Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Klinikalarda qiyməti 55 min manat olan əməliyyat var”¦

Klinikalarda qiyməti 55 min manat olan əməliyyat var”¦
Bölmə :
Araşdırma
Yayım tarixi :
16/4/2016 [00:32]
Baxılıb :
6447 dəfə
Azərbaycanda əhalinin gəlirləri xəstəxanaların tələb etdiyi məbləğlə tərs-mütənasibdir

Eksprertlər tibbi sığortanın tətbiqini, səhiyyə sektorunda şəffaflığın bərpasını vacib sayırlar   
Azərbaycan səhiyyə müəssisələrində aparılan cərrahiyyə əməliyyatlarının qiymətinin yüksək olmasından vətəndaşlar narazıdırlar. Təkcə özəl klinikalarda deyil, dövlət xəstəxanalarında da əməliyyat qiymətləri kifayət qədər yüksəkdir. Belə müəssisələrdə əməliyyatların pulsuz olduğu deyilsə də, vətəndaşlar pul ödəmək məcburiyyətində qalırlar. 

Özəl klinikalarda isə eyni əməliyyatların qiymətləri arasında kəskin fərqlər var, amma bunun səbəbi pasiyentlərə izah olunmur. 

Klinikalarda göz əməliyyatları 700-900 manat, ürək-damar xəstəlikləri ilə bağlı cərrahi müdaxilə 4-5 min, bəzən 8-10 min manat, qaraciyər transplantasiyası 55 min manata, burun əməliyyatları üçün 2000-3000 manat tələb olunur.

Məhz qiymətlərin belə yüksək olması vətəndaşların qonşu ölkələrə üz tutmasına səbəb olur. İran mətbuatında yer alan məlumata görə, hər il təqdirən 200 min azərbaycanlı müalicə üçün bu ölkəyə üz tutur. 

Vətəndaşlarımızın ölkədə əməliyyat olunması üçün hansı güzəştlər tətbiq edilə bilər? Əməliyyat qiymətlərinin yüksək olmasının səbəbi nədir? 

Həkim Adil Qeybulla Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bu gün dövlət xəstəxanaları əslində bir növ icbari tibbi sığortanın funksiyalarını yerinə yetirir. Dövlət xəstəxanalarında vətəndaşlara tibbi xidmət tamamilə pulsuz olmalıdır: "O ki qaldı özəl sektora, bu birbaşa nəzarət altında olsa belə,  tibbi təyinatlı kommersiya müəssisələri olduğundan qiymətləri özləri müəyyənləşdirirlər. Bir şeyi qeyd edim ki, cərrahi əməliyyatların və digər prosedurların qiymətləri xarici ölkələrlə müqayisədə Azərbaycanda bir xeyli aşağıdır. Azərbaycanda insanların gəlirləri ilə müqayisədə əməliyyat qiymətləri böyük görünə bilər. Bunu isə hansısa müdaxilə deyil, rəqabət tənzimləməlidir. Təbii ki, bu qiymətlər hansısa standarta uyğunlaşmalıdır. Düzü, qiymətlərdə mən bir o qədər də artım görmürəm. Ancaq artan qiymətlər də devalvasiya və mövcud şəraitlə bağlıdır".
"Devalvasiyadan sonra xəstəxanaların xərcləri də artıb. Bura həmçinin maaşlar və digər xərclər daxildir. Ona görə də bu artım tibbi xidmətdə öz əksini tapıb. Hesab edirəm ki, vətəndaş dövlət xəstəxanasında gedib müalicə olunub, əməliyyat olunub, digər tibbi xidmətləri qayda-qanunla almalıdır. Ona görə neqativ hallarla qarşılaşarsa özü bununla mübarizə aparmalıdır. Ona bu hüquq verilir. Sabah icbari tibbi sığorta da tətbiq olunanda o, bu qayda ilə gəlib xidmət ala bilər. Ancaq özəl servis istəyən insan gedib özəl xəstəxanada müalicə olunub, əməliyyat oluna bilər, öz hesabına. Bu dünyanın hər yerində bu cürdür" - deyə ekspert bildirib. 

İqtisadçı ekspert Natiq Cəfərli də Bizimyol.info-ya açıqlamasında deyib ki, qiymətlərin yüksək, keyfiyyətin aşağı olmasının nəticəsidir ki, son vaxtlar qonşu ölkələrə, xüsusi ilə də İrana, Gürcüstana, Türkiyəyə gedən soydaşlarımızın sayı xeyli artıb: "Bunun əsas səbəblərindən biri əməliyyat qiymətlərinin baha olmasıdır. Təbii ki, Azərbaycanda orta aylıq əmək haqqı, orta aylıq təqaüdün həcmi ilə  müqayisə etdikdə qiymətlər çox yüksəkdir. Bu qiymətlərin yüksək olmasını kompensasiya edə biləcək addımlardan biri də tibbi sığortanın tətbiqi ola bilərdi. Ancaq çox təəssüf ki, səhv etmirəmsə 17 ildir ki, bununla bağlı qərar olsa da, həyata keçirilmə mexanizmi hazırlanmayıb. Son vaxtlar biz müxtəlif ranqlı məmurlardan da eşitdik ki, ən azından bu il pilot şəklində də olsa tibbi sığorta ilə bağlı müəyyən işlər görüləcək. Ancaq biz bunu görmürük. Açığı, yaxın zamanda da olması ehtimalı bir az aşağıdır. Çünki tibbi sığortaya keçid tək tibbi sahəni əhatə etmir. Ümumiyyətlə digər sahədə də işçilərin, əmək müqavilələrinin leqallaşması, işverən, işçi və dövlətin hansı faiz nisbətində tibbi sığortada iştirakı məsələləri həll olunmadıqca tibbi sığortaya keçid problem olacaq".

N.Cəfərli deyir ki, çox təəssüf ki, illər keçsə də bununla bağlı ciddi addımlar atılmayıb: "Bir çox ölkələrin də bu sahədə təcrübələri var. Həmin ölkələrdə tibbi sığortanın bir hissəsini vətəndaş, bir hissəsini işəgötürən, böyük bir hissəsini də dövlət ödəyir. Dövlət onsuzda səhiyyə xərclərinə büdcədən əlavə vəsait ayırır. O səhiyyə xərclərinin normal, şəffaf xərclənməsinə nəzarət zəif olduğundan, o xərclərin bir hissəsini azaldaraq hər bir vətəndaşa tibbi sığorta çərçivəsində ödənişlər edilə bilər. Ən azından "1+1" prinsipi ola bilərdi. Türkiyədə yayılmış hallardan biridir. Vətəndaş nə qədər aylıq sığorta haqqı ödəyirsə, dövlət də o qədər ödəyir. Obrazlı desək, hər işləyən vətəndaş 25 manat ödəyirsə, dövlət də 25 manat ödəyir. Yəni hər ay 50 manat sığorta haqqı ödənmiş olur.  Hər hansı bir hadisə baş verdikdə və ya təcili əməliyyat gərəkdikdə o sığortada yığılmış puldan istifadə olunur. Bu çox normal yanaşma olardı. Azərbaycanda bunun hansı yöndə inkişaf edəcəyini indidən demək çətindir. Çünki hökumət qurumları bununla bağlı cəmiyyətə məlumat verib, diskussiya aparmırlar ki, mütəxəssislər də rəylərini desinlər. Ən azından tibbi sığorta tətbiq olunarsa və normal işləyərsə, bu qiymətlərlə bağlı problemin bir qismi həll oluna bilər. İnsanların hətta əməliyyat etdirmək üçün xaricə getməklərinə də gərək qalmaz".

Aysel İsgəndərli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]