Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ana məhəbbəti, Vətən Sevgisi

Bölmə :
Köşə
Yazar :
Nemət Məmmədli
Təqdimat :
Lütfi-Zadə adına BMEA-nın həqiqi üzvü
Yayım tarixi :
19/4/2016 [00:55]
Baxılıb :
2275 dəfə

Analar övladlarını əsasən  fövqəl-təbii  duyğulara aid edilən instinktlə sevir, əzizləyir, qoruyurlar. Yorulmadan ciyər-parələrini ərsiyyə çatdırmaq istəyirlər. İnstinktlə gələn nə varsa, hamısı duyğulu hissiyyata aid edilir. Yəni burada nəsə fərqli, möcüzəli bir şey axtarmaq elmin indiki səviyyəsində mümkünsüz bir məşğuliyyətdir. Lakin ana məhəbbətinin sağlam təfəkkürdən gələn tərəfi də danılmazdır. Mənə görə, bizim anamız düşüncəsinin dərinliyi ilə fərqlənirdi. Mən onu həmişə oxuyan görmüşəm. Sabirin, Abdulla Şaiqin, Abbas Səhhətin, Əhməd Cavadın şeirlərini əzbər bilirdi. Boş vaxtı olan kimi bizi başına yığıb müxtəlif kitablar oxuyardı. Onun oxuduğu son kitab Sabir Rüstəmxanlının 1989-cu ildə çap olunmuş "Ömür kitabı" oldu. Mənə hey deyirdi, o kitabı al, oxuyum, Allahın işini bilmək olmaz. Vətən və təbiət haqda mahnıları çox sevirdi. İncə səsi ilə şirin-şirin oxuyanda ürəyim sanki rahatlıq tapırdı, sevinirdim.

Mən indi anlayıram ki, bizə onu bir az da daha çox sevdirən onun Allaha olan böyük məhəbbəti idi. Bizim uşaqlıq dövrümüz II Dünya müharibəsi illərində, Biləsuvar kəndində, qəribçilikdə keçib. Ən ağır məqamlarda o, ürəkdən Allaha yalvarmağı bacarırdı. Onun Allahdan nəyisə istəməsi bizi ümidli edir, əhvalımız düzəlir, könlümüz açılırdı. Həm də heç vaxt Allaha təvəkkül deyib işdən soyumazdı. Gördüyü işlərin hamısını həvəslə yerinə yetirərdi. Mən IV sinifdə oxuyanda o mənə, yəqin ki, hamının bildiyi bir məzəli rəvayəti danışdı, indiyə kimi səsi qulağımdadır. Dedi ki, "Bir dəfə Süleyman Peyğəmbər bütün quşları yanına çağırıb deyir: "Gedin, hansınızın balası ən gözəldirsə, onu mənim yanıma gətirin". Çox keçmir, qarğa öz balasını hamıdan əvvəl gətirib gəlir. Qarğaların balaları çox kifir, çirkli və eybəcər olur, qarıltıları da dünyanı götürür. Lakin hər kəsin balası özü üçün şirindir, gözəldir və ondan yoxdur. Sonra mənə dedi ki, ay oğul, elə elə ki, hamı üçün yaxşı olasan, tək mənim üçün yox. Bunun üçün çalışmaq və ətrafdakılara qayğı göstərmək lazımdır. Bax, mən səni çox istəyirəm, istəyirəm ətrafdakılar da səni çox istəsin. Onun üçün yaxşı oxumaq və hərtərəfli insan olmaq lazımdır." İndi başa düşürəm ki, yəqin, müəllimim məndən narazılıq edibmiş. Bu, onun mənə acıqlanmağı imiş. Bütün bunlar bizim milli xüsusiyyətlərimizdən irəli gəlir. Yazmaq vərdişi olmayanlar və ya sadəcə yazmağı bacarmayanlar, birmənalı olaraq, istənilən yazıya mütləq qulp qoyurlar. Çox danışandan sonra deyirlər, nə olsun? Hamının anası anadır və hamı yaza bilər. Bəli, mən istəyirəm hamı anası haqda yazsın. Bundan da şərəfli məşğuliyyət ola bilərmi? Mən anam haqda nəinki yazanda, hətta düşünəndə də yüngülləşirəm. Sanki onunla söhbət edirəm. Bəzən mən onu real hiss edirəm. Elə bilirəm, bu saat düşündüklərimə cavab verəcək. Bəzən, xüsusilə də kədərli vaxtlarımda, kimsə xətrimə dəyəndə anamla söhbətləşirəm. Atam anama "malakeş" deyərdi. Çünki anam istəməzdi ki, kimsə kiminləsə tərsləşsin, davaya çıxsın. Qeybətdən zəhləsi gedərdi. Atam deyərdi, səninçün hamı yaxşıdır. Anam da deyərdi "Bəli, hamı özü üçün yaxşıdır və hamının özünə görə istəyi var. Həmişə özünüzü qoyun dalıyca danışdığınız adamın yerinə." Anam deyərdi, hər bir nəslin yaşlıları müstəqil fikirli cavanları tənqid edir, onları bəyənmirlər. Müstəqil fikirliləri alaq otu kimi dənləsək, gözümçıxdıya salsaq, nəsil zəifləyər, cırlaşar. Onlara qayğı göstərmək, qulaq asmaq lazımdır. Cavanlar, xüsusilə də diribaş, bacarıqlı cavanlar bizim gələcəyimizdir.

Bütün bu yazdıqlarım normal insanların psixoloji münasibətlərinə aiddir. Normal insanların arasında incimə, qəlbin üşüməsi, nəm çəkməsi və s. kimi incə duyğular durur. Lakin çox heyf ki, necə deyərlər, "dünya xali deyil." Dünyada savaş əhval-ruhiyyəli, yırtıcı xislətli insanlar da az deyil. Apreldəki 4 günlük Qarabağ müharibəsi ən iradəli, təmkinli, sakit, ağır insanları da özündən çıxartdı. Ermənilərin və ermənipərəstlərin hadisələrin gedişinə verdikləri kommentarilər ağlasığmazdır, böhtandır. İnsanları, xüsusilə də, azərbaycanlıları qəzəbləndirən odur ki, dünya ictimaiyyətinin daxilindəki kələ-kötür, qeyri-insani fikirləri heç cürə onların qafasından çıxarmaq olmur. Biz özümüz, övladlarımız xarici dil öyrənib dünya xalqlarına mümkün qədər real hadisələrin gedişini çatdırmaq istəyirik. Guya istəyirik dünyaya anladaq ki, "yalan ayaq açar, amma yeriməz." Dünya isə "ermənilər qara qarğanın balalarıdır, kifirdir, eybəcərdir, yalançıdır və yalançı olmaqları ilə də dünyaya lazımdır" deyir. 

Gözlərimdə problem olduğundan həkimlər mənə kompüterlə məşğul olmağı qadağan ediblər. İndi evdə mənə çox lazım olanda V sinifdə oxuyan nəvəm kömək edir. "Hürriyyət" qəzetinin 31 mart 2016-cı il tarixli nömrəsində professor Bəhmən Sultanlının "Biz ermənilərlə dostluq edə bilərikmi?" məqaləsi dərc olunub. Nəvəmdən xahiş etdim ki, internet səhifəsini açıb məqaləni mənə oxusun. Çox kədərli faktlar əsasında yazılmış dəyərli məqalədir. Faktlar ermənilərin yazdıqları kitablardan götürülüb. İxtisasca həkim olan Zori Balayan "Ruhun səsi" kitabının bir yerində yazır: "Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi." Məqalənin bu yerinə çatanda nəvəm dayandı, gördüm uşaq özündə deyil. O, dedi: "Baba, gəl oxumayaq, oxuya bilmirəm, qorxuram." Mən də qəhərlənmişdim. Xeyli dayanıb durdum. Özümü itirmişdim. Söz tapa bilmirdim. Nəhayət, özümü toplayıb, "ağıllı balam, qorxmaq lazım deyil, Balayan bu sözləri bizim üçün yazıb. Ermənilər belə və bundan da əzazil işləri bizim babalarımızın, nənələrimizin başına gətirəndə heç Balayan yox idi. Bizim xroniki xəstə düşmənlərimiz var. Biz bütün bunları bilməliyik," dedim. Nəvəm oxumağa davam etdi: 
"Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik.

Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək...".

Daha bir erməni müəllif, hazırda Livanda yaşayan yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" adlı kitabında xatırlayır. Kitabın 19-76-cı səhifələrində müəllif Xocalı soyqırımından yazır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündən getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi və mən beləcə 1200 meyitin üstündən keçdim... Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türkün) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi..."

İnsanlar adətən, pis əməl sahiblərinə, əsasən qatillərə işgəncə verirlər ki, göz olsun, başqaları da pis əməllərdən əl çəksinlər. Ermənilər isə insanlara milli mənsubiyyətinə görə cəza verir, qeyri-insani vəhşiliklər törədirlər. Bunlar başqa-başqa işlərdir. Bu münasibət sivil dünyanın heç bir yerində yoxdur. Vaxtilə, Hitler Almaniyasında da II Dünya müharibəsi illərində alman faşistləri belə müsibətləri yəhudilərin başına gətirirdilər. Bütün dünya yəhudilərin genosidini lənətlədi və dünya məhkəməsi çoxlu sayda genosidi təşkil edənləri ömürlük məhkum etdi. Afrika cəngəlliklərində də qonşu qəbilələr imkan olanda bir-birlərinin itən, azan nümayəndələrini tutub yeyirlər. Cəngəllikdə yaşayanlar cəngəllik qanunları, yəni "kim güclüdür, o haqlıdır" prinsipiylə yaşayırlar. Onlar ali insanlardan fərqlənirlər. Orada ancaq instinkt işləyir. Biz ağıllı, kamil cəmiyyətlərdən danışırıq. Ermənilər həyat tərzləri və başqa millətlərə olan münasibətləri ilə özlərini məhv edirlər. Son vaxtlar yəqin etmişəm ki, yalnız ermənilərə məxsus qana susamaq məhz onların vətənsizlikləri ilə əlaqədardır. Onların tarixdən gələn özlərinə məxsus dəyərləri olmadığından sonsuz insanlar kimi kimsəsiz görünürlər, itirməli bir şeyləri yoxdur.

Mənə elə gəlir, bizim istənilən çıxılmaz vəziyyətdən bacarıqla çıxmağımız, məhz geo-siyasi durumumuzdan irəli gəlir. Heç bir xalqın adam başına düşən mütəfəkkirlərinin sayı bizimki qədər deyil. Bizim beynimiz özünümüdafiə rejimində çalışır. İnsan qabaqcadan biləndə ki, nişanə  altındadır, müdafiə rejiminə, ehtiyat vəziyyətinə keçir, özünümüdafiə sindromu çox aktiv haldır, insanı daha ritmik çalışmağa məcbur edir.    

Azərbaycanlıların əksəriyyəti azərbaycanlılığın məsuliyyətini dərk edir. Bu, məni sevindirir. Dörd günlük müharibə bizə çox şeyi öyrətdi. Millət bütün əzəməti ilə bir bayraq kimi dalğalandı. Dörd gündə biz əsrə bərabər hadisələrin şahidi olduq. Dostlarımızı və düşmənlərimizi bir daha imtahandan keçirdik. Yer mənim (erməni) deyənlər, onlara ərmağan edilmiş torpaqlarda bu ağılla, bu qeyri-insani münasibətlərlə qala bilməzlər. Tarix boyu onların qonşularına etdikləri zülm və sitəm əlbəttə, yerdə qalmaz. Bütün təşkilatlar barış məqsədilə prezidentlərin görüşlərini tövsiyə edir. Onların prezidentlərinin əlləri qanlıdır. O, Xocalı qırğını ilə öyünür və fəxr edir. Elə bir şəxslə bizim prezidentin görüşməsi düzgün deyil. Əgər normal təfəkkürlü bir erməni varsa, gəlsin görüşsün. Onların prezidenti özü bizdən yaxşı bilir, nələr törədib və onu haqq-ədalət məhkəməsi gözləyir. Ömrü boyu düşmənçilik əkən bir kəslə dialoq qurmaq olmaz və lazım da deyil. İndiki status - kvonun dəyişməsi birbaşa Sarkisyanla Koçaryanın və onların əhatəsinin məhvi deməkdir. Mənim üçün çox maraqlıdır, görəsən, erməni liderlərinin anaları hansı mühitdə belə "tərbiyəli" övladlar yetişdiriblər? Hansı millət belə oğullarla fəxr edə bilər? Belə analarla belə övladlar nəinki, bir milləti, hətta, bütövlükdə planeti məhvə sürükləyər, armageddon (qiyamət) yaranar. Hansı ana verən tərbiyə belə övlad yetişdirər? Ermənilərin vəhşilikləri onların əsilsizliyindən və vətənsizliyindən xəbər verir. 

Mən bilərəkdən söhbəti ana məhəbbəti ilə başladım. Demək istəyirəm ki, analar övladlarını körpə vaxtından qayğı və məhəbbətlə əhatə etməlidirlər. Həmin qayğı övlad böyüdükcə böyüyür və insanı bütün canlılardan fərqləndirir. Həm də son nəticədə ana məhəbbəti Vətən sevgisinə çevrilir. Anasına biganə olanlar heç vaxt Vətəni sevə bilməzlər. Vətən qayğısı çəkən insan isə ictimai dəyərli insandır, özü artıq işıq mənbəyidir və ətrafına nur saçır. Sevimli xalq şairimiz, rəhmətlik Bəxtiyar Vahabzadə ikinci müstəqilliyimizin başlanğıcında qonşularımız üstümüzə qısqırdılanda and yeri axtarırdı. İndi var! Şəhidlər xiyabanımız da var, ruhuna and içiləsi şəhidlərimiz də!

Mən böyük iftixarla şəhidlərimizin ruhuna and içib deyirəm: İllərlə gərilmiş kaman açıldı. Vətən həsrətiylə alışıb yanan millət ən gözlənilməz və ən rəşadətli döyüşə hazırdır! Əgər biz yenə ləngisək, yaralanmış, azğınlaşmış Xaçatur hamımızı divara mismarlayacaq. Xaçaturun divara mismarladığı 13 yaşlı qız uşağı ilə bizim heç bir fərqimiz yoxdur. Hamımız onun kimi müsəlmanıq. Tam və qəti qələbənin yolu özümüzə qayıtmağımızdan və barışdan keçir!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]