi tədris müəssisələrində həyata keçirilir, onlar üçün ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil edilir. Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (mərkəzlərində) müalicə kursu keçən sağlamlıq imkanları məhdud uşaqlar üçün də dərs məşğələləri təşkil edilir. İstedadlı sağlamlıq imkanları məhdud uşaqların ümumi tədris müəssisələrində və ya xüsusi məktəbdənkənar tədris müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır. I və II qrup əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə, şagirdlərə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.

Dövlət məşğulluq xidməti əmək qabiliyyətli əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara onların peşə hazırlığı, yeni peşə öyrədilməsi və məşğulluq imkanlarını müəyyən etmək məqsədilə peşə yönümü xidməti göstərilməsini təmin edir. Görməyən və zəif görən uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan kitablarla, əyani vəsaitlərlə, xüsusi maqnitofonlarla, lupalar, əl ağacları, karlar eşitmə cihazları və digər tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi məktəblər və səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir. Bakı şəhər gözdən əlil uşaqlar üçün 38 nömrəli Uşaq Musiqi Məktəbi 1980-ci ildən fəaliyyətə başlamış və 2009-cu ildə onbirillik təhsil sisteminə keçirilmişdir. Məktəbdə I və II qrup əlilliyi olan uşaqlar təhsil alırlar. Məktəbin kontingenti əsasən Gözdən əlil uşaqlar üçün respublika orta internat məktəbinin şagirdlərindən ibarətdir. Burada fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik ixtisasları üzrə 200-ə yaxın şagird təhsil alır.

“Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində Təhsil Nazirliyi ilə UNESCO tərəfindən 2005-ci ildən etibarən Azərbaycanda birgə inkluziv təhsil layihələri həyata keçirilməyə başlanmışdır. “İnkluziv təhsil” modeli sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə yanaşı, onların cəmiyyətə adaptasiyasını və hərtərəfli inkişafını da əhatə edir. Layihənin əhatə etdiyi 13 bağça və 16 ümumtəhsil məktəblərdə əlverişli təlim və inkişaf mühiti yaradılmış, təhsil müəssisələrinə zəruri avadanlıqlar, o cümlədən uşaqların problemlərinə müvafiq xüsusi vasitələr (aparatlar, cihazlar, əlil arabaları və s.) alınmışdır. UNESCO ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində müəllimlər, tərbiyəçilər və psixoloqlar üçün "İnkluziv təhsil", valideynlər üçün "İnkluziv təhsil sistemində ailə-məktəb, valideyn-müəllim münasibətləri" adlı vəsaitlər hazırlanıb paylanmışdır. Layihə çərçivəsində 12-13 iyun 2006-cı il tarixlərdə UNESCO-nun, Rusiya və Ukraynanın inkluziv təhsil üzrə ekspertlərinin iştirakı ilə "Azərbaycanda inkluziv təhsil təcrübəsi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.  

Sağlamlıq imkanları məhdud uşaqların təhsilalma imkanlarının yaxşılaşdırılması ilə yanaşı, onların kompüter və ya elektron resurslarından istifadə bacarıqlarının artırılması, internetə çıxış imkanlarının yaradılması məqsədilə ilkin olaraq Səbail rayonu 219 saylı evdə məktəbin fiziki cəhətdən əlilliyi olan 7-ci sinif şagirdləri distant təhsil layihəsinə cəlb edilmişlər. Layihəyə cəlb edilmiş hər bir şagirdə “Apple” kompüteri verilərək ümumi şəbəkəyə çıxışla təmin edilmişlər. Şagirdlər xüsusi proqram təminatından və hazır proqram paketlərindən istifadə etmək imkanına malikdirlər.

Təhsil Nazirliyinin məlumatına əsasən, respublika üzrə inkluziv təhsilin təşkil edildiyi 16 ümumtəhsil məktəbi fəaliyyət göstərir. İnkluziv təhsilin təşkil edildiyi məktəbəqədər müəssisələrin ümumi sayı 13-dür. Respublika üzrə 7 xüsusi məktəb fəaliyyət göstərir. Respublika üzrə evdə təhsilə cəlb edilmiş uşaqların sayı 7750 nəfərdir. Respublika ərazisindəki 13 məktəbəqədər müəssisədə inkluziv təhsilə cəlb edilmiş uşaqların sayı 78 nəfər, inteqrasiyalı təhsilə cəlb olunmuş uşaqların sayı 78 nəfərdir. Loqopedik xidmətə məktəbəqədər yaşlı 609 uşaq cəlb edilmişdir. Həmçinin nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərən 2 internat məktəbində 555 nəfər uşaq təhsil alır.

Gözdən əlil uşaqlar üçün orta ümumtəhsil internat məktəbində 281 nəfər şagird təhsil alır. Loqopedik xidmətin təşkil olunduğu məktəbəqədər müəssisələrin sayı 3, ümumi təyinatlı uşaq bağçalarında loqopedik xidmətin təşkil olunduğu qrupların sayı 16, loqopedik xidmətin təşkil olunduğu ümumtəhsil müəssisələrin sayı 4 və loqopedik xidmətin təşkil olunduğu internat məktəblərinin sayı 8-dir. Respublikada müxtəlif dərəcədə eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən 3 internat məktəbində ümumilikdə 847 nəfər təhsil alır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]