Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İri ticarət şəbəkələri üçün çıxış yolu

İri ticarət şəbəkələri üçün çıxış yolu
Bölmə :
Araşdırma
Yayım tarixi :
28/4/2016 [00:38]
Baxılıb :
1040 dəfə
Vergilərdə üçüncü kateqoriyanın yaradılması təklifi nə dərəcə realdır?
Nemət Əliyev: «Ticarət şəbəkələrinə dövlət orqanlarının yersiz müdaxilələri çoxdur, qazanclarına «əl qoyurlar»

Azərbaycanda illik dövriyyəsi 50 min manatı keçməyən təsərrüfat subyektləri üçün verginin yeni - üçüncü kateqoriyasının tətbiqi təklif edilir. "Report" xəbər verir ki, bunu Xəzər Avropa Klubu (Caspian European Club, CEİBC) İdarə Heyətinin üzvü, Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli Klub tərəfindən Prezident İlham Əliyevə iqtisadiyyatın bir sıra sahələrində islahatların aparılması ilə bağlı göndərilən təkliflər haqqında danışarkən deyib.

M.Abbasbəyli qeyd edib ki, CEİBC illik dövriyyəsi 50 min manata qədər olan şirkətlərin birinci il üçün heç bir vergi ödəməməsini təklif edir: "Vergi sistemi üzrə bir neçə bənd təklif hazırlamışıq. Onlardan birincisi ƏDV üzrə dərəcələri müəyyənləşdirməkdir. İnkişaf etmiş ölkələrdə ƏDV-nin bir neçə kateqoriyası mövcuddur. Azərbaycanda isə bu, 0 faiz və ya 18 faizdir. İnkişaf etmiş xarici dövlətlərdə isə bu verginin dərəcəsi kateqoriyadan asılı olaraq 21 faizədək yüksələ bilir. Gündəlik tələbat malları üçün bu faizlər olduqca aşağıdır. ƏDV sahəsində məhz analoji formanın tətbiqini təklif edirik". 

"Bu sahə ilə bağlı irəli sürülən təkliflərdən biri də vergilərdə üçüncü kateqoriyanın yaradılmasıdır. Hazırda Azərbaycanda əsasən iki vergi rejimi var: sadələşdirilmiş və normal. İkinci kateqoriyaya aid olan şirkətlərin gəlirlərinin 20%-i vergiyə cəlb olunur. Təklif edirik ki, illik dövriyyəsi 50 min manatı keçməyən şirkətlər üçün verginin yeni kateqoriyası tətbiq edilsin. Belə olan halda, qeydiyyatdan keçdiyi andan hesablanmaq şərtilə birinci il ərzində illik dövriyyəsi 50 min manatadək olan şirkətlər heç bir vergi ödəməyəcək. Dövriyyəsi 50 min manata çatanda və ya bir il tamam olanda isə həmin şirkətə sadələşdirilmiş vergi sistemi tətbiq ediləcək ki, bu da illik gəlirin cəmi 4 faizini təşkil edir", - deyə komitə sədri əlavə edib.

Klubun təklifləri sırasında fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı müddəalar da var: "Vergi sistemi üçün nəzərdə tutduğumuz yeniliklərdən biri də fiziki şəxslərin gəlir vergisinin sadələşdirilməsi və ya azaldılması ilə bağlıdır. Hazırda sosial sığorta haqları ilə birgə bu məbləğ 39-50 faiz təşkil edir. Əmək haqqısı 2 500 manatadək olan fiziki şəxslər 39 faiz, 2 500 manatdan çox məvacib alanlar isə 50 faiz vergi ödəyir. Şirkət üçün gəlir vergisi 20 faiz təşkil edir. Bu sxemə nəzər yetirsək görərik ki, gəlir vergisini ödəmək şirkət üçün fiziki şəxslə müqayisədə daha sərfəlidir".
Qeyd edək ki,  bir müddət əvvəl iri ticarət şəbəkələri İqtisadiyyat Nazirliyinə vergi güzəştlərinin tətbiqi üçün müraciət etmişdilər. Müraciətdə respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər. 

Vergilər Nazirliyinin idarə rəisi Nicat İmanov "Vergilər" qəzetinə bununla bağlı verdiyi açıqlamada bildirib ki, vergi nəzarəti tədbirlərində aşkar edilən əsas problemlərdən biri ƏDV ödəyicilərinin bir çox hallarda aparılan əməliyyatlara dair ilkin uçot sənədlərinə malik olmaması, yaxud müvafiq qaydada tərtib edilməyən sənədlərlə işləmələri ilə bağlıdır: "Belə ki, malların dəyəri nağd qaydada ödənilir və malın kimdən alındığını müəyyən etmək mümkün olmur. ƏDV ödəyiciləri gəlirlərindən gəlirin əldə edilməsi ilə bağlı olan ilkin sənədlərlə təsdiq edilən xərcləri (təqdim etdikləri malların alış qiyməti, əməkhaqqı, kommunal, icbari ödənişlər və s.) çıxdıqdan sonra qalan məbləğin 20 faizi həcmində mənfəət (gəlir) vergisi ödəyirlər. Eyni zamanda, ƏDV-nin ödəyicisi olduğu tarixdən həmin şəxslər təqdim etdikləri malların dəyərindən 18 faiz dərəcəsi ilə hesablamalı və ödədiyi ƏDV məbləğlərini müəyyən olunmuş şərtlər daxilində əvəzləşdirməlidirlər. Yəni alınmış mallara görə elektron vergi hesab-fakturası təqdim edilməli, alınmış malların dəyərini satıcının bank hesabına, malların dəyərinə hesablanmış ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına köçürməlidir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir və bu problemi yaradanların özləri sonradan şikayətlənməyə başlayırlar".

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva isə hesab edir ki, Avropa ölkələrində ƏDV dərəcəsi orta hesabla 20 faizdir və müqayisədə Azərbaycandakı 18 faiz yüksək dərəcə deyil. 

İqtisadçı-ekspert Nemət Əliyev "Bizim Yol"a şərhində bildirib ki, əslində, iri supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə müraciəti bu sahədə yaranmış ağır vəziyyətə diqqəti cəlb etmək məqsədi güdürdü: "Doğrudan da, ticarət şəbəkələrinə milli valyutanın kəskin dəyərdən düşməsi səbəbindən mövcud vəziyyətini uyğunlaşdırmaq istiqamətində qiymətlərin sərbəstləşməsinə imkan vermirlər. Belə bir vəziyyət onların rentabelli fəaliyyət göstərməsinə imkan vermir. Amma həmin ticarət işçiləri vəziyyətdən çıxış yolunu qismən göstəriblər. Ya  vergi dərəcələri aşağı salınsın, ya da qiymətlərin rentabelliyini təmin edəcək səviyyəyə uyğunlaşdırılmasına imkan verilsin. Yəni qiymətlərə dövlət rəsmiləri icbari şəkildə müdaxilə etməsinlər. Ticarət şəbəkələrinə dövlət orqanlarının "yersiz" müdaxilələri çoxdur, qazanclarına "əl qoyurlar". Normal şərait mövcud olarsa, həmin ticarət obyektləri vergi öhdəliklərini ödəməklə illərlə mənimsədikləri peşə vərdişlərini normal şəraitdə həyata keçirə bilərlər. Ancaq biz görürük ki, mövcud şərait dəyişmir. Bir tərəfdən onlardan qeyri-rəsmi ödənişlər, digər tərəfdən dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsi tələb olunur".

İqtisadçı hesab edir ki, başqa tərəfdən qiymətlərin bazar qanunlarına uyğun tənzimlənməsinə imkan verilmir ki, bu da ticarət işçilərinin fəaliyyətini çətin duruma salır: "Hansı sahibkar belə ağır şərtlər altında normal fəaliyyət göstərə bilər. Hesab edirəm ki, iri supermarketlərin rəhbərlərinin etdiyi müraciət çox əsaslıdır. Dövlət bu məsələyə müdaxilə edib, problemin kökünü həll etməyi düşünürmürsə, bundan sonra vəziyyətin yaxşılacağını düşünmək mümkün deyil".

Hansı vergi güzəştlərinin vacibliyinə gəlincə, N.Əliyev bildirdi ki, sahibkarlar müraciətlərində konkret olaraq ƏDV-nin adını çəkiblər: "Ona görə ki, Əlavə Dəyər Vergisinin faiz dərəcəsi həddən artıq çoxdur. Azərbaycanın ticarətində oturuşmuş məhsulların 80 faizdən çoxu idxal olunur. Həmin idxal olunan məhsul gömrükdən keçirilərkən 18 faiz ƏDV-i alınır. Qanunvericiliyə görə, bu yolverilməzdir. Əslində, həmin məhsulun satışından əldə olunan gəlirdən ƏDV tutulmalıdır. Yəni qiymət formalaşandan sonra bu vergi ödənməlidir. Deməli, indi heç bir qiymət formalaşmadan  sahibkardan qeyri-müəyyən gəlirin ƏDV-ni tuturlar. 18 faiz isə sahibkarlar üçün böyük bir məbləğdir. 

Sahibkarlığın inkişafı üçün dövlətin əlində rıçaqlar çoxdur. Şikayət edən sahibkarlar problemlərini sadalayıblar. Şikayətlərin icarə haqlarının aşağı salınacağına təsir edəcəyinə inanmıram. Sahibkarlar birmənalı təklif etmir ki, ƏDV 0 faizə salınsın. Onların digər çıxış yolu kimi qiymətlərin inzibati yolla tənzimlənməsinin qarşısı alınsın, tələb-təklif əsasında formalaşsın".

Digər ekspert Rəşad Əliyev isə deyir ki, bu müraciəti ciddi qəbul etmək olar, ancaq məktubdakı təklif çox qeyri-ciddidir: "Səbəb isə odur ki, məktubda ƏDV-nin differensiallaşdırılması yox, ƏDV-dən azad olunması yox, məhz nədənsə ƏDV-nin 0 faizlə cəlb edilməsi təklif olunur. 

Məsələn, ilkin tələbat məhsulları dedikdə nə nəzərdə tutulur. Əgər söhbət kənd təsərrüfatı məhsullarından gedirsə, bu halda mövcud qanunvericiliyə uyğun olaraq, istehsalçılar istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr, ümumiyyətlə, ƏDV-dən azaddır. Bununla yanaşı, həmin fəaliyyət üzrə həmin istehsalçılar hətta mənfəət vergisi və əmlak vergisindən də azaddırlar. Bu cür vergiqoyma sistemi həmin istehsalçıları tam olaraq qane edir".

Ekspertə görə, ƏDV 0 faiz olacağı təqdirdə isə həmin istehsalçılar ödədikləri həmin ƏDV məbləğlərini büdcə ilə haqq hesabda ya geri alacaqlar, yaxud da digər vergi tədiyyələri ilə haqq-hesab edəcəklər: "Belə çıxır ki, büdcə ehtiyac olmayan yerdə əlavə itkilərə gedəcək. Hazırkı vergiqoyma sistemi həmin istehsalçıları qane edir, çünki mövcud sistem onsuz da güzəştlidir. Burda əlavə güzəştə ehtiyac yoxdur. 

Ölkədə istehsal olunan kənd təsərrüfatı mallarının supermarketlərdə satışının 0% ƏDV ilə satışı texniki cəhətdən də çətin olacaq. Elə məhsullar var ki, onlar idxal olunur və gömrükdə onlar ƏDV-yə cəlb edilir. Təklif edilir ki, güzəşt yerli istehsala tətbiq edilsin və bu o deməkdir ki, idxal məhsullarının satışı köhnə qayda ilə ƏDV 18 faizlə cəlb edilsin. Məsələn, supermarketdə kartof gördükdə hardan bilmək olacaq ki, bu idxaldı, yoxsa yerli istehsal. Hansı ƏDV-yə 0%-lə, hansı ƏDV-yə 18 faizlə cəlb olunmalıdır. Eyni cür mandarın, alma, soğan, kök və s. Hardan biləcəyik ki, açıq satılan kərə yağı idxal yox, yerli istehsaldır. Bu cür yanaşma böyük sui-istifadələrə yol açır. Eyni adda mal satış zamanı vergiyə eyni qaydada cəlb edilməlidir" 

R.Əliyev deyir ki, hazırda ƏDV-nin differensiallaşdırılması fikri də ortaya çıxıb: "Bir çox istehsalçılar və satış şəbəkələri buna böyük ümid bəsləyirlər. İlk olaraq buna vergiqoymanın prinsipləri ilə yanaşmaq lazımdır. ƏDV dolayı vergi hesab edilir və buna görə də onun ödəyicisi son nəticədə istehlakçı hesab edilir. Yəni supermarket məhsulun üzərinə 18 faiz ƏDV əlavə edib satır, alıcı isə həmin məhsulu həmin qiymətə alır. Yəni satıcı faktiki olaraq o pulu alıcıdan alır. Buna görə də satıcı üçün ƏDV-nin 5, 10, 18 və ya 25 faiz olmasının heç bir əhəmiyyəti yoxdur. Buna görə də ƏDV digər vergi növlərindən fərqli olaraq vergi yükü yarada bilməz. Buna görə də ƏDV-nin aradan qaldırılmasının vergi yükünün azaldılması aləti kimi baxılması məntiqsizdir. ƏDV bütün dünyada olduğu kimi, istehlakçıya hesablanmış vergidir".

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]