Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Ermənistan Rusiyanın "ayaqlarının altını qazır"" - Deputat

Bölmə :
Müsahibə
Yayım tarixi :
21/4/2016 [11:31]
Baxılıb :
7782 dəfə
«Müharibə caniləri kimi Ermənistan rəhbərləri, xüsusən Sarkisyan beynəlxalq tribunal qarşısında dayanmalıdır»

Dağlıq Qarabağda baş verən son proseslər, bundan sonra diplomatik alanda atılacaq addımlarla bağlı  "Bizim Yol" qəzetinin suallarını Milli Məclisin deputatı, professor Musa Qasımlı cavablandırıb. 

-  Musa müəllim, aprelin əvvəlində 4 günlük müharibədən sonra regionda hansı şərait yaranıb? Əvvəlki status-kvonun davam etdiyini söyləmək olarmı? 

- Bu hadisələrə qədər təcavüzkar Ermənistan özünü "qalib" kimi aparır, işğal etdiyi ərazilərin təbii sərvətlərini talayır, qanunsuz məskunlaşdırma  aparır, işğal etdiyi ərazilərdə kriminal, terrorçu qrupları hazırlayır, turizmi inkişaf etdirmək üçün bütün qanunsuzluqlara əl atırdı. Azərbaycan ordusu düşmənin təxribatına layiqli cavabı verib burnunu əzdikdən və strateji yüksəklikləri azad etdikdən sonra fərqli şərait yaranıb. İşğal edilmiş ərazilərdə Ermənistanın siyasəti təməldən iflasa uğradıldı. Ermənistanda böhran daha da dərinləşdi. İşğalçı Ermənistanın zəif olduğu bir daha sübut olundu. Sübut olundu ki, Ermənistan Azərbaycan ilə təkbətək üz-üzə qalsa, qısa müddətdə bu məsələ hərbi yolla həll olunar.  Bu hadisələr bir daha göstərdi ki, Azərbaycan öz torpaqlarının işğal altında qalması, status-kvo ilə qətiyyən barışmayacaq və ərazilərini işğaldan azad edəcəkdir. Azərbaycanın davranışı həm də Minsk Qrupu həmsədrlərinə bir mesaj oldu. 

- Rusiya və Türkiyə arasında gərginlik Cənubi Qafqazda atəşkəsin pozulması fonunda özünü biruzə verdimi? Hadisələrin bu yöndə dinamik inkisafı bu dövlətlərin tərəflərə açıq hərbi siyasi dəstək verməsinə gətirib çıxara bilərdimi?

- Ermənistan və xarici ölkələrdəki erməni diasporası daim Rusiya və Türkiyə arasında münasibətləri soyuqlaşdırmaq üçün səylər ediblər və indi də edirlər. Lakin hesab edirəm ki,  bu məsələ indi başlıca rol oynamadı.  Ermənistan bu təxribatı törətməklə Azərbaycanın yeni ərazilərini işğal  etmək və təmas xəttinə sülhməramlı adı altında məlum xarici qüvvəni yerləşdirməyə cəhd etmək niyyətini güdürdü.  Ermənistanın təxribatı Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı amerikalı rəsmilərin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərinə dair verdikləri bəyanatdan dərhal sonra oldu. Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün azacıq imkan yarandıqda rəsmi Yerevan belə addımlar atır. Hesab edirəm ki, dövlətlər ədaləti müdafiə etməlidirlər. İşğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan arasında fərq qoymalıdırlar. Təcavüzkarı şirnikləşdirmək olmaz. İşğalçını necə müdafiə etmək olar?  Ermənistan hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq beynəlxalq birliyin iradəsinə hörmətsizlik etmişdir. Yerevan layiq olduğu qiyməti almalıdır. Təcavüzkara qarşı sanksiyalar tətbiq edilməlidir. Təcavzükar ölkə  Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul edilmiş sərhədləri daxilində işğal etdiyi bütün torpaqlarından qeyd-şərtsiz, tezliklə və tamamilə çıxmalıdır.

- 4 günlük müharibəyə Obama reaksiya vermədi. Fransa prezidenti hər iki ölkənin dövlət başçısına zəng etməklə kifayətləndi. Amma Rusiya kifayət qədər fəal oldu. Atəşkəs də Moskvanın təşəbbüsü ilə imzalandı. Bununla Cənubi Qafqazdan dünyaya hansı mesajlar verildi?

- İşğalçı Ermənistanı müdafiə edən ölkə ilk növbədə öz nüfuzuna xələl gətirir, xalqı və dövlətinin mənfi imicini yaradır. Təcavüzkarı müdafiə etmək olarmı? Rusiyada müəyyən dairələr Cənubi Qafqazı özlərinin nüfuz dairəsi olaraq qəbul edirlər. Ermənistanın təcavüzkar siyasəti əslində Rusiyanın strateji maraqlarına zərbə vurur. Ermənistanın siyasəti Rusiya ətrafında düşmən ölkələr zolağı yaratmağa yönəlib. Bunu Rusiyanın müəyyən dairələrinin bildiyi qənaətindəyəm. Ermənistan öz siyasəti ilə Cənubi Qafqazda Rusiyanın "ayaqlarının altını qazır".

- Bundan sonra proseslər diplomatik sahədə hansı istiqamətdə cərəyan edəcək?  Azərbaycan döyüşlərdə qazandığı hərbi üstünlüyü danışıqlarda təzyiq vasitəsi kimi istifadə edə bilərmi?

- Diplomatiya gücə arxalanmalıdır. Son uğurlu əməliyyatlar dövlətimizin mövqelərini diplomatik sahədə daha da gücləndirdi. Ermənistan rüsvayçı vəziyyətə düşmək istəmirsə, işğal edilmiş Dağlıq Qarabağ regionundan və digər ərazilərdən çıxmalıdır. Azərbaycan dövləti Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həllinə daim sadiq olub, qan tökülməsini istəməyib. Son hadislər zamanı tökülən qanlar üçün bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Hesab edirəm ki, müharibə caniləri kimi Ermənistan rəhbərləri, xüsusən Sarkisyan beynəlxalq tribunal qarşısında dayanmalıdır.

- Bəzi rus ekspertləri bildirirlər ki, Rusiyanın təşəbbüsü ilə əvvəl 5 rayonun geri  qaytarılması, ardınca 2 rayonla bağlı müzakirələrin aparılması Ermənistanın iqtisadi blokadadan çıxarılmasını nəzərdə tutan sülh sazişi imzalana bilər. Azərbaycan buna gedə bilərmi? 

- Bu məsələlər yeni bir şey deyildir. Hələ 90-cı illərdə Vladimir Kazimirov bənzəri təklifləri bu və ya başqa formada  irəli sürmüşdü. Lakin həyata keçirtmək mümkün olmamışdı. Ermənistan ilk növbədə BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməli, işğal etdiyi əraziləri boşaltmalıdır. Yad ölkənin işğalçı əsgəri Azərbaycan ərazisindən çıxmalıdır. İşğal faktı aradan qaldırılmalıdır. Bunun müqabilində Azərbaycan qarşısına heç bir şərt qoyula bilməz. Qoyulsa belə, Azərbaycan tərəfinin onu qəbul edəcəyi inandırıcı deyildir. Çünki beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Yalnız bundan sonra digər məsələlər müzakirə edilə bilər. Azərbaycan heç bir ölkənin ərazisinə göz dikməyib, öz ərazisinin işğalına son qoymağa çalışır. Ermənistan təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirdikcə, cavabını alacaqdır.

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]