Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

"Uğurlu diplomatiya, bəhrəsini verməliydi”¦"

Bölmə :
KİVDF
Yayım tarixi :
20/4/2016 [11:10]
Baxılıb :
972 dəfə
Mübariz Göyüşlü: "Azərbaycan prezidentinin müəyyənləşdirdiyi doğru strategiya nəticəsində beynəlxalq təşkilatlar və bu təşkilatları formalaşdıran böyük dövlətlər öz davranışlarına yenidən baxmalı oldu"

"Bizim Yol"un bu dəfəki müsahibi "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlüdür. Onunla cəbhə bölgəsindəki son hadisələr, bu hadisələrdə xarici dövlətlərin Azərbaycanın haqlı mübarizəsinə dəstək verməsi və diplomatiyamızın uğurları mövzusunda həmsöhbət olduq.

- Mübariz bəy, cəbhədə aprel ayının ilk günlərində baş verənləri necə qiymətləndirirsiniz? 

- Mən sözlərimə son atışmalarda şəhid olmuş hərbçilərimizə və mülki əhaliyə Allahdan rəhmət diləməklə başlamaq istəyirəm. Azərbaycan insanı, xüsusən də hərbçilərimiz növbəti dəfə qəhrəmanlıq nümunəsi göstərdilər. Torpaq uğrunda öz şirin canlarından keçərək, o torpağın Vətən olduğunu, onu qorumaq üçün hər şeyə hazır olduğumuzu isbat etdilər. 

O ki qaldı sualınıza, hesab edirəm ki, bu, ermənilərin növbəti təxribatı idi. Onlar müntəzəm olaraq cəbhə boyunca atəşkəsi pozurlar, bizim ordumuzu təxribatlara çəkməyə çalışırlar, hər dəfə də cavablarını alırlar. Lakin bu dəfə ermənilər daha layiqli bir cavab aldılar. Azərbaycan ordusu onlara çox böyük tələfat yaşatdı, düşmənin müdafiə mövqelərini yara bildi, onun canına qorxu saldı, psixoloji üstünlük əldə etdi.
 
Neçə illərdir ki, ermənilər bizə qarşı ordularının üstünlüyündən dəm vurmaqla məşğuldurlar. Azərbaycan əsgəri bu sindromu sındırdı, hesab edirəm ki, bu, özlüyündə ciddi məqamdır. Düzdür, bu bizə də itkilər bahasına başa gəldi, neçə-neçə igid oğullarımızı itirdik, amma bizlər məhz onların sayəsində bu nəticəyə nail ola bildik, məhz onların mübarizliyi sayəsində düşmənin canına qorxu sala bildik. 

- Azad edilən ərazilərimiz haqqında nə deyə bilərsiniz? 

- Məlumat üçün bildirim ki, hərbi əməliyyatlar başlayandan sona çatana qədər mən yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına daha çox diqqət edirdim. O məlumatlara əsaslanıb demək olar ki, əldə etdiyimiz nəticələr çox önəmlidir. Strateji önəmi olan yüksəklikləri ələ keçirməyimiz özlüyündə mühüm məqamdır. Bu, ordumuza gələcəkdə cəbhə boyunca hərbi-psixoloji üstünlüyü əldə saxlamağa imkan verəcəkdir. 

- Ermənilərin döyüşdən sonrakı durumunu necə qiymətləndirirsiniz? 

- Bilirsiniz, erməni anaları gözəl başa düşürlər ki, başqasının torpağında oğullarının ölməsinin əhəmiyyəti yoxdur. Ona görə də siyasi rəhbərliyə qarşı etirazlarını bildirirlər, oğullarının bu döyüşlərdə iştirakını istəmirlər. Erməni cəmiyyəti ordusunun gücsüzlüyünün, siyasi rəhbərliyinin isə yarıtmazlığının şahidi oldu. Ordu cəbhənin yarılmasının qarşısını ala bilmədi, kifayət qədər ciddi itkilər verməyə məcbur oldu. Siyasi rəhbərlik isə beynəlxalq aləmdən və daxildən lazımi dəstək ala bilmədi. Yalnız Rusiyanı çıxmaq şərtilə. Əgər Rusiya daha bir neçə gün də bu hadisələrə seyirçi qalsaydı Azərbaycan ordusu işğal edilmiş torpaqlarımızı azad edəcəkdi. Bu isə erməniləri qorxudan və onlarda ümudsizlik yaradan ən ciddi faktorlardandır. 

- Millətimizin və dövlətimizin şəhidlərimizə və qazilərimizə olan münasibətini necə qiymətləndirirsiniz? 

- Son hadisələrdən sonra baş verənləri diqqətlə izlədikdə məndə belə bir təəssürat yarandı: Millət şəhidinə də, qazisinə də sahib çıxdı. Şəhid atası, anası isə "Vətən sağ olsun" deyərək dik duruşuyla nəinki erməniyə, hətta onun havadarlarına da meydan oxudu desəm yanlış olmaz. Millət bu hadisələr zamanı bütünləşdi, bütövləşdi, ordusuna dəstək oldu, şəhidinə hörmətini göstərdi, qazisini layiqincə dəyərləndirdi. İllərlə yetişdirdiyi övladını vətənin azadlığı uğrunda şəhid verən ata və analarımız böyük örnək göstərdilər. O anları gördükdən sonra düşünürsən ki, bəli, bu cür oğullar məhz belə ailələrdən çıxa bilərdilər. Mən onların qarşısında hörmətlə və ehtiramla baş əyirəm. 

- Onların adlarının əbədiləşdirilməsi və bu ailələrə qayğı göstərilməsi barədə nə deyə bilərsiniz? 

- Hazırda buna çox diqqət yetirmək lazımdır. Dövlət bu məsələdə ciddi addımlar atır. Hesab edirəm ki, bu istiqamətdə nə qədər iş görülsə, yenə də azdır. Onlar öz şirin canlarından keçdilər ki, bizlər bu gün sakitlik və rahatlıq içərisində yaşayaq. Bizlər də onların yadigarlarına, onları bizə bəxş edən ailələrə, valideynlərə ən yüksək diqqəti göstərməliyik, onlara sahib çıxmalıyıq. Onlar sınaqdan alnıaçıq çıxdılar və bizim də başımızı uca elədilər. Biz onlar üçün nə etsək azdır düşüncəsiylə iş görməliyik. Hesab edirəm ki, gənclərimizin və bütövlükdə vətəndaşlarımızın vətənpərvərlik ruhunda, millətçilik tərbiyəsində bu amil çox mühüm rol oynaya bilər. 

- Bu hadisələr zamanı, bəlkə də ilk dəfə olaraq, əksər xarici dövlətlər Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Bu cür qəfil dönüşün səbəbi nədir?

- Mən buna qəfil dönüş deməzdim. İllərdir, Azərbaycan diplomatiyası qarşıya qoyulan müqəddəs hədəf uğrunda mübarizə aparır. İstər ayrı-ayrı dövlətlər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıqlar, gec-tez öz bəhrəsini verməli idi. Verdi də. Bu, Azərbaycan diplomatiyasının uğurudur. 

Bəziləri indiyədək bizi hansısa uğursuzluqlarda ittiham etməyə çalışırdılar. Həm daxildə, həm də xaricdə ölkəmizin xarici siyasətinə, haqlı davasına kölgə salmağa çalışan qüvvələr var. Məhz son hadisələr və bu ərəfədə böyük dövlətlərin Azərbaycanın ədalətli mübarizəsini müdafiə etməsi həmin o qüvvələrə dərs oldu.

- Maraqlıdır ki, indiyədək ya Ermənistandan yana mövqe sərgiləyən, ən yaxşı halda isə, Azərbaycanın haqlı mücadiləsinə susqunluq göstərən beynəlxalq təşkilatların da budəfəki davranışı Ermənistanı məyus etdi. Biz gerçəkdənmi beynəlxalq təşkilatları haqlı olduğumuza inandıra bilmişik?

- Bilirsiniz, bəzən beynəlxalq təşkilatlar, xarici dövlətlər haqqında müəyyən miflər yaradılır. Az qala, onların robot olduqları, düşüncəsiz, qəlbsiz, ruhsuz varlıqları olmaları barədə fikirlər səslənir. Əsla elə deyil. Onlar da insandırlar. Sadəcə, onların illərlə beynini yanlış fikirlərlə, utopiyalarla doldurublar. Və Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi doğru strategiya, bunun nəticəsində yeridilən ünvanlı xarici siyasət fəaliyyəti, diplomatlarımızın, diaspor nümayəndələrimizin çabaları bu mifi dağıda bildi. Həmin beynəlxalq təşkilatlar, bu təşkilatları formalaşdıran böyük dövlətlər öz davranışlarına yenidən baxmalı oldu.

- Bu hadisələrdə, xüsusilə müsəlman ölkələrinin - Türkiyənin, Pakistanın, hətta İranın münasibəti bizi çox sevindirdi. İslam dünyasının bu qədər çevik və cəsur davranışını gözləyirdinizmi?

- Türkiyə bizim əzəli və əbədi qardaşımızdır. Bütün acılı-şirinli günlərimizdə, sıxıntılı və sevincli anlarımızda türkiyəli qardaşlarımız yanımızda olublar. Türkiyənin fərqli münasibət sərgiləyəcəyini, yaxud bizim davamıza laqeyd qalacağını düşünməyin özü belə, haqsızlıq olar. Ermənistanın blokada şəraitində olmasında, regional layihələrdən kənarda qalmasında, acınacaqlı duruma düşməsində, Azərbaycan qədər Türkiyənin də rolu var.

Pakistana gəlincə, Azərbaycanın haqlı davasını dəstəkləyən, daim yanımızda olan, bütün gücü ilə müdafiəmizə qalxan Pakistan başqa cür də davrana bilməzdi. Bu ölkə Türkiyədən sonra müstəqilliyimizi tanıyan ikinci ölkə olub. Həm Qarabağda qızğın döyüşlər gedən zaman, həm beynəlxalq təşkilatlar çərçivəsindəki mübarizəmizdə Pakistanın dəstəyini hiss etmişik. Qısası, bu böyük müsəlman dövlətindən də fərqli mövqe gözləmək sadəlövhlük olardı.

O ki qaldı İrana”¦ İran tarixi qonşumuz olsa da, zaman-zaman Azərbaycana, türk dünyasına qısqanc mövqeyi ilə seçilib. Bunun müxtəlif səbəbləri olsa da, ən önəmli səbəblərdən biri (bəlkə də birincisi), qonşuluğunda ikinci bir türk dövlətini görmək istəməməsidir. Lakin tarix və reallıq öz sözünü deyir. İran hakimiyyəti bu hadisələrdə Cənubi Azərbaycandan olan soydaşlarımızın ayaqlanmasını, Qarabağ uğrunda canlarını ortaya qoymaq istəmələrini və bu proses uzanarsa, öz əhalisinin istəkləri qarşısında tab gətirə bilməyəcəyini anladı. Yəni İrandakı 35 milyonluq azərbaycanlının əzmi və Azərbaycan dövlətinin nüfuzu rəsmi Tehranı ədalətli mövqe ortaya qoymağa vadar etdi.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]