Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Vur, vurum!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
13/4/2016 [23:40]
Baxılıb :
dəfə

Ətrafda baş verənləri "Həyat bir tamaşadır, biz də aktyorlarıq" deyərək şekspirsayağı qavramağa üstünlük versək  görərik ki, biz daim eyni rolu oynayırıq. İştirakçılar da, zaman da, ssenari müəllifləri də dəyişir, amma repertuarımız dəyişmir. Biz daima müdafiə mövqelərindəyik. Elə bil ki, əlimizə qılınc və qalxan verəndə "Qalxanı başının üstünə tut, qılıncını gizlət, əlini kəsərsən" deyiblər. Hamı da bilir ki, qılıncı da var, özü də necə lazımdı kəsir. Hərdən çıxarıb kiməsə göstəririk və sonunda qınına qoyub qılıncın yerini uşaqlarımızın qulağına pıçıldayıb "postu" təhvil veririk. Minilliklərdi ki, bu belədir.

Arabir vəziyyət qələm və qalxan pozisiyasına keçir. Bir cümlə yazıb qalxanı başımıza sipər edirik. Ola bilər kiminsə qələmi pulemyot kimi işləyir, kiminkisə qumbara kimi partlayır. Amma qalxansız ötüşə bilmərik. Cəbhə xəttində də illər uzunu müdafiə mövqeyində ilişib qalmışdıq. İtkilər də olurdu, amma bu itki son günlərin tərpənişindən verdiyimiz itkilərdən deyildi. Nə sayca, nə də miqyasca. Daimi müdafiə mövqeyindən yapışmağın adını "igidin yaraşığı olan" ehtiyatlıq da, xalqın sülhsevərliyi, ürəyiyumşaqlığı da adlandırmaq olar. Adını nə qoyursan qoy, düşmənlərimiz də bunu yaxşı bilir. 

Şəhidlərimizin ruhu şad olsun deyib cəbhə xəttində baş verənləri qoyaq bir kənara. Orda hər şey aydındır. Müharibədirsə öldürürsən və səni də vururlar. Zərbə vurursan cavabını alırsan və bu savaşın dəyəri hər iki tərəfin verdiyi itki ilə deyil, münaqişənin nəticələri ilə ölçülür. Bəli, biz "Kimsənin torpağına soxulmuruq!" şüarı ilə fəxr edə bilərik. Amma düşmən hər dəfə torpağımızdan bir dişdəm alıb üzümüzə hırıldayanda bu müdafiə mövqeyi ayıba dönür. 

Mən azərbaycanlıların xarici mətbuatda, ya da əcnəbi kanalların birində efirdə "quş buraxmağını" xatırlamıram. Ola bilər bizimkilərin oralara yolu çox düşmür, bu da faktordur. Bizlərdən kimsə erməninin hansısa nailiyyətini mənimsəməz. Yadıma sala bilmirəm, xarici ölkənin hansısa az-çox tanınan bir mədəniyyət, ya incəsənət, xüsusilə də elm adamı bizim xeyrimizə olmazın bir şeylər uydurub desin. Çox nadir hallarda xeyrimizə nələrsə səslənibsə, haqqına deyilib. Heç kim bizə görə yalanlar uydurub biabır olmaq istəməz. Desək ki, həqiqəti bilənlər də bizim xeyrimizə danışmaq istəmir, bu da reallıqdı. Çünki biz həmişə müdafiə mövqeyindəyik. Küçə davalarında olduğu kimi, ən sülhsevər adamın da "blok" tutub "vur-vurum" deyən uşağın başına bir yağlı qapaz vurmağı gəlir. 
Belə olmasaydı Larisa Dolina efirdə muğamı erməniyə calamağa cəsarət eləməzdi. Bəyəm o, həqiqəti bilmirdi? İndi onun dalınca nə qədər istəyirsən alıb verək. Qoy gəlməsin Bakıya, nə olacaqmış!? Onun dediyini milyonlar eşitdi, yazdıqlarımızı minlər oxudu. Əlbəttə, dolma da, lavaş da, "Sarı gəlin" də, muğam da, Qarabağ da bizimdi. Ermənilərsə mətbuatda mənəvi müharibədə uduzduqlarını yazır. Artıq ermənilər də türkləşməyin fəsadlarını anlayır və bu barədə uca kürsülərdən danışır. Yerevan kukla teatrının bədii rəhbəri Ruben Babayanın "Novoye vremya"  (Yeni zaman) qəzetinə dediklərindən: "Mən Azərbaycan muğamlarını onların ustad sənətkarlarının ifasında böyük məmnuniyyətlə dinləyirəm. Muğamın erməni təfsiri ürəkbulandırıcıdır. Bu, onların mədəniyyətidir və mən musiqinin əslini dinləmək istəyirəm. Sənətlərin bu cür qarışması əsl plagiatdır. Özü də biz bu musiqini korlayırıq... Bəli, türk genomu bizdə var və bundan qurtulmaq mümkün deyil. Bəs neynəməli? Muğama toxunmağı qadağan etməliyikmi?!"

Bizim torpaqları qaytarmaq şansımız var, amma erməninin mənəvi qarşıdurmada verdiyi itkiləri geri dönməyəcək. Biz müdafiə mövqeyində olmağa məcburuq. Biz "Sarı gəlin"i, muğamı, Qarabağı eyni dərəcədə qorumalıyıq. Sərhədləri, qan yaddaşını, tariximizi, bayrağımızı, himnimizi də eləcə, çünki hücumlar var. Son günlərdə himnin yararsızlığı fikrini meydana atıblar. Məkrli istəklər göz qabağındadır, çünki himni oxuyanda tükləri biz-biz olan bir neçə nəsil insanın yaddaşına təcavüz edirlər. Əslində, himni dəyişməyi təklif edənlərlə torpağımıza soxulanlar arasında elə də ciddi fərq yoxdu. Təcavüz varsa qarşıdurma da olacaq. Müdafiə hücumların miqyasına mütənasib olsun gərək, yoxsa itkilərin sayı-hesabı olmaz.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]