Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Orxan Kərimovun 3 faiz yaşama şansı var

Orxan Kərimovun 3 faiz yaşama şansı var
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
18/6/2012 [22:57]
Baxılıb :
1497 dəfə
Mətbuat konfransında tələbə köçürülmələri ilə bağlı sirli məqamlar açıqlanıb
Misir Mərdanov köçürmələrə şəxsən imza qoyubsa, adi işçini necə tuta bilərlər?

“Orxan Kərimov 4 saat müddətində MTN-də saxlanılıb. Bu müddət ərzində onun evində, qaynatasına məxsus evdə, bir də Təhsil Nazirliyindəki iş otağında axtarış aparılıb. Lakin heç nə aşkar edilməyib. Axtarış zamanı Orxanın qayınatasının evindən əmlakın satılması nəticəsində əldə olunan gəlir götürülüb”. Bu sözləri 12 iyunda RATİ-də keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin cfçbu müdir müavini Orxan Kərimovun vəkili Ramiz Məmmədov deyib.  
O bildirib ki, O. Kərimov MTN-də 4 saat dindirildikdən sonra Korrupsiyaya qarşı Mübarizə İdarəsinə aparılıb. Orada vəziyyəti pisləşib. “2009-cu ilin iyununda Orxan Kərimov Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunub. Ürək damarına driver stendi qoyulub. Orxan bütün günü ac, susuz idarədə saxlanılıb. Tibb Baş İdarəsi 2012-ci ilin 16 mayında verdiyi sənəddə göstərir ki, Orxanın ürəyinin karonar tac damarlarında, üç nahiyədə 80, 85, 97 faiz daralma müəyyən edilib. Orxan Kərimovun həyatını 3 faizlə bağlayıblar. Ədliyyə Nazirliyi və Pentensiar Xidmət hələ də gözləmə mövqeyindədir”.
Hazırda Orxan Kərimov qapalı şəraitdə Bakı İstintaq Təcridxanasında saxlanılır. O. Kərimovun həbsdə saxlanma müddəti məhkəmə dövründə başa çatıb. 11 iyunda keçirilən məhkəmədə Orxan Kərimov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin iddiası təmin olunmayıb.
Vəkil deyib ki, Orxan Kərimov bülletendə olduğu vaxtlarda tələbə köçürülmələri həyata keçirilib. Bu 2008-2009-cu illəri əhatə edir. Həmin müddətdə O. Kərimov Türkiyədə müalicə olunub. “Tələbə köçürülməsi birbaşa Misir Mərdanovun imzası ilə həll olunur. Buna ən azı nazir müavinləri cavabdehdir” deyə vəkil bildirib.
Mətbuat konfransında iştirak edən O. Kərimovun anası Elza Kərimova oğlunun qanunsuz yerə həbs olunduğunu vurğulayıb. “Təhsil Nazirliyinin tələbə köçürməsi ilə məşğul olan işçisi Rafiq Hüseynov məhkəmədə dedi ki, “Məni öyrətdilər ki, Orxanın üzünə dur, səni buraxacağıq. Orxan, məni bağışla. Məni aldadıb, tutdular”.
E. Kərimova deyib ki, tələbə köçürülməsi üçün saxta sənəd düzəldən şəxs azadlığa buraxılıb. O, şəxsin adını çəkmək istəməsə də, onda 70 ədəd möhürün olduğunu çatdırıb. “Mətbəəni direktoru var idi. İstənilən köçürməyə möhür vururdu. Həmin oğlanı buraxıblar, mənim oğlum içəridə qalıb”.
Ana həbsdə olan övladına görə narahatdır. E. Kərimova deyib ki, oğlu tezliklə həbsxanadan kənarda əməliyyat olunmazsa, onu ölüm riski gözləyir. “Mən uşağımı necə olsa, qurtaracağam. Mənim uşağımın hər saatının yox, hər saniyəsinin qiyməti var. Ögey ana hər zaman uşağı döyür. Bir gün uşaq böyüyür, ögey anadan qisas alır. Bundan qorxmaq lazımdır. Orxanın körpə balaları var. Allahdan qorxsunlar”.
Mətbuat konfransında Cinayət Məcəlləsinin 178 (dələduzluq), 320-ci ( rəsmi sənədləri, möhürləri, ştampları saxtalaşdırmaqla qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə” maddələri ilə ittiham edilən Dövlət İqtisad Universitetinin müəlliməsi Sənəm Mehtiyevanın anası Xanım Hadıyeva dedi ki, qızı məhkəmə zalında Orxan Kərimovu tanımadığını deyib. “Qızım məhkəmədə dedi ki, “Orxan adında bir adamla tələbələri köçürürdük. Amma qəzetdə baxdım ki, Orxan cavan bir adamdır. Bu camaatın dediyi Orxan deyil. Orxan- sarıyanız, hündür, yaşlı adamdır”.
X. Hadıyeva deyib ki, O. Kərimovu şərləyərək həbs ediblər. Onun adından istifadə edərək abituriyentləri universitetə köçürmək üçün valideynlərdən pul alıblar. O qızına qarşı edilən ədalətsizlikdən də danışıb. “Qızım bir baş həkimin qızını İnstituta düzəltmək üçün onu Arifə Hacıyevaya ötürdü. Arifə dedi ki, qızın adı bir il Dərbənddə getməlidir, bir ildən sonra İqtisad Universitetinə köçürülməlidir. Qız iki ay İqtisad Universitetində oxudu, təhsil haqqını da ödədi. İki ay sonra çıxarıldı ki, sənin sənədlərin Dərbənddən yox, Naxçıvandan gəlib. Arifə qızı BDU-ya apardı. Dedi ki, ora düzəldəcəyik. İki ay da orada qaldı. Ondan sonra qız yenidən İqtisad Universitetinə köçürüldü. Bu dəqiqə də o qız İqtisad Universitetində oxuyur. Arifə ilə mənim qızımı eyni maddə ilə ittiham edirlər. O azadlıqda gəzir, mənim də qızımın 6 yaşında uşağı var, amma həbsdə yatır. Arifə Hacıyevanın bacısı Bənövşə ABU-da işləyirdi. Arifə bir diplomat diplomu Türkiyədə satanda mənim qızım onu görüb. Əlində tutub, 1500 dollardan satırdı, üstündə də möhürləri. Bircə ad, soyad yeri boş saxlanılmışdı. Bənövşənin işinə görə onun bacısı Arifə Hacıyevaya qarşı keçən ilin iyununda cinayət işi başlanıldı. Bir müddət yatdı sonra çıxardılar. Arifəni yüksək vəzifəli məmur qorumasa, o bu işləri görə bilməz”.
Orxan Kərimov Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsində müdir müavini işləyərkən rüşvət almaq, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. Onun barəsində 2011-ci ilin 6 iyununda həbs qətimkan tədbiri seçilib.

Sevinc VAQİFQIZI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]