Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Biz bir-birimizə yad toplumlar deyilik ki, sadəcə mədəni əlaqələrlə kifayətlənək?!”

“Biz bir-birimizə yad toplumlar deyilik ki, sadəcə mədəni əlaqələrlə kifayətlənək?!”
Bölmə :
KİVDF
Yayım tarixi :
23/4/2016 [10:49]
Baxılıb :
934 dəfə
Gürbüz Alqazax: “Bu gün Türk dünyasının ən isti münasibətlərə sahib olan iki ölkəsi Azərbaycan və Türkiyədir. Amma təəssüf ki, bu iki qardaş arasında belə, bəzi sıxıntılar hələ də aradan qalxmayıb”
“Həm Azərbaycandakı, həm də Türkiyədəki qardaşlar bir-birlərinin kürəyini yerə verməməli, aralarını pozmağa çalışan qüvvələrin niyyətlərini gözlərində qoymalı, bir-birlərini təmənnasız və qarşılıqsız sevməyi bacarmalıdırlar”

SSRİ-nin süqutundan bu yana türkdilli ölkələr arasında inteqrasiyanın əsas istiqamətləri əsasən ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr çərçivəsində daha qabarıq şəkildə mövcud olmuş və inkişaf edib. Ümumən Türk dövlətlərinin qarşılıqlı əlaqələri milli maraqlar konsepsiyasına və dövlətlərin suveren mövcudluqlarına əsaslandığından, sözügedən əlaqələr çoxtərəfli münasibətlər çərçivəsində daha intensiv şəkildə inkişaf edir. Hazırkı dönəmdə 6 Türk dövləti arasında ikitərəfli münasibətlər heç də bərabər xarakter daşımır. Bunun əsas səbəbləri isə dövlətlərin daxili və xarici ideoloji xarakterində, iqtisadi inkişafında, Türk dünyasının, eləcə də regionun taleyini həll edə biləcək məsələlərdə konsensusun olmamasındadır.

Çağdaş dövrdə türk xalqları arasında mənəvi birliyə ehtiyacın artması, bu yöndə müəyyən cəhdlərin gerçəkləşməsi yönündə addımların atılması təbii olaraq türkü sevməyən dövlətləri əndişələndirir. Gerçək budur ki, Türk Dünyasının mənəvi sınırlarını özümüz üçün bəlli etməkdən ötrü, ilk növbədə Türk Dünyasının fiziki sınırları, çoxsaylı türk qövmləri haqqında davamlı bilgilənməyimiz gərəklidir.
Bu gün türk xalqları arasında mənəvi birlik məsələsi yönündə aparılan müzakirələrin artması yaxşı cəhətdir. Anadolu türklərinin dövlətçiliyi digər türk xalqlarının dövlətçiliyi ilə müqayisədə daha zəngindir. Bu baxımdan müasir Türkiyənin üzərinə daha böyük məsuliyyət düşür. İlk növbədə dil birliyimizi təmin etməliyik. Türk xalqlarının bu sahədə tanınmış nümayəndələri ardıcıl olaraq bir yerə yığışmalı, müzakirələr aparılmalıdır. Bu müzakirələrdə dilçi alimlər, etnoqraflar, linqvistlər, tarixçilər konkret olaraq türk xalqlarının dil birliyini təmin etmək baxımından əlifba yaratmalıdır. 
Diqqət yetirilməli bir məsələ var ki, bura həm də müstəqilliyini əldə etməmiş, eləcə də azsaylı türk qövmləri bu müzakirələrə cəlb edilməlidir. Bu gün Anadolu türklərilə Azərbaycan türkləri bir-birlərini anlayırlar. Ancaq bu bir-birini anlama hələ istənilən səviyyədə deyil. Bir-birini anlama lüğətsiz-filansız səviyyəyə gəlib çıxmalıdır. Orta Asiyada yaşayan türk xalqlarının bu məsələlərdə bizimlə həmrəy olması yolları daha ciddi-cəhdlə axtarılıb tapılmalıdır. Ortaq türkcə türk dillərinin təməlində, mayasında yaradılası bir dildir. Bu, heç bir türk xalqına məcburiyyət bahasına başa gəlməməlidir. Gələcəkdə türk xalqları arasında siyasi, iqtisadi, mənəvi, hərbi, mədəni əlaqələrin daha yeni səviyyədə yaranıb bərqərar olması üçün bu yöndə mənəvi təməl prinsiplərimizi inkişaf etdirməliyik.

Beləliklə, bu və digər mövzular ətrafında "Bizim Yol"un bu dəfəki həmsöhbəti, əslən Azərbaycandan olan, hazırda Türkiyədə yaşayan Gürbüz Şıxlı Alqazaxdır. Məlumat üçün qeyd edək ki, Gürbüz Şıxlı Alqazax 1960-cı ildə Türkiyənin İqdır şəhərində dünyaya gəlib və hazırda həmin şəhərdə yaşayır. Su mühəndisidir. Babası Hasan Ağa Şıxlinski 1931-ci ildə Türkiyəyə mühacirət edib. Gürbüz bədii yaradıcılıqla da məşğul olur, şeir, hekayə və bədii-publisistik məqalələr yazır. Hasan ağa və Qiyas bəyin Türkiyədəki həyat və fəaliyyətlərindən bəhs edən "Qafqaz mücahidləri" adlı bədii-sənədli romanın müəllifidir.

- Tarixdə şanlı səhifələr açmış, böyük imperiyalar yaratmış türk milləti, yenə də tarixin amansız dəngələri səbəbindən, ayrı-ayrı hissələrə parçalanmağa məcbur olduq. Bu gün həmin hissələri birləşdirmək, yenidən vahid güc olmaq yolunda müəyyən cəhdlər göstərilsə də, hələlik lazımi nəticəni əldə etmək mümkün olmayıb. Bu mənada, hazırda türkdilli ölkələr arasındakı ilişkilərın səviyyəsi sizi qane edirmi?

- Doğrusu, bu gün türk dilində danışan, türk kimliyini daşıyan ölkələr arasındakı münasibətlərin səviyyəsi, əməkdaşlıq göstəricisi məni qane etmir. Nəinki məni, durumu düzgün dəyərləndirə bilən heç bir türk aydınını qane etmir. Birlik, bərabərlik, həmrəylik yolunda bir neçə dəfə cəhdlər edilsə də, sonradan proses dayandı və bu cəhdlərin ardı gəlmədi. 
Bu gün Türk dünyasının, ən isti münasibətlərə sahib olan iki ölkəsi Azərbaycan və Türkiyədir. Amma təəssüf ki, bu iki qardaş arasında da hələ də həllini tapmayan problemlər var. Siyasi baxımdan bəzi məsələlərin nəzərə alındığını başa düşürəm, lakin yenə də Azərbaycanla Türkiyə arasında viza rejiminin aradan qalxmamasını qəbul edə bilmirəm. 

- Türkiyədə Azərbaycanla bağlı hansı dərnəklər, təşkilatlar var və onlar nə kimi fəaliyyətlərlə məşğuldurlar?

- Hər iki ölkədə bir-birini təmsil edən dərnəklər, qurumlar var ki, onlar da mədəni əlaqələrdən o yana keçə bilmir. Halbuki, iki qardaş ölkə arasında intensiv müzakirələr, birgə elmi, siyasi, iqtisadi, sosial, mədəni əməkdaşlıqlar yaradılmalıdır. Əlbəttə ki, hər şey mədəniyyətdən, mədəni əlaqələrin yaranmasından başlayır. Amma biz bir-birimizə yad toplumlar deyilik ki?! Bir min illər boyu eyni qanı daşıyan, eyni dili danışan və eyni mədəniyyəti yaşadan millətik. Bizim əlaqələrimiz sadəcə mədəni səviyyə ilə bitməməlidir. Daha artığına qarşıya məqsəd qoymalı və ona çatmalıyıq.

- Ortaq türk dili, ortaq əlifba, ortaq ekomonik bazar yönündə Türkiyədə hansısa çalışmalar varmı?

- Varsa da, çox zəifdir. Xalqların həyatına, bu gününə və gələcəyinə təsir edə bilməyəcək qədər zəif. Türkdilli ölkələrdə kifayət qədər vətəniniz, millətini sevən, aydın zəkalı tarixçilər, filoloqlar, elm xadimləri var. Sadəcə onların işini koordinasiya etmək, təşkilatlanmaq, türk birliyi, ən azından vahid dil naminə çalışmalar sürətləndirilməlidir. Bunun üçün həm gücümüz, həm potensialımız, həm də xalqların arzusu və iradəsi var ortada. Bir zamanlar türk dövlətləri arasında vahid əlifbanın yaradılması, ortaq dilin formalaşdırılması ideyası gündəmə gəldi, hətta bu istiqamətdə müəyyən addımlar da atıldı. Hansısa birliklər yaradıldı, qərarlar qəbul olundu. Əfsuslar olsun ki, sonradan bu addımlar genişləndirilmək əvəzinə, zəiflədi. Bu günsə, az qala həmin fəaliyyətlər sıfıra enib. 

- Türkiyədəki Azərbaycan səfirliyi, yaxud konsulluqları ilə Azərbaycanla bağlı olan sivil toplum örgütlərinin işbirliyi varmı?

- Təbii ki, var. Onların fəaliyyətini görməzdən gəlmək də doğru deyil. Lakin biz daha çoxunu arzu edirik. Bir-birimizi daha yaxından tanıyana, sevənə, birlik içində olana qədər bu fəaliyyətlərin sürətləndirilməsini istəyirik. Başqa yolumuz yoxdur. Bunu həm dövlətləri təmsil edən rəsmi qurumlar, həm vətəndaş cəmiyyəti institutları özlərinə borc bilməlidir.

- Nəhayət, "Bir millət - iki dövlət" deyimini hazırda əməli olaraq görürsünüzmü?

- Türkiyədə hər kəs Azərbaycanı öz qardaşı, canı bir, qanı bir, dərdi bir, sevinci bir olan qardaşı kimi görür. Bu sevginin, münasibətin eynisini Azərbaycan xalqının əksər hissəsində də görürük. Lakin Azərbaycanda bəzi qüvvələrin anti-türk davranışları, bu qardaşlığa xələl gətirməyə çalışması bizi üzür. Onların sayı çox az olsa da, bəzən ortalığı bulandırmağı bacarırlar. Onlara "dur" deməyin zamanı çoxdan çatıb. Həm Azərbaycandakı, həm də Türkiyədəki qardaşlar bir-birilərinin kürəyini yerə verməməli, aralarını pozmağa çalışan qüvvələrin niyyətlərini gözlərində qoymalı, bir-birilərini təmənnasız və qarşılıqsız sevməyi bacarmalı, nəticədə böyük hədəflərə çatmaq yolunda bütün güclərini səfərbər etməlidirlər. Belə olmazsa, daxildə və xaricdəki anti-türk qüvvələr, türk düşmənləri bizə aman verməyəcəklər.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]