Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Beynəlxalq təşkilatların Azərbaycanın real gücü ilə hesablaşmaqdan başqa yolları qalmayıb”

“Beynəlxalq təşkilatların Azərbaycanın real gücü ilə hesablaşmaqdan başqa yolları qalmayıb”
Bölmə :
KİVDF
Yayım tarixi :
30/4/2016 [00:55]
Baxılıb :
887 dəfə
Sadiq İsabəyli: “Qarabağ cəbhəsindəki son olaylar zamanı, erməni diasporunun ciddi cəhdlərinə baxmayaraq, baş verənlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində şərh edilirdi”

(Əvvəli ötən sayımızda)

Beləliklə, regionumuzda yaşanan gərgin proseslər qonşuluğumuzda yerləşən iki böyük dövlətin qarşıdurması fonunda, Azərbaycanın atdığı addımlar, tərəflər arasındakı problemin danışıqlar yolu ilə həlli, eyni zamanda yaşanan gərginlikdən zərər görməmək üçün rəsmi Bakının etdiyi siyasi-iqtisadi manevrlər, ayrıca Qarabağ cəbhəsində yaşanan son hadisələr və bunun dünyada yaratdığı əks-səda və digər mövzularda "Bizim Yol"un suallarını, Finlandiyada yaşayan soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli cavablandırıb.

- Qarabağ cəbhəsində yaşanan son atəşkəs pozuntusu və Ermənistanın təxribatı üzündən baş verən toqquşmalarda ölkəmiz xaricdən ciddi dəstək gördü. Hətta Rusiya belə, strateji müttəfiqi olan Ermənistanın tərəfini saxlamadı. Necə düşünürsünüz, artıq böyük dövlətlər, beynəlxalq təşkilatlar, ümumilikdə dünya birliyi Azərbaycanın haqlı davasını qəbul edirmi? 

- Fikrimcə, birinci vurğulamağımız gərəkən məsələ bu olmalıdır ki, hər şeydən öncə  Azərbaycan öz haqlı davasına milli ordusunun gücüylə sahib çıxdı və əhalisinin təhlükəsizliyi, ərazi bütövlüyünün qorunması və bərpa olunması üçün gərəkən addımı atdı. Bu gücü və hesablanmış iradəni görən böyük dövlətlər, beynəlxalq təşkilatlar haqsız tərəfdə qala bilmədilər. Çünki Azərbaycan göstərdi ki, istənilən formada işğalda olan ərazisini geri almaq və öz ərazi bütövlüyünü bərpa etmək gücünə sahibdir. Bununla da Azərbaycan işğalda olan ərazisini güc tətbiq edərək əldə etmək variantını gündəmə gətirdi və göstərmiş oldu ki, müddətsiz atəşkəs rejiminin irəli sürülməsi variantı, özəlliklə Rusiya tərəfindən, Azərbaycan üçün keçərsizdir. 

Azərbaycan bu məsələni tez bir zamanda ya danışıqlar yolu ilə, ya da hərbi yolla həll etmək istəyir. Bu da o deməkdir ki, bu məsələdə vasitəçi kimi rol alan Minsk Qrupuna daxil olan ölkələr və həmsədrlər münaqişənin tez bir zamanda ya diplomatik yolla həllinə ciddi çalışmalıdırlar, ya da Azərbaycanın öz ərazisini hərbi yolla işğaldan azad etməsini qəbul etməlidirlər. 

Rusiya-Ermənistan münasibətlərinə gəldikdə isə bunu bilməyimiz lazımdır ki, bölgədə Ermənistan adlı dövlətin mövcudluğu Rusiyanın təşəbbüs və dəstəyi ilə reallaşmış və Rusiyanın həmin bölgədə siyasi və hərbi nüfuzunun gücləndirilməsinə hesablanmışdır. Amma regionda cərəyan edən siyasi, iqtisadi və hərbi proseslərə nəzər saldıqda görürük ki, Rusiya o bölgədə hərbi nüfuzdan çox siyasi nüfuzunun güclənməsində maraqlıdır və bu siyasi nüfuzun əldə olunması üçün bu kimi problemlərə yanaşmada daha hesablanmış mövqe sərgiləmək zorundadır. 

Artıq Rusiya siyasi nüfuzunu hərbi güclə saxlamaq imkanında olmadığı üçün, siyasi nüfuzunun saxlanılması üçün günün reallıqlarıyla hesablaşmalıdır. Bu reallıqda da regionda güclü Azərbaycanın olduğunu görmək zorundadır. Bu faktor Rusiyanı Azərbaycanla ehtiyatlı davranmağa məcbur edir. Belə olan halda Ermənistan iki variantdan istifadə etməyə məcburdur: Ya bütün günahları Rusiyanın üstünə ataraq deyəcək ki, Rusiya bizi dəstəkləmədi və Azərbaycan hərbi yolla bizə qalib gəldi, ya da öz mövcudluğunu qorumaq üçün sülh yolu ilə işğal etdiyi əraziləri mərhələli şəkildə qaytarmaq zorunda qalacaq.  

Düşünürəm ki, bu münaqişənin həllində böyük dövlətlərin və beynəlxalq təşkilatların artıq Azərbaycanın real gücü ilə hesablaşmaqdan başqa yolları qalmayıb. Onların bu günə kimi sadəcə atəşkəs rejiminin saxlanılması üçün verdikləri bəyanatların limiti bitib. Ona görə də onlar indiyədək atəşkəs adı altında sərgilədikləri qərəzli, birtərəfli erməni mövqeyindən vaz keçmək zorundadırlar, ədalətli və Azərbaycanın real gücünə hesablanmış bir tutum sərgiləməlidirlər.

- Bu gün işğal altındakı torpaqlarımızın geri qaytarılması istiqamətindəki danışıqlarda canlanma hiss olunur. Bu prosesin sonunu necə görürsünüz? 

- İllərdir ki, Rusiya siyasiləri və mediası erməni işğalı altında olan Azərbaycan ərazilərini də "dondurulmuş konflikt"lər sırasına salaraq bu işğala bəraət qazandırır. Amma cəbhədə baş verən son hadisələr və Azərbaycanın uğurlu hərbi əməliyyatları onu göstərdi ki, Azərbaycan bu məsələyə "dondurulmuş konflikt" kimi yox, haqlı olaraq ərazisinin erməni separatçıları tərəfindən işğal olunması kimi baxır və Azərbaycan işğal faktının aradan qaldırılması üçün gərəkən addımları atmalıdır. Cəbhədə aparılan qısa müddətli əməliyyatlar da göstərdi ki, Azərbaycan ərazi bütövlüyünün bərpasını özü təmin edə bilər və işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxara bilər. Danışıqlarda müşahidə olunan canlanma da elə bunun nəticəsidir. Bu o deməkdir ki,  ya erməni işğalı altında olan torpaqlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində geri qaytarılmalı, bu istiqamətdə konkret və təxirəsalınmaz işlər görülməlidir, ya da hərbi yolla işğalçı erməni separatçıları o torpaqlardan çıxarılacaqdır. 

Düşünürəm ki, Rusiya tərəfindən indi də təkid olunan köhnə təkliflər, qarşılıqlı güzəştlər və ya uzunmüddətli atəşkəs rejiminin möhkəmlənməsi fikri bu konfliktin yenidən dondurulması anlamındadır. Amma hesab edirəm ki, Azərbaycan buna imkan verməyəcək. Çünki apardığı hərbi əməliyyat bu konfliktin həll olunması üçün həm də siyasi mesaj idi.  Belə ki, bu prosesin sonu Azərbaycanın irəli sürdüyü formada öz həllini tapacaq. Ya sülh yolu ilə torpaqlar qaytarılacaq, ya da hərbi yolla Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan dövləti millət və ordu faktoruna arxalanıb öz sözünü deməyə qadirdi. 

- Cəbhədəki son hadisələr kənardan, məsələn, Avropadan necə görünürdü? 

- Cəbhədə baş verən son hadisələrə Avropada, əvvəlki illərlə müqayisədə fərqli baxıldı. Bu fərqli baxış Avropa mətbuatında özünü daha çox göstərdi. Belə ki, həmin günlərdə cəbhədə baş verənlər daha obyektiv gündəmə gətirildi. Avropa mətbuatında "Azərbaycan ordusu və Ermənistanın dəstəklədiyi separatçı qüvvələr", "Azərbaycan sərhədləri daxilində yerləşən Dağlıq Qarabağ 1990-cı illərin əvvəllərindən erməni mənşəli separatçılar tərəfindən işğal olunub" ifadələri işlədildi. Bu isə onu göstərir ki, artıq avropalılar Dağlıq Qarabağ və ərtaf rayonların ermənilər tərəfindən işğalı faktını görməkdədirlər və sərhəddə baş verənlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində şərh edildi. Həmin günlərdə ermənilərin dünya mətbuatına yalan xəbərlər ötürmələrinə baxmayaraq avropa mətbuatı Azərbaycan tərəfinin rəsmi xəbərlərini olduğu kimi dərc edirdi. 

- Ümumiyyətlə, Avropa ölkələrinin əhalisi və siyasi elitası Cənubi Qafqazdakı qaynar proseslərə necə yanaşır?

- Bildiyiniz kimi, Avropa ölkələrinin Cənubi Qafqazda mövcud qaynar proseslərə baxışı ölkələrin ərazi bütövlüyü çərçivəsində konfliktlərin sülh yolu ilə həll olunmasından ibarətdir. Çünki bu həm də Avropanın siyasi-iqtisadi plan və projelərinə uyğundur. Bu yanaşma Avropanın siyasi institutlarında və araşdırma mərkəzlərinin təhlili yazılarında da görünür. 

Azərbaycan məsələsinə gəldikdə isə görürük ki, Avropanın siyasi institutlarında Azərbaycanla bağlı ciddi və obyektiv araşdırmalar aparılır. Bu da öz növbəsində siyasi elitanın mövqeyinə təsir edir. Heç də təsadüfi deyil ki, avropalılar Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi görürlər. Bu isə Cənubi Qafqazda Azərbaycanın önəmini artırır və onu Avropaya daha da yaxınlaşdırır. 

Azərbaycan diplomatiyasının əsas məsələlərindən biri bu olmalıdır ki,  Avropada siyasi və iqtisadi təsir gücünə malik ölkələri Azərbaycan ərazisində mövcud erməni separatçı probleminin həllində və ərazi bütövlüyünün tez bir zamanda bərpasında  daha aktiv rol almalarına cəlb etsin. Bütün bu proseslərdə də hər şeydən öncə nəzərə alınmalıdır ki, Azərbaycan dövlət olaraq hərtərəfli inkişaf etdikcə onun haqlı mövqeyi daha çox dəstəklənəcək və bu danılmaz bir faktdır. 

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]