Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Müvəqqəti atəşkəs nə qədər çəkəcək?

Müvəqqəti atəşkəs nə qədər çəkəcək?
Bölmə :
Araşdırma
Yayım tarixi :
19/4/2016 [00:46]
Baxılıb :
dəfə
Ermənistan “Formula-1” yarışları ərəfəsində cəbhə bölgəsində təxribat yaratmağa çalışa bilər
İrəvanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmağa məcbur etmək lazımdır

Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəsin uzun müddət davam edəcəyini söyləmək problematikdir. Çünki Rusiya işğal faktına son qoymağa hazır deyil. Azərbaycan və Ermənistan prezidentlərinin nə vaxt və hansı ölkənin vasitəçiliyi ilə görüşəcəyi isə məlum deyil. Böyük ehtimalla bu görüş yenə Rusiya ərazisində keçiriləcək. Ancaq Moskva hələ ki, gözləmə mövqeyindədir.

Rusiya prezidenti Vladimir Putin aprelin 14-də canlı yayımda ictimaiyyətin suallarına cavab verdi. Suallardan biri Dağlıq Qarabağla bağlı idi. Putin mövzuyla bağlı iki maraqlı fikir bildirdi.
Birinci fikir: "Rusiya vasitəçi olaraq Azərbaycanla Ermənistanı barışdırmağa yaxın idi. Ancaq alınmadı". Böyük ehtimalla Putin 2011-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən prezidentlərin görüşünü nəzərdə tutur. Həmin görüşün yekunu olaraq "Kazan prinsipləri" hazırlandı. Bu prinsiplər "Madrid planı"na yaxın idi. Yəni ilkin mərhələdə işğal altındakı 5 rayon boşaldılmalı, bir neçə il sonra isə Kəlbəcər və Laçın rayonları azad olunmalı idi, qaçqınlar geri qaytarılmalı idi. Ancaq "Kazan prinsipləri"nin ən təhlükəli maddəsi Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ilə bağlı idi.

İkinci fikir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək üçün hər şey edəcək". Putinin bu sözlərindən çıxan nəticə odur ki, Kreml münaqişənin həlli məqsədilə təkbaşına vasitəçiliyini davam etdirəcək. Ancaq Moskvanın hələ konkret təklifləri yoxdur. Kreml üçün bu gün başlıca vəzifə müharibənin başlamasına imkan verməməkdir.

Bütün hallarda Rusiya Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasında və müharibə yoluyla işğal altındakı torpaqları azad etməsində maraqlı deyil. Rəsmi Bakı isə Kremlin münaqişənin həlliylə bağlı təkliflərini yerinə yetirməyəcək. Kremlin iki təklifi var:

Birinci təklif odur ki, 5 rayonun azad olunmasıyla paralel olaraq Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir.

İkinci təklif isə odur ki, Rusiyanın sülhməramlı qüvvələri Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirilməlidir.

Bölgədə toqquşmalar yenə davam edəcək. Rusiya hərbi toqquşmaların qarşısını ala bilməyəcək. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin itkisini artırmağa çalışacaq. Rəsmi Bakı bu yolla Ermənistan hakimiyyətinə təzyiqi artırmağı planlaşdırır.

Eyni zamanda Ermənistan hakimiyyəti Bakıda iyun ayında keçiriləcək "Formula-1" yarışları ərəfəsində cəbhə bölgəsində təxribat yaratmağa çalışa bilər. Yəni iyun ayında cəbhə bölgəsində atəşkəsin pozulması intensiv hal ala bilər.

Rəsmi Bakı elə diplomatik addımlar atmalıdır ki, Rusiya təkbaşına vasitəçi olmasın. Ancaq bu yalnız rəsmi Bakının istəyindən asılı deyil. ATƏT-in Minsk Qrupunun digər iki həmsədri - Fransa və ABŞ-ın münaqişənin həlli prosesində - danışıqlarda fəallaşmalarına ehtiyac var. Fransa prezidenti 2-6 aprel tarixlərində cəbhə bölgəsindəki vəziyyətlə bağlı açıqlama verdi. ABŞ prezidenti Barak Obama isə heç bir reaksiya vermədi. Vaşinqtonun bu passivliyi Moskvanın maraqlarına cavab verir. Kreml Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllindəki passivliyindən istifadə edərək Azərbaycandakı mövqelərini gücləndirməyə çalışır. Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllini amerikalı və ya avropalı rəsmilərlə deyil, telefonla Qazaxıstan prezidenti ilə müzakirə etdi. Bu o deməkdir ki, Putin Qarabağ mövzusunu qərbli rəsmilərlə müzakirə etməyə ehtiyac görmür. Putinin bu siyasəti Qərbin Cənubi Qafqazdakı maraqlarının sıxışdırılmasına hesablanıb.

Rusiyalı rəsmilər deyirlər ki, müharibə problemi həll etməyəcək, danışıqları davam etdirmək lazımdır. Ancaq Azərbaycan 22 ildir danışıqlar aparır, nəticə isə yoxdur. Azərbaycanı sakitliyə çağıran Putin 1990-cı illərin sonunda ikinci çeçen müharibəsində ordusuna hücum əmri vermişdi. Çeçenistanda döyüşlər zamanı kəndlər, evlər dağıdıldı. Rusiya Çeçenistan üzərindəki nəzarəti bərpa etmək və ərazi bütövlüyünü təmin etmək məqsədilə aylarla müharibə apardı. Qərb Putinə deyirdi ki, müharibə problemi həll etməyəcək, çeçen separatçıları ilə danışıqları davam etdirmək lazımdır. Putinin buna reaksiyası sərt olur, cavabında deyirdi ki, Rusiyanın daxili işlərinə qarışmayın. Eyni ilə Rusiya kimi Azərbaycan öz daxili problemini həll etmək istəyir.

Avropa İttifaqı və ATƏT-in hazırkı sədri Almaniya da Dağlıq Qarabağdakı vəziyyətdən narahatdır. Həm Brüssel, həm də Berlin status-kvonun dəyişdirilməsi vacibliyini bildirirlər. Ancaq Avropa da ABŞ kimi Rusiyanın gerisində qalıb. AŞPA və Avropa Parlamenti Azərbaycan torpaqlarının işğalıyla bağlı müxtəlif ədalətli qətnamələr qəbul ediblər. Bundan sonra rəsmi Bakı çalışmalıdır ki, bu qətnamələr Ermənistan hakimiyyətinə qarşı təzyiq vasitəsinə çevrilsin. AŞPA və Avropa Parlamenti də gördü ki, Azərbaycan status-kvonu qəbul etməyəcək, vəziyyəti dəyişmək üçün Ermənistanla müharibəyə hazırdır. Ona görə də əgər Avropa Parlamenti və AŞPA hadisələrin bu iqtiqamətdə inkişafını istəmirlərsə, özlərinin qəbul etdikləri sənədlərin icrasıını təmin etməlidirlər.
AŞPA-nın işğal altındakı rayonların boşaldılması vacibliyi və işğal altındakı Sərsəng su anbarı ilə bağlı iki qətnaməsi var. Birinci qətnamə 2005-ci ildə, ikinci qətnamə isə 2016-cı ildə qəbul olunub. AŞPA Ermənistan hakimiyyətinə müəyyən vaxt verməlidir. Əgər həmin müddətdə Ermənistan hakimiyyəti həmin qətnamələri yerinə yetirməsə, Ermənistanın AŞPA-da ən azı səsvermə hüququndan məhrum edilməsi məsələsi qaldırılmalıdır.

Digər tərəfdən Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 7 maddəlik təkliflər paketi olduğunu açıqlayıb. Böyük ehtimalla bu təkliflər "Madrid planı"ndan fərqlənmir. Yəni birinci növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. İndi vacib olan Berlinin bu istiqamətdə danışıqları intensivləşdirməsidir. Çünki Berlin gözləmə mövqeyinə keçsə və Azərbaycanla Ermənistan rəhbərliyi arasında təmaslara başlamasa, Almaniyanın xarici işlər naziri Bakı və İrəvana səfər etməsə, həmin 7 maddəlik təkliflər paketi də unudulacaq.

Beynəlxalq aləm işğalçı ilə işğala məruz qalan dövlətlə bərabərlik işarəsi qoymaq siyasətini davam etdirdikcə Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilməyəcək. Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmağa məcbur etmək lazımdır. Bunun başqa alternativi yoxdur. Ermənistan hakimiyyəti bunu anlamayana qədər bölgədə hərbi toqquşmalar da davam edəcək, hər iki tərəfin itkiləri də artacaq. Azərbaycan mümkün itkilərə psixoloji baxımdan hazırdır, Ermənistanın isə yeni itkilərə hazır olduğunu vurğulamaq çətindir. Bunu Ermənistan prezidenti Serj Sarkisyan da anlayır. Təsadüfi deyil ki, o qəfildən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanla görüşdü. Doğrudur, bu görüşün nəticəsi olaraq Levon Ter-Petrosyan cəmiyyəti birliyə çağırdı. Ancaq bir müddət keçdikdən sonra Ermənistan müxalifətinin və cəmiyyətin Sarkisyana qarşı təzyiqləri artacaq.

"Atlas" Araşdırmalar Mərkəzi

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]