Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sivilizasiyaya bir quş

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
28/4/2016 [01:25]
Baxılıb :
1191 dəfə

Bilmirəm nədəndi, amma son zaman ənənələr və müasirlik məsələlərini cütünə ananda bu yaxında oxuduğum məqalənin mətni və fotoları təkrar-təkrar gözümün qarşısına gəlir. Bolluca şəkilləri olan məqalədə Yeni Qvineya adasının İndoneziya tərəfində yaşayan Dani qəbiləsinin sakinlərindən danışılırdı. Dani camaatı çılpaq gəzib öz milli ənənələrinə sadiq qalma azadlığını əldən vermək fikrində deyil. Onlar sivilizasiyanı saymır da deyə bilmərik. Çünki bəzi yeniliklərdən yararlanırlar.
Hər səhər Dani qəbiləsinin kişisi yuxudan duran kimi (yuyunurmu, ya yox - bilinmir, məqalədə bu barədə heç nə yazılmamışdı) bank kartını götürür, saatını qoluna keçirir və qəbiləsinin ənənəvi kotekasını yerinə salıb işə gedir. Koteka bu qəbilənin bütün kişiləri üçün vacib atribut sayılan bir əşyadır. Sivil dillə desək penis üçün futlyar, qutudur. Qəbilənin kişiləri, eləcə də qadınları çılpaq olur. Ola bilər qurudulmuş heyvan dərisi, ya da bizə məlum olmayan materialdan hazırlanmış yarım metrlik borunu penisinə taxmış kişi özünü geyimli sayır. Mütləq qeyd etməliyik ki, bu borunun istiqaməti həmişə 12 tamama yönəldilir və heç vaxt 6-nın yarısını göstərmir. Yəni, o tərəflərdə də kişilərçün bu məsələ həmişəki kimi önəmlidir. Kişi işə gedir dedikdə də bir az dəqiqləşdirmə aparmalıyıq. O, fotoaparatını çiyninə salıb turistlərlə şəkil çəkdirməyə gedir. Necə deyərlər, görkəmi ilə pul qazanır. 

Bu qəbiləni ilk dəfə 1938-ci ildə Riçard Arçbold adlı amerikalı alim kəşf edib. O vaxt onlar daş dövrü şəraitində yaşayır və hətta adamyeyənliklə də məşğul idilər. O biri şıltaqlıqlarına (avropalı gözüylə kotekaya baxanda penisini çənəsinə qədər uzatmış adamyeyən çox məzəli görünür) göz yuman İndoneziya hakimiyyəti Dani qəbiləsinin haniballığı ilə mübarizə aparır. Bu gün də Dani kişiləri çılpaq gəzib koteka taxır, amma pulunu bankda saxlayır. Pulun dadını artıq çox yaxşı bilən bu qəbilə sakinləri lazım gələrsə it ilində vəfat etmiş atasının meyitini diyircəkli arabaya mindirib şəkil çəkdirmək istəyənlərə təklif edə bilər. Demək lazımdı ki, dizlərini qucaqlayıb, allah bilir aclıqdan ölüb artıq qaxaca dönmüş mumiya ilə şəkil çəkdirmək istəyənlər az deyil. Bu məsələdə sivil adamlar danilərdən o qədər də fərqlənmir. Danilərin yaşadığı ərazilərə 1969-cu ildən bəri ölkənin başqa hissələrindən adamları yaşamağa göndərəndən bəri sivilizasiya buralarda at oynadır. 1971-72-ci illərdə hakimiyyət onları kotekadan imtina edib paltar geyinməyə məcbur etməyə çalışdı. Məlum oldu ki, onların nə geyinmək, nə də paltar tikmək ənənələri, nə də sabun barədə anlayışları vardı. Onları gətirilmə paltarlarla geyindirmək alınmadı, çünki yuyulmayan paltarlar qısa zamanda dəri xəstəlikləri yaratdı.  

Tədqiqatçılar deyir ki, danilərin adam əti yeməkçün ürəyi gedir, amma qanuna tabe olub iştahaları saxlaya bilirlər. Qəbilənin cavan kişiləri təkcə penisi yox, bütün bədənini rəngləməklə cazibədar görünməyə çalışır. Başlarına quş lələklərindən "ev" yığdırır, içinə sümük parçaları salıb bəzəyirlər. İndi ictimai yerlərdə ənənəvi geyimdə gəzən papuaslar gün-gündən azalır. Qədim ənənələrindən əl çəkməyənlərinsə bir məqsədi var. Bu, biznesdi. Foto çəkdirmək və ərazilərə bələdçilik eləməklə danilər orta hesabla günə 10-60 dollar arası qazanır. Ayıbını samandan hörülmüş ətəklə örtüb yuxarıya "parça" çatdırmamış qadınların uğurlu həyatının simvolu qucağındakı uşağı və əlindəki mobil telefonu sayılır. Arabir ağzındakı saqqızını üfürüb partlatsa, bəlkə böyükləri onu "özünü uşaq kimi aparma" deyib məzəmmət edər. Sivilizasiya plastik qablarda su daşımaq, taxta əvəzinə dəmir bellə torpağı işləməkdə yardımçı olur. Amma onlar 80-90 il yaşamaqla sivil həyata üstünlük verənlərə meydan oxuyur. Lazım gələrsə, mobil telefonunu əlinə alıb evinə taksi də sifariş edə bilərlər. Bütün bu sadalananlardan sonra guya sosioloji sorğu keçirib 11 arvadı olan kişidən "Sən xoşbəxtsənmi?" soruşmaq olarmı? O, bir gün bir arvadına üstündə Spaydermənin şəkli olan zəmbil, o birisinə isə paltar yumağa plastik tas hədiyyə verə bilər. Qoy qaxılıb evdə otursun, paltar yumağa çaya getməsin, qeybət az olar. Uşaqları dinc otursa, ən yaxşısına bir velosiped bağışlayar. Arvadları dinc otursa, evə radio (bahadı, 28 dollara) alar ki, hamı səsini kəsib otursun. 

Adam inana bilmir, bir qədər əvvəl bu qəbilə dünyada onlardan başqa insanın yaşadığından xəbərsiz idi. Dani qəbiləsinin camaatının nümunəsində biz sivilizasiyanın təsiri altında başımıza gələnləri izləyə bilərik. Bizim də qadınlar paltar yumağa çaya getmir və hərənin bir paltaryuyan maşını var. Əlindəki yekə bir telefonun qucağındakı uşaqları sıxışdırmağına bir şey qalmayıb. Kişilərimizin də "koteka"sı hələ də yerindədi. Ola bilər düşbərə qutabımızın rəngbərəng şəkillərini paylaşanda, musiqimizi nümayişkaranə şəkildə dinləyib 1-2 damcı göz yaşı çıxaranda,  bayramdan-bayrama çarıq, araxçın və kələğayı geyəndə prosesdən qazanmaq istəyən sümsük pişiklər kimi gülünc görünürük. Azıx mağarasındakı sümüklərlə fəxr edib oraların ermənilər tərəfindən işğal edilməsindən xəbəri olmayan birisi 300 il əvvəl ölüb qaxaca dönmüş ulu babasının mumiyası ilə şəkil çəkdirməklə pul qazanan danilərdən çox da fərqlənmir. 26-dan az çıxan 26-ların sümüklərini, Quba məzarlığını da erməninin gözünə soxmaqla iş düzəlmir.  

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]