Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

200 manat maaş təklifi”¦

200 manat maaş təklifi”¦
Bölmə :
Araşdırma
Yayım tarixi :
26/4/2016 [09:40]
Baxılıb :
dəfə
Dövlət xətti ilə təhsil alan gənclər vətənə qayıdanda məyus olur
«Xaricdə oxuyub öyrəndiyimi Azərbaycanda tətbiq edə bilmirəm»

Aprelin 15-də Xaricdə təhsil üzrə Dövlət Proqramının dayandırılması ilə bağlı qərar qəbul olundu. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, yeni hazırlanacaq proqrama uyğun olaraq xaricə əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək, eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.
Xaricdə təhsilalmanın 2015-ci il üçün təhlilinə nəzər saldıqda məlum olur ki, dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrindəki 1000-ə yaxın azərbaycanlı tələbədən təqribən 700 nəfəri Türkiyədə, 180 şəxs Rusiyada, 50-yə yaxın şəxs Misirdə, 20-yə yaxını Çində, qalanları isə hər ölkədə bir neçə nəfər olmaqla Çexiya, Slovakiya, Rumıniya və Malayziyada təhsil alırlar. Bu tələbələrin yarıdan çoxu magistratura, aspirantura, kliniki ordinatura, doktorantura və digər diplomdansonrakı proqramlar üzrə təhsil alanlardır. Azərbaycan gəncləri həmçinin respublikada fəaliyyət göstərən müxtəlif təhsil mübadilə proqramları çərçivəsində ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrdə də təhsil alırlar. 

Dövlət proqramı çərçivəsində ümumi təhsil alan tələbələr 3558 nəfərdir. Bunlarda n 2289 nəfər hazırda təhsilini davam etdirən, 1001 nəfər isə məzunlardır.

Ancaq xaricdə təhsil alan gənclərin ölkəyə qayıtmaması, qayıdanların isə iş tapa bilməməsi ciddi problem olaraq qalır. Dövlət proqramının ilkin şərtlərinə görə, dövlət hesabına təhsil almaq üçün xaricə göndərilən gənclər təhsil müddətini başa vurduqdan sonra ölkəyə qayıtmalı, öz bilik və bacarıqlarını ölkənin inkişafı üçün istifadə etməlidirlər. Ölkəyə geri qayıdan tələbələr isə iş üçün məhz özəl sektorlara üz tuturlar. Rəsmi məlumata görə, ölkəyə geri qayıdan gənclərin 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda çalışır.

Bəs bu gün xaricdə təhsil alan gənclərin ölkəyə qayıtmamasının səbəbi nədir?

Xaricdə Təhsil üzrə Dövlət Proqramı vasitəsilə tibb sahəsində təhsil almış həkim Vəli Məmmədov (ad şərtidir) Bizimyol.info-ya açıqlamasında bildirdi ki,  ölkəyə qayıtdıqdan sonra müəyyən iş imkanları olur. Ancaq məsələ təkcə işə girmək və ya iş tapmaq tapmaq deyil: "Əlbəttə, maddiyyat da müəyyən rol oynayır. Əsas məsələ xaricdə öyrənib gəldiklərimizi burda tətbiq etmək bizə çətinlik yaradır. Həm sığorta sisteminin olmamasına görə, həm də klinikaların maddi-texniki bazasının, şəraitinin fərqli olmasına görə. Sırf öyrəndiyimiz yenilikləri, dünya üzrə qəbul olunmuş qızıl protokol qaydalarını, standartları tam tətbiq  etmək olmur. İnsanlar da buna imkan vermirlər. Xaricə təhsil üçün gedən tələbələrin əksəriyyətinin orada qalmasının səbəbi ölkəyə qayıtdıqda onların normal bir yerdə daimi işləməsi üçün kimsə tərəfindən "tapşırılmağa" ehtiyac olmasıdır. İşə girən zaman isə orada öyrəndiyi yeniliklərlə bağlı məlumat verdikdə ona isti yanaşmırlar. Deyirlər ki, sistem nədir, onunla da işlə. Ancaq xaricdə bu yoxdur. Hər hansı bir iş yerinə "CV" göndərdikdə, vakansiya olan yerlər səni çağırır və danışırlar. Bir neçə yeri hətta özün seçirsən. Normal bir yerdə işə başlayan zaman saat hesabı işləyirsən və ayın axırında da normal maaşını alırsan. Stabillik var deyə, artıq bilirsən ki, işə gedəcəksən və sənin müəyyən gəlirin var. Bununla da sən kirayə belə qala bilərsən".   

V.Məmmədovun sözlərinə görə, o xaricdə təhsilini bitirdikdən sonra ölkəyə qayıdan zaman ona bir dəfə zəng olub. Onda da deyiblər ki, gəlin qeydiyyatdan keçin: "Aparıb sənədlərimi verdim ki, təsdiqlənsin. Oktyabr ayında sənədlərimi verməyimə baxmayaraq o vaxtdan hələ də bir xəbər yoxdur. Bir dəfə də email yazmışdılar, bir dəfə isə zəng vurmuşdular. Soruşdular ki, harda işləyirsiniz, maaşdan razısınızmı? Mən də işlədiyim yeri dedim və maaşdan da razı olmadığımı bildirdim. Dedilər ki, mənimlə əlaqə saxlayacaqlar. Ancaq ondan sonra heç kim əlaqə saxlamadı. Düzü, işimi orada davam etdirmək istərdim. Çünki burda o öyrəndiyim yenilikləri tətbiq edə bilmirəm. İnsanlar bunu qəbul etməlidilər ki, o yenilikləri tətbiq edə bilək. Bunun üçün isə maddiyyat və ya tibb sığortası lazımdır. Belə şeylərə görə, xarici ölkədə işləmək daha rahatdır". 
Tural Hacıyev də Xaricdə təhsil Dövlət Proqramı ilə Almaniyada magistr təhsili alıb. Ancaq ölkəyə geri qayıtdıqdan sonra iş tapa bilmədiyindən başqa sahəyə yönəlib: "Kənd təsərrüfatı üzrə  bakalavrı bitirdikdən sonra magistr dərəcəsi ilə təhsilimi xaricdə dövlət hesabına davam etdirdim. Orada oxuduğum müddətdə boş durmadım. Müxtəlif kurslara, ixtisasımla bağlı yenilikləri öyrənmək üçün iş yerlərinə müraciət etdim. Bir neçə fermada müəyyən dövrlərdə işlədim. Ölkəyə qayıtdıqdan sonra bir müddət gözlədim ki, kimsə mənlə maraqlanacaq. Gözlədim gördüm heç kimdən səs çıxmır. Nəticədə özüm nazirliyə getdim. Dedim ki, tam sahəmi mənimsəyərək geri qayıtmışam və işləməyə hazıram. Məni Kənd Təsərrüfatı Nazirliyinə yönləndirdilər. Mən də həvəslə bütün diplomları, sertifikatları götürüb getdim nazirliyə. Uzun sözün qısası, məni qəbul edən şəxs heç əlimdə olan sənədlərə baxmadı. Dedi ki, gəl bizim kimi oturarsan burda, ayda da 200 manat maaşını alarsan. Həmin an yaşadığım xəyal qırıqlığını təsəvvür edə bilməzsiniz. O qədər əziyyət çək, bu sahədə yeniliklər etmək üçün yeni ideyalarla ölkəyə qayıt, sonda da desinlər ki, 9-dan 6-ya kimi robot kimi otur, maaş al".

Müsahibimiz deyir ki, hazırda özəl şirkətlərin birində menecer kimi fəaliyyətini davam etdirir. Aldığı maaşdan razı olmasa da, təklif olunan 200 manatdan daha yaxşı olduğunu bildirdi: "Öz ixtisasıma olan həvəsim təmiz başqaydı. Ancaq təkcə həvəslə olmur. Həm yeniliklərə açıq bir qurum olmalı, həm də maaş normal səviyyədə olmalıdır. Bunlar olmadıqda məcburən insan başqa sahəyə yönəlir. Halbuki, hazırda ölkənin ən ehtiyacı olan sahə kənd təsərrüfatıdır. Bu sahədə xarici təcrübəni tətbiq etməklə çox işlər görmək olar. Özü də mən təhsil alan ili Azərbaycandan çoxlu sayda  gənc sırf kənd təsərrüfatı üzrə təhsil üçün müraciət etmişdi. Yəni deməyim odur ki, kadr var. Sadəcə şərait yaratmaq lazımdır. Nəyə görə bir sahənin peşəkarları başqa sahədə çalışmalıdır? Bax, belə-belə biz mütəxəssislərimizi itiririk. Bunu tək öz ixtisasım üçün demirəm. Tanıdığım onlarla gənc var ki, öz sahəsini çox yaxşı bildiyi halda başqa sahədə çalışıb, həyatını davam etdirməyə məcburdur". 

Bəxtiyar Hacıyev: "Bu imkanlar bizdə yoxdursa, o zaman gənclərin xaricdə kadr kimi yetişməsi daha yaxşıdır"

Xaricdə təhsil üzrə mütəxəssis Bəxtiyar Hacıyevin fikrincə, xaricə təhsil üçün gedən gənclərin orda qalmasının elə də pis tərəfi yoxdur: "Sırf xaricdə təhsil dövlət proqramı dövlət tərəfindən maliyyələşib deyə, bir gənc orada qalıb kariyerasını qura bilərsə və ya yaxşı mütəxəssis kimi yetişə bilərsə, onu mütləq ölkəyə qaytarıb, dövlət işində çalışdırıb, səhər saat 9-dan axşam 6-ya kimi idarədə saxlamağın bir mənası yoxdur. Yəni ölkədə çox yaxşı imkanlar olsaydı, gənclərin qayıtması yaxşı olardı. Ancaq, bu imkanlar bizdə yoxdursa, o zaman gənclərin xaricdə kadr kimi yetişməsi və öz sahələrində peşəkar olması daha yaxşıdır. Xaricdə təhsil üzrə dövlət proqramının bir problemi var idi. Bu problem qəbul imtahanlarında da var. Qəbul imtahanlarında universitetlərə müxtəlif fakültələrə nə qədər mütəxəssis lazım olduğu haqda heç bir araşdırma aparılmadan qəbul planı hazırlanır. Yəni ki, hesablanmır ki, gələcək 5 ildə nə qədər hüquqşünas, nə qədər müəllim, nə qədər həkim lazımdır. Nəticədə də universiteti bitirən bir çox insan iş tapa bilmir. Əllərində diplom işsiz qalırlar. Eyni yanaşma xaricdə təhsil üzrə təhsil proqramında da var idi. Sadəcə prioritet ixtisaslar müəyyənləşdirilmişdi. Ancaq konkret olaraq müəyyənləşdirilməmişdi ki, məsələn, molekulyar biologiya üzrə biz neçə tələbəni xaricə göndərməliyik. Və onlar qayıdanda Azərbaycanda nə ilə məşğul olacaqlar".

B.Hacıyev bildirdi ki, bu əskikliyə görə bir çox insan xaricdə təhsil aldı və qayıdanda nə işlə məşğul olacağı bəlli olmadığına görə qayıdanların bir çoxu işsiz qaldı: "Bir hissəsi də başqa sahələrdə çalışdı. Yeni proqram işləndikdə bu nəzərə alınsa yaxşı olardı. Məsələn, riyaziyyat, texnologiya və mühəndislik üzrə 500 nəfər göndərilib xaricə təhsil almağa və 500 nəfər 2 il sonra qayıtdıqdan sonra Azərbaycanda bir mərkəzi idarə edəcəklər. Onların qayıdacaqları zaman nə işlə məşğul olduqları bilindiyi halda, tələbələrin qayıtması da rahat olacaq. Məsələn, Qazaxıstanın, Gürcüstanın proqramlarında bunun kimi şeylər var. Gürcüstanlı tələbələr artıq xarici ölkəyə gedəndə bilirlər ki, onlar qayıdanda hansı sahədə işləyəcəklər. Məsələn, Gürcüstandan bizdə Amerikada tələbə oxuyurdu. Onlar bilirdilər ki, hal-hazırda təhsil üzrə oxuyurlar. Ancaq məktəbəqədərki təhsilin təkmilləşdirilməsi ilə bağlı oxumalıdırlar. Onlar bütün enerjilərini sərf edirdilər ki, məktəbəqədərki təhsillə bağlı bilgilər əldə eləsinlər və qayıdandan sonra Gürcüstanda təhsil nazirliyində məktəbəqədərki təhsil üzrə departamentdə işləsinlər.Yəni onlar artıq göndəriləndə qayıdanda nə ilə məşğul olacaqları bəllidir".

Aysel İsgəndərli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]