Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Moskvaya arxa çevirmədən, Ankaranı strateji müttəfiq tutur

Moskvaya arxa çevirmədən, Ankaranı strateji müttəfiq tutur
Bölmə :
KİVDF
Yayım tarixi :
29/4/2016 [00:22]
Baxılıb :
1101 dəfə
Rəsmi Bakının hazırkı mövqeyini belə dəyərləndirmək də olar

Uzun illərdir siyasi və iqtisadi sferalar başda olmaqla, bir çox sahədə sıx əməkdaşlıq edən Türkiyə və Rusiya arasında son zamanlar gərginləşən münasibətlər hal-hazırda dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən Rusiya hərbi təyyarəsinin vurulması, bununla da iki ölkə arasındakı əlaqələrin fərqli müstəviyə qədəm qoyması bəzi xarici ölkələrin və siyasi dairələrin məmnunluğuna səbəb olsa da, Azərbaycan baş vermiş insidenti dərin narahatlıq və təəssüf hissi ilə qarşıladı. Çünki Azərbaycan hər iki ölkə ilə qədim tarixi əlaqələrə və dostluq münasibətlərinə malikdir.

Türkiyə ilə Rusiya arasında yaşanan böhranın dərinləşməsini və qonşu dövlətləri də əhatə etməsini istəyən müəyyən qüvvələr ölkəmizi münaqişə tərəflərindən biri kimi görmək istəyirlər. Hər iki ölkə ilə yüksək siyasi və iqtisadi əlaqələrə sahib olan Azərbaycanın Rusiya-Türkiyə gərginliyində tərəfə çevrilməsi isə bu ölkələrin hər hansı biri ilə münasibətlərimizdə arzuolunmaz situasiyaların yaranmasına gətirib çıxara bilərdi. Baxmayaraq ki, söz və ifadə azadlığının mövcud olduğu digər dövlətlər kimi, Azərbaycanda da Türkiyə ilə Rusiya arasında yaşanan insidentlə bağlı fikirlər birmənalı deyil.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən, sözügedən məsələ ilə bağlı dövlətimizin mövqeyini qəti şəkildə ortaya qoydu. Hər iki ölkənin Azərbaycan üçün əhəmiyyətini vurğulayan İlham Əliyev Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün əməli fəaliyyətə hazır olduğunu da qeyd etdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti özünün tərəfsizliyi və sülhpərvər mövqeyi ilə Türkiyə və Rusiya arasındakı mövcud gərginliyi körükləyən müəyyən qüvvələrdən fərqli olaraq, regionun bu iki böyük faktoru arasında qarşılıqlı əlaqələrin və mehriban dostluq münasibətlərinin yenidən bərpa olunması prosesinə önəmli töhfə verdi.

Türkiyədən Qazaxıstan, Qırğızıstan və Tacikistana yük daşıyan, ancaq son hadisələrlə bağlı Rusiya-Gürcüstan sərhəddində saxlanılan türk maşınlarının Azərbaycan ərazisindən tranzit yol kimi istifadə etmələrinə icazə verilməsi də məhz Türkiyə-Rusiya münasibətlərinin normallaşması, daha da gərginləşməməsi üçün atılan addımlardandır. Qeyd etməliyik ki, Türkiyə mətbuatında geniş şəkildə yer alan və təqdirlə qarşılanan bu informasiya Türkiyə cəmiyyətində Rusiyaya qarşı yaranmış ümumi narazılığın və psixoloji narahatlığın təzyiqini əhəmiyyətli dərəcədə aşağı salıb.
Beləliklə, regionumuzda yaşanan gərgin proseslər qonşuluğumuzda yerləşən iki böyük dövlətin qarşıdurması fonunda, Azərbaycanın atdığı addımlar, tərəflər arasındakı problemin danışıqlar yolu ilə həlli, eyni zamanda yaşanan gərginlikdən zərər görməmək üçün rəsmi Bakının etdiyi siyasi-iqtisadi manevrlər, ayrıca Qarabağ cəbhəsində yaşanan son hadisələr və bunun dünyada yaratdığı əks-səda və digər mövzularda "Bizim Yol"un suallarını Finlandiyada yaşayan soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli cavablandırıb.

- Sadiq bəy, hazırda Rusiya ilə Türkiyə arasında gərgin münasibətlər yaşanır. Rusiya ilə strateji tərəfdaş, Türkiyə ilə isə strateji müttəfiq olan Azərbaycan bu durumda necə davranmalıdır? 

- Azərbaycan mövcud gərginliyin diplomatik yollarla aradan qaldırılması mövqeyini ortaya qoyub. Bu mövqe normal və anlaşılandır. Çünki hər bir ölkə baş verən istənilən məsələyə öz milli mənafeyi əsasında yanaşır. Bu o deməkdir ki, Azərbaycan eyni halda həm gərginliyin aradan qaldırılmasına tərəfdardır və bu istiqamətdə xoşniyyətli təşəbbüslər irəli sürür, eyni zamanda Azərbaycanın xarici siyasətində Türkiyənin mövqeyi dəyişməz qalır, yəni qardaş ölkə ilə strateji müttəfiqlik davam edir. Habelə, Rusiya ilə də strateji tərəfdaşlıq münasibətini qoruyur. Bu yanaşma o anlamdadır ki, Azərbaycan mövcud gərginlikdə tərəflər arasında seçim etmədən, özünün müəyyənləşdirdiyi milli mənafe çərçivəsində müstəqil siyasət yürüdür və heç bir amil onun müstəqil yürütdüyü siyasəti təsir altına sala bilməz. Azərbaycan Rusiya ilə strateji tərəfdaşlığa arxa çevirmədən Türkiyə ilə strateji müttəfiqliyini qoruyub saxlayır. 

- Azərbaycan Moskva-Ankara qarşıdurmasının ilk dövrlərindən iki tərəf arasındakı münasibətlərin bərpası üçün vasitəçilik edə biləcəyini elan etdi. Sizcə, bu xoş niyyət niyə qəbul olunmadı? 

- Burada əsas məsələ bu niyyətin ortaya qoyulması idi və Azərbaycan da bunu etdi. Azərbaycan Prezidentinin "Azərbaycan Türkiyə - Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır" ifadəsi onu göstərir ki, Azərbaycan dövlət olaraq regionda baş verən istənilən gərginliyin aradan qaldırılmasında diplomatik çözümün tərəfdarıdır və bu istiqamətdə ciddi rola sahibdir. Bu rolun Azərbaycan prezidentinin ifadəsiylə gündəmə gətirilməsi həm də o deməkdir ki, Azərbaycan xarici siyasətində təsiredici gücə sahibdir. Bu təşəbbüsün irəli sürülməsinə tərəflərin münasibət bildirməməsi və yaxud onun qəbul olunmaması kimi fikrin yaranması Azərbaycanın regional gərginliyin aradan qaldırılmasındakı gücünü azaltmır, əksinə bu onu göstərir ki, Azərbaycanın güclü dövlətçilik siyasəti var və bu əsasda baş verənlərə münasibət bildirə bilir. 

Türkiyə və Rusiyaya gəldikdə isə, bu gərginliyin yaranması səbəbini və hər iki ölkə prezidentlərinin tutumunu nəzərə almaq lazımdır. Rusiya tərəfinə baxdıqda bir məsələ açıq şəkildə özünü göstərir ki, Putin hakimiyyəti gərginliyin aradan qaldırılmasında maraqlı deyil. Əksinə, Putinin Ərdoğan hakimiyyətinə yönəlik qıcıqlandırıcı bəyanatları və hədələri, həmçinin Rusiyada olan Türkiyə vətəndaşlarına basqıcı münasibət onu göstərir ki, Rusiyanın bu gərginlikdən faydalanmaq marağı var. Bu maraq regional və qlobal maraqdır. Türkiyə isə bu məsələyə milli təhlükəsizlik və ərazi bütövlüyü acısından yanaşaraq, istənilən xarici təxribata kəskin reaksiya göstərəcəyini ortaya qoydu. Amma rus rəsmiləri və mətbuatının iddia etdiyi kimi, bu, Rusiyaya və Putin hakimiyyətinə qarşı hər hansı təzyiq mesajı deyildi. Çünki Türkiyə hər zaman bəyan edib ki, ərazi bütövlüyünə qarşı istənilən təxribata kəskin cavab verəcək və bu məsələdə hər hansı bir istisna söz konusu deyildir. 
Başqa tərəfdən Türkiyə  baş verən hadisənin bütün detallarını açıq ortaya qoydu və hətta ölən rus pilotunun cəsədini hərbi törənlə Rusiyaya göndərdi. Türkiyə tərəfindən verilən bəyanat və açıqlamalar bir daha göstərdi ki, iqtidarda kimin olmasından asılı olmayaraq, Türkiyə dövlətinin prinsipial siyasəti milli maraqlar çərçivəsində uyğulanır. Amma Putin hakimiyyəti tərəfindən Türkiyəyə yönəlik səbəbsiz ittihamlar  Moskvanın başqa bir plan güddüyünü göstərirdi. Hadisələrin detallarını incələdikdə Azərbaycanın irəli sürdüyü xoşniyyətli təşəbbüsün eşidilməməsini demək doğru deyil. Burada Rusiyanın məsələyə necə baxdığını görmək lazımdır. 

- Qarabağ cəbhəsində yaşanan son atəşkəs pozuntusu və Ermənistanın təxribatı üzündən baş verən toqquşmalarda ölkəmiz xaricdən ciddi dəstək gördü. Hətta Rusiya belə, strateji müttəfiqi olan Ermənistanın tərəfini saxlamadı. Necə düşünürsünüz, artıq böyük dövlətlər, beynəlxalq təşkilatlar, ümumilikdə dünya birliyi Azərbaycanın haqlı davasını qəbul edirmi? 

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]