Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Tekfen”dən ortaqlarına ziddiyyətli hesabat 

Bölmə :
Araşdırma
Yayım tarixi :
25/4/2016 [23:58]
Baxılıb :
1027 dəfə
Şirkətdə gəlirdə azaltmalar, xərclərdə şişirtmələr mənfəəti minimuma endirir

Dövlət Neft Şirkətinin (SOCAR) strukturu olan "Xəzərdənizqazmatikinti" Trestinin bazasında yaradılmış "Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının ümumi yığıncağında tərtib olunan sonuncu iclas protokolu qanunvericiliklə bir sıra ziddiyyətləri rəsmi şəkildə ortaya qoyur. Xatırladım ki, "CTS"-nin 51 faizlə səhm-nəzarət paketi sahibi (cəmiyyətin nizamnamə kapitalı 1,3 milyon manatdır) "Tekfen İnternational Finance & İnvestments S.A.", ASC-nin ikinci böyük səhmdarı "Caspian Ship Construction & Repair" adında naməlum şirkətdir. 
Payçısı olduğum ASC-nin yığıncağının protokolunun sonundan, yəni qərar hissəsindən başlayacam. Yazılır ki, "cəmiyyətin 2014-cü il üzrə yaranmış sərbəst mənfəətindən 83 000 manat məbləğ sosial fonda yönəldilsin. Yerdə qalan 1 654 617.50 manat isə səhmdarlara dividend şəklində ödənilsin. Sosial fonda ayrılmış məbləğdən də 2,50 manat kiçik səhmdarların dividendinə əlavə edilərək 5 manat hesablansın. Hesablanmış dividenddən Vergi Məcəlləsinə uyğun şəkildə vergi nəzərə alınsın". Yenə son cümlədən şərh etmək istəyirəm. Protokola vergi ödənişini salmaq nəyə lazımdır? Bəyəm ASC-də idarəetməni həyata keçirənlər bilmirlərmi ki, onsuz da dividenddən vergi ödənir? Bunu səhmdarlar belə bilir. Bu cümlə nəyə bənzəyir, bilirsiz? Sanki, deyirlər ki, sizə dividend verilir, onu mütləq almalısız. Səhmdar onsuz da bilir ki, verilən dividendi imza atıb, alacaq. Yəni protokola vergi sözünü salsalar da, salmasalar da o verginin ödənməli olduğunu hər kəs bilir. Əvvəlki heç bir protokolda belə bir cümlə yoxdur. Bu da bizim iradlardan çıxarılan nəticədir ki, artıq büdcəyə ödənişlərə ciddi baxırlar. Və bunu da protokolla "rəsmiləşdirirlər" ki, söz-söhbət olmasın. Təqdiredicidir ki, müəssisədə qanunlara əməl etməkdə bir təşəbbüs var. Yəni biz yazdıqca, onlar da yol verdikləri nöqsanları aradan qaldırırlar.

Burada üç ildən bəri eşitdiyim "sosial fond" məsələsi hələ də mənim məntiqimə sığmır və həllini də tapmamış problemlərdən biridir. Mülki Məcəllənin 106-1. maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ var. Səhmdara başqa cür ödəniş qanunvericiliklə nəzərdə tutulmur. MM-in 106-3. maddəsinə görə, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır, qanunvericilik və cəmiyyətin nizamnaməsilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi ümumi yığıncağın qərarı ilə qəbul edilir. Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. İmtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin pulun ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. "CTS"-də imtiyazlı səhm yoxdur, səhmdarların hamısı eyni hüquqla adi səhmlərə sahibdir. Barəsində söhbət gedən fond cəmiyyətin 18 may 2010-cu ildə yeni redaksiyada qəbul olunmuş nizamnaməsində də yoxdur, heç bir iclas protokolu ilə də yaranışı təsdiqlənmir. Yalnızca iclasların birində "Tekfen" nümayəndəsi Turqay Çabalar tərəfindən şifahi səslənib. Yuxarıda deyildiyi kimi, fondun yaradılması imtiyazlı səhmlər üçün nəzərdə tutulur. T.Çabaların "sosial fond" dediyi mənbəyə pul yönəltməsi qanunsuzdur. Xüsusilə də ora yönəldilən vəsaitin təzədən səhmlər üzrə dividend şəklində bölünməsi yolverilməzdir. Paket sahibi özünə çatacaq mənfəətdən 100 min manatı kiçik ortaqlara ayıra bilər? Ayırar. O halda da ayrıseçkiliyə yol verməməli, həmin pulu bütün səhmdarlara bərabər şəkildə bölməlidir, daha səhmlər üzrə dividend kimi yox. Üstəlik nə qədər gülməli olsa da, "sosial yardım"dan vergi də hesablayırlar.     

Gələk "Tekfen" nümayəndəsinin son verdiyi statistikaya. T.Çabalar dedi ki, "Tekfen"lə aylıq 197 500 dollar (illik 2 370 000 dollar) dəyərində icarə müqaviləsi bağlanıb, 3 illik layihənin dəyəri 7.1 milyon dollardan artıqdır. Kirayədə qalanların sayı 765 nəfərdir. Sayın 500-ə enəcəyi gözlənilir, onlardan da 3 milyon dollar civarında gəlir götürəcəyik. O, 2014-cü lin yarım illik iqtisadi göstəricilərini 2015-ci ilin cari dövrü ilə müqayisə edib, dedi ki, 6 ayda 3 406 669 manat gəlir əldə edilib, 1 milyon manat çıxar olub: "Gedərlər sabit durarkən, gəlirimiz 1.2 milyon manat artıb, karımız 2 376 000 manatdır. 6 ayda 124 32 manat cari xərclər və 475 264 manat mənfəət vergisi çıxılandan sonra təmiz mənfəətimiz 1 888 000 manatdır. Keçən il qazanılan 1 654 000 manata rəğmən bu ilin 6 ayında bu qədər təmiz mənfəət əldə etmişik. İlin sonuna rəqəm iki qatına çıxacaq. Gələn il hər səhmə düşən 10 manat dividend artıq cibimizdədir".

Dediyi rəqəmlər bir-birinə ziddiyyət təşkil edir. Əgər ilin ortasına qədər "CTS"-nin kampında kirayədə qalan "Tekfen" işçilərinin sayı 765 idisə və ilin qalan ikinci yarısında sayın 500-ə düşmə ehtimalı vardısa, biz kirayədə qalanları ortalama 650 nəfər götürək. Əvvəla, o halda Turqay bəyin dediyi kimi, kampda yeyib-içib, yatan hər kirayəçi üçün aylıq 600 dollar deyil, cəmi 303,8 dollar ödənir. Ya da il ərzində onun dediyi kimi 750 nəfər yox, 329 nəfər kampda qalır. Belə olan halda kirayəçilərin bir hissəsinin qeydiyyata alınmadığı istisna olunmur. Amma güman ki, cəmiyyətdə kamera sistemi var, istənilən halda sübut etmək çətin deyil. Bizim hesablamalarda aylıq 390 000, illik 4 680 000 dollar kirayə haqqı ödənməlidir. Yəni Çabaların dediyi kimi qazanc 3 milyon dollar civarında deyil, daha çox olmalıdır. ASC-də xidmətçi olaraq işləmiş Yasin deyirdi ki, hətta bəzən kampda qalanların sayı mini də keçirmiş. Biz bunu kənara qoyub, Çabaların söylədiyi fakta baxırıq. "CTS"-də icarə haqqı "Tekfen"dən dollarla alınır. Devalvasiyadan sonra bu, qazancımızı iki dəfə artırmalıdır. Hazırkı məzənnə ilə həmin vəsait 7 079 904 manat deməkdir. O halda şirkətin bizimlə üçillik yox, birillik müqaviləsi 7 milyon manat civarında olmalıdır. Yəni təkcə otaqların kirayə verilməsindən qazancımız bu qədərdir. Hələ "Tekfen İnşaat və Təsisat A.Ş.B.N" və "Azfen" BM-nin "CTS"-yə məxsus əmlak və Cənub Körpüsündə ödədiyi (əgər ödəyirlərsə-red.) vəsaiti nəzərə almıram. O zaman "Tekfen"in 3 illik müqaviləsindəki qiymət qüvvədən düşür. Əgər biz bir işçi üçün kirayə haqqını 7 200 dollardan danışmışıqsa, o zaman keçənilki və builki müqavilənin dəyəri 4 680 000 dollar olmalıdır. Bu isə qazancımızın ən az 3 dəfə artımı deməkdir. Çabalar deyirdi ki, "2014-cü ildə qazanılan 1 654 000 manata rəğmən 2015-ci ilin 6 ayında bu qədər təmiz mənfəət əldə etmişik. İlin sonuna rəqəm iki qatına çıxacaq. Hər səhmə düşən 10 manat dividend artıq cibimizdədir". Təbii ki, pulu dollarla qazanan türk iş adamı manatın ikinci devalvasiyasını proqnozlaşdırmırdı. Baxmayaraq ki, həmin 10 manatı da məhz devalvasiyanın hesabına hədəflədiyini yaxşı bilir. Səhmdarların rəqəmlərin təhlilinə getmədiyini anladığı üçün də istənilən halda onların rəğbətini qazanacağını düşünür. Amma türklər burada olan müəssisənin nizamnamə kapitalını artırmağı planlaşdırmırlar. Çabalar "CTS"-nin bazar dəyərinin 10 milyon manatdan aşağı olmadığını söyləmişdi. Lakin nizamnamə kapitalı 1,3 milyon manat civarında qalır. Keçən iclasda nizamnamə kapitalının artırılması təklif olunsa da, söz sahibi olan Çabalar söz haqqını kiçik payçılara verdi. Müəssisənin perspektivinə inanmayan bəzi səhmdarlar da pulu ASC-yə yatırmaqdansa nağd almağa üstünlük verdilər. Necə deyərlər, "soğan olsun, nağd olsun". Sabah müəssisənin taleyinin necə olacağını kimsə bilmir. Ona görə də səhmdarlar əksər müəssisələrlə bağlı strateji düşünmürlər.  
Qısası, bizim hesablamalardan belə görünür ki, bu il ödəniləcək dividend 10 manat da yox, devalvasiya və qənaət hesabına ən az 20 manat olmalıdır. Çabalar deyirdi ki, "cəmiyyət  artıq bir kamp (düşərgə) arenasına sahibdir. Verdiyimiz xidmət 5 ulduzlu hoteldən aşağı deyil - güvənlik, gözəl yataq, televizor, sinema-klub, soyuducu, kondisioner, telefon, internet, yemək, dincəlmək və s. var. Bir nəfər üçün günlük 20, aylıq 600 dollar pul alırıq. Yüksək dərəcəli mühəndislər, şef mövqeyində olanlar tək, mühəndisdən vəzifəcə aşağı formenlər iki nəfər, işçilər isə 4 nəfər bir otaqda qalır. Şəhərin prestijli yerində lüks şərtlərlə kirayə haqqı 3000 manat olar, biz 2400 dollar qazanırıq. Normal illik gəlirimiz 4 266 715 manatdır, 2013-cü ildəkinin iki qatı qədər". Bu, 2014-cü il üzrə olan hesabatdır. Üstündən iki il keçdiyinə görə gələn ilin qazancı da son hesabatın iki qatı olmalıdır. Müəssisənin qənaəti və gəlirini kənara qoyuruq, artım təkcə devalvasiyadan bu qədər olmalıdır. 
20 dollar məsələsinə də aydınlıq gətirim. Əvvəlki illər kirayəçilərin kampda gecələməsi üçün 12,50 dollar ödədikləri, 10 dollar da ayrıca gündə azından 2 dəfə yemək üçün verildiyi deyilirdi. Sonradan ödənişin 20 dollar olduğunu elan edib, kirayə haqqını ikiqat (əslində isə cəmi 7,50 dollar) artırdıqlarını söylədilər. Amma daha yemək hesabatı verilmədi. Türk ortaqlar azərbaycanlı səhmdarlarla məsləhətləşmədən yemək təchizatını özlərinin yerli bir şirkətinə həvalə ediblər. Bununla yanaşı, son hesabata əsasən cəmiyyətin Cənub Körpüsü ərazisində "Tekfen" şirkətinin elektrik enerjisinə görə olan 327 045 manat məbləğinin 214 516 manatı "Azfen"ə aiddir. Bu qədər elektrik enerjisi işlədən şirkətlər Cənub Körpüsündən bizə əhəmiyyətli ödəniş eləmirlər, sanki ASC onlara sayğac üçün lazımdır. Halbuki, cəmiyyətin aktivlərindən istifadə edirlər. Belə çıxır ki, bizim gəlirimiz yalnız mehmanxana xidmətindəndir. Bir halda ki, gəlirimiz iki dəfə artıb, keçən hesabatda istifadə edilməmiş mənfəət 1 737 943.91 manat idisə, rəqəmi ikiyə vursaq, bu, 3 475 887.82 manat edər. Onu da 661 847 səhm sayına bölsək, hər səhm üzrə 5,25 manat deməkdir. Baxaq görək, Çabalar 10 manatı bu dəfə hansı büdcədən ödəyəcək, yenədəmi olmayan "sosial fon"da arxalanacaq və uzun-uzun hesablamalar aparacaq, yoxsa birdəfəlik "Mustafa" deyəcək? Əslində maliyyə göstəriciləri, hesabatlar düzgün təqdim edilsə, onun minnəti olmadan da biz hər səhm üzrə 15 manat dividend götürə bilərik. Açıqlanan son maliyyə göstəriciləri bunu deməyə əsas verir... 

H.HƏMİDOVA  
Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]