Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Səsin ekologiyası

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
23/4/2016 [10:36]
Baxılıb :
1021 dəfə
Yaxud niyə musiqimizdə təbəqələşmə getmir?

Bu saat beynində hansı musiqi səslənir? Şubertin "Serenada"sı, ya da Baxın "Ave Maria"sı... "Küçələrə su səpmişəm" də səslənə bilər, caz, rok, lap rep də. Bu sualın cavabında hamı həmin kəllənin sahibinin kimliyini önəmli sayacaq. Əslində, elə deyil. Bu dəqiqə beynində indicə girib çörək aldığın dükanda eşitdiyin musiqi, ya da yanından şütüyüb gedən maşından ətrafa yayılan melodiya səslənir. Bu musiqini bəyənməyə də bilərsən, ağzını büzüb gedər, ya da dava salıb onu yığışdırtdıra da bilərsən. Amma o, artıq beyninə hakimdi və bu məsələdə nəyisə dəyişməkdə biz acizik.

Meqapolis kakafoniyasında

Şəhər sakinləri olaraq biz ətrafımızın səsini demək olar eşitmirik. Böyük şəhərlərdə yaşayanlar səslənən fonu təbii norma kimi qavrayır. Əyalətdən gələn adam üçün şəhər ilk əvvəl uğuldayan nəhəng kimi görünür. Fərqi hiss eləməkçün şəhərdən uzaqlaşmaq bəs edir. Uğultulu kakafoniya (ahəngdən məhrum, qulağa yatımlı olmayan səslənmələr) çəkildikcə əvvəl rahatlıq gəlir. Sonra şəhər adamının qulaqları çəkilməyə başlayır. Çünki adətkarda olduğumuz səslənən fon həyatımızın bir parçasına çevrilib. Şəhərdə olanda bu fonu biz "qulaq ardına vururuq". "Səslənən fona biz fikir veririkmi, ya vermirik?", "Onun bizə təsir dərəcəsi nə qədərdir?" kimi suallara birmənalı cavab vermək olmur. Musiqi insanı göylərə pərvaz etdirə də, depressiyaya yuvarlada, hətta intihar həddinə çatdıra da bilər. Bunu qədim zamanlardan bilirdilər, hətta musiqi səsləri vasitəsilə müalicə üsulları da vardı və böyük uğurla tətbiq edilirdi. Amma səs terapiyası, səsin insana təsirinin miqyası barədə XX əsrin ikinci yarısından daha ciddi danışmağa başlayıblar. Musiqi və psixikanın əlaqələri müasir insan üçün böyük və mütləq həll edilməli olan problemlərdən biri sayılır. 

Musiqini təbabətdə anesteziya, keyləşdirici vasitə kimi işlədirlər. Rahatlanmaq üçün, stress atmaq üçün proqramlar da, əksinə tonus artırmaq, necə deyərlər istehsalat üçün xüsusi yazılan toplumlar da var. Pifaqor ruhi narahatlıq, təlaş, qorxu, kədər, hətta səfehlik və paxıllığı dərman hazırlayarkən müxtəlif maddələri qarışdıran kimi xüsusi qaydada seçilmiş melodiyalarla insana xeyirli duyğulara çevirə bilirdi. Bir ara mətbuatda lətifəyəbənzər məlumatlar da oxuyurduq: Çaykovski mədə xorasına, Bethoven qastritə kömək edir... Əgər eyni dərman müxtəlif adamlara fərqli təsir edirsə gözəgörünməz, təsvirəgəlməz substansiya olan musiqi hamıya eyni dərəcədə kömək edə bilərmi? "Biz özümüz hansı musiqini dinləməli, hansını yox?" sualına düzgün cavab verə bilərikmi? Əlbəttə, yaşlı nəsil xalq havaları, muğamları üstün sayır, cavanlarsa kimi caz, kimi rok, pop, estrada və s. bu tip "qaca"ların sevmədiyi musiqiyə üstünlük verir. İctimai nəqliyyatda qulaqcıqlardan süzülən musiqilərdən çıxara biləcəyimiz nəticələr cavanların xeyrinə olmur. Daha bir kateqoriya da var ki, onları nə cavanlar, nə də yaşlılar sevməz. Onlar bayağı musiqi dinləyər, hamının zövqünü korlayar və adətən keyfiyyətsiz musiqi dinləmələrindən xəbərləri olmaz.

Qulaq gözəgörünməz dünyanın darvazasıdır

İnsan doğulmamışdan əvvəl, ana bətnində musiqini eşitməyə başlayır və son nəfəsiylə bu ləzzətdən ayrılır. Eşitməyə cavabdeh beyin hüceyrələri dəriyə toxunmadan 10 min dəfə zəif səsləri ayıra bilir. Eşitmə qabiliyyəti bizə görmədən daha artıq emosional təsir verə bilir. Eşitmək, duymaq bizim can atdığımız, daim münasibət qurmaq istədiyimiz dünya ilə şəffaf əlaqələrimizdir. Musiqi bizə ritm, temp, melodiya, harmoniya, forma və səslənmə gücü ilə təsir edir. Ürək döyüntüsünün ritminə tabe insan nə qədər çalışsa da, dünyanı xaotik adlandıra bilməz, burda hər şey qaydaya və ritmə tabedir. Ritm insanları bir-birinə bağlamaq qüdrətinə də malikdir. Halayda, yallıda çiyin-çiyinə durmağın ləzzətini yaşayanlar Kainatda tək olmaları barədə lazımsız fikirləri yaxına buraxmır. Nizam rəmzi olan ritmin ləzzətini bircə həddən artıq qoyulmuş yüksəklikdə olan səs poza bilər. 

Bəşəriyyət kar olur 

Bəzən sükutu necə ürəkdən arzulayırsan... Axtarırsan, tapa bilmirsən, məyus olursan. Maşınların, insanların, məişət texnikasının səsi adamı lap dəli edə bilər. Amma imtina etmək mümkünsüzdü. Ona görə beyin sağ qalmaq naminə özünü eşitməməzliyə vurur. İstehsalçılar bundan istifadə edərək qulaqcıqların səsini artırır və insanı ətraf mühitdən ayıracağını vəd verir. Həkimlərsə narahatdı: "Bəşəriyyət karlaşır!" 

65 db səs gücündə biz etik, estetik baxışlarımızdan asılı olmayaraq musiqiyə reaksiya veririk. Bu gücdə ən sevimli mahnı da əsəbilik, yorğunluq gətirir. Ona görə də səsi həddən artıq qoyan toyxanaların musiqisi yorğunluq, əsəbilik, bəzən bədbinlik yaradır. Psixoloqlar deyir ki, həddən artıq səs gücüylə verilən ritmik musiqi fikir axınını dayandıra bilir. Amma insanlar belə halda bir-birinə deyil, yalnız ritmə qoşulur. Toylarda kütləvi rəqsetmə səhnələrini xatırlayaq. Oynayan o qədər aludə olur ki, yanındakını yıxada bilər və bunu heç hiss etməz də. Elə zamanda yaşayırıq ki, kütləvi tədbirlərdən şüurlu şəkildə imtina edib fərdiliyini qoruya bilənlər də toy işgəncələrindən qaça bilmir. 
185 db-də insanlar ölür 

Musiqi təhlükəli ola bilməz, onu təhlükəli edirlər. Keçən əsrin 80-ci illərində rok konsertlərdə kvadrafonik səsgücləndiricilər ilk dəfə tətbiq edilirdi. Xitrou hava limanında rok-konsertdə kolonkalar asılmış yerlərdə ağaca dırmaşmış fanatları bir saat keçmiş xəstəxanaya aparmaq lazım gəldi. Səsin gücü 110 db olduğundan əksəriyyəti trans vəziyyətinə düşmüşdü. Bəziləri ekstazda başını paslı dəmir darvazaya döyəcləyir və ağrı hiss etmirdilər. Müqayisə üçün deyək, start götürən səsdən sürətli qırıcı təyyarə 145 db səs çıxarır. 165 db-də heyvanlar, 185 db-də isə insanlar ölür. Rok konsertdə musiqi dayanandan xeyli keçmiş ekstaza düşmüş dinləyicilərə hissiyyat qayıdan kimi onlar ağrını duymağa başladı və bayıldılar. 

Psixoloqlar çıxış yolunu cəmiyyətdən təcrid olmaqda görmür. Çünki insan öz ritmini cəmiyyətə kökləyib harmoniya tapır. Amma bir qrup harmoniya tapmış insan əl-ələ, yaxud hansısa mənada çiyin-çiyinə dayanıbsa, dağı dağ üstə qoya bilər. Belə tip ünsiyyətdə hər kəsin səsi eşidilir, kütlədə olduğu kimi boğulub batmır. 

Öz havanı, öz sədanı tapa bilmək

Beyin o qədər mürəkkəb mexanizmdir ki, musiqi sədalarından riyazi düsturlar, nəticələr və emosiyalar çıxara bilir. Musiqi bizə başqalarının həyat təcrübəsini rahat yolla qavramağa imkan yaradır. "Musiqi bizi əbədiyyətin ən son sərhədinə qədər gətirib bir neçə an ərzində onun miqyasını anlamağa imkan verir" (Tomas Karleyl)

Keçən əsrin 60-cı illərində gənc aktyor Jerar Depardye Parisə gələndə nitq və yaddaşla balı problemləri vardı deyən həkimə müraciət edir. Alfred Tomatis adlı həkim ona qəribə resept yazır: "Mosart. Gündə iki dəfə qəbul etmək". 

Həmin bu resept sayəsində Jerar Depardye kəkələməyindən qurtuldu və fikrini auditoriyaya çatdırmaqda usta olan aktyorlardan biri oldu. XX əsrdə Mosart musiqisinə müalicə vasitəsi kimi baxmaq bir cərəyana çevrildi və bəstəkarın əsərləri yazılmış disklər əldən ələ gəzərək "Mosart effekti" adını aldı. Amma internetdən köçürülmüş zehni inkişafı vəd verən musiqi toplumları hamıya kömək etməyə də bilər. Əlbəttə, Mosart gözəl bəstəkardır, dünya musiqisi incilərindəndir. Amma o, almanca düşünür və almanca yazır. Almanca yazılmış musiqini dinləyənlərsə heç vaxt alman olmur. 

Musiqi veneqreti 

Bütün dünyada musiqi dinləyicilərinin dəqiq təbəqələşməsi gedib. Klassik musiqi həvəskarlarını rok konsertdə görməzsən. Pop musiqisi sevənləri zorla belə caz konsertə dartıb aparmaq mümkün deyil. Qonşu Türkiyədə də eləcə. İbrahim Tatlısəsin pərəstişkarını Suzən Aksunun konsertində görə bilməzsən. Əlbəttə, müğənnidən xalq boğazları gözləyən dinləyicinin operalardan ariyaları oxuyan vokalçının yaradıcılıq gecəsində nə işi var? Bu mənzərəni ölkə reallığı ilə müqayisə etsək tamam fərqli mənzərə görərik. Biz muğamı zümzümə edə-edə, xalq havasını mızıldaya-mızıldaya iş güc görüb, boş vaxtında bir ağız əcnəbi mahnı oxuyub, klassik musiqidən ləzzət alıb, cazdan pərvazlanıb, iş yolu radioda həm toyxana mahnısı, həm də estradanı rahatcana dinləyə bilən bir xalqıq. Toylarımız da eyni ssenari ilə gedir. Orda muğam da eşidərsən, aşıq havası da, balaban səsi də. Oynamalı da olacaq, ağlamalı da, üstəlik hava qaralanda cavanlarçün dingildəməli də. Bu ona görə baş verir ki, ev sahibi bütün qonaqları razı salmaq istəyir, hamının zövqünü oxşamalıdır. Cəmiyyətsə çox alabəzəkdir. Nəticəsi o olur ki hamı narazı gedir. Dövlət səviyyəli konsertlərdə də həmin mənzərədir. Konserti simfonik orkestr açır, Fidan Qasımova hansısa operadan ariya oxuyur, sonra Alim Qasımov səhnədə zikr eləyir, dalıyca  muğam triosu qısa dəsgah təqdim edir. Ola bilər ki, sonrakı nömrədə Sevda Ələkbərzadə muğam triosunun oxuduğu xalq mahnısının qol-qanadını cazvari sındırıb alqış da qazansın. Sonra Aygün Kazımova da ola bilər, Ədalət Şükürov da. Dinləyici hamını həvəslə  alqışlayır və bu qəti şəkildə riyakarlıq kimi qəbul edilməməlidi, tamaşaçı səmimidir. Biz uyuşmaz musiqi zövqlərini qarışdırmağımızla fəxr edən bir xalqıq. Musiqi veneqreti də çox ləzzətli olurmuş.

"Şu dağlarda kar olsaydım..."

Əgər aprelin 21-də Azərbaycan Milli Konservatoriyasında ozan Fəxrəddin Salimin səyi və çalışmaları sayəsində bir yaradıcılıq gecəsinin iştirakçısı olmasaydım bu yazının sonluğu mütləq başqa olacaqdı. Gecədə konservatoriya tələbələri ilahilər və türkülər çalıb oxudu. Sufi musiqisi, təsəvvüf ədəbiyyatı, xudmani zal, pilləkənlərdə oturmuş dinləyicilər, ləzzətdən yırğalanan tamaşaçı... 200 il buralardan iraq düşmüş musiqi sanki ürkək-ürkək geri qayıdırdı. Belə musiqiyə səsgücləndirici qoşmaq günahdı. Burda pianissimo (yəni lap astadan) hakimdi. Qulaqlarsa inanmaq istəmirdi, yəni musiqi belə ola bilərmiş?.. Özü də tərcüməyə qəti ehtiyacı olmayan, bütün Şərq dünyasının anladığı bir musiqi. Bu zalda kimsəni "Nə vaxtsa biz belə musiqi dinlərdik" deyib inandırmağa ehtiyac da olmadı. Hazırda bizim musiqi veneqretini norma qəbul edən xalq olaraq yaralı qəlbin iniltisini, ilahi eşq nurunu, sevgisini Vətənə şəhid vermiş qadının iztirablarını, işığı, ümidi, kədəri bu qədər dəqiq ötürə bilən musiqiyə ehtiyacımız var. Bunlar bizim menyuda yox idi. Titrəyişi çox aşağı desiballa ölçüləsi musiqilər demək ürəyə daha tez yol tapırmış.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]