Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

200-dən artıq əlil peşəyönümlü ixtisas kurslarına cəlb edilib

200-dən artıq əlil peşəyönümlü ixtisas kurslarına cəlb edilib
Bölmə :
KİVDF
Yayım tarixi :
28/2/2013 [10:17]
Baxılıb :
980 dəfə
Respublika Gözdən Əlillər Kitabxanasına CD-lər üzərinə yazılmış xeyli sayda ədəbiyyat verilib

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik hansı tədbirlər həyata keçirilib? Dövlət bu və digər təbəqədən olan vətəndaşlarının yaşamaq, təhsil və sağlamlıq hüququnu, əmək və məşğulluq, fərdi hərəkət etmək şəraitini, mədəni və ictimai-siyai həyatda iştirak imkanlarını nə dərəcədə təmin edə bilib? Bu məqsədlə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BMT-nin icrasına dair Azərbaycan Respublikasının ilk hesabatını əldə etdik. Beləliklə, 2011-ci ilin yanvarında tərtib olunmuş hesabatdan bəzi hissələri təqdim edirik:

Maddə 18. Yerdəyişmə azadlığı və vətəndaşlıq

Bu maddə əlilliyi olan şəxslərin hərəkət azadlığını, müstəqil şəkildə yaşayış yerini və vətəndaşlığını seçmək hüququnu təsbit edir.
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumat təqdim etməlidirlər:
”¢ Əlilliyi olan şəxslərin vətəndaşlıq əldə etməsi və bu imkandan məhrum edilməməsi, eləcə də, hər hansı ölkəyə daxil olması və ya orada yaşaması hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi və inzibati tədbirlər
”¢ Hər bir yeni doğulmuş əlilliyi olan körpələrin doğuşdan dərhal sonra qeydiyyata alınmasının, onlara ad və vətəndaşlıq verilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər

Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və respublikanın ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna əsasən hər bir vətəndaş, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdirlər. Onlar, bu hüquqdan məhrum edilə bilməzlər. Vətəndaşın ölkədən getmək və ya ölkəyə gəlmək hüququ bu Qanunla müəyyənləşdirilmiş qaydada yalnız Azərbaycan Respublikası vətəndaşının pasportu və beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazə - viza əsasında həyata keçirilir.

“Uşaq hüquqları haqqında” Qanuna əsasən hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir. Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.
Maddə 19. Müstəqil həyat tərzi və yerli icmaya cəlb olunma

Bu maddə əlilliyi olan şəxslərin müstəqil surətdə yaşamaq və icmanın həyatında iştirak etmək hüququnu təsbit edir.
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumatlar təqdim etməlidirlər:
”¢ Müstəqil surətdə yaşamaq mexanizmlərinin mövcudluğu, o cümlədən ehtiyacı olan şəxslərə fərdi yardımın göstərilməsi
”¢ Əlilliyi olan şəxslərin öz icmaları daxilində yaşamasına imkan verən evdə yardım xidmətlərinin mövcudluğu
”¢ Əlillik formasını nəzərə alan yaşayış yerləri, birgə və ya müvəqqəti sığınacaq kimi istifadə edilən məkanlar ilə bağlı seçim imkanlarının olması və onların müxtəlifliyi
”¢ Əlilliyi olan şəxslərin ictimai xidmətlərə və ümumi əhaliyə təklif olunan infrastruktura çıxış imkanı səviyyəsi
“Əlillərin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kənardan qulluğa və yardıma ehtiyacı olan əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və məişət xidmətləri göstərilir. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların internat evdə və ya digər stasionar sosial yardım müəssisəsində olmasının şərtləri onların öz hüquqlarını və qanuni mənafelərini həyata keçirməsi imkanını təmin edir və şəxsiyyətin tələbatının maksimum ödənilməsinə kömək göstərir. Reabilitasiya tədbirləri nəticəsində əlilin, sağlamlıq imkanları məhdud uşağın internat evdə və ya başqa stasionar sosial yardım müəssisəsində olması zərurətinin aradan qalxdığı halda müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 34-cü və 43-cü maddələrinin tələblərinə uyğun olaraq ona abad yaşayış sahəsi verir.

Valideynləri olmayan və ya valideynləri valideynlik hüquqlarından məhrum edilmiş, dövlət və ya başqa sosial müəssisələrdə yaşayan sağlamlıq imkanları məhdud uşaqlar yetkinlik yaşına çatdıqda tibbi-sosial ekspertiza rəyinə görə özlərinə xidmət edə bilərsə və müstəqil yaşaya bilərsə, növbədənkənar mənzil almaq və onu abadlaşdırmaqdan ötrü maddi yardım almaq hüququna malikdirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Ramana Gənc Əlillərin Əmək və İstirahət evi 200 yerlik nəzərdə tutulmaqla 1990-cı ildən fəsliyyət göstərir. Hal-hazırda burada 123 nəfər yaşayır. Əsasnaməsinə müvafiq olaraq buraya 18 yaşından 35 yaşa qədər dayaq-hərəkət aparatı pozulmuş əlillər qəbul olunurlar. Onlar dövlət təminatında yaşamaqla pensiyaları ilə tam təmin olunurlar.

Həmin müəssisə fəaliyyət göstərdikdən sonra orada yaşayan və təhsillərini davam etdirmək imkanına malik olanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində xüsusi mühəndis- proqramçı fakültəsi yaradılmışdır və fakültə 2000-ci ilə qədər fəaliyyət göstərmişdir. Həmin fakültəni bitirmiş əlillər müxtəlif təşkilat, idarə və müəssisələrdə, o cümlədən 5 nəfəri Ramana Gənc əlillərin əmək və istirahət evində işləyirlər. Ramana Gənc əlillərin əmək və istirahət evinin öz təyinatı üzrə fəaliyyət göstərməsi üçün nazirlik tərəfindən görülən tədbirlərin nəticəsində burada 2009-cu ildən 5 peşəyönümlü ixtisas kursları təşkil olunmuş və indiyə kimi həmin kurslar respublikanın müxtəlif regionlarından olan 171 nəfər əlil həmin kursları bitirmişlər, 40 nəfər isə hal-hazırda təhsillərini davam etdirirlər.

Maddə 20. Fərdi hərəkət etmək imkanı

Bu maddə əlilliyi olan şəxslərin mümkün qədər müstəqil şəkildə hərəkət etmək hüququnu təsbit edir.
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumat təqdim etməlidirlər:
”¢ Əlilliyi olan şəxslərin fərdi şəkildə hərəkətinin asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən, siqnal göstəricilərindən və küçə nişanlarından öz bildiyi formada və ona lazım olan vaxtda istifadə etməsi, habelə, müvafiq qiymətlərlə yardım xidmətlərinə çıxış imkanı (insan, heyvan və ya yardımçı texnologiya və qurğular)
”¢ Texnologiyaların yüksək keyfiyyətə, münasib qiymətə və istifadə imkanına malik olmasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Əlilliyi olan şəxslərə və mütəxəssislərə hərəkət bacarıqlarına dair təlimlərin keçirilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Hərəkət üçün yardımçı vasitələr, qurğular və texnologiyalar istehsal edən müəssisələrin əlilliyi olan şəxslərin hərəkətinin bütün amillərini nəzərə alması istiqamətində həyata keçirilən tədbirlər
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda hərəkət iştirakçısı olan əlil şəxslər üçün müvafiq yol nişanları və onların idarə etdiyi nəqliyyat vasitələrinin tanınma nişanları müəyyənləşdirilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 4 saylı əlavəsində “Yol nişanları” bölməsinin 7-ci (əlavə məlumat nişanları) qrupunda “Kor piyadalar” 7.15, “Əlillər” 7.17 yol nişanları, həmin qanuna 7 saylı əlavədə nəqliyyat vasitələrinin tanınma nişanları hissəsində “Kar və ya lal-kar sürücü tərəfindən idarə edilən avtomobilin tanınma nişanı” və “Əlil tərəfindən idarə edilən avtomobilin tanınma nişanı” nəzərdə tutulmuşdur.

Qanunun 37-ci maddəsinin 11-ci bəndində mexaniki nəqliyyat vasitələrinin sürücüləri tərəfindən əlillərin təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirlərin görülməsi, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal - ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsinin dərhal dayandırılması təsbit olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.2 maddəsində nəqliyyat vasitəsilərini sərxoş vəziyyətdə idarəetmə halları istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılmaması öz əksini tapmışdır.

Maddə 21. Fikir və etiqadların sərbəst ifadə olunması və informasiyadan istifadə imkanları

Bu maddə əlilliyi olan şəxslərin fikir və söz azadlığını, o cümlədən, azad şəkildə və öz seçimlərinə müvafiq olaraq bütün kommunikasiya vasitələri ilə məlumatları və fikirləri axtarmaq, qəbul etmək və ötürmək hüququnu təsbit edir.
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumat təqdim etməlidirlər:
”¢ Əlilliyi olan şəxslərin vaxtında və əlavə xərclər olmadan ümumi əhaliyə təklif olunan məlumatlara çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi və digər tədbirlər
”¢ Əlilliyi olan şəxslərin rəsmi ünsiyyət və məlumatlara çıxış zamanı özləri üçün müvafiq olan kommunikasiya vasitələrindən (əl işarələri, Breyl, yüksəldici və alternativ kommunikasiya və digər bütün mümkün vasitələr) istifadə imkanının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi və digər tədbirlər
”¢ Özəl müəssisələri və kütləvi informasiya vasitələrini məlumatları əlilliyi olan şəxslərin də çıxış imkanına malik olduğu formada təqdim etməyə sövq etmək və bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən, özəl sektor tərəfindən məlumatlara alternativ formada çıxış imkanının qarşısının alınması və məhdudlaşdırılması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər
”¢ Kütləvi informasiya vasitələrinə çıxış imkanı səviyyəsi və Şəbəkəyə Çıxış İmkanı Təşəbbüsü (WAI) standartlarına cavab verən ictimai internet saytlarının nisbəti
”¢ Əl işarələrinin rəsmi şəkildə qəbul edilməsi istiqamətində həyata keçirilən hüquqi və digər tədbirlər
Respublika Gözdən Əlillər Kitabxanası 1981-ci ildə yaranmışdır. Kitabxananın fondu 5 minə yaxın qabarıq nöqtə (brayl) şrifti ilə yazılan kitablar, habelə audio-kasetlər və CD-lər təşkil edir. Oxucuların tələbatını ödəmək məqsədilə kitabxananın fondu daima zənginləşdirilir. 2007-2010-cu illərdə Respublika Gözdən Əlillər Kitabxanası Rusiya Federasiyasından çoxlu sayda CD-lər üzərinə yazılmış elmi-populyar ədəbiyyat, habelə bestsellerlər və klassik ədəbiyyat almışdır. Kitabxanada 20 işçi çalışır, onlardan 13 nəfər ali təhsillidir. Kitabxanada işləyən işçilərin əksəriyyəti gözdən əlildir. Sözügedən kitabxana Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlıq edir və birgə layihələr həyata keçirir. 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]