Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycanın beynəlxalq aləmdəki uğurlu fəaliyyəti erməni diasporunun işinə zərbə vurdu”

“Azərbaycanın beynəlxalq aləmdəki uğurlu fəaliyyəti erməni diasporunun işinə zərbə vurdu”
Bölmə :
KİVDF
Yayım tarixi :
22/4/2016 [00:28]
Baxılıb :
1099 dəfə
Səməd Fərtaş: “Əgər dünya bizdən ciddiyyət, cəsarət, əzmkarlıq görəcəksə, bizim problemimizə də ciddi yanaşacaq. Əks halda, kimsə bizi saya salmaz və gözümüzün yaşına baxmaz”

Cari il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasına cavab olaraq, Azərbaycanın Hərbi Qüvvələri geniş əks-hücuma keçdi və nəticədə işğal altında olan bir sıra ərazilər azad olundu. Aprelin 5-də tərəflər arasında atəşkəs elan olundu və danışıqlara start verildi. 

Dörd günlük müharibə Azərbaycan ordusunun düşmən qarşısında üstünlüyünü göstərdi və məhz hərbi qüvvələrimizin gücü hesabına nəzərəçarpacaq irəliləyişlər əldə olundu. Azərbaycanın zəfəri həm də onu sübut etdi ki, ölkəmiz istənilən vaxt torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır və buna mane olan əsas amil düşmən ölkənin hərbi gücü deyil, digər dövlətlərin mümkün müdaxiləsidir.

Maraqlıdır ki, dörd günlük müharibə ərzində Ermənistanın gözləntilərinin əksinə olaraq, nə Qərb, nə Rusiya, nə də İran Azərbaycana qarşı sərt təpki göstərmədi. Doğrudur, Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil və artıq müqayisə olunmaz səviyyədə güclənib. Lakin güc faktoru belə hallarda heç də həlledici rola malik deyil. 

Bu və digər mövzular ətrafında "Bizim Yol"un suallarını, İsveç Azərbaycan Cəmiyyətinin rəhbərliyində təmsil olunan Səməd Fərtaş cavablandırır:

- Səməd bəy, Azərbaycanın 30 ilə yaxın davam edən haqlı davası, dünyanın əksər ölkələri, xüsusilə xristian dünyası tərəfindən   real dəstək görmürdü. Lakin Qarabağ cəbhəsində yaşanan son hadisələr, sanki bu sahədə mənzərəni dəyişdi. Demək olar ki, əksər dövlətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi prizmasından çıxış etdi. Nə baş verir?

- Təbii ki, Qarabağ cəbhəsindəki son hadisələrdə Azərbaycan ordusunun mühüm qələbəsi dəngələri dəyişdirdi. İndiyədək Avropa Birliyi, Amerika Birləşmiş Ştatları, ümumilikdə xristian dünyası, Dağlıq Qarabağ, habelə işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı ədalətli və kəsərli mövqe ortaya qoymayıb. Bunun ən önəmli səbəbi müsəlman, özəlliklə türk olmağımızla bağlıdır. Ermənistanın isə xristian olması, onun təcavüzkar, işğalçı dövlət olaraq təzyiqlərə məruz qalmasını əngəlləyib.

Təəssüflər olsun ki, dünyada demokratiya, insan haqları kimi dəyərlər birtərəfli qaydada işləyir. Yəni harada Qərbin marağına uyğundursa, bu prinsiplər əldə rəhbər tutulur, haralarda marağına uyğun deyilsə, ustalıqla gözardı edilir. Bu səbəbdən də, bizi haqlı olduğumuz halda, haqsız duruma gətirmək, zaman qazanmaq və güzəştlərə vadar etməklə, problemi Ermənistanın xeyrinə həll etməyə çalışılır.

Baxmayaraq ki, Azərbaycan daim sülh, danışıqlar yolunun tərəfdarı olub, mümkün olduğu qədər, müharibə variantını arxa plana keçirməyə çalışıb, yenə də bizim bu xoş niyyətimiz Qərb ölkələri tərəfindən düzgün qəbul olunmayıb. Nəhayət, Azərbaycanın məcburiyyət qarşısında güc yoluna ət atması, cəbhədə uğurlu hərbi əməliyyatlar keçirməsi, "sizin 22 ildə bacarmadığınızı biz 22 gündə həll edə bilərik" mesajını verməsi həmin qüvvələri, sanki silkələyib oyatdı və öz yanaşmalarına yenidən baxmağa məcbur etdi. Bunun ardınca Avropa və dünya mediasının, beynəlxalq ictimaiyyətin, həmçinin ATƏT-in Minsk Qrupunun fəallaşmasının şahidi olduq. 

Hesab edirəm ki, Azərbaycanın bu haqlı mövqeyinin daha da dəstəklənməsi, tərəfdarlarımızın sayının artması və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması üçün, qazandığımız üstünlükləri göz bəbəyi kimi qorumaq, habelə hərbi qüdrətimizi daha da artırmalıyıq. Yəni amerikalıların da dediyi kimi, "bir əlimizdə qoxu, digərində dəyənək tutmalıyıq". Bu fakt artıq sübut olunub ki, gücün varsa, hər kəs səsini eşidər, əks halda ağlayana baxan olmaz.

- Zaman-zaman böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyünü  tanıdıqlarını bildirsələr də, real dəstək hiss olunmurdu. Amma bu dəfə həm onların yanaşması dəyişmiş kimi görünürdü, həm də Azərbaycanın cəbhə bölgəsində qazandığı uğurlardan o qədər də narahatlıq ifadə etmirdilər. Gerçəkdənmi artıq dengələr bizdən yana dəyişir?

- Hazırkı məqamda dəngələr dəyişib, proses bizim xeyrimizədir. Lakin yuxarıda dediyim kimi, bu prosesin davamlı olması bizim əzmimizdən asılıdır. Adətən dünyada qanunlar top-tüfənglə yazılıb və bu reallıq günümüzlə də səsləşir. Romantik şüarlar, insansevərlik hayqırtıları bizə qalmayıb ki?! Bizi sevib-sevmədikləri onların öz işləridir, lakin haqqımıza sayğı ilə yanaşmaq, ərazi bütövlüyümüzə hörmət etmək birbaşa bizim məsələmizdir. Əgər bizdən ciddiyyət, cəsarət, əzmkarlıq görəcəklərsə, onlar da bizim problemimizə ciddiyyətlə yanaşacaqlar. Nəticədə işi oldu-bitdiyə buraxmamaq, birlik-bərabərlik içində olmaq, gücümüzü daha da artırmaq lazımdır. Əks halda, kimsə bizi saya salmaz və tapdayarlar.

- Bu dəfə informasiya savaşında da Ermənistana qalib gəldik. İstər ölkə daxilində ciddi həmrəylik yaşandı, istərsə də dünyanın müxtəlif ölkələrində haqlı savaşımıza dəstək nümayişləri baş qaldırdı. Bundan sonrakı prosesləri necə görürsünüz? 

- Torpaq məsələsi millətin hansısa bir kəsiminə deyil, bütün millətə, xalqa aid olan məsələdir. Və normal olaraq da, Qarabağ cəbhəsindəki son toqquşma, nəinki Azərbaycan Respublikası ərazisində yaşayan soydaşlarımızı, ümumilikdə bütün dünya azərbaycanlılarını, Türk dünyasını hərəkətə gətirdi. İşğal altındakı ərazilərimizin tək Dağlıq Qarabağla bitmədiyini, Cənubi Azərbaycanın da əsarətdə olduğunu nəzərə alaraq qeyd edim ki, sözügedən hadisələr Güneydəki milyonlarla azərbaycanlını da ayağa qaldırdı, oradan insanlar könüllü olaraq Qarabağa savaşmağa gəlməyə hazır olduqlarını bəyan etdilər. Bundan başqa, Kərkük türkmənləri işğalçıya qarşı döyüşməyə hər an hazır olduqlarını dilə gətirdilər.

Biz Cənubi Azərbaycan istiqlalçıları olaraq, işğal olan bütün torpaqlarımız, o cümlədən Qarabağ uğrunda döyüşə atılmağa hazır olduğumuzu hər zaman elan etmiş və bunu isbatlamaq üçün nə lazımdırsa, edə biləcəyimizi bildirmişik. Bu cür həmrəyliyin nəticəsidir ki, son Qarabağ hadisələrində, dünyanın ən müxtəlif ölkələrində yaşayan, şimallı-cənublu bütün azərbaycanlılar, bütün türk xalqlarının nümayəndələri eyni mövqedən çıxış etdilər, düşmənə qarşı birgə mübarizə aparmaq üçün ayağa qalxdılar. Bu, kortəbii hərəkat deyil, şüurlu həmrəylikdir, bizi birləşdirən Vətən sevgisi, millət sevdasıdır. Biz belə birlik, həmrəylik, güc nümayiş etdirdikcə, dünyada səsimiz-sözümüz eşidiləcək.

- Yuxarıda qeyd etdiyimiz kimi, dünyanın aparıcı ölkələrinin əvvəlki qədər Ermənistandan yana mövqe sərgiləməməsi, Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti ilə nə dərəcədə əlaqəlidir? 

- Bu gün dünyada lobbiçilik əhəmiyyətli faktordur, amma yetərli deyil. Bunu Azərbaycanın xarici siyasətindəki son nailiyyətlər, beynəlxalq təşkilatlar çərçivəsindəki uğurlu fəaliyyət də isbat etdi. Dünyadakı bütün mühüm toplantılarda ölkəmiz iştirak edib və etməkdədir. Və həmin mötəbər toplantılarda Azərbaycan hər zaman Dağlıq Qarabağ məsələsini gündəmə gətirir, erməni yalanlarını ifşa edir, haqlı mövqeyimizin qəbul olunmasına çalışır. Bu da Ermənistanın dünyadakı mövqeyini müdafiə edən erməni diasporunun, lobbisinin fəaliyyətinə zərbə vurur, onların öz məqsədlərinə çatmasına imkan vermir. Bu baxımdan, dövlətimizin beynəlxalq aləmdəki fəaliyyətini uğurlu hesab edirəm və davamlı olmasını arzulayıram.

- Ümumiyyətlə, aprelin əvvəllərində yaşanan bu hadisələr xaricdən necə görünürdü: həm xaricdə yaşayan soydaşlarımızın, həm də əcnəbilərin bu hadisələrə münasibəti necədi?

- Bu hadisələr xaricdəki azərbaycanlılara, o cümlədən bütün türk soydaşlarımıza qürur yaşatdı, sevinc bəxş etdi. Ümidləndik, torpaqlarımızın bütövlükdə azad olunacağına inamımız daha da gücləndi. Qərb ölkələrinin yürütdüyü anti-Azərbaycan təbliğatına baxmayaraq, Avropada yaşayan azərbaycanlılar dövlətimizə və ordumuza dəstək nümayiş etdirdilər. Azərbaycanda olduğu kimi, Avropa ölkələrində yaşayan həmvətənlərimiz də bir yumruq halında birləşib, vahid amalımız uğrunda sinəsini sipər etdilər. Bu gün də qulağımız səsdədir ki, ordumuzdan yeni zəfər xəbərləri eşidəcəyik və inşallah, bütün işğalda olan ərazilərimizin azad olunduğunu eşidəcəyik.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]